Məhkəmə qərarları › İş №2(102)-6645/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6645/2021

28.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6645/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(105)-2041/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Məmmədo v) İddiaçı Cavabdeh və digərlərinə qarşı “torpaq sahəsindən istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sahibliyinə qaytarılması” barədə iddiası qismən təmin edilərək, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsindən 10 aprel 2006-cı il tarixli şəhadətnaməyə, Reyestr Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın plan və ölçü sənədinə əsasən İddiaçı icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin şimal-qərb tərəfində olan 310 kv.metr zəbt olunmuş hissəsinin İddiaçı qaytarılması qət edilib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməs ini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin e dilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq sahəsindən 10 aprel 2006-cı il tarixli şəhadətnaməyə, Reyestr Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın plan və ölçü sənədinə əsasən onun icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, torpaq sahəsindən çıxarılması və həmin torp aq sahəsinin onun sahibliyinə qaytarılmasını iddia edir. Cavabdeh isə İddiaçı mübahisəli torpaq sahəsindən istifadə etməsinə heç bir maneə yaratmadığını, həmin torpaq sahəsinin boş olmaqla İddiaçı istifadəsində olduğunu, 1998-ci ildə sovxozda işlədiyinə görə AİK-nın qərarı ilə mübahisəli torpaq sahəsinə bitişik ərazidən ona torpaq sahəsi verildiyini və özünə məxsus olan torpaq sahəsindən istifadə etdiyini göstərib, iddiaya etiraz edir. Daha sonra işdən görünür ki, “Vergi ödəyicisinin uçota alınması haqqında” 03 avqust 2007-ci il tarixli Şəhadətnaməyə əsasən, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fərdi sahibkar- vergi ödəyicisi İddiaçı adına ********** nömrəli VÖEN verilib. Eləcə də “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” 22 oktyabr 2007-ci il tarixli Şəhadətnaməyə əsasən, 2 saylı Ər azi Vergilər İdarəsi tərəfindən fərdi sahibkar- vergi ödəyicisi Cavabdeh adına ********** nömrəli VÖEN verilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərərkən gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir və hazırki mübahisəli məsələ onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranıb. Ona görə də hazırki mübahisəyə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommesiya Məhkəməsində baxılmalıdır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Abşeron rayonu, “Babacan” adlanan qış otlaq ərazi sindən-örüş sahəsindən 200 ha torpaq sahəsinin İddiaçı icarəsinə məhz sahibkarlıq məqsədi ilə verilməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh isə sovxozda işlədiyi dövrdə 1998-ci ildə AİK-nın qərarı ilə sözügedən torpaq sahəsinə bitişik ərazidən ona torpaq sahəsi verildiyini bildirir. Göründüyü kimi sahibkarlıq məqsədi ilə verilmiş torpaq sahəsi və ona bitişik ərazidə yerləşən torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə yaranıb və onlar fərdi sahibkar statusuna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçir ilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçir ən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) ü zrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olduğundan və hazırki mübahisəli məsələ onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından işə, məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə deyil, kommersiya məhkə məsində baxılmalıdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara da xil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirlmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya inst ansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(105)-2041/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar