Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-671/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “28” yanvar 2019-cu il iş № 2(102)-671/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,İddiaçı və vəkili Vəkil, Cavabdeh vəkili X7 iştrakları ilə. İddiaçı X2 və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhəməsinin 20 apre l 2018-ci il tarixli (hakim: P.A.Hüseynov,2(006)-1237/18) qətnaməsi ilə iddia təmin edilərək İddiaçı məxsus “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova(sədrlik edən və məruzəçi),V.T.Həsənov, K.Xəlilov 2(103)-9692/2018) Cavabdeh Rəfail oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı Cavabdeh xeyrinə 2000 manat pul tutulması, qarşıl ıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 iyun 2011-ci il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində bacısı X5 ilə Cavabdeh arasında nikah bağlanmışdır. Onların birgə nikahdan iki övladları vardır. Bir müddət normal yaşayandan sonra Cavabdeh öz adna aldığı “VAZ 21150 MİNİK” markalı, **--*** markalı avtomobili 28.04.2017-ci il tarixdə *********** nömrə ilə reyestrdə qeyd edilməklə etibarn amə əsasında sürmək üçün vermişdir. Lakin bacısı F8 Cavabdehla bir müddət normal yaşayandan sonra aralarında fikir ayrılığı olduğundan getdikcə ailə həyatı dözülməz dərəcəyə çatmışdır. Cavabdehlə bacısının arasında olan söz-söhbətləri normallaşdırmaq istəmişdir. Lakin bu, heç bir nəticə verməmişdir. Cavabdeh bacısı ilə aralarında olan nikahın pozulması üçün 06.09.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Bacısı ilə Cavabdeh arasında mübahisə olduğundan Cavabdeh 28.04.2017-ci il tarixdə etibarnamə əsasında ona verdiyi mülkiyyətində olan “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılmasını xahiş etmişdir. Lakin Cavabdeh dəfələrlə mülkiyyətində olan mübahisəli avtomobilin ona qaytarılmasını istəsə də, buna baxmayaraq, cavabdeh avtomobili qaytarmaqdan imtina etmişdir.Mülkiyyətində olan “VAZ 21150 MİNİK” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh adına 28.04.2017-ci il tarixdə ərizəsi əsasında ləğv edilmişdir.Buna baxmayaraq Cavabdeh onun mülkiyyətində olan avtomobili qaytarmaqdan imtina etdiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdeh ona 7.000 manat borcu vardır.Həmin borcu öz evində vermişdir. Borcu verəndə bacısı F8 da orda olmuşdur. Cavabdeh həmin borcun müqabilində mübahisələndirilən avtomobili ona vermişdir. Borcun verilməsi ilə bağlı aralarında rəsmi müqavilə olmamışdır. Cavabdeh ona borcu olmasa idi, avtomobili onun adma keçirməzdi. Cavabdeh bacısını əri olduğu üçün avtomobilə görə ona etibarnamə vermişdir. Lakin hazırda bacısı ilə boşandıqları üçün avtomobili K6 tələb edir. Avtomobil hazırda onun adma olsa da, lakin avtomobil Cavabdeh həyətindədir. O, avtomobili tələb etsə də, K6 ona avtomobili qaytarmaqdan imtina edir. Əgər K6 ona olan borcunu qaytarsa, həmin avtomobili K6a verə bilər. Lakin K6 nə borcunu, nə də avtomobili ona qaytarır. Hazırda mülkiyyətində olan avtomobili K6dan geri ala bilmir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq İddiaçı 4800 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdilr. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdilr. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 106.3, 217.3, 217.4-cü maddə lərinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X3 verdiyi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X10 veriyi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlal ət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən AC seriyalı 846357 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adna qeydiyyatdadır. 28.04.2017-ci il tarixli ƏN-İV seriyalı ******* nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi 15.11.2023- cü il tarixədək Cavabdeh etibar etmişdir (reyestr 7E-14241). 06.03.2014-cü il tarixli ƏN-İV serialı *********** nömrəli etibarnamənin surətin dən görünür ki, X4 özünə məxsus “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ ilduqda idarə etməyi, qeydiyyatdan çıxmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi, digər hərəkətləri etməyi 06.03.2015-ci il tarixədək Cavabdeh etibar etmişdir (reyestr 7E-3447). 28.04.2017-ci il tarixli ƏN-V seriyalı ****** nömrəli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 özünə məxsus “VAZ 21150 MİNİK” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipotekaya qoymağı, onun üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, bu tapşırıqların yerinə yetirilmə silə əlaqədar adından ərizə verməyi, digər hərəkətləri etməyi 08.05.2017-ci il tarixədək Cavabdeh etibar etmişdir (reyestr ********** ). 25 sentyabr 2017-ci il tarixli X-138 saylı Bakı şəhəri 48 saylı notariat kontorunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, İddiaçı özünə məxsus olan 2003-cü il buraxılışlı, “Vaz 21150 minik” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilə idarə etməyə dair 28.04.2017-ci il tarixdə ******** reyestrlə Cavabdeh etibarnamə vermişdir. İddiaçı 25.09.2017-ci il tarixli ərizəsinə əsasən həmin etibarnamə ləğv edilmişdir. 25.09.2017-ci il tarixdən həmin etibarnamə etibarsız hesab edilir. 28.09.2017-ci il tarixli avtonəqliyyat vasitəsinin məhdudiyyəti barəd ə məlumatın surətindən görünür ki, “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 48 saylı dövlət notariat kontorundan verilmiş******** reyestrli etibarnamə 25.09.2017-ci il tarixli ərizə əsasında ləğv olunmuşdur. 23.02.2018-ci il tarixli ******** saylı BDYPİ-nin məktubuna əlavə edilmiş 28 aprel 2017-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 ona məxsus olan “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı İddiaçı 2000 manata satmışdır. Müqaviləni alıcının adından nümayəndəsi Cavabdeh imzalamışdır.Həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, “VAZ 21150 MİNİK” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil 28.04.2017-ci ildən İddiaçı adına qeydiyyatdadır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İş üzrə qəbul edilmiş qətnamə yalnız qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin tərəflərin izahatlarına və işdəki sənədlərə əsasən müəyyən edilmiş həqiqi hallarına uyğun deyil. İddiaçı həm birinci instansiya məhkəməsində, həm də işə apellyasiya qaydasında baxılarkən izahatlarında təsdiq etmişdir ki, “VAZ 21150 minik” markalı ** *** dövlət nömrə nişanlı avtomobili əvvəlki mülkiyyətçisindən o yox, Cavabdeh etibarnamə əsasında 4800 manata (Cavabdeh ona bildirdiyinə görə) əldə edilmişdir. Həmin avtomobilə görə İddiaçı nə satıcıya, nə də Cavabdeh heç bir vəsait ödəməmişdir. Cavabdeh o na 7000 manat borcu olduğu üçün avtomobili onun mülkiyyətinə vermişdir. İddiaçı izahatından görünür ki, “VAZ 21150 minik” markalı ***** dövlət nömrə nişanlı avtomobilin alqı-satqı müqaviləsi formal olaraq onunla bağlansa da əslində avtomobil Cavabdeh tərəfindən əldə edilmiş və onun qanuni sahibliyində olmuşdur. Cavabdehla avtomobilin satıcısı arasında alqı-satqı müqaviləsi bağlanmadığından və etibarnamə əsasında əldə etdiyindən nəqliyyat vasitəsini öz mülkiyyətinə keçirmək mümkün olmadığı üçün satıcının nümayəndəsi qismində keçmiş həyat yoldaşının qardaşı İddiaçılə alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, İddiaçılə 28.04.2017-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqısına dair bağlanmış müqavilə formal xarakter daşıyan, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən etibar sız müqavilə olmuşdur. Bu səbəbdən müqavilə bağlandığı gün İddiaçı Cavabdeh avtomobili idarə etmək və üzərində sərəncam vermək səlahiyyətləri də daxil olmaqla bütün hüquqları ehtiva edən etibarnamə vermiş və nəqliyyat vasitəsi Cavabdeh istifadəsində və sahibliyində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh verdiyi 28.04.2017-ci il tarixli etibarnaməni 25.09.2017-ci il tarixdə bacısı tərəfindən nikahın ləğvi barədə iddia qaldırıldıqdan sonra ləğv etmişdir. Lakin Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, nəqliyyat vasitəsinin satın alınması üçün ödənilmiş pul vəsaitinin İddiaçı tutulması barədə qarşılıqlı iddia ərizəsi əsaslıdır. İddiaçı avtomobilin Cava bdeh verdiyi 7000 manat borc müqabilində onun adına keçirildiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Avtomobilə dair 28.04.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan sonra nəqliyyat vasitəsinin Cavabdeh sahibliyində və istifadəsində saxlanılması və onun adına etibarnamə verilməsi təsdiq edir ki, İddiaçı qarşılıqlı iddiaya etirazında irəli sürdüyü mülahizələr əsassızdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin əvvəlki mülkiyyətçisi X1 4800 manat pul ödənilməsi barədə sübutlar olmadığından və işdəki 28.04.201 7-ci il tarixli alqı-satqı müqaviləsində “VAZ 21150 minik” markalı ** *** dövlət nömrə nişanlı avtomobilin satış qiymətinin 2000 manat olduğu qeyd edildiyindən qarşılıqlı iddia qismən 2000 manat pulun İddiaçı tutulması hissəsində təmin edilməli, qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-671/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-671/2019
28.01.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver