Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6711/2022 23.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadından cavabdeh X1 verdiyi şikayət üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC cavabdeh X5 oglu, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı “pulun tutulması, tutmanın ipot eka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh2 və X1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə təqdim edərək, hazırki işin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu nəzərə alaraq, mülki işin məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim X3) Cavabdehlər Cavabdeh2 və X1 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Tərəflər arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçıda n kredit götürməsi iş materialları ilə təsdiq edilmir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehin ərizəsində qeyd etdiyi Bank Avrasiya ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış Kredit Müqaviləsi hazırki mübahisənin predmeti deyildir və bu səbəbdən Cavabdeh1 həmin müqavilə üzrə götürmüş olduğu kreditin təyinatının onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olub-olmaması hazırki mülki işin məhkəmə aiddiyyətinin dəyişdirilməsinə əsas ola bilməz. Cavabdeh X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əs asən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə cavabdeh X1 şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, hazırkı iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respubl ikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol veril mir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmə lərinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM- in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyy ən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılı qda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İş materiallarından görünür ki, iddiaçı qanunamüvafiq qaydada dövlət qeydiyyatından keçərək yaradılmış kommersiya hüquqi şəxsi, cavabdeh X4 (VÖEN: **********) isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Bundan başqa hazırkı iş üzrə tələb edilən kredit də cavabdeh X2 məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmişdir. Belə ki, cavabdeh X4 dövriyyə vəsaitinin artırılması məqsədi ilə C-dən kredit götürmüşdür. Daha sonra həmin kreditin ödənilməsi üçün hazırkı iş üzrə iddiaçıya müraciət etmiş və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə cavabdehlərə 1.019.440 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndində kreditin verilməsinin məqsədi kimi cavabdeh X1 Bank Avrasiya ASC-yə olan kredit öhdəliyinin tam ödənilməsi göstərilmişdir. Göründüyü kimi, mübahisə kommersiya hüquqi şəxsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında olmaqla, mübahisənin predmeti bilavasitə onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Eyni zamanda iş ma teriallarından görünür ki, cavabdehlərin qeydiyyat ünvanı Bakı şəhəridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 403-1.8 və 403-1.8.2-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənləri, əsas tutaraq məhkəmə tərkibi hesab edir ki, cavabdeh X1 şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, hazırkı iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh X1 şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin, hazırkı iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6711/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-6711/2022
23.12.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver