Məhkəmə qərarları › İş №2(102)-6631/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6631/2019

21.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6631/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Zaqatala Regional Qaz İstismarı İdarəsinə qarşı öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqı tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tаrixli 2(033)-143/2019 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddiа təmin edilmiş, Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin 24 oktyabr 2018-ci il tarixli 285-K saylı əmri ləğv edilmiş və İddiaçı əvvəlki, təbii qazın qəbulu və satışı xidmətinə beşinci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)1482/2019-saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən), M.Əsədli (məruzəçi) və İ.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tаrixli 2(033)-143/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tez tələsik, iş ədalətli və hərtərəfli araşdırılmadan, mülki-prosessual prinsiplər kobud surətdə pozulmaqla qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü ma ddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Qasımov Tural Mətləb oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili X6 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı mad dəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi, 10-cu maddəsinin “a”» və «b» bəndlərinə, 70ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin «e» və «ə» bəndlərinə, 80-ci maddəsinin 1-ci bəndinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, RQİİ-nin Ağdaş sahəsinin TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin xidməti ərazilərdə yol vermiş olduqları nöqsanlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu maddəsində və onunla bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliklərinin pozulması ilə bağlı həmin məcəlləinin 70 m addəsinin "ç" bəndi ilə xitam verilməsinə əsas vermişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda artıq Həmkarlar İttifaqı Təşkilatının razılığı mövcud olduğu halda birinci instansiya məhkəməsinin Zaqatala RQİİnin Həmkarlar İttifaqı Təşkilatının razılığı olmadan iddiaçının işdən azad olduğunu bildirməklə iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi k imi, İddiaçı 2018-ci ilin 10 ay ərzində əmək fəaliyyəti zamanı onun xidməti sahəsində RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən seçmə üsul ilə aparılan yoxlamalar zamanı 37 fakt üzrə qazdan istifadə qaydalarının pozulması halları aşkar edilmiş, onun nəticələri müvafiq qaydada sənədləşdirilmişdir. 37 qazdan istifadə qaydalarının pozulması faktından 15 hal sayğacdan kənar əlavə xətt vasitəsilə, 1 hal sayğac üfüqi vəziyyətə gətirilməklə, 21 hal isə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilmişdir. İddiaçı xidməti ərazisində istehlakçıların qaz hesablarında istehlak etdiyi təbii qazın dəyərinin ödənişin təmin edilməsi və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verdiyindən RQİİ-nin 177/Ü saylı 23 iyul 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin "a" bəndinə əsasən "töhmət", RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xidməti ərazidə seçmə üsulla qaz sayğaclarına müdaxilə olunmaqla təbii qazdan qanunsuz istifadə halları aşkar edildiyindən və nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan dəydiyindən yenə RQİİ-nin 202/Ü saylı 03.09.2018 tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" elan edilmiş, daha sonra xidməti ərazisində təkrar istehlakçıların qaz hesablarında istehlak etdiyi təbii qazın dəyərinin ödənişin təmin edilməsi və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verdiyindən RQİİnin 227/Ü saylı 27.09.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin "c" bəndinə əsasən əmək haqqının 1/4 məbləğində cərimə edilmişdir. İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, əmək funksiyalarını pozduguna görə, əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduguna görə müdriyyətin 24 oktyabr 2018-ci il tarixli 285-K saylı əmri ilə tutdugu vəzifədən azad edilmişdir. İddiaçı işə götürən, hazırki iş üzrə Cavabdeh Zaqatala Regional Qaz İstismarı İdarəsinin tərəflər arasında bağlanmış 25 yanvar 2015-ci il tarixli müqaviləsinin ləğv edilməsinə dair sonuncu tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli 285/k saylı əmri ilə razılaşmayaraq sözügedən əmrin ləğv olunması, əvvəlki işinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etirazının əsası kimi iddiaçının cavabdehi olduğu xidməti ərazisi üzrə qeydiyyatda olan bir sıra istehlakçıların qazdan qanunsuz istifadə edilməsinə göz yummaqla və onlara şərait yaratmaqla dövlət əmlakının talanması kimi qiymətləndirilən halların mövcud olmasının dövlətin strateji maraqlarına, dövlət siyasətinin bu sahədəki icraçısı olan "Cavabdeh" İB-nin hüquqlarına, qanunla qorunan mənafelərinə, işgüzar nüfuzuna, eyni zamanda əhalinin dövlətə olan etimadına xələl gətirilməsinə, bu səbəbdən dövlət əmlakının talanmasına şərait yaradan şəxslərin qaz təsərrüfatından uzaqlaşdırmaqla onların bu əməllərinin qarşısı alınmaqda olmasına istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-c ü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikd ə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin "e" bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya miilkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, işçi tərəfındən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 72-ci maddəsinin "ə" bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-c i maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfındən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə kollegiyası kassatorun şikayətində nümunəvi və təcrübəli işçi kimi 5 ay ərzində dəfələrlə əmək müqaviləsində göstərilən vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsinə görə belə bir qısa müddətdə «töhmət», «şiddətli töhmət», 1\4 əmək haqqının tutulması kimi intizam tənbehinin əsaslarının apellyasiya məhkəməsi tərəfindən araşdırılması kimi dəlillərinə qiymət verərək qeyd edir ki, iddia predmeti Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin 24 oktyabr 2018-ci il tarixli 285-K saylı əmrinin qanuniliyi olmuş, belə olan halda isə intizam tə nbehinə dair digər əmrlər isə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən apellyasiya instansiyası məhkəməsinin həmin əmrlərin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməsinə zərurət olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının işdən çıxarılarkən həmkarlar ittiafaqının razılığının alınmasına dair nəticəsi ilə razılaşır və kassasiya şikayətinin bu sənədin gecikmiş sübut kimi qiymətləndirilməli olmasına dair dəlililinin əsassız olması qənaətinə gəlir. Belə ki, işin materiallarından görünür ki, cavabdehin nümayəndəsi Zaqatala RQİİnin Həmkarlar İttifaqı Təşkilatının İdarə heyətinin razılığının alınmasına dair sənəd lərin təqdim edilməsinə dair vəsatət vermiş, Həmkarlar İttifaqının razılığının alındığını, məhkəmə iclası təxirə salınarsa həmin sənədlərin təqdim olunacağını bildirməsinə baxmayaraq vəsatəti nəzərə alınmayaraq yekun nəticəyə gəlinmiş, bununla bağlı birinci instansiya məhkəməsinin iclas protokoluna qeydlər edilməsi də xahiş edilmişdir və qeyd aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin onun işdən azad edilməsinə dair Həmkarlar İttifaqı Təşkilatının İdarə heyətinin razılığının alınmasına dair sənədlərin apellyasiya instansiyası məhkəməsinə təqdim etməsinin Azərbaycan Respublikasının MPM-nin 371 və 372.2-ci maddələrinin tələblərinə uyğun olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Həmçinin də iş materiallarına əlavə edilmiş DƏMX-nin 18 saylı re gion üzrə Dövlət Əmək Müfəttişliyinin 24 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Zaqatala RQİİ-nin Həmkarlar İttifaqı Təşkilatının İdarə heyətinin 24 oktyabr 2018-ci il tarixli iclas protokolu və razılıq məktubu mövcuddur. Beləlikdə də, apellyasiya instansiyası məhkəməsinin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtda artıq Həmkarlar İttifaqı Təşkilatının razılığı mövcud olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuş, kassator isə iddiasının əsası kimi istinad etdiyi hallara əsaslandıran faktları, sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izaha tları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda şərh olunan işin faktiki hallarına və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işəgötürən iddiaçının işdən azad olunması barədə əmr verərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş müqavilənin ləğv edilməsi əsaslarını pozulmaması və həmin Məcəllə ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməsi, habelə əmə k müqaviləsinə xitam verərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş halların nəzərə alınmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticələri qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plen umunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar