Məhkəmə qərarları › İş №2(102)-669/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-669/2025

10.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-669/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 2(103)5542/2024 saylı qətnaməsindən cavabdeh X Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları

1. X, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT saylı əmrinə əsasən, “Satınalma və Təchizat Departamenti, Təsərrüfat və Nəqliyyat Şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.

2. X, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 298 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı ilə əlaqədar) tutduğu vəzifədən azad edilmişdir.

3. X, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 470 saylı əmri ilə İddiaçı Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8461/2017 saylı qətnaməsinə əsasən işə bərpa olunmuşdur.

4. X, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 40 nömrəli əmri ilə Məmmədov X1 və Təchizat Departamentində Təchizat və Nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir.

5. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)1104/2024 saylı qərarı ilə İddiaçı hərəkətlərində AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi aşkar edilmədiyindən, onun barəsində AR Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilmiş və həmin qərar xx.x x.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X, Cavabdeh MMC-nə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT saylı əmrinin ləğv edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi və ona vurulmuş mənəvi ziyana görə 10.000 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun barəsində olan işdən çıxarmaya dair əmrdə qeyd edilmişdir ki, cavabdehin daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırmaya görə məlum olmuşdur ki, guya o, əmək vəzifələrini kobud şəkildə pozmuşdur, yəni daxili nəzarət şöbə si tərəfindən keçirilmiş monitorinq zamanı guya onun tərəfindən cavabdehin ünvan 1 ünvanda yerləşən inzibati binada dezinfeksiya xidmətini həyata keçirən "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin ona verilməsi ilə bağlı razılığa gəlinməsi və bunun qarşılığında inzibati binada Cəmiyyət tərəfindən mütəmadi olaraq dezinfeksiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair Cəmiyyətin nümayəndəsinə söz verməsi müəyyən edilmişdir. O, cavabdehdə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Cavabdehdə dezinfeksiya işlərinin həyata keçirilməsi üzrə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən şəxsin hansı səlahiyyətlərinin olduğu v ə bu məqsədlə kiminlə və nə kimi əlaqəyə girə biləcəyi müəyyənləşdirilməlidir. Sözügedən əmr ona qarşı qərəzli olaraq verilmişdir.

8. Cavabdeh, iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT saylı əmrinə əsasən AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə, o işdən azad edilmişdir. İddiaçı öz əmək vəzifələrini kobud surətdə pozmuş və hərəkətləri ilə cavabdehin mənafeyinə xələl gətirmişdir. Cavabdehin daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı iddiaçının cavabdehin ünvan 2 ünvanda yerləşən inzibati binasında dezinfeksiya işlərinin həyata keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılı ğında isə inzibati binada Cəmiyyət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair Cəmiyyətin nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, iddiaçı, "xxxx" MMC-nin cavabdehin nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin Cəmiyyət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə iddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə iddiaçı, 210 manatın Cəmiyyətin nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra, iddiaçının təşkilatçılığı ilə 2023- cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt iddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunanlarla əlaqədar iddiaçı əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə məktub ünvanlanmış və sonuncu isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. İddiaçı, xx.xx.2023-cü il tarixli izahatında dezinfeksiya işlərinin görülməsi ilə bağlı aktda olan qiymət və obyektin sahəsinə nəzarət etmədiyini bildirmiş, sonradan isə elə həmin izahatında özünü təkzib edərək bildirmişdir ki, “Unidez Center MMC-nə Aktda 2-ci dəfə səhvən kvadratı 10 dəfə çox göstərmiş və o, aktın dəyişdirilməli olduğunu bildirmişdir. İ ddiaçı yalnız işlərin görülməsinə nəzarət etdiyini bildirsə də, izahatında onun akta nəzər salıb, dəyişiklik edilməsini deməsi faktı öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən Cavabdeh MMC-də 9.900 kv.metr ərazidə dezinfeksiya və deratizasiya işlərinin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 419 saylı təhvil-təslim Aktı imzalanmışdır. Sonradan yenidən xx.xx.2023-cü il tarixdə iddiaçının imzası ilə Akt tərtib olunmuşdur. İddiaçı öz izahatında bildirmişdir ki, müvafiq xidmətin göstərilməsi ilə bağlı Aktda uyğunsuzluq aşkar etdikdən sonra "xxxx" MMC-nin rəhbərliyinə zəng edərək iradını bildirmiş və Aktın dəyişdirilməsini tələb etmişdir. Qeyd olunan Aktda yazılmış ərazinin sahəsinin şişirdilmiş olduğu digər əməkdaş tərəfindən müəyyən olunduqdan sonra, həmin sahə azaldılaraq yenidən "xxxx" MMC-yə göndərilmiş, dezinfeksiya və deratizasiya işləri ilə bağlı 560 kv.m və 560 kv.m olmaqla, ümumilikdə 1120 kv.metr sahə qeyd olunmaqla təhvil-təslim Aktı tərtib olunmuş, "xxxx" MMC ilə Cavabdeh MMC arasında hesablaşmalar həmin təhvil-təslim Aktına əsasən aparılmışdır. "xxxx" MMC-nin direktoru X4 xx.xx.2023-cü il tarixli izahatında yuxarıda qeyd olunanları etiraf etmişdir. O, bildirmişdir ki, ona Cavabdeh MMC-nin məsul şəxsi tərəfindən tapşırıq gəlmiş, onun əsasında xidmət göstərilmiş və həmin məsul şəxs iddiaçı olmuşdur. Eyni zamanda, o, əlavə olaraq etiraf etmişdir ki, Cavabdeh MMC-nin 20 yanvar dairəsindəki ərazisində dezinfeksiya aparılması müqavilə əsasında həyata keçiriləcəkdi, lakin iddiaçı onunla görüş zamanı inzibati binanın rəhbəri olduğunu və inz ibati binada kimin, necə işləmək istədiyinin qərarını da özü verəcəyini, onun dediyi şərtlərlə razılaşmasalar həmin binada xidmət göstərilməyəcəyini bildirmişdir. İddiaçı onunla razılaşacağı halda daha teztez xidmət göstəriləcəyini, həmçinin xidmət sahəsinin olduğundan 10 dəfə çox göstərəcəyini və pulun köçürülməsinə özünün nəzarət edəcəyini qeyd etmişdir. Bunun müqabilində xidmət haqqı üzrə qazancın hər dəfə müəyyən məbləğini ona geri qaytarmağı şərt kimi qoymuşdur. İddiaçı nümayəndəyə həmin görüşdə 1-ci işə görə 210 manatın ona geri qaytarılmalı olduğunu bildirmişdir. İddiaçı söz verdiyi kimi iyun ayında ikinci dəfə dezinfeksiya xidməti üçün tələb göndərmişdir. O, öz izahatında ikinci dəfə göndərilən təklifin qətiyyən dezinfeksiya ilə əlaqədar olmadığını bildirmiş, 210 manat ödənişin müq avilədən kənar iddiaçıya ödənildiyini etiraf etmiş və bunlar “whatsapp” yazışmalarında öz əksini tapmışdır. O, öz izahatında qeyd etdiyi və iş materiallarında olan sənədlərlə aralarında olan yazışmalarda bank kartını nümayəndəyə təqdim etmiş və həmin hesaba 210 manat ödəniş olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)141/2024 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddianın qismən təmin edilərək, işəgötürənin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü ildən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh tərəfindən id diaçıya ödənilməsi, cavabdehdən mənəvi zərərə görə 1.000 manatın alınıb iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarına əsasən, iddiaçının işdən çıxarılmasına əsas olmuş fakt məhkəmə qaydasında sübuta yetirilməmiş, şəxsin təqsirliliyi məhkəmə qaydasında öz təsdiqini tapmamışdır.

11. AR MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən normanın məzmunundan belə qənaətə gəlmək olar ki, inzibati xətalara dair işlər üzrə icraatla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə olduğu təqdirdə, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq iddiaçının işdən çıxarılmasına əsas olan fakt, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1104/2024 saylı qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmadığından, işəgötürənin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT saylı əmri ləğv edilməli və iddiaçı əvvəlki işinə və vəzifəsinə bərpa edilməlidir.

12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

13. Məhkəmə, iddia tələbinin “ona vurulmuş mənəvi ziyana görə 10.000 manatın cavabdehdən tutulması” hissəsində qismən, yəni 1.000 manatın təmin edilməsini qanuni və ədalətli hesab etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əsassız olaraq işdən çıxarılmış, qulluq mövqeyindən sui-istifadə yolu ilə qanunsuz olaraq 210 manatı mənimsədiyi iddia olunmuş və onun barəsində AR İXM-nin 227-ci maddəsinə müvafiq olaraq inzibati xətalar haqqında işlər üzrə icraat aparılmışdır. Bunun nəticəsində iddiaçının əmək kollektivi arasında nüf uzu zədələnmişdir. Yekun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qeyd edilən faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilən faktların hər biri iddiaçıya mənəvi zərər vurduğunu təsdiq edir.

14. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1.000 manat həcmində müəyyənləşdirilməsi, onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

15. Məhkəmə, gəldiyi nəticəni AR ƏM-nin 68.1, 71.2, 71.3, 72, 80.1, 80.2, 83.1, 83.2, 84 və 300-cü, habelə MPM-in 13.4, 14.2, 77.1, 82.4 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyri-qanunu olaraq qanunu geniş təfsir edərək heç bir əsas gətirmədən inzibati xəta barədə icraatla bağlı qərara cinayət təqibi ilə əlaqədar qərara aid olan normanı tətbiq etmişdir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. “AR CPM-in 142-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıld ığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübut etmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1104/2024 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilməsi qərarını əsas götürmüş, lakin qeyd olunan əsaslardan olan hər iki işdə cavabdehin hüquqi statusunun eyni olmaması faktını nəzərə almamışdır. Yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. İddiaçı öz vəzifəsini yerinə yetirən zaman qanunsuz olaraq adını qurban payı adlandıraraq 210 manatı qəbul etmiş və bu barədə rəhbərliyə məlumat verməmişdir və bu fakt Zaur Sucayevin prokurorluqda verdiyi ifadəsi ilə də təsdiq olunmuşdur. İddiaçı öz əmək vəzifələrini kobud surətdə pozmuş və hərəkətləri ilə cəmiyyətin mənafeyinə xələl gətirməsinə baxmayaraq məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmadan, yalnız qanunun analogiyası tətbiq edilərək qanunsuz nəticəyə gəli nmişdir. İddiaçı, əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və onun əvvəlki işinə bərpa olunması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə bu qərarı ilə gələcəkdə qanunsuz əməl törətmiş bu kimi işçilərin sayının artacağına səbəb olacağını nəzərə almamışdır. İddiaçı ilə "xxxx" MMC-in direktoru X5 arasında münasibətlər cavabdehlə müqavilə bağlanması nəticəsində yaranmış iş münasibətləridir və iddiaçının 210 manatı hədiyyə və ya Qurban payı kimi Zaur Sucayevdən qəbul etməsi qanunvericiliyə uyğun deyil. Qeyd olunan məsələ ilə bağlı iddiaçının hesabına 210 manat göndərilmiş və bununla bağlı rəhbərliyə məruzə edilməmişdir. Hər bir halda iddiaçı tərəfindən həmin pul vəsaitinin qəbul edilməsi qanunla qadağandır. İd diaçı, 210 manatı vəzifə səlahiyyətlərini yerinə yetirən zaman qurban payı adı adlandıraraq qəbul etmiş, bununla bağlı rəhbərliyə heç bir məlumat verməmiş, qulluq mövqeyindən sui-istifadə edərək həmin məbləğdə pul vəsaitini mənimsəmişdir. Məhkəmə, heç bir əsas olmadan iddiaçının bu əməlini ətraflı araşdırmadan yekun qərara gəlmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1104/2024 saylı qərarını əsas götürmüş, lakin cavabdeh həmin iş üzrə nə təqsirləndirilən, nə də ki, zərərçəkmiş şəxs kimi çıxış etmiş, yəni əsas iştirakçı kimi qeyd olunmamış və nəticədə məhkəmə qanunsuz olaraq həmin qərara əsaslanmışdır. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subye ktiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Göründüyü kimi, müvafiq iş üzrə cavabdehin hüquqi statusu eyni olmamış, birinci instansiya məhkəməsi əsassız olaraq qanunun analogiyasını tətbiq etmiş, əlavə araşdırmaya zərurət olmadığı qənaətinə gəlmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)5542/2024 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, V.Sadıqov və S.Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 3(004)-1104/2024 saylı qərarının preyudisiyal əhəmiyyət kəsb etməməsi və birinci instansiya məhkəməsinin iddianı təmin edərkən həmin qərara istinad etməsinə dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi AR MPM-in 13.4-cü maddəsinə istinad etməsi ilə prosessual normaların tələblərini pozmamışdır.

20. Belə ki, AR MPM-in 82.4-cü maddəsində “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı”ndan bəhs edilmişdir, bu zaman inzibati xəta haqqında qərar qeyd edilməmişdir. Bununla belə AR MPM- in 13.4-cü maddəsində barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir ki, birinci instansiya məhkəməsi də hazırkı iş üzrə iddiaçının barəsində verilmiş əmrin əsaslandığı halları aradan qaldıran Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1104/2024 saylı qanuni qüvvəyə minmiş qərarına istinad etməsi düzgün olmuşdur.

21. Məhkəmə kollegiyası, qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən qərar preyudisiyal əhəmiyyətli olması qəbul edilməsə belə, birinci instansiya məhkəməsi Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1104/2024 saylı qanuni qüvvəyə minmiş qərarının məzmununda göstərilənləri hazırkı mübahisəyə tətbiq etməkdə h aqlı olmuşdur.

22. Belə ki, iddiaçının AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılmasına əsas olan fakt, yəni, onun 210 manatın "xxxx" MMC-in nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq onun tərəfindən mənimsənilməsi Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1104/2024 saylı qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmamışdır. Yəni, məhkəmənin həmin qərara əsaslanması qanunsuz olmamışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmçinin işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirildiyini qeyd etmişdir.

24. Məhkəmə kollegiyası bu halla bağlı qeyd etmişdir ki, iddiaçının onun göstərdiy i kart hesabına 210 manatın "xxxx" MMC-in nümayəndəsi tərəfindən göndərilməsini ianə (qurban payı) kimi qiymətləndirməsinə baxmayaraq, faktiki olaraq hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar nəticəsində onun bu əməlinin nə inzibati, nə də cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməl olması öz təsdiqini tapmamışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını təsdiqi kimi xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsas göstərilmiş daxili nəzarət şöbəsinin müdiri Kamilla Məmmədovanın xx.xx.2023-cü il tarixli xidməti qeydinin məzmununda göstərilənlərin işin faktiki hallarına uyğun olmamasını göstərmək olar.

26. Belə ki, xidməti qeydin müəllifi göstərir ki, iddiaçı, cavabdeh tərəfindən ödənişin olunmasını gözləmədən Cəmiyyətin nümayəndəsindən özünə çatacaq payı 210 manat müəyyən edərək tələb etmişdir. Əvvəla, yuxarıda qeyd edildiyi kimi 210 manatla bağlı hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar nəticəsində onun bu əməlinin nə inzibati, nə də cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməllər olması öz təsdiqini tapmamışdır. İkincisi, təqdim edilmiş materiallardan görünür ki, qeyd edilən məbləğ xx.xx.2023-cü il tarixdə kart hesağına ödənilsə də, "xxxx" MMC-ti ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ödənişlər köçürmə yolu ilə xx.xx.2023; xx.xx.2023; xx.xx.2023-cü il tarixlərdə həyata keçirilmişdir. Müqaviləyə olan əlavədən görünür ki, müqavilə əsasında il ərzində iki dəfə işlərin görülməsinin sayı, işlənəcək faktiki sahə, kv.m-in sahəsi və ödə niləcək məbləğ müəyyən edilmişdir. Həmçinin sənədlərdən görünür ki, "xxxx" MMC-ti ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənişlərin köçürmə yolu ilə ödənilməsi xx.xx.2023; xx.xx.2023; xx.xx.2023; xx.xx.2023; xx.xx.2023; xx.xx.2023-cü il tarixlərdə davam etmişdir. Göstərilən ödənişlər müqavilədə əksini tapmış məbləğlərlə üst-üstə düşmüşdür.

27. Məhkəmə kollegiyası xidməti qeyddə keçirilmiş monitorinq zamanı iddiaçının Cəmiyyətin ünvan 2 ünvanda yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında inzibati binada Cəmiyyət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair Cəmi yyətin nümayəndəsinə söz verdiyi aşkar edilməsi ilə bağlı göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçı tərəfindən dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün təşəbbüs göstərilməmiş, sifariş verilməmiş, artıq pul köçürülməmiş, beləliklə də onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmaması, habelə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi halları öz təsdiqni tapmamışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Bu səbəbdən də, cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz

29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini ƏM-in 80, 83 və 300.1-ci, MM-in 21.1 və 21.2-ci, habelə MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

33. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) şçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

34. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaq la ləğv edilir.

35. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

37. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

38. Maddə

300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıra raq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

39. Maddə

310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam və cinayət məsuliyyəti daşıyırlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcr übəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı:

40. Mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfu zunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkə mə üçün hadisənin olub-olmaması və şixsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.

50. Cavabdeh kassasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxalyarkən düzgün nəticəyə gəlsə də, AR MPM-in 13.4 və 82.4-cü maddələrinin təfsirində və hazırkı mübahisəyə tətbiqində səhvə yol verib.

52. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdeh təşkilatda aparıcı mütəxəssis vəzifəsində i şləyib və işəgötürənin 12 iyul 2023-cü il tarixli, 167/Ş/AZT saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 12 iyul 2023-cü il tarixdən AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib və əmrin verilməsinə əsas kimi Daxili nəzarət şöbəsinin xidməti qeydi, habelə həmkarlar ittifaqı təşkilatının razılığı və digər sənədlər göstərilib.

53. Əmrin məzmunundan isə görünür ki, Daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı cavabdehin ünvan 3 ünvanda yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün iddiaçı, "xxxx" MMC-in nümayəndəsi ilə məbləğin müəyyən his səsinin ona verilməsi ilə bağlı razılığa gəlib və bunun qarşılığında inzibati binada mütəmadi dezinfeksiya xidmətinin həyata keçirilməsinə şərait yaradacağına söz verib. Həmçinin, iddiaçı, inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini artıq göstərərək, bu barədə akt imzalamaqla, xidmətin həyata keçirilməsinə şərait yaradıb. Bunun qarşılığında isə iddiaçı, 210 manatın Cəmiyyətin nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəyib. Daha sonra, iddiaçının təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı Cəmiyyətə müraciət olunub və yenidən dezinfeksiya olunacaq sahə artıq göstərilməklə müvafiq akt imzalanıb. Lakin, Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində sahənin artıq göstərilməsi aşkarlanaraq, cavabde hə vurulacaq ziyanın qarşısı alınıb.

54. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 3(004)-1104/2024 saylı Qərarı ilə müəyyən olunub ki, iddiaçının hərəkətlərində AR İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün, onun barəsində AR Baş Prokurorluğunun Cinyət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar üzrə icraata xitam verilib.

55. Həmin Qərarla həmçinin təsdiq olunur ki, iddiaçının hərəkətlərində AR İXM-in 227-ci maddəsində nəzərdə tutulan xırda talamanın, yəni mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə yolu ilə cavabdehin əmlakını talaması halları aşkar edilməyib. Başqa sözlə, cavabdehin inzibati binasında dezi nfeksiya xidmətini həyata keçirəcək "xxxx" MMC-in nümayəndəsinin iddiaçı tərəfindən hər hansı formada ələ alınması, ona vəd verilməsi, habelə iddiaçının cavabdehin etibarından sui-istifadə edərək, sözügedən Cəmiyyətin nümayəndəsindən 210 manat alması və ümumiyyətlə iddiaçının belə bir niyyətdə olması müəyyən edilmir.

56. Daha sonra, həmin Qərardan görünür ki, inzibati xətaya dair iş materiallarında "xxxx" MMC-in nümayəndəsi tərəfindən iddiaçıya 210 manat verməsi ilə bağlı cavabdehə hər hansı müraciət ünvanlaması, habelə iddiaçının təmizləyici şirkətə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməsi və ya həqiqi məlumatları gizlətməsi, yaxud 210 manatı almasına yönələn qəsdən törədilən başqa hərəkətlər, habelə cavabdehin etibarından sui-istifadə etməsi halları müəyyən edilməyib. 5

7. Nəzərə alınmalıdır ki, qulluq mövqeyindən sui-istifadə yolu ilə mənimsəmə halında, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxs etdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə və yaxud bundan imtina etməlidir. Lakin, bu cür istifadə etmə və yaxud istifadədən yayınma hər bir halda qulluq mənafeləri əleyhinə yönəlməlidir.

58. Hazırkı halda, iddiaçının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cavabdehə məxsus inzibati binada dezinfeksiya ediləcək sahəni artıq göstərməsi, bunun müqabilində təmizləyici şirkətdən 210 manat alması və nəticədə onun AR ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan intizam xətasına, yəni özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozan hallara yol verməsi mülki iş materialları ilə müəyyən olunmur.

59. Belə ki, sözügedən normaların mənasına görə, qeyd olunan əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən o, halda xitam verilə bilərdi ki, dezinfeksiya ediləcək sahənin ölçüsünün, qiymətinin müəyyən edilməsi, habelə dezinfeksiya aparacaq təmizləyici şirkətlə müqavilə bağlamaq və sair hərəkətləri yerinə yetirmək səlahiyyətləri, bilavasitə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərinə aid edilmiş olsun. Yalnız bu halda, iddiaçının “öz qulluq mövqeyindən sui-istifadə etməsin”dən, yəni öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyi əleyhinə faydalanmasından söhbət gedə bilərdi. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində, habelə onun vəzifə səlahiyyətləri siyahısında dezinfeksiya e diləcək sahənin ölçüsünü, qiymətini müəyyən etmək və bu barədə təmizləyici şirkətlə hər hansı müqavilə bağlamaq səlahiyyətləri olmamışdır.

60. Əksinə, işə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehə məxsus inzibati binada profilaktik deratizasiya və dezinfeksiya xidmətlərinin göstərilməsinə dair 14 noyabr 2022-ci il Xidməti müqavilə iddiaçı ilə təmizləyici şirkət arasında deyil, sonuncu ilə məhz cavabdehin qanuni təmsilçisi arasında bağlanıb. Həmin müqavilədə, habelə müqaviləyə əlavə edilmiş 1 saylı Əlavədə də xidmətin adı, sahənin ölçüsü, bir il ərzində görüləcək işin sayı, 1 kv.metr sahənin qiyməti, habelə cəmi ödəniləcək məbləğ dəqiq müəyyən edilib göstərilib.

61. Bundan başqa, işdən görünür ki, sözügedən inzibati binada dezinfeksiya və deratizasiya işləri görülməmişdən əvvəl cavabd ehin müxtəlif əməkdaşları tərəfindən binada həşəratların olması barədə iddiaçıya məlumat verilib və bundan sonra məhz rəhbərliyin göstərişi ilə binada dezinfeksiya işləri aparılıb, sonrakı dezinfeksiya zamanı isə iddiaçı, binanın yeni dezinfeksiya olunduğunu qeyd edərək, təkrar binada dezinfeksiya aparılmasına ehtiyac olmadığını bildirib.

62. Bütün bunlar isə cavabdehin apellyasiya və kassasiya şikayətlərində, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozması nəticəsində qanunla qorunan mənafelərinə ziyan dəyməsinə dair göstərdiyi dəlilləri təkzib edir.

63. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən AR ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün qanuni əsaslar olmayıb. Başqa sözlə, iddiaçının vəzifə bo rcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, onun iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması halları baş verməyib, habelə işəgötürənin, əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməyib. Halbuki, sözügedən normaların, habelə AR ƏM-in 71-ci maddəsinin 2-ci hissəsinin mənasına görə, əmək müqaviləsi işəgötürən tərəfindən qeyd olunan əsasla o, halda ləğv edilə bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin və yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar baş verməklə əmək vəzifələrini kobud şəkildə pozmuş olsun və nəticədə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

64. Daha sonra, yuxarıda qeyd edildiyi kimi, iddiaçının təmizləyici şirkətin nümayəndəsindən 210 manat alması faktı, hüquq mühafizə orqanlarında və məhkəmələrdə ayrıca aparılan araşdırmalar zamanı da öz təsdiqini tapmayıb, yəni iddiaçının əməlində nə inzibati, nə də cinayət qanunvericiliyində nəzərdə tutulan əməlin olması müəyyən edilməyib.

65. Digər tərəfdən, işdən görünür ki, təmizləyici şirkətlə bağlanmış 14 noyabr 2022-ci il tarixli müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən nağd deyil, köçürmə yolu ilə həyata keçirilib və həmin ödənişlər müqaviləyə əlavə edilmiş 1 saylı Əlavədə əksini tapmış məbləğlərlə üst-üstə düşür.

66. Ona görə də kassasiya instansiyası məh kəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozaraq, onunla əmək münasibətlərinə qanunsuz olaraq xitam verdiyi üçün, birinci instansiya məhkəməsi iddia ərizəsini, işin faktiki hallarını araşdırıb, iddiaçının əsassız olaraq işdən çıxarılması nəticəsində keçirdiyi sarsıntı və iztirabı nəzərə alıb, məcburi iş burxma müddəti üçün əmək haqqı ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa olunması və cavabdehdən onun xeyerinə mənəvi zərərə görə 1000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarmaqla, apellyasiya instansiyası məhkəməsinin isə həmin qətnaməni mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamaqla düzgün nəticə yə gəlib.

67. Lakin, kassasiya instansiyası məhkəməsi, işə baxan məhkəmələrin AR MPM-in 13.4 və 82.4-cü maddələrinin tələblərinə istinad edərək, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 27 may 2024-cü il tarixli, 3(004)-1104/2024 saylı Qərarının hazırkı mülki iş üçün preyudisiallığı ilə bağlı hüquqi əsaslandırmaları ilə razılaşmır.

68. Əvvəla, AR MPM-in 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

69. Normanın mənasına görə, məhz cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər məhk əmə qərarında əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır: birincisi, hərəkətin olu-olmaması faktı (yəni cinayətin törədilib-törədilməməsi faktı); ikincisi isə bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı (yəni cinayətin subyekti barədə məsələ).

70. Göründüyü kimi, AR MPM-in 82.4-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarının deyil, cinayət işi üzrə hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyindən, başqa sözlə preyudisiallığından bəhs olunur.

71. Nəzərə alınmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət gös təricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib.

72. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni fa ktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

73. Müki hüquqda faktlar dedikdə isə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

74. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar pre yudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır.

75. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur.

76. Eyni zamanda, qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülk i iş üzrə preyudisial əhəmiyyət daşımır və AR MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib.

77. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan məhkəmələrin AR MPM-in 13.4-cü maddəsinin tələblərinə istinad edərək, həmin Məcəllənin 82.4-ci maddəsinə əsaslanıb preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dairəsini genişlənidirərək, inzabati xəta haqqında iş üzrə məhkəmə aktını da həmin məhkəmə aktlarının sırasına aid etmələri yolverilməz olmaqla, AR MPM-in 82-ci maddəsinin tələblərinə ziddir.

78. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq o rqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur.

79. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən inzibati xətaya dair iş üzrə müəyyən edilmiş yuxarıda göstərilən faktlar, hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyətə malik deyil. Lakin işə baxan məhkəmələr qeyd olunan inzibati xətaya dair məhkəmə aktı ilə müəyyən edilmiş faktlarla yanaşı, işə əlavə edilmiş digər sübutlara da istinad edərək iddia tələblərinin qismən əsaslı olması nəticəsinə gəldiyinidən, cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmaq olmaz.

80. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlib. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X Cavabdehn kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 2(103)-5542/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar