Məhkəmə qərarları › İş №2(102)-6623/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6623/2022

15.12.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6623/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(001)-7150/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) xx.xx.2022-ci il tarixli, 2(001)-7150/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdu d Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılmış, iddiaçıya hazırkı iddia ərizəsi ilə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) xx.xx.2022-ci il tarixli, 2(001)-7150/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 7150/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı şikayətlə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(119)-31/2021 saylı qətnaməsinin aid olduğu iş üzrə İddiaçı cavabdeh qismində sahibkar statusuna malik olmayan fiziki şəxs kimi, digər cavabdeh "xxxx" MMC isə sahibkarlıq subyekti kimi iştirak etmişdir. Cavabdeh İddiaçı qarşı olan iddia ümumi məhkəməyə, cavabdeh "xxxx" MMC-ya qarşı olan iddia kommersiya məhkəməsinə aid olsa da, iddiaçı Cavabdeh3 MMC həmin cavabdehlərə qarşı olan tələbləri bir icraatda birləşdirmişdir. Bu səbəbdən də MPM-nin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan tələblərə Sumqayıt Kommersiya Məhkəməsində baxılmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı – İddiaçı sahibka rlıq statusuna malik olmadığı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə hərracın etibarsızlığı ilə bağlı verilən iddia kommersiya məhkəməsinə aid ola bilməz və ümumi məhkəmədə baxılmalıdır. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) xx.xx.2022-ci il tarixli, 2(001)-7150/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesab atların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılmış, iddiaçıya hazırkı iddia ərizəsi ilə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırmışdır ki, iş üzrə icra sənədi Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş, həm ilkin mübahisə, həm də ki, ondan doğan hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda həm mübahisənin subyekt tərkibini, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, "x xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-7150/2022 nömrəli qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqə dar olan mübahisələr başa düşülür; Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(119)-31/2021 saylı qətnaməsinin qəbul edildiyi işdə İddiaçı cavabdeh qismində sahibkar statusuna malik olmayan fiziki şəxs kimi, digər cavabdeh "xxxx" MMC isə sahibkarlıq subyekti kimi iştirak etmişdir. Cavabdeh İddiaçı qarşı olan iddia ümumi məhkəməyə, cavabdeh "xxxx" MMC-ya qarşı olan iddia kommersiya məhkəməsinə aid olsa da, iddiaçı Cavabdeh3 MMC həmin cavabdehlərə qarşı olan tələbləri bir icraatda birləşdirmişdir. Bu səbəbdən də MPM-nin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan tələblərə Sumqayıt Kommersiya Məhkəməsində baxılmışdır. Lakin tərəflər arasında yaranmış hazırkı mübahisə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisə deyildir. Belə ki, iddiaçının hazırkı iş üzrə tələbi mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsindən ibarətdir. Yəni nəzərə alınmalıdır ki, m übahisəli hüquq münasibətlərinin həlli ilə bağlı məhkəməyə müraciət edən sahibkarlıq fəaliyyəti subyektləri arasındakı işlərə baxılması o halda kommersiya məhkəməsinin səlahiyyətinə aiddir ki, bu mübahisələr hər iki tərəfin sahibkarlıq fəaliyyətindən əmələ gələn və yaxud bu fəaliyyətin həyata keçirilməsi nəticəsində yaranan mübahisə olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddianın aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlməkdə haqlı olmamışdır və hazırkı iş üzrə mübahisəyə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.2-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhk əmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)7150/2022 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki-Prosessual Məcəllənin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(001)7150/2022 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar