Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-672/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və onun direktoru İddiaçı2 Cavabdeh qarşı iddiası və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı birləşdirilmiş iddiası barədə mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), sübutetmə vəzifəsi, podrat müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və onun direktoru İddiaçı2 Cav abdeh qarşı “əmlak” tələbinə dair, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi” tələbinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1406/2024 nömrəli iş üzrə 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, MMC-yə, X4 və İddiaçı2 qarşı vurulan ziyanın əvəzinin ödənilməsi, mülkiyyətində olan torpaq sahəsinin sa hibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)- 463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində MMC, X5 və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehlər MMC-nin, X5 və İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdehlər MMC-nin, X5 və İddiaçı2 olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilm əsi və cavabdehlər MMC, X5 və İddiaçı2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cii ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2( 105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2 və X3 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində MMC, X5 və İddiaçı2 tərəfindən n qanunsuz inşa edilmiş tikilinin cavabdehlər MMC-nin, X5 və X1 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər MMC-nin, X5 və İddiaçı2 olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər MMC, X5 və İddiaçı2 müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər MMC, X5 və İddiaçı2 müştərək qaydada alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4676/2019 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərarı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi ona münasibətdə təmin olunmuş hissədə ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 münasib ətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsində İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdeh İddiaçı2 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh İddiaçı2 müştərək qaydada 2013-ci ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pul tutularaq iddiaçı Cav abdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tİ 518DM5A 1 ədəd (dəyəri 37.500 manat), Forklift LiuGong CLG2035H 1 ədəd (dəyəri 20.000 manat), Notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), Polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270.348 ABŞ dolları), Panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), Qızdırıcı fen 2 ədəd (dəyəri 1346,40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12.500 manat), elektron tərə zi 1 ədəd, 50 tonluq (dəyəri 2650 manat), Mikser Detro 460/300 1 ədəd (dəyəri 3000 manat), Transformator 400 kvt 1 ədəd (dəyəri 7.500 manat), müxtəlif qəliblər aliminiumdan 1 dəst (dəyəri 14.267 manat), konteyner dəmirdən 1 ədəd (dəyəri 2500 manat), elektron tərəzi 2 ədəd (dəyəri 6 manat), generator kiçik həcmli 10 kv-lıq 1 ədəd (dəyəri 342,50 manat), laqonda 1 ədəd (dəyəri 100 manat), laqonda 230 (ed) 1 ədəd (dəyəri 60 manat), laqonda BOSH 230 (ed) 1 ədəd (dəyəri 85 manat), laqonda 1 ədəd (dəyəri 75 manat), lom 3 ədəd (dəyəri 8 manat), möhür 1 ədəd (dəyəri 32 manat), nümunə qutusu balaca 15 ədəd (dəyəri 195 manat), nümunə qutusu böyük 15 ədəd (dəyəri 225 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), “Perforator BOSH 2” 10 ədəd (dəyəri 3220 manat), “Perforator BOSH 4” 1 ədəd (dəyəri 420 ma nat), Pilvizator 1 ədəd (dəyəri 35 manat), plastik qayçısı 1 ədəd (dəyəri 4,50 manat), Projektor HL-131 xor (ed) 2 ədəd (dəyəri 92 manat), generatorun işə salanı (puskatel) 1 ədəd (dəyəri 5 manat), qayçı ağac üçün 2 ədəd (dəyəri 20 manat), qaz balonu 1 ədəd (dəyəri 4 manat), qaz piltəsi stolüstü 1ədəd (dəyəri 28 manat), reduktor qaz üçün 1 ədəd (dəyəri 5 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), dəmir seyf 1 ədəd (dəyəri 150 manat), ştamp 1 ədəd (dəyəri 32 manat), stol 2 ədəd (dəyəri 44 manat), stul 4 ədəd (dəyəri 8 manat), su şlanqı 20 metr (dəyəri 33 manat), taxta kəsən avadanlıq BOSH 1 ədəd (dəyəri 120 manat), telfer (yükqaldırıcı) 2 ədəd (dəyəri 250 manat), tərəzi 0-0,5 kq-lıq 1 ədəd (dəyəri 15 manat), tərəzi 40 kq-lıq 1 ədəd (dəyəri 26 manat), 250 w civə buxarlı S3 arm. 18 ədəd (d əyəri 536,40 manat), 400w metal projektor 6 ədəd (dəyəri 221,22 manat), 400w metal SS2 armatur 24 ədəd (dəyəri 979,20 manat), 4x14w tavan üçün armatur (spot) 51 ədəd (dəyəri 1679,94 manat), additive ZJ-C 16200 ədəd (dəyəri 8262,50 manat), additive ZJ-F2 2700 ədəd (dəyəri 8156,50 manat), müxtəlif meyvə və dekorativ ağaclar 466 ədəd (dəyəri 2668 manat), alçipan 3 ədəd (dəyəri 36 manat), alçipan 100 ədəd (dəyəri 1000 manat), alçipan 153 ədəd (dəyəri 1611 manat), alüminium qapı 3,88m.kv (dəyəri 319,90 manat), alüminium vitraj 30 kv.m. (dəyəri 2190 manat), amerikanka 20 ədəd (dəyəri 66,70 manat), anker bolt 107 ədəd (dəyəri 75 manat), anker bolt 10-luq 10 ədəd (dəyəri 25 manat), anker bolt 12-lik 10 ədəd (dəyəri 30 manat), anker bolt 24-liik 10 ədəd (dəyəri 90 manat), antena kabeli Rusiya isteh salı 100 metr (dəyəri 40 manat), əqrəb 100 ədəd (dəyəri 15 manat), aralıq novça 4 ədəd (dəyəri 11,20), araba 16 ədəd (dəyəri 323 manat), armatur 12 mm-lik 8530 kq (dəyəri 5924,10 manat), armatur 14 mm-lik 1170 kq (dəyəri 1080 manat), armatur 16 mmlik 9600 kq (dəyəri 8840,30 manat), armatur 25 mm-lik 650 kq (dəyəri 600 manat), atsep 10 kub.m. (dəyəri 380 manat), atsep 100 kub.m. (dəyəri 2100 manat), baçonka 25 litrlik 1 ədəd (dəyəri 4.8 manat), bak 11 ədəd (dəyəri 285 manat), bolt 40 ədəd (dəyəri 40 manat), bolt-qayka 33 ədəd (dəyəri 26,50 manat), bolt-qayka 101X24 q 200 ədəd (dəyəri 200 manat), səki daşı (bordyur) 478 metr (dəyəri 1912 manat), səki daşı (bordyur) 33 metr (dəyəri 99 manat), səki daşı (bordyur) mermerdən 12 metr (dəyəri 72 manat), boru f 20 90 metr (dəyəri 81 manat), plast ik boru f 100 12 metr (dəyəri 30 manat), plastik boru f 150 6 metr (dəyəri 27 manat), plastik boru £32 200 metr (dəyəri 270 manat), plastik boru 18 mmlik 10 metr (dəyəri 160 manat), kabel üçün boru (yanmaz)f 25 100 metr (dəyəri 100 manat), çınqıl 25 kub.metr (dəyəri 235 manat), damcılı suvarma sistemi 3219 metr (dəyəri 914,20 manat), dəmir darvazalar 5 ədəd (dəyəri 12000 manat), dəmir turba 159 mm 18 metr (dəyəri 162 manat), dəmir turba 25 mm 120 metr (dəyəri 186 manat), dikt 566 ədəd (dəyəri 3975 manat), dirsək 33 ədəd (dəyəri 42 manat), əks klapan f32 1 ədəd (dəyəri 3.80 manat), elektrik kabeli 981metr (dəyəri 1199,90 manat), EPS 4300 kq (dəyəri 10879 manat), dikt 0,5X30x150 50 ədəd (dəyəri 350 manat), kabel 1x1,5 6 bağlama (dəyəri 78 manat), kabel 1x6 4 bağlama (dəyəri 256 manat), kabel 1x2,5 13 bağlama (dəyəri 209 manat), kabel 1x4 13 bağlama (dəyəri 463 manat), kabel 1x2,5 6 bağlama (dəyəri 208 manat), kabel 3x2,5 22 metr (dəyəri 30,80 manat), kabel 3x4 30 metr (dəyəri 43,50 manat), kabel 4x2,5 100 metr (dəyəri 150 manat), kabel 4x3,5 40 metr (dəyəri 540 manat), kabel 4x4 44,20 metr (dəyəri 334,20 manat), kabel 4x6 100 metr (dəyəri 280 manat), kafel 167,9 kv.m. (dəyəri 2343 manat), kağız rulon 2 bağlama (dəyəri 460 manat), konyok 96 ədəd (dəyəri 344,40 manat), kapron boru flOO 18 m. (dəyəri 36 manat), kapron boru £32 200m. (dəyəri 220 manat), karniz 4 m. (dəyəri 14 manat), karniz 18/20 180 m. (dəyəri 684 manat), karniz əyri 58 ədəd (dəyəri 220.40 manat), Kat5 internet kabeli Türkiyə istehsalı 1 bağlama (dəyəri 40 manat), katinka məftili 901 kq (dəyəri 812 manat), keçid (perixadnik) 11 ədəd (dəyəri 12 manat), kəndir 1 bağlama (dəyəri 20 manat), sintetik kəndir 130 metr (dəyəri 18 manat), kəndir 2 bağlama (dəyəri 24 manat), kislarod balonu 2 ədəd (dəyəri 140 manat), kislarod balonunun başlığı 3 ədəd (dəyəri 45 manat), kislarod balonunun reduktoru 1 ədəd (dəyəri 45 manat), elektrik qutusu klipsal 60 ədəd (dəyəri 15 manat), krant 7 ədəd (dəyəri 36,50 manat), lambir 25 ağ rəngdə 45 metr (dəyəri 144 manat), lambir kantı 30 metr (dəyəri 6 manat), elektrik lampası (müxtəlif) 51 ədəd (dəyəri 114 manat), lapotka 32 ədəd (dəyəri 137 manat), lopatkanın sapı 9 ədəd (dəyəri 11 manat), linenum 14 metr (dəyəri 50 manat), dəmir listi 45,9 kv.metr (dəyəri 1541,40 manat), dəmir listi 15x6x20metr (dəyəri 1150 manat), dəmir listi 1x2x4 4 ədəd (dəyəri 200 manat), dəmir listi 3x1x2 1 ədəd (dəyəri 27manat), dəmir listi 5x1x2 65 ədəd (dəyəri 422,50 manat), dəmir listi 600x600 2607 kq (dəyəri 2991,50 manat), su mühərriki qol 1 ədəd (dəyəri 50 manat), metlax 77 kv.m. (dəyəri 985,60 manat), müxtəlif ölçülü metrə 6 ədəd (dəyəri 19,30 manat), mixser 1 ədəd (dəyəri 2 manat), mişar (sadə) 4 ədəd (dəyəri 15 manat), mişar BOSH 1 ədəd (dəyəri 9 manat), mişar daşı 99893 ədəd (dəyəri 41786,53 manat), 32/25 mufta 111 ədəd (dəyəri 43,70 manat), 25/32/40 mufta 110 ədəd (dəyəri 49 manat), nakaneçnik 10 ədəd (dəyəri 4 manat), nəfəslik 5 ədəd (dəyəri 125 manat), nov sadə 100 metr (dəyəri 160 manat), nov orjinal 238 metr (dəyəri 595 manat), nov qapağı sağ-sol 4 ədəd (dəyəri 2 manat), nov xamutu 363 ədəd (dəyəri 281,75 manat), dəmir panel 37 ədəd (dəyəri 4198 manat), patron 2 ədəd (dəyəri 0,90 manat), penoplast 1x0,45x0,6 140 ədəd (dəyəri 448 manat), petlə 14 ədəd (dəyəri 49 manat), plastik dirsək 5 ədəd (dəyəri 7,50 manat), plastik nəfəslik 0,72 kv.m. (dəyəri 47 manat), plastik pəncərə 316 kv.m. (dəyəri 15985 manat), plastik pəncərə şüşəsiz 63 kv.m. (dəyəri 2205 manat), plastik qapı 1 ədəd (dəyəri 125 manat), elektrik qızdırıcısı 1 ədəd (dəyəri 7 manat), su pompası 1 ədəd (dəyəri 150 manat), poplovok 40 mm 1 ədəd (dəyəri 28 manat), propka 3 ədəd (dəyəri 1,80 manat), profil 231 metr (dəyəri 701,60 manat), profil 100x50x3 108 metr (dəyəri 388,80 manat), profil 120x80 12 metr (dəyəri 109,20 manat), profil 20x40x2 627 metr (dəyəri 731,94 manat), profil 20x20 144 metr (dəyəri 125,28 manat), profil 20x40x3 24 metr (dəyəri 45,60 manat), profil 40x40 16 metr (dəyəri 44 man at), profil 40x40x4 48 metr (dəyəri 168 manat), profil 80x40 18 metr (dəyəri 72 manat), profil 40x60x3 1248 metr (dəyəri 4874,40 manat), profil 30 metr (dəyəri 84 manat), profil mastar 6 ədəd (dəyəri 45 manat), profnastil (70) 1375 kv.metr (dəyəri 9214.48 manat), pofnastil (dam örtüyü) 1417 kv.metr (dəyəri 5827,73 manat), projektor 2 ədəd (dəyəri 50 manat), projektor lanpası 2 ədəd (dəyəri 6 manat), projektor 1500 w 5 ədəd (dəyəri 150 manat), propka 5 ədəd (dəyəri 3,5 manat), qapı petləsi 5 ədəd (dəyəri 7 manat), qapı əlcəyi 2 ədəd (dəyəri 1 manat), qayka 4 ədəd (dəyəri 8 manat), qayka M42 64 ədəd (dəyəri 192 manat), qayka-şayba ilə birlikdə 140 ədəd (dəyəri 14 manat), qazan 74 ədəd (dəyəri 167 manat), polad rels 1 ton (dəyəri 3171 manat), reyka 3x5x4 1200 metr (dəyəri 480 manat), reyka 5x5x4 670 metr (dəyəri 402 manat), santexnika materialları (dəyəri 672 manat), şeben 150 kub.metr (dəyəri 1220 manat), setka 79,5 kv.metr (dəyəri 404,50 manat), setka (alüminium)lx50 4 kv.metr (dəyəri 64 manat), setka 3-lük dəmir 80 metr (dəyəri 368 manat), setka 4-lük dəmir 10 metr (dəyəri 90 manat), setka kapron 2 metr (dəyəri 70 manat), kabel 350 metr (dəyəri 480 manat), stiker etiket 1 bağlama (dəyəri 200 manat), stiker plakat 2 ədəd (dəyəri 700 manat), striç plyonka 65,6 kv.metr (dəyəri 164 manat), su mühərriki 1 ədəd (dəyəri 42 manat), paket şüşə 126,9 kv.metr (dəyəri 3407,70), paket şüşə 36 kv.metr (dəyəri 900 manat), qaynaqçı eynəyi 1 ədəd (dəyəri 3 manat), şiveller 12 metr (dəyəri 90 manat), şiveller 10-luq 2484 metr (dəyəri 23389,80 manat), şiveller 18-lik 12 metr (dəyəri 145,20 manat), şiveller 20-lik 58 metr (dəyəri 899 manat), şiveller 8-lik 42 metr (dəyəri 198,66 manat), TAD-17 (dəyəri 10 litirlik) 1 ədəd (dəyəri 25 manat), TAD-17 (1 litrlik) 2 ədəd (dəyəri 6 manat), böyük tal üçün qarmaq 1 ədəd (dəyəri 9 manat), tamet 50 kv.metr (dəyəri 450 manat), təhlükəsizlik kəməri 4 ədəd (dəyəri 80 manat), televizor kabeli 100 metr (dəyəri 13 manat), tikanlı məftil 10 bağlama (dəyəri 180 manat), elektrik üçlüyü 6 ədəd (dəyəri 20 manat), elektrik üçlüyü 32 mm-lik 10 ədəd (dəyəri 6,60 manat), telfer trosu 110 metr (dəyəri 38 manat), tros sıxan 2 ədəd (dəyəri 1 manat), dəmir boru 20-lik 210 metr (dəyəri 564 manat), dəmir boru 50-lik 13 metr 1 ədəd (dəyəri 68 manat), xamut 40 ədəd (dəyəri 40 manat), kabel ucluğu 2 ədəd (dəyəri 2 manat), dəmir uqolnik 137 metr (dəyəri 396,50 manat), dəmir uqolnik 25 mm-lik 50527 metr (dəyəri 12,547 manat), uqolnik 32 mmlik 30 ədəd (dəyəