Məhkəmə qərarları › İş №2(102)-668/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-668/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-668/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:Sığorta fəaliyyətindən irəli gələn mübahisələr, subroqasiya qaydasında tələb etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə S umqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1473/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 məxsus olan “Toyota Prius minik” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. 2. xx.xx.2021-ci il tarixində, saat 23:00-da Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh1 məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Toyota Prius minik” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə X4 məxsus olub onun tərəfindən idarə olunan “Mercedes Benz C230 minik” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş, sürücüsü isə yüngül dərəcəli bədən xəsarəti almışdır.

3. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən təhqiqat aparılmış, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsin ə görə) əməli tərətməsi müəyyən edilmiş və bununla bağlı barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-602/2021 nömrəli Qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir.

5. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, “Mercedes Benz C230 minik” markalı, 90FL384 qeydiyyat nişanlı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. X2 aldığı bədən xəsarətinə görə

6. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Mercedes Benz C230 minik” markalı, 90FL38 4 qeydiyyat nişanlı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilərək 5000 manat maddi zərərə görə əvəz ödənilmişdir. Həmçinin X1 dəymiş maddi ziyanın əvəzi olaraq 750 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5750 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 5827,90 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilmiş faktiki hallarına istinad edərək tələbini onu nla əsaslandırmışdır ki, iş üzrə Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli rəyə əsasən, 1991-ci il təvəllüdlü X3 aldığı xəsarətlər xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, habelə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq, iş üzrə 1118 və 2995 nömrəli sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra şirkət tərəfindən zərərçəkən X4 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta öd ənişi həyata keçirilmişdir.

9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz verərək etirazı onunla əsaslandırmışlar ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat markalı avtomobili idarə etmək hüququ olmuşdur. Belə ki, əvvəla Cavabdeh2 sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitələrini idarə etmək hüququna malik şəxs olmuşdur. İkincisi, onun həmin hüquqdan məhrum olunması və ya bu hüququnun müvəqqəti məhdudlaşdırılması da iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən, Cavabdeh2 avtomobili Yaşar Qəniyevin iradəsinə zidd olaraq idarə etməsi də müəyyən olunmur. Belə ki, Cavabdeh2 həmin avtomobili Yaşar Qəniyevdən xəbərsiz və onun iradəsinə zidd olaraq götürməsi, qaçırması, oğurlaması və s. qanunsuz olaraq götürməsindən söhbət belə gedə bilməz. Əksinə, cavabdehlər ata və oğuldur, bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar avtomobili də birlikdə istifadə etmişlər. X12 atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədən bir neçə gün əvvəl etibarnamənin müddəti bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Nəzərə almaq lazımdır ki, Yaşar Qəniyev ilə Cavabdeh2 arasında onsuz da həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, əvəzsiz istifadə müqaviləsi xüsusi forma şərtinə tabe də deyildir. İddia ərizəsində göstər ilənin əksinə olaraq, baş vermiş hadisə zamanı Cavabdeh2 doğma oğlu Yaşar Qəniyevə məxsus avtomobili qanunsuz olaraq - cinayət xarakterli əməllər törətməklə, habelə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirdikdən sonra idarə etməsi və məhz bu zaman yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması müəyyən olunmur.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(060)-4068/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli, qətnaməsi ilə (E.Hüseynov) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən X4 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərə rə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

12. Cavabdehin etiraz dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək inzibati xəta tərkibi yaradır və qanuna ziddir. Avtomobilin əvəzsiz istifadəyə verilməsinə gəlincə isə, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verildikdə müvafiq orqanlarda dövlət qeydiyyatından keçirilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi ni nəzərdə tutur. Hazırki halda da, Cavabdeh2 sığortalanmış avtomobili istismar etmək hüququ olmamışdır.

13. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2, 14.2.5, 25.1 və 25.1.3-cü maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ, Xİİİ-İ, 27-ci maddəsinin Vİ-İ bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdehlər qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barəd ə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Cavabdehlərin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin məzmunu bir-birinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinə istinad etməklə hesab etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək qanuna zidd olmaqla inzibati xəta tərkibi yaradır. Məhkəmə burada qanunun müddəasını düzgün təhlil etməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, hüquqi təyinatı və məqsədi baxımından “Etibarnamə” etibar edənin yazılı şəkildə bildirmiş olduğu “əqd”in ifadə ünsürü, formasıdır. Mübahisə olunan iş üzrə cavabdehlər ata və oğuldur, həmçinin bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar mübahisəyə səbəb olan “Mercedes Benz” markalı, 90FL 38 4 dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər. X12 atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə, baş vermiş hadisədən 1 gün əvvəl bitmiş, müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Çünki cavabdehlər arasında həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Yekun olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində olmuşdur.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-247/2023 saylı, 7 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abasov ( sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Qəniyev X5 Yaşar Arif oğluna məxsus “Toyota Prius” minik markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi nəticəsində X1, ona məxsus və onun tərəfindən idarə olunan “Mercedes Benz C230” minik markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5750 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya qaydasında cavabdehlərdən həmin məbləğdə pul tələb edir.

18. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1, 1114.1, 936.1 və 936.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 14.2 və 14.2.5-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ bəndinə istinad edərək qeyd etmişdir ki, yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə cavabdehlər məsuliyyət daşıyır və işin hallarına uyğun olaraq zərərin əvəzi onlardan tutulmalıdır.

19. Cavabdeh2 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulm uş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehdən ziyan məbləğini tələb etmək hüququ (subroqasiya hüququ) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə keçmişdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 936.1, 936.2, 936.5ci maddələrini rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar cavabdehlər zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. 21. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

22. Mübahisənin həlli ilə əlaqədar olaraq yu xarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə iş üzrə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zərərin əvəzinin cavabdehərdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir.

25. Məhkmə kollegiyasının qənaətinə görə cavabdehlərin apellyasiya şikayətin in dəlilləri formal mülahizələrdən ibarət olmaqla, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

26. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili Cavabdeh2 Cavabdeh1 tərəfindən sonuncuya məxsus “Toyota Prius” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün verilmiş etibarnamənin müddətinin bitməsi və həmin avtomobilə dair onlar arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin (həmin müqavilənin müvafiq dövlət orqanında qeydiyyatdan keçməsinə dair iş materiallarında məlumat yoxdur) olmasından ibarətdir ki, bu hallar qeyd olunan sığorta hadisəsinə dair sığorta ödənişi ilə əlaqədar yaranmış subroqasiya hüququnu aradan qaldırmır. c) Kassasiya instansiyası məhkəməsindəki brinci icraat

27. Cavabd ehlər ayrı-ayrılıqda (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2147/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-247/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

29. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr qəbul etdikləri aktlarda tətbiq etdikləri norma larının dispozisiya şərtlərinin işin hallarına uyğunluğunu, habelə cavabdehlərin dəlilləri üzrə gəldikləri qənaəti kifayət qədər əsaslandırmamışlar. Başqa sözlə, məhkəmələrin bu iş üzrə iddianın əsaslı olması nəticəsinə gəlmələri kifayət qədər əsaslandırılmamışdır.

30. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir.

31. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalını n və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

32. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

33. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

34. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

35. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. 3

6. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

37. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

38. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur.

39. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

40. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsə di mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.

41. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(105)-1473/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və A.Süleymanova) apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mövcud subroqasiya tələbinin fa ktiki əsası kimi Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edərək hazırkı tələbi irəli sürmüşdür.

44. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

45. Hazırkı iş üzrə Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, s ubroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

46. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

47. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

48. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

49. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

50. Göründüyü kimi, əşya sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

51. Başqa hüquq münasibətlərinə aid olan tələblər mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan münasibətləri nizama salmaqdır.

52. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat m arkalı avtomobil Cavabdeh2 oğlu cavabdeh Yaşar Qəniyevə məxsus olmuşdur. Avtomobilə dair verilmiş etibarnamənin müddəti hadisədən bir neçə gün əvvəl bitmiş və onlar bundan məlumatsız olmuşlar. Cavabdeh2 avtomobili Yaşar Qəniyevin iradəsinə uyğun olaraq istifadə və idarə etmişdir. Bunun əksini sübut edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəmişdr ki, iddiaçının mövcud subroqasiya tələbi əsassız olmuş və birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəldiyi nəticə isə düzgün olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin tə min edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Toyota Prius” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən etibarnaməsiz, yəni avtomobili idarə etmək hüququ olmadan istifadə olunmuşdur. “Apellyasiya şikayətində avtomobilin cavabdehlərə məxsus olması qeyd edilsə də, işdən görünür ki, hadisə baş verən zamanı avtomobil üzərində N.P-in mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış, yalnız adına mülkiyyətçi (X8) tərəfindən etibarnamə verilmiş, A.P-in adına isə həmin avtomobil üzərində qanuni sahiblik və istifadə hüquqlarını ehtiva edən hər hansı sənəd mövcud olmamışdır. Göründüyü kimi, iddiaçının subroqasiya hüququ sahəsində müvafiq tələb hüququ yaranmışdır.” Hesab edilir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

62. Maddə 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.

63. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurm aq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

64. Maddə 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

65. Maddə

161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.

66. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

67. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar a daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

68. Maddə

732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

69. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 70.. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığ ortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

71. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

72. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:... Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının həd ləri

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

83. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

86. Belə ki, «İcbari sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsinin məzmunundan aydın olur ki, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığo rta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

87. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar.

88. Belə olan halda “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni konteksdə qiymətləndirdikdə bu nəticəyə gəlmək mümkündür ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

89. Bu baxımdan qeyd edilməlidir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyini qiymətləndirərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

90. Bu qərarının 72-ci paraqrafında göstərilən qanunun istinad olunan maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyy ən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

91. Bu baxımdan apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh1 məxsus olan avtomobil onun iradəsinə zidd olmadan Cavabdeh2 istifadəsinə verilmiş və sonuncu tərəfindən idarə edi lmişdir.

92. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

93. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

94. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

95. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(105)-1473/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar