Məhkəmə qərarları › İş №2(102)-658/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-658/2025

18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-658/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Meyvalı oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Meyvalı oğluna qarşı aliment tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4714/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh Meyvalı oğlu xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı ümumi uşaqları vardır. Tərəflərin nikahı pozulmasa da, ailə münasibətləri pisləşmişdir və onlar ayrı yaşayırlar.

2. Tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin sazişin şərtlərinə görə, Cavabdeh Meyvalı oğlu övladları X3 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəməklə bağlı öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh Meyvalı oğlun a qarşı aliment tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanmasına görə hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Meyvalı oğlu ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir.

5. Cava bdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək onun yalnız 300 manat məbləğində aliment ödəməyə imkanı olduğunu bildirmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)3139/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia qismən təmin edilmiş, Cavabdeh Meyvalı oğlundan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi belə olmuşdur ki, alimentin məbləğini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı, cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri, cavabdehin maddi vəziyyətini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən uşaqlar üçün 2023-cü il yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qismən təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və alimentin qazancın və başqa gəlirlərin 1/3 hissəsində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların saxlanması yalnız onun üzərinə qoyularaq 440 manat miqdarında aliment məbləğini müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyil. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Lakin məhkəmə qeyd olunan məsələyə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh “Abadlaşdırma və X1 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi”ndə bağ fəhləsi vəzifəsində işləməklə aylıq əmək haqqı 400,88 manat təşkil edir, həmçinin 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Bu isə ümumilikdə 550,88 manat təşkil edir. Məhkəmə tərəfindən isə 440 manat alimentin tutulması qət edilmişdir. Belə olan halda, qalan 110,88 manat məbləğlə özü necə dolanmalıdır. Onun başqa gəliri olmadığından hesab edir ki, aliment məvacibinin və təqaüdünün 1/3 hissəsi miqdarında tutulmalıdır. Halbuki, məhkəmə ərəfəsində məhkəməyə ərizə ilə müraciət edərək 300 manat dəyərində aliment ödəyə biləcəyini bildirmişdir. Lakin məhkəmə nə ərizəsinə, nə də ki, aldığı məvacibə hüquqi qiymət vermədən 440 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul etmişdir.

11. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4714/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: M. Rüstəmli (sədrlik edən və məruzəçi), A. İsgəndərov və V. Sadıqov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3139/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh Meyvalı oğluna qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sa zişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

12. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: - İşdə olan tərəflər arasında mediasiya prosesində bağlanmış MŞB/8/2024-00505 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh Meyvalı oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. - Belə olan halda, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi cavabdeh tərəfindən könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, iddiaçı hazırkı iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməlidir.

13. Məhkəmə kollegiyası qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.3, 305.1.17, 355-23.1, 355-23.2, 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətində iddiaçı iddia ərizəsinin məzmununa uyğun işin hallarını qeyd edərək və qanunvericilik normalarını sadalamaqla kifayətlənərək, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulmasının nədə ifadə olunmasına dair heç bir dəlil göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

20. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

21. Maddə 305.1.17. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

22. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci mad dəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

23. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.

30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi hüquqi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4714/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar