Məhkəmə qərarları › İş №2(102)-6608/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6608/2021

23.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6608/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4925/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 74\105 hissədə, İddiaçı1 31\210 hissədə, X4 31\210 hissədə payı müəyyən edilməklə, dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 24.08.2020-ci il tarixli, QXM 304\M №li ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin bazar dəyəri 50000.0 (əlli min) manat təşkil edir. Aparılmış ekspert tədqiqatının dəyəri 600 manat təşkil edir. 15274 №li 12 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış ekspertiza tədqiqa tının dəyəri 100 manat təşkil edir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 827175 nömrəli ölüm haqqında şəhadətnamənin məzmunundan görünür ki, X5 05 iyul 2016-cı il tarixində ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2020-ci il tarixli məktubun məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzil aşağıda qeyd olunanların mülkiyyətindədir: İddiaçı1 31\210 hissədə, Cavabdeh4 74\105 hissədə, X4 31\210 hissədə mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabd eh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və X7 çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh4 qarşı iddia tələbini irəli sürərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilin onun uşaqları İddiaçı1 və X6 çatan 2/7 hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul edilməsinə və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylı mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizəni nəzərə alaraq, kompensasiya barədə razılığa gələ bilmədiklərini, ona görə də müvafiq mənzilin açıq hərracdan satılmasını, mənzilin ilkin satış qiymətinin məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməsini, mənzilin satışından əld ə olunmuş pul vəsaitinin üç nəfər arasında paylarına mütənasib bölünməsini istədiyini bildirərək, ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə 1999-cu ildən mərhum X5 ilə vətəndaş nikahında yaşamış, həmin nikahdan 2002-ci ildə İddiaçı1 və 2004-cü il ildə X9 dünyaya gəlmişdir. 05.07.2016-cı il tarixində isə X5 vəfat etmişdir. X5 vəfat etdikdən sonra 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda V-177/2016 saylı vərəsəlik işi açılmış, qeyd olunan vərəsəlik işi üzrə X1 adına miras əmlak yalnız Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49 ünvanında yerləşən ümumi sahəsi 52,47 kv/m, yaşayış sahəsi 30,15 kv/m olan 2 otaqlı 2 saylı mənzildən ibarət olmuşdur. 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda açılmış V-177/2Q16 saylı vərəsəlik işi üzrə miras əmlakın (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49 ünvanında yerləşən 2 saylı mənzil) 1/2 hissəsi X2 mülkiyyətinə verilmiş, qalan ½ hissəsi isə 8 vərəsə arasında bölünmüş 8 vərəsədən 6-sı öz paylarından X2 xeyrinə imtina etmişdir. Bu əmlakdan yalnız 1/16 hissəsi bir oğlu İddiaçı1 və 1/16 hissəsi digər oğlu X6 pay düşmüşdür. Sözügedən miras əmlakın yuxarıdakı kimi bölünməsinə razı olmayaraq Qanuni nümayəndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə, 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarisu X8, X3 qarşı V-177/2016 saylı vərəsəlik işi üzrə 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən əmlakın qanun üzrə vərəsələr arasında yenidən bölünməsi və onların hər birinə düşən pay müəyyən olunmaqla yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, ünvan 1 ünvanında yerləşən əmlaka vərəsələrə düşən payları müəyyən olunmaqla ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən yeni Çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin qəbul etdiyi 2(002)-371/2018 saylı, 28 mart 2018-ci il tarixli qətnamə ilə iddia rədd edilmiş, daha sonra iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti və şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrlik etdiyi məhkəmə iclasında baxılmış və Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasına, iddianın təmin olunmasına dair 2(103)-6993/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnamə qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6993/2018 saylı, 19 iyul 2018-ci il qətnaməsi qanuni qüvvəsini almış, qeyd olunan qətnamə əsasında ünvan 1 ünvanında yerləşən əmlak mərhumun vərəsələri arasında yenidən bölünmüş, hər bir vərəsəyə əmlakın 1/7 hissədə pay müəyyən olunmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən yeni RX seriyalı, ******* nömrəli çıxa rış verilmişdir. Belə ki, ərizəçi ərizəsində qeyd etmişdir ki, qeyd olunan əmlaka uşaqlarının pay hüququ yaransa da uşaqları həmin əmlakdan istifadə edə bilmirlər. Belə ki, ərizəçi uşaqları ilə birlikdə qeyd olunan mənzilə dəfələrlə getsə də cavabdehlər onları həmin mənzilə buraxmamış nəticədə uşaqlarının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində, eyni zamanda digər beynəlxalq normativ hüquqi aktlarda təsbit olunmuş hüquqları pozulmuşdur. Onu da qeyd etmişdir ki, ərizəçinin və onun uşaqlarının mərhumun digər vərəsələri ilə münasibətləri çox pisdir. Belə ki, onlar yeri gəldi-gəlmədi ərizəçini təhqir edir və hədə qorxu gəlirlər. Mərhumun vərəsələri ərizəçinin barəsində dəfələrlə bir çox instansiyalara şikayət etmiş, bütün hallarda araşdırmalar aparılmış, onların şikayət lərinin heç əsası olmadığı onlara sübut olunmuşdur. Belə ki, yuxarıda qeyd olunanlardan tam aydın olur ki, Qanuni nümayəndə uşaqları ilə mərhumun digər vərəsələrinin bir yerdə yaşaması, onların mətbəx və digər vasitələrdən birgə istifadə etməsi mümkün deyildir. Bu onun övladları üçün təhlükə mənbəyi olacaqdır. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında yerləşən əmlak real bölünməli və onun övladlarına çatan 2/7 hissədə pay naturada ayrılmalıdır. Bu səbəbdən ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və X7 çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, ilk iddia rədd olunaraq, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilə dair X4-1\7 hissədə payına görə 4.000 manat, İddiaçı1 1\7 hissədə payına görə 4000 manat ümumi 8000 manat kompensasiya onların qanuni nümayəndəsinə ödənilməklə yetkinlik yaşına çatmayan X4 və İddiaçı1 mənzilə olan paylarına mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə (qanuni nümayəndə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ha zırda ilkin iddiaçı Qanuni nümayəndə (qanuni nümayəndə) iddia tələbini MPM-nin 53-cü maddəsinə əsasən artıraraq mübahisəli olan mənzilin 2/7 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmçinin hazırki tələbində cavabdeh qismində yalnız o qoyulmuşdur. Hazırda qarşılıqlı iddianın verilməsinə zərurət məhkəmə baxışında yaranmışdır. Belə ki, iddiaçı iddia tələbini artıraraq naturada bölünməsi və ya 2/7 hissədə paya onun dəyərinin ödənilməsini tələb edir. Məhkəməyə təqdim etdiyi çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, 49 saylı binada yerləşən 2 nömrəli mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 4/7 hissədə onun, 1/7 hissədə X4, 1/7 hissədə İddiaçı1 və 1/7 hissədə mərhum Cavabdeh5 payları mövcuddur. Göründüyü kimi X4 və İddiaçı1 mübahisə olan mənzildə payları cüzidi, onlar heç vaxt həmin mənzildə yaşamayıblar, ümumi əmlakdan istifadə edilməsində onların mühüm mənafeyi olmayıb, sadəcə həmin cüzi paylar vərəsəliklə keçibdi. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 12.09.2019-cu il tarixli, 5274 №-li rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzili naturada bölünməsi texniki cəhəddən mümkün olmadığı müə yyən edilmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 19.01.2021-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən 49 nömrəli evin 2 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pulun mülkiyyətçilərin paylarına mütənasib yəni çıxarışa əsasən 74/105 hissədə onun, 15/105 hissədə X4, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 münasibətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh4 19.01.2021-ci il tarixli iddia tələbinə dəqiqləşdirmə ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Qanuni nümayəndə (İddiaçı1 və X4 qanuni nümayəndəsi) Cavabdeh4 və Cavabdeh5 qarşı "Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilin övladları İddiaçı1 və X6 çatan 2/7 hissədə payın naturada ayrılması və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O da qarşılıqlı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək "Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilə dair X4 - 1/7 hissədə payına görə - 4 000 manat, İddiaçı1 - 1/7 hissədə payına görə 4 000 manat, ümumi 8 000 manat kompensasiya onların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməklə X4 və İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzildə olan paylarına mülkiyyət hüquqlarına xitam verilməsi” tələbi ilə müraciə t etmişdir. Sonradan ilkin iddia üzrə Cavabdeh5 vəfat etmişdir. Mülki işin icraatı dayandırılmış və onun mübahisəli olan əmlakda 1/7 hissəsi vərəsələr arasında payları müəyyən edilmişdir. Mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, 49 saylı binada yerləşən 2 nömrəli mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08-05101-093006 nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 74/105 hissədə onun, 15/105 hissədə X4, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 payları mövcuddur. Mülki iş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli, 15274 №-li ekspertin rəyindən göründüyü kimi mü bahisəli olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, 49 saylı binada yerləşən 2 nömrəli mənzilin naturada bölünməsi mümkün deyil. Həmçinin kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirlər. Hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzil bina evi olduğu üçün naturada bölünməsi qeyri-mümkündür və kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirik, yalnız açıq hərrac vasitəsi ilə satılmalıdır. Qeyd olunan halların nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədov a, iş № 2(002)-27/2021) ilk iddia tələbi təmin edilərək, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49, 2 saylı mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X6 verilməsi, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49, 2 saylı mənzilin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən olunması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ilk iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində və qarşılıqlı iddia tələbi üzrə 30 manat məbləğində ödənilmiş dövlət rü sumu ilk və qarşılıqlı iddia tələbi üzrə tərəflərə aid edilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti ilk iddia və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsaitinin ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil ümumi paylı mülkiyyət hüququ əsasında 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X6 məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. Ümumi paylı mülkiyyətçilər həmin mənzilin açıq hərr acdan satılaraq, mənzilin satışından əldə olunmuş pul vəsaitinin onların payına mütənasib olaraq bölünməsi barədə iddia tələbini irəli sürmüşlər. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertiza rəyinin məzmunundan aydın olur ki, mübahisə predmeti olan mənzilin naturada paylara uyğun olaraq bölgüsü texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər öz paylarına uyğun kompensasiya ödənilməsi barədə də razılığa gələ bilməmişlər. Bu halda, məhkəmə mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq, ümumi paylı mülkiyyətçilərin hər birinin payının aşkar olduğunu, müvafiq əmlakın naturada paylara uyğun bölgüsünün texniki cəhətdən mümkün olmadığını və paya uyğun kompensasiya ödənilməsi barədə qar şılıqlı razılığın əldə olunmadığını əsas götürərək, hesab edir ki, müvafiq mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti ümumi paylı mülkiyyətçilərin arasında onların paylarına mütənasib olaraq bölünməlidir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbində Cavabdeh5 1\105 hissədə payına uyğun bölünməsi tələbini qeyd etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh5 vəfat etdiyi və ona məxsus payı vərəsəsinə keçdiyindən, habelə hazırda o mübahisə predmeti olan mənzilin mülkiyyətçisi qismində çıxış etmədiyindən, həmin əmlaka dair hər hansı paya malik olmadığından, qarşılıqlı iddia tələbi bu hissədə ə sassız olmaqla, təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehtiyev və X.Sarıyev, iş № 2(103)4925/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev № 49-da yerləşən 2 №-li mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil 3 nəfərin ümum i paylı mülkiyyətindədir: İddiaçı1 payı 31/210 hissə; Renad Eyvazzadənin payı 31/210 hissə; Cavabdeh4 payı 74/105 (148/210) hissə. Hazırkı mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsindəki norma tətbiq edilməlidir. Həmin normada ümumi əşyanın bölünməsinin və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: payın naturada ayrılması; payın dəyərinin ödənilməsi; ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölü şdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar isə 1-ci və 2-ci qaydalardır. Müəyyən olunur ki, 1-ci və 2-ci qaydanın tətbiqi mümkün deyil. Bu, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də 3-cü qayda tətbiq edilməli, yəni mənzil açıq hərracda satılmalı və satış pulu bölünməlidir. Lakin qətnamədə mənzilin ilkin satış qiymətinin göstərilməsi qanuna uyğun deyil. İlkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib, bu qiymət yalnız ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi barədə qətnamə qəbul edilərkən qətnamədə göstərilməlidir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4925/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəy yən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Eyvzov Heydər Vaqif oğlu kassasiya şikayəti vermiş, iddianı tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyəti ndə olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərt ləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçini n payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5.-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6.-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk iddiaçının birinci tələbi mənzilin real bölünməsi və övladları İddiaçı1 və X6 çatan 2/7 hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul edilməsi ilə bağlıdır. Bu zaman ilk iddiaçı 17.12.2018-ci il tarixdə verilmiş reyestrdən çıxarışa istinad etmişdir. Həmin çıxarışdan aydın olur ki, mübahisəli mənzilin 7 mülkiyyətçisi var və payl ar onların arasında 1/7 olmaqla bərabər bölünmüşdür. İddia ərizəsi 18.01.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan sonra ilk iddiaçı iddia tələbini dəqiqləşdirmiş və mübahisəli mənzildə övladlarına çatan 2/7 hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul olunmasını və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirmə barədə ərizə 03.03.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh4 ilk iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49-da yerləşən 2 saylı mənzilə dair X4 - 1\7 hissədə payına görə 4.000 manat, İddiaçı1 1\7 hissədə payına görə 4000 manat ümumi 8000 manat kompensasiya onların qanuni nümayəndəsinə ödənilməklə yetkinlik yaşına ç atmayan X4 və İddiaçı1 mənzilə olan paylarına mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə 03.04.2019-cu il tarixdə aparılmış reyestr qeydiyyatına əsasən verilmiş çıxarış əlavə olunmuşdur. Həmin çıxarışa əsasən mübahisəli mənzildə paylar aşağıdakı kimi bölünmüşdür. 1/7 hissə Cavabdeh5, 1/7 hissə İddiaçı1, 1/7 hissə Renad Eyvazzadə, 4/7 hissə Cavabdeh4. Heyədqulu Eyvazov 20.02.2017-ci ildə vəfat etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2019-cu il tarixli rəyi ilə mənzilin 7 bərabər hissədə bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 22 yanvar 2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, 20.02.2017-ci ildə vəfat etmiş Cavabdeh5 hüquqi varisinin müəyyən edilməsi ilə bağlı vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyənləşdirilərək 13.11.2019-cu il tarixdə Cavabdeh1, Eyvazov Namiq, Eyvazov Asif, Talıbova Zəri, Eyvazova Məleykə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Eyvazzadə Renad və 04.12.2019-cu il tarixdə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras payın bağışlanmasına dair 13.11.2019-cu il tarixli müqavilə ilə müəyyən olunur ki, Cavabdeh1, Eyvazov Namiq, Eyvazov Asif, Talıbova Zəri, Eyvazova Məleykə, Cavabdeh2, Cavabdeh3 miras əmlakdan onlara çatan payı Cavabdeh4 bağışlamışlar. Bundan sonra 21.11.2019-cu il tarixdə reyestrdə qeydiyyat aparılmış mübahisəli mənzil üzərində paylar aşağıdakı kimi müəyyən edilmşdir. Cavabdeh4 74/105, Cavabdeh5 1/105, Murad Eyavazzadə 15/105, Renad Eyvazzadə 15/105. "xxxx" MMC-i n 24.08.2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisəli evin bazar dəyəri 50000 manat müəyyən edilmişdir. Cavabdeh4 25.01.2021-ci il tarixdə MPM-in 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbini dəqiqləşdirmiş mübahisəli evin açıq hərracda satılması və satışdan əldə olunan pulun mülkiyyətçilərin paylarına mütənasib yəni çıxarışa əsasən 74/105 hissədə onun, 15/105 hissədə X4, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 münasibətdə bölünməsini xahiş etmişdir. Eyni zamanda Qanuni nümayəndə da iddia tələbini dəqiqləşdirmiş evin açıq hərracda satılması və əldə olunan pulun çıxarışda göstərilən şəxslər arasında bölünüb verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman isə 03.04.2019-cu ildə aparılmış qeydiyyata əsasən verilmiş çıxarışa istinad etmişdir. Həmin çıxarışda isə paylar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh5 1/7, İddiaçı1 1/7, Renad Eyvazzadə 1/7, Cavabdeh4 4/7 hissə. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin halları ilə müəyyən olunur ki, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən mübahisəli mənzil üzərində mülkiyyətçilərin say ı 7 olmuş, bundan sonra məhz məhkəmə icraatı dövründə digər mülkiyyətçilər sıradan çıxmış (əmlakın bağışlanması, vərəsələrdən birinin vəfat etməsi, onun əmlakının vərəsələri arasında bölünməsi, miras əmlakın bağışlanması qaydasında) və faktiki olaraq miras əmlak üzərində payı bəlli 3 mülkiyyətçi qalmışdır. Bundan sonra məhkəmələr faktiki olaraq yeni yaranmış paylara uyğun mənzilin naturda ayrılmasının mümkünlüyünü araşdırmamış, məhz əvvəl müəyyən olunmuş paylara münasibətdə bölgünün mümkünsüz olması ilə bağlı rəylə razılaşmışlar. Halbuki Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilir ki, bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda hərrac vasitəsi ilə əmlakın satılması mümk ündür. Baxılan iş üzrə yaranmış vəziyyətdə isə tərəflərin əvvəlki qaydalara əməl edilməsi nəticəsinə gəlmək mümkünsüzdür. Bununla yanaşı nəzərə alınmalı idi ki, həm ilk, həm də qarşılıqlı iddia ərizələri və əlavələr (hərracda satılma və satış pulunun paya uyğun bölünməsi) verilərkən miras əmlak üzərində baxılan iş üzrə tərəf olan mülkiyyətçilərin tam mülkiyyət hüquqları yaranmamışdır. Çünki Cavabdeh5 20.02.2017-ci ildə vəfat etmiş, onun payının hazırki mülkiyyətçilər arasında bölünməsi 15.05.2020-ci ildə başa çatmışdır. Belə olan halda isə baxılan iş üzrə mülkiyyətçilərin payın naturada ayılmasını tələb etmək və müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı təklifi irəli sürmək hüququna məhz miras əmlak üzərinə paylarına uyğun hüquqlarının qeydiyyata alınması anından malik ola bilərdilər. D igər tərəfdən nə qədər ki, yeni qaydada paylar müəyyən olunmuşdur və tərəflərin qarşılıqlı olaraq mənzilin açıq hərracda satılması ilə bağlı tələbləri mövcuddur, bu halda yeni paylara münasibətdə qarşılıqlı olaraq ayrılmaq istəyən mülkiyyətçilər bir-birindən payın dəyərini digər mülkiyyətçilərdən tələb etməli və bu təkliflərə digər tərəfin hər hansı münasibət bildirməsi müəyyən olunduqdan sonra 3-cü qaydanın tətbiqi mümkün hesab edilməlidir. Göstərilən qaydalara əməl olumaması halında isə hərraca çıxarılma və satış pulunun paylara müvafiq olaraq bölünməsi istisna edilir. Hətta ona da diqqət yetirilməlidir ki, paylı mülkiyyətçilər əvvəlki paylarına münasibətdə də öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməmişlər, belə olan halda da 3-c ü qaydanın (hərracda satılma satış pulunun paylara uyğun bölünməsi) tətbiqi mümkünsüz olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa M əhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələbl ərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4925/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar