Məhkəmə qərarları › İş №2(102)-6683/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6683/2019

21.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6683/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X35 oğlunun katibliyi, İddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7245/2019 nömrəli iş üzrə 03.06.2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rektorunun 23 oktyabr 2018-ci il tarixli, № 1/154 saylı “əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, onun qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əvvəlki işinə bərpa olunan günədək əmək haqqının hesablanaraq birdəfəlik şəkildə ödənilməsi, qanunsuz işdən çıxarılması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) 23.01.2019-cu il tarixli 2(006)-1020/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov - sədrlik edən və məruzəçi, İ.Kərimli, V.Həsənov) 03.06.2019-cu il tarixli, 2(103)-7245/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli 2(006)-1020/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(103)-7245/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh rektorunun 23 oktyabr 2018-ci il tarixli, N 1/154 saylı əmrin məzmunundan aydın olur ki, əmək müqaviləsinə dəyiş iklik edilməklə iddiaçı Cavabdehndə tutduğu vəzifədən azad olunaraq, Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilməsi barədə əmr verilib. Yəni mahiyyəti üzrə işçinin əmək müqaviləsi birtərəfli qaydada dəyişdirilib və işçi razılığı olmadan başqa işə keçirilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı və 59-cu maddələrinə əsasən işçinin başqa işə keçirilməsi yalnız işçinin razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə, müəssisə daxilində həyata keçirilə bilər. Yəni nə işçinin razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilə bilər, nə də ki, işə götürənin əmri ilə işçi başqa bir müəssisədə hər hansı bir vəzifəyə işə qəbul edilə bilər. Əmək Məcəlləsi işçinin əmək funksiyasını yerinə yetirmədiyinə və ya əmək vəzifələrinin kobud şəkildə pozduğuna görə işçinin başqa işə (daha aşağı vəzifəyə) keçirilməsinə bir mənalı şəkildə yol vermir. Əgər əmrdə və qətnamədə qeyd edildiyi kimi iddiaçı - İddiaçı işində ciddi nöqsanlara yol vermişdirsə, cavabdeh təşkilat onu başqa işə keçirmək yerinə onunla bağlanmış əmək müqaviləsinə xitam verməli idi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd etdiyi həmin halların heç biri məhkəmə araşdırmasının predmeti olmamışdır. Yəni, həmin nöqsanların mövcud olub-olmadığı məhkəmədə ümumiyyətlə araşdırılmamışdır. Məsələn, qətnamədə qeyd olunduğu kimi, - yazılması mühüm olan hansı məlumatlar laborantların əmək müqaviləsində yazılmayıb, yaxud səhv yazılıb, hansı əmək kitabçası ciddi şəkildə korlanıb, hansı laboranta və kitabxanaçıya qanunvericiliyin tələblərinə zidd olaraq ödənişli məzuniyyətlər v erilib, əgər doğrudan da bu nöqsanlar mövcuddursa, həmin nöqsanların baş verməsində iddiaçının iştirakı nədən ibarətdir, işçilərin məzuniyyətə göndərilməsi səlahiyyəti iddiaçıya məxsusdur və sair, - bu halların heç biri məhkəmədə araşdırılmayıb. Belə olan halda, Apellyasiya Məhkəməsinin öz qətnaməsində həmin nöqsanların sübut olunduğunu qeyd etməsi olduqca təəccüb doğurur. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən, öz mövqeyini iddiaçının başqa işə keçirilməsi barədə cavabdeh təşkilatın 23 oktyabr 2018-ci il tarixli, № 1/154 saylı Əmri ilə əsaslandırmağa çalışıb. Halbuki, iddiaçı məhz həmin əmrin özünü mübahisələndirir. Yəni, cavabdeh təşkilatın əmrinin qanuni və əsaslı olduğunu məhz həmin əmrdə qeyd olunan məlumatlara istinad etməklə əsaslandırmaq tamamilə absurddur. Həmin ə mrdəki məlumatların doğruluğu digər sübutlarla əsaslandırılmalıdır. İşdə isə bu barədə heç bir sübut mövcud deyildir. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi və Universitetin işçiləri tərəfindən tərtib olunduğu iddia olunan 23 oktyabr 2018-ci il tarixli akt isə, tərtib olunma tarixindən göründüyü kimi, sonradan, yəni, iddiaçının tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin verdiyi 22 oktyabr 2018-ci il tarixli rəydən sonra tərtib olunmuşdur. Təkcə bu fakt iddiaçının tutduğu vəzifədən azad edilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını, tamamilə qanunsuz olduğunu və bu qanunsuzluğun Universitetin rektoru X1ona qarşı qərəzli münasibətindən irəli gəldiyini birbaşa sübut edir. Məhkəmə Universitetin işçiləri tərəfindən tərtib ol unduğu iddia olunan 23 oktyabr 2018ci il tarixli aktda qeyd olunan məlumatların doğru olub-olmadığını da araşdırmamışdır. Yəni həmin aktın həqiqətən orada adları qeyd olunan şəxslər tərəfindən tərtib olunub-olunmadığını, aktdakı imzaların onlara məxsus olub-olmadığı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu məsələ həmin şəxslərin məhkəmədə şahid qismində dindirilməsi ilə müəyyən edilə bilərdi. Lakin məhkəmə həmin şəxslərin heç birini məhkəməyə dəvət etməmiş və həmin aktın onlar tərəfindən tərtib edilibedilmədiyini müəyyən etməmişdir. Belə olan halda həmin aktın sübut kimi qəbul edilməsi və qətnamədə ona istinad edilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini, Konstitusiya Məhkəməsinin qərarlarını pozmuş və nə ticədə iddia tələbinin təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayət təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 18.02.2009-cu il tarixdə 1/39 saylı əmrlə Cavabdeh kadrlar şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, 23.10.2018-ci il tarixdə 1/524 saylı əmrlə kadrlar şöbəsində tutduğu baş mütəxəssis vəzifəsindən azad edilərək, ADU-nun Həmkarlar İttifaqları Komitəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Kadrlar şöbəsində 2018-2019-cu tədris ilinədək mövcud olan sənədləşmənin müvafiq tələblərə uyğun olmadığı, tez bir zamanda sənədləşmənin qaydaya salınmasının təmin edilməsi qərara alınmışdır. Cavabdeh baş mütəxəssisləri X12, X1, X20, X6, mütəxəssislər X4, X9, X13 və tabelçi X21 tərəfindən tərtib edilmiş 19 oktyabr 2018-ci il tarixli 1 nömrəli daxili in tizam qaydalarının pozulması haqqında aktın təsdiq edilmiş surətinə əsasən kadrlar şöbəsində sənədlərin düzgün qaydada tərtib olunması vəziyyətinin yoxlanılması, nöqsanlar olarsa vaxtında aşkar edilməsi və düzgün qaydada tərtibini təmin etmək məqsədi ilə Rektoryanı Şuranın 15 oktyabr 2018-ci il tarixli iclasının 35 nömrəli qərarına əsasən yaradılmış özünü təhlil komissiyası fəaliyyətə başlamışdır. Aşkar olunan nöqsanlar işçilərin nəzərinə çatdırılmış və tez bir zamanda nöqsanların aradan qaldırılması tövsiyə olunmuşdur. Kadrlar Şöbəsinin baş mütəxəssisi İddiaçı törətdiyi ciddi nöqsanların aradan qaldırılmasına qarşı etiraz etmiş, komissiya üzvlərinə və müdirə etik qaydalara uyğun olmayan şəxsiyyəti təhqir edən nalayiq sözlər söyləmiş və komissiya üzvlərinin sənədlərlə bağlı deyilən ciddi nöqsanların ona qarşı atılan böhtan olduğunu bəhanə gətirmişdir. Cavabdeh Həmkarlar ittifaqı Komitəsinin sədri X1 Cavabdeh Kadrlar şöbəsinin müdiri, dosent X2 X3 qızı haqqında təqdimatına verilmiş 22 oktyabr 2018-ci il tarixli rəyinin təsdiq edilmiş surətinə əsasən İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər nəticəsində işəgötürənin mənafeyinə ciddi xələl gətirməsi halını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Həmçinin İddiaçı ailə vəziyyətini nəzərə alaraq humanistlik göstərərək onun başqa işlə təmin olunması məsələsinin baxılması təklif edilmişdir. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin 22.10.2018-ci il tarixli 13 saylı protokolunun təsdiq edilmiş surətinə əsasən kadrlar şöbəs inin müdiri X4 həmin şöbənin baş mütəxəssisi İddiaçı haqqında təqdimatını (rektorun dərkənarı ilə), əməkdaşın (X10) izahatını, həmçinin kadrlar şöbəsində səliqə-səhman və nizam-intizam yaratmaq üçün HK üzvlərinin çıxışlarını nəzərə alaraq İddiaçı başqa işə keçirilməsinin təklif olunması, onun səhvləri Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə müəyyən edildiyindən kobud pozuntu hallarına yol verdiyi qərara alınmışdır. Cavabdeh