Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6595/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 Çingiz qızına və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-860/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfin dən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razıla şmasının məzmunundan görünür ki, müvafiq kredit razılaşması əsasında cavabdeh şəxs bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 46.000 (qırx altı min) manat məbləğində kredit götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə hər ay banka 1.792 (bir min yeddi yüz doxsan iki) manat (sonuncu ay 1.812,04 (bir min səkkiz yüz on iki manat dörd qəpik) manat) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 20 18-ci il tarixli 056S**********03 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək m əqsədilə Cavabdeh3 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh4 arasında bağlanmış 29 oktyabr 2018-ci il tarixli 056S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, 26 oktyabr 2018- ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus, Cavabdeh5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində olan 0,03 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət re yestrində 600 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində 29 oktyabr 2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsindən görünür ki, 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 196 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində 29 oktyabr 2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının 29 oktyabr 2018-ci il tarixli qəbzindən görünür ki, 46.000 (qırx altı min) manat məbləğində kredit vəsaiti Cav abdeh1 verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 10 oktyabr 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 16 iyul 2019-cu il tarixdə Cavabdeh1 götürdüyü kredit borcuna görə 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində əsas kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.020,44 (əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı 20 noyabr 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabde h1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 27 noyabr 2019-cu il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, 5 nömrəli evə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 20 noyabr 2019-cu il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Müvafiq ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 27 noyabr 2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh2 məxsus və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, 5 nömrəli evə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda 02 dekabr 2019cu il tarixdə qeydə alınmış, 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2018-ci il tarixdə verilmiş 05/76-2422/12 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları 25 oktyabr 2018-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 26 oktyabr 2018- ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında qeydiyyatda heç kim yoxdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh5 ünvanladığı 20 noyabr 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması b arədə xəbərdar edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 27 noyabr 2019-cu il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh5 20 noyabr 2019-cu il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Müvafiq ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 27 noyabr 2020-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2018-ci il tarixdə verilmiş 1693 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxxxxxx 1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Cavabdeh5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları 30 sentyabr 2018-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh5 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 26 oktyabr 2018-ci il tarixli arayışın s urətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında qeydiyyatda heç kim yoxdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının tərəflərə ünvanladığı 16 aprel 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, 26 oktyabr 2018ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda onlar, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağ lı xəbərdar edilmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2020-ci il tarixli QXM/292-1M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilə birgə 5 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 51.000 (əlli bir min) manat məbləğində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2020-ci il tarixli QXM/292-2M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin bazar dəyəri 19.000 (on doqquz min) manat məbləğində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 20 0 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2021-ci il tarixli ekspert rəyinə əsasən, 29 oktyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh1 16 iyul 2019-cu il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 42620,15 manat, faiz borcu 3376,46 manatdır. "xxxx" MMC-nin 18.02.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin likvid dəyəri 14000 manat, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 35000 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bir inci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** nömrəli kredit razılaşması üzrə 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.020,44 (əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin q eydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının tutulması, tələbin Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 51.020,44 (əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildir işin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması; Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ( bir) ay sonra fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması əsasında 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 46.000 (qırx altı min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01 aprel 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3.646,08 (üç min altı yüz qırx altı manat səkkiz qəpik) manat məbləğində ödəniş etmişdir, onun 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16 iyul 2019-cu il tarixə 106 (bir yüz altı) gün üçün hesablanmış faiz borcu 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5% məbləğində cərimə ödəməlidir. 16 iyul 2019-cu il tarixə 106 (bir yüz altı) gün üçün hesablanmış cərimə 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində təşkil edir. Uzunmüddətli kredit müqavilə sinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iddiaçı ilə bağladığı 26 oktyabr 2018-ci il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 600 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, No vxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh5 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 20 noyabr 2019-cu il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 27 noyabr 2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 26 oktyabr 2018-ci il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 196 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evini Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 20 noyabr 2019-cu il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 27 noyabr 2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədova, iş № 2(005)-784/2020) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən 42.353,92 (q ırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 500 (beş yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46.557,06 (qırx altı min beş yüz əlli yeddi manat altı qəpik) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində xidmət haqqının tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan məbləğ 46.557,06 (qırx altı min beş yüz əlli yeddi manat altı qəpik) manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı Qapa lı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh5 və Cavabdeh2 verilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cav abdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetləri olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 19.000 (on doqquz min) manat, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 51.000 (əlli bir min) manat məbləğində müəyyən olunması, Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyy ətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və ipoteka saxlayana təhvil verilməsi, aparılmış qiymərləndirmə tədqiqatlarının qiymətləri olan hər biri ayrılıqda 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin ş ərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu və 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən iddiaçıya ödəməlidirlər. Məhkəmə iddianın əsas borca hesablanmış 29 oktyabr 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, 29 oktyabr 2018-ci il tarixli 056R********** nömr əli kredit razılaşması üzrə 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə (dəbbə pulu) 500 (beş yüz) manat müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2020-ci il tarixli QXM/292-1M və 30 iyun 2020-ci il tarixli QXM/292-2M nömrəli qiymətləndirmə rəyləri əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 19.000 (on doqquz min) manat, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 51.000 (əlli bir min) manat məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-860/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(005)-784/2020 saylı qətnaməsinin faiz borcu hissəsində dəyişdirilməsi, faiz borcunun məbləği 3376,46 manat, cəmi borcun məbləği isə 46230,38 manat müəyyən edilməsi, qətnamən in mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 50 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. 19.03.2021-ci il tarixli ekspert rəyinə əsasən, 29 oktyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh1 16 iyul 2019-cu il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 42620,15 manat, faiz borcu 3376,46 manatdır. Məhkəmə qətnaməsi ilə tutulmalı olan əsas borcun məbləği 42353,92 manat, faiz borcunun məbləği 3703,14 manatdır. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, ə sas borcun məbləği 42620,15 manat, faiz borcunun məbləği isə 3376,46 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği qətnamə ilə tutulmalı olan əsas borcun məbləğindən çox, faiz borcunun məbləği isə azdır. Buna görə də əsas borcun məbləği qətnamədə olduğu kimi saxlanmalı, faiz borcunun məbləği isə azaldılaraq 3376,46 manat müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndində əsas borc və faiz borcunun vaxtında qaytarılmadığı təqdirdə hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi cərimə məbləğini ədalətli həddə qədər azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cərimə borcunun tam ləğv edilməsi barədə apellyasiya şikayətinin də lili əsassızdır. Kollegiya həmçinin qeyd edir ki, apellyator əsas borcun 32000 manatdan artıq hissədə, faiz borcunun 500 manatdan artıq hissədə, cərimə borcunun isə tam ləğv edilməli olması barədə dəlillərini əsaslandırmamışdır. İpoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən aşağı qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, məhkəmə qətnaməsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat, Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 51000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələri əsasında tərtib edilmiş rəyə əsasən, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin likvid dəyəri 14000 manat, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri isə 35000 manat təşkil edir. Göründüyü kimi, təkrar qiymətləndirmə zamanı ipoteka predmeti olan daşınmaz əmlaklar daha aşağı qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş ipoteka predmetlərinin ilkin s atış qiymətləri iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən və ilkin satış qiymətinin aşağı salınması qətnamənin apellyatorun ziyanına dəyişdirilməsi kimi qiymətləndirildiyindən, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil Nümayəndə1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)860/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmə sini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs ( borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayr ı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb old uqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103 )-860/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6595/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6595/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver