Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-661/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğu) iş üzrə QƏRARİ Açar sözlər: xüsusi müsadirə, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6015/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24.04.2013-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227,4 kv.m. olan qeyriyaşayış sahəsi (bundan sonra – mübahisəli əmlak) xx.xx.2013-cü il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-325/2016 saylı, 01 aprel 2016-cı il tarixli q ərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxs X2 bacısının əri olan iddiaçının adına rəsmiləşdirilmiş mübahisəli əmlakın üzərinə həbs qoyulmuşdur.
3. İddiaçı 09 sentyabr 2016-cı il tarixdə X2 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə şahid qismində mübahisəli əmlakla bağlı dindirilmişdir.
4. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə X6 Cinayət Məcəlləsinin 145.3,178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə ona məxsus olan mübahisəli əmlakın da məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli, 11(102)-01 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin məhkumlar X7, X6, X13, X5, X8, X11, X3 və qeyrilərinin barəsində olan 23 aprel 2018-ci il tarixli hökmü həmin məhkumlara aid hissədə dəyişdirilmədən saxlanılmışdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi kollegiyası tərəfindən iddiaçıya və digərlərinə ünvanlanmış 20 may 2019-cu il tarixli, 3h-30/2019 nömrəli məktubda qeyd edilmişdir ki, F.Z.Əliyev və müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, həmin şikayətdə əmlakları n dövlət nəfinə əvəzsiz müsadirə olunması mübahisələndirilmiş və kassasiya şikayətinə baxılan zaman həmin əmlaklarla bağlı dəlillər qiymətləndiriləcəkdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 1-1-(102)2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, həmin şəxs barəsində Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı qismən, yəni əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum X2 və qohumlarının adına olan xüsusi müsadirə edilmiş bəzi əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar apellyasiya instansiyası məhkəməsinin qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünd ən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayətləri qalan hissədə (o cümlədən mübahisəli əmlakın üzərində qoyulmuş məhdudiyyətlərin ləğv olunması hissəsində) təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh və ya Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakın müsadirə siyahısından çıxarılaraq, əmlakın üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına ist inad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli əmlakı 2006-2007-ci illərdə dostu Məmməd Zeynalovdan 20.000 manata rəsmiləşdirmədən, məbləğini hissə-hissə ödəyərək almışdır. Sonuncunun vəfatından sonra isə onun varisi Samir Zeynalovla rəsmi 24 may 2013-cü ildə alqı-satqı müqaviləsi bağlayaraq, qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. 2016-cı ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yolun genişləndirilməsi ilə əlaqədar həmin əmlakın ön hissəsi sökülmüşdür. Lakin anidən və heç bir məlumatı olmadan adı çəkilən ünvanda yerləşən əmlak üzərinə həbs qoyulduğunu öyrənmişdir. Bir neçə hüquqşünasın köməyi ilə aydınlaşdırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli qərarı ilə həyat y oldaşı X1 qardaşı X2 qohumlarına məxsus bir sıra əmlaklar, o cümlədən, ona məxsus mübahisəli əmlak üzərinə həbs qoyulmuşdur.
10. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü maraqlı şəxs kimi ona təqdim edilməsə də, sonradan onun surətini əldə edərək, əmlakının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 1-1(103)-40 saylı 18 oktyabr 2018-ci il tarixli qərarı ilə hökmdən maraqlı şəxs qismində verdiyi apellyasiya şikayəti icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 383cü maddəsində məhkə mənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Beləliklə, iddiaçının Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü və həmin hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı ilə kobud pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasına təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmiş, 20 may 2019-cu il tarixli məktubla təqdimatın veril məsindən imtina olunmuşdur.
11. Azərbaycan Respublikasının Baş Prokurorluğu (bundan sonra – Prokurorluq) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında Prokurorluğunun nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda mübahisəli əmlakın xüsusi müsadirəsi ilə bağlı icra tədbirləri həyata keçirilir. İcra hərəkətlərini gecikdirmək üçün iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ilə müraciət edilmişdir. Sözügedən əmlak iddiaçının adına 2013-cü ildə rəsmiləşdirilsə də, məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, əmlak X4 məxsus olmuşdur. Hansı ki, həmin şəxs ağır cinayətlərin törədilməsində təqsirli bilinərək, müvafiq cəzalara məhkum edilmişdir və hal-hazırda cəza çəkir. Əmlakla bağlı ibtidai istintaq dövr ündə İddiaçı ifadəsi alınmış, əmlaka baxış keçirilmiş, qiymətləndirilməsi aparılmış, istintaq və əməliyyat-axtarış tədbirləri zamanı toplanmış məlumatlar əsasında əmlakın X4 məxsus olduğu öz təsdiqini tapmışdır. Nümayəndə qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1798/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlqar Qaralov) iddia təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən əmlak üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak olduğu iş materialları ilə öz təsdiqini tapır.
12. Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə dövlət nəfinə xüsusi müsadirə olunmuş mübahisəli əmlakın mülkiyyətçisi kimi rəsmiləşdirilmiş iddiaçı müvafiq cinayət işi üzrə cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmuş, eyni zamanda həmin əmlakın cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilmişdir. Əmlakın dövlət nəfinə əvəzsiz müsadirə olunması kassasiya şikayətinə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə mübahisəli əmlakla bağlı dəlillərə də qiymət verilərək, onun məcburi qaydada və əvəzsiz olaraq döv lət nəfinə alınmasına dair məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra - CİM) 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına, CİM-in 183.2, CPM-in 248.1.1, 253, 299.3.2, MPM-in 4.1, 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6015/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iddia tələbinə mahiyyət etibarilə qiymət verilməmiş, iddiaçının hansı zərurətdən çıxış edərək, daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi tələbi ilə məhkəməyə müraciət etməsi məhkəmə araşdırmasının predmeti olmamışdır. Məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirilməmiş, iş materiallarını araşdırmamış, ümumi mülahizələr irəli sürmüş və bir sıra maddi və prosessual hüquq pozuntularına yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Prokurorluq kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Cinayət Məcəlləsi Maddə 99-1.2 və 99-1.3. Şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət Prosessual Məcəlləsi
21. Maddə 132.1.2 Şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak h esabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir).
22. Maddə 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikd irlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.
23. Maddələr 248.1, 248.1.2 və 249.1. Əmlak üzərinə həbs əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Əmlak üzərinə həbs yalnız ci nayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.
24. Maddə 408.3 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Cəzaların İcrası Məcəlləsi
16. Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı
17. CPM-in 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirl əndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.
18. CPM-in 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclas ında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.
19. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əl də edilməsinə dair əsaslı sübutlar mövcud olsun.
20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
21. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmam ış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.
22. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, MPM-in 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir.
23. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla CİM-in 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin. Konstitusiya Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli qərarı
24. CPM-in 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilsin.
25. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, CPM-in 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
26. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilsin. Mülki Prosessual Məcəllə
27. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkə mələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
28. Maddə 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
32. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
34. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
37. Maddə 217.
1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
43. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər Kassas iya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Baxılan iş üzrə iddia tələbi cinayət-p rosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə iddiaçının əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvi ilə bağlıdır.
47. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür.
48. Belə ki, CPM-in 253.0-cı maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər.
49. Nəzərə alınmalıdır ki, həm CPM-in adı çəkilən maddəsində, həm də CİM-in 183.2-ci maddəsində maraqlı şəxsin əmlakının həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tə ləb etmək hüququ nəzərdə tutulsa da, mülki prosessual qanunvericilikdə bununla bağlı qayda müəyyən edilməmişdir.
50. MPM-ə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır (maddə 1.1 və 1.4).
51. CİM-in 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və MPMin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da bu məsə lə nəzərə alınaraq qeyd edilmişdir ki, qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi xüsusi müsadirənin qanuniliyi barədə məsələnin məhz cinayət mühakimə icraatı qaydasında CPM-in tələblərinə uyğun araşdırılmalı olduğunu xüsusi qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət et mək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.
52. Konstitusiya Məhkəməsi, həmçinin məsələ qanunvericilik qaydasında həll edilənədək müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxslərin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsini mümkün hesab etmişdir.
53. Qərarda onun təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla CİM-in 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənz imlənməsi də Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
54. Ötən müddət ərzində Konstitusiya Məhkəməsinin qərarında verilmiş tövsiyələrlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsə də, Konstitusiya Məhkəməsinin 6 oktyabr 2023cü il tarixli qərarı ilə qeyd olunan məsələnin həllinə imkan verən digər hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərarla da, CPM-in 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublik asının Milli Məclisinə tövsiyə olunmaqla yanaşı, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi barədə göstəriş verilmişdir.
55. Bununla yanaşı, cinayət mühakimə icraatının təməl şərtlərindən biri olan cinayət prosesində tərəflərin çəkişməsi prinsipi Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəflərinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutur.
56. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmənin qarşısında duran bütün məsələlər, o cümlədən, əmlak xarakterli məsələlər üzrə də qərarlar cinayət prosesində tərəf lərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin təmin olunduğu şəraitdə qəbul edilməlidirlər. Əks halda, CPM-in 9.2-ci maddəsinin tələbinə görə cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə aparılan və bu səbəbdən etibarsız olan prosesin gedişində qəbul edilmiş aktlar kimi onlar ləğv edilməlidirlər.
57. Bu baxımdan cinayət prosesində iştirak etməyən şəxslər həmin icraatda mülkiyyət hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanına, o cümlədən, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmə qərarını yuxarı məhkəmə instansiyalarında mübahisələndirmək hüququna malik olmadığı halda CPM-in 408.3-cü maddəsinin mənası baxımından bu normanın ehtiva etdiyi “cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin d igər yekun qərarı ilə maraqlarına toxunan şəxs” kimi qəbul edilə bilərlər.
58. Beləliklə, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvinə dair məsələyə cinayət-mühakiməsi icraatı qaydasında Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında ifadə edilmiş mövqelərə uyğun, habelə CPM-in 408.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması mümkündür. Qeyd olunanlara, habelə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
59. Buna baxmayaraq birinci və apellyasiya instansiyası m əhkəmələri yuxarıda sadalanan hüquq normalarının tələblərini, hazırkı tələbin cinayət-mühakimə icraatı qaydasında baxılmalı olduğunu nəzərə almadan, işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.
60. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
62. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən iddiaçıya izah edir ki, Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il və 6 oktyabr 2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi möv qelərə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar hüquq və qanuni maraqlarına toxunulduğu halda həmin məhkəmə aktından apellyasiya şikayəti vermək, yaxud cinayət prosessual qanunvericiliyin verdiyi digər imkanlardan (o cümlədən, CPM-in 408.3-cü maddəsində müəyyən edilmiş imkandan) istifadə etmək hüququna malikdir.
16. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6015/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakın müsadirə siya hısından çıxarılaraq, əmlakın üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulmasını tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.