kadrlar şöbəsinin müdiri X14, kadrlar şöbəsinin müdir müavini X28, baş mütəxəssislər X12, X1, X20, mütəxəssislər X4, X13 və tabelçi X21 tərəfindən tərtib edilmiş 23 oktyabr 2018-ci il tarixli İddiaçı sənədləri özü ilə aparması ilə bağlı izahat yazmaqdan imtina etməsinə dair aktın təsdiq edilmiş surətinə əsasən Cavabdeh əməkdaşı İddiaçı öz nəzarətində olan unive rsitetin laborantlarının şəxsi işlərini dəfələrlə, işdən sonra, kadrlar şöbəsinin müdirindən xəbərsiz özü ilə aparmışdır. Bu əməlinin səbəbi barədə izahat tələb olunsa da, izahat verməkdən imtina etmişdir. Cavabdeh kadrlar şöbəsinin müdir müavini X28, baş mütəxəssislər X15, X12, X1, X20, mütəxəssislər X4, X16, X13 və tabelçi X21 tərəfindən tərtib edilmiş 23 oktyabr 2018-ci il tarixli 2 nömrəli daxili intizam qaydalarının pozulması haqqında aktın təsdiq edilmiş surətinə əsasən yoxlamalar nəticəsində kadrlar şöbəsinin baş mütəxəssisi İddiaçı işində ciddi nöqsanlara yol verməsinə baxmayaraq, 23 oktyabr 2018-ci il tarixdə Kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilərək X18 Komitəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. Rəhbərliyin əmrinə məhəl qoymayan İddiaçı 23 oktyabr 2018-ci il tarixində yeni təyin olunduğu iş yerinə getməmiş, kadrlar şöbəsinə gələrək iş saatının sonunadək şöbədə oturmuş, işdən çıxarkən müdirin icazəsi olmadan şəxsi işlərdən çoxlu sayda sənədləri özü ilə götürmüş, müdir Kifayət Hacıyevanın haqlı iradı ilə qarşılaşarkən şöbənin əməkdaşları yanında müdirə etik qaydalara uyğun olmayan şəxsiyyəti təhqir edən nalayiq sözlər söyləyərək şəxsi işlərdən götürdüyü çoxlu sayda sənədləri özü ilə aparmışdır. Cavabdeh kadrlar şöbəsinin müdiri X17, kadrlar şöbəsinin müdir müavini X28, baş mütəxəssislər X12, X1, X20, mütəxəssislər X4, X13 və tabelçi X21 tərəfindən tərtib edilmiş 23 oktyabr 2018-ci il tarixli İddiaçı başqa işə keçirilmənin təklif olunması barədə aktın təsdiq edilmiş surətinə əsasən, Cavabdeh əməkdaşı Baxşəliyeva X5 daxili intizam qaydalarını k obud şəkildə pozmuş, bu barədə kadrlar şöbəsinin işçiləri tərəfindən oktyabr ayında müxtəlif günlərdə müvafiq aktlar tərtib olunmuşdur. Bütün nöqsanlara baxmayaraq, o işdən çıxarılmamış və ona ADU-nun ştat cədvəlinə uyğun olaraq başqa iş təklif edilmişdir. İddiaçı isə bu təklifə razılaşmamışdır. Cavabdeh 23 oktyabr 2018-ci il tarixli, 1/524 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrinin surətinə əsasən kadrlar şöbəsinin baş mütəxəssisi İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə kadrlar şöbəsində tutduğu baş mütəxəssis vəzifəsindən 23.10.2018-ci il tarixdən azad edilərək, ADU-nun Həmkarlar İttifaqları Komitəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Cavabdeh kadrlar şöbəsinin müdiri X17, kadrlar şöbəsinin müdir müavini X28, baş mütəxəssislər X7, X12, X1, X20, mütəxəssi slər X4 və X13 tərəfindən tərtib edilmiş 24 oktyabr 2018-ci il tarixli 3 nömrəli sənədlərin geri qaytarılması haqqında aktın təsdiq edilmiş surətinə əsasən İddiaçı şəxsi işlərdən götürdüyü əmək müqavilələrində düzəlişlər etdikdən sonra 24 oktyabr 2018-ci il tarixdə bir sıra əməkdaşların (cəmi 71 nəfər, adlar göstərilib) əmək müqavilələrini kadrlar şöbəsinə geri qaytarmışdır. Cavabdeh rektoru tərəfindən 11 sentyabr 2018-ci il tarixdə təsdiq edilmiş kadrlar şöbəsinin mütəxəssisi vəzifə təlimatının 1.3-cü bəndinə əsasən kadrlar şöbəsinin mütəxəssisi vəzifəsinə ali təhsilli, aidiyyəti vəzifələrdə ən azı üç il iş stajı olan şəxs təyin oluna bilər. Cavabdeh tərəfindən verilmiş 21 dekabr 2018-ci il tarixli 713 nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh Həmkarlar İttifaqı Komitəsində mütəxəs sis vəzifəsində hal-hazıra kimi işləyir. Aylıq əmək haqqı 750 manat təşkil edir. Cavabdehndə çalışan rəhbərlik, inzibati idarəetmə, tədris və tədris köməkçi, xidmətedici və təsərrüfat işçilərinin adlı siyahısının və ADU-nun ştat cədvəlinin təsdiq edilmiş surətlərinə əsasən X27 Komitəsində 1 vahid mütəxəssis ştatı Cavabdeh ştat vahidinə daxildir. Cavabdeh kadrlar şöbəsinin müdiri X17, kadrlar şöbəsinin müdir müavini X28, baş mütəxəssislər X12, X1, X20, mütəxəssislər X4, X13 və tabelçi X21 tərəfindən tərtib edilmiş 23 noyabr 2018-ci il tarixli 4 nömrəli İddiaçı işə gəlməməsi barədə aktın aktın təsdiq edilmiş surətinə əsasən Cavabdeh əməkdaşı Baxşəliyeva X5 daxili intizam qaydalarını kobud şəkildə pozmuş, bu barədə kadrlar şöbəsinin işçiləri tərəfindən oktyabr ayında müxtəlif günlərdə müvafiq aktlar tərtib olunmuşdur. İddiaçı 23 oktyabr 2018-ci il tarixdə şəxsi işlərdən götürdüyü 71 nəfər əməkdaşın əmək müqavilələrində düzəlişlər edərək kadrlar şöbəsinə geri qaytardıqdan sonra rəhbərlik tərəfindən ona qarşı haqsızlıq edilməsini bəhanə gətirərək 24 oktyabr 2018-ci il tarixdən 23 noyabr 2018-ci il tarixədək işə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmuşdur. Belə ki, mülki işin 5-ci səhifəsində olan əmrdən görünür ki, İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdur. Bu hal onunla əsaslandırılmışdır ki, kadrlar şöbəsində mövcud olan sənədləşmə müvafiq qaydalara uyğun olmamışdır. Belə ki, laborantların əmək müqavilələrind ə bir sıra mühüm qeydlər aparılmamış və ya səhv aparılmış, maaşlar qeyd olunmamış, əmək kitabçaları ciddi şəkildə korlanmış, laborant və kitabxanaçılara qanunvericiliyin tələblərinə zidd olaraq ödənişli məzuniyyətlər verilmişdir. Bu faktlar Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin yığıncağında müzakirə olunmuş, Həmkarlar İttifaqı Komitəsinin 22.10.2018-ci il tarixli rəyi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72 “e” bəndində nəzərdə tutulan kobud pozuntulara yol verdiyi təsdiq olunmuşdur. İşçi işində yol verdiyi ciddi nöqsanlara görə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə vəzifəsindən azad olunmuşdur. İddiaçının işində kobud pozuntulara yol verməsi təsdiq olunduğundan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün əsaslar olmuşdur. İşçinin əmək vəzifə lərini kobud şəkildə pozması və bu əsasla da əmək müqaviləsinə xitam verilməsi işin faktiki halları ilə təsdiq olunduğundan onun başqa işlə təmin olunması tutduğu vəzifəyə uyğun gəlməməsi və bununla da başqa vəzifəyə keçirilməklə əmək müqaviləsinə xitam verilməsi kimi qiymətləndirilməməlidir. Hazırki işdə işçi tutduğu vəzifəyə uyğun olmadığı üçün vəzifədən azad olunmamışdır. Onunla əmək müqaviləsinə ona görə xitam verilmişdir ki, o əmək vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol vermişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halla rından görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Əksinə onun ailə vəziyyəti, uzun müddət həmin müəssisədə fəaliyyət göstərməsi nəzərə alınaraq, o başqa işlə təmin olunmuşdur. Mülki işin 41-ci səhifəsində olan rektor X4 tərəfindən verilmiş rəydən də görünür ki, humanistlik göstərilərək başqa işlə təmin olunması məsələsi təklif olunmuş və bunun nəticəsi olaraq o başqa işlə təmin olunmuşdur. Bu hal qanunvericiliyin tələblərinə zidd deyil. Əgər iddiaçı həmin vəzifədə işləmək istəmirsə ondan imtina edə bilər. Kassasiya şikayətinin dəliləri iş materialları ilə təkzib edilir. Belə ki, məhkəmə q ətnaməsində istinad olunan sübutlarla iddiaçının yol verdiyi pozuntular ətraflı əks olunmuşdur.İddiaçıya irad tutulan həmin nöqsanların mövcud olub-olmadığının məhkəmədə ümumiyyətlə araşdırılmaması barədə qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya şikayətinin işçinin əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi və işçi razılığı olmadan başqa işə keçirilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı və 59-cu maddələrinə zidd olması ilə bağl ı dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, işçi razılığı olmadan başqa işə keçirilməmiş, onunla əmək müqaviləsinə ona görə xitam verilmişdir ki, o əmək vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, hazırkı işin f aktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7245/2019 nömrəli iş üzrə 03.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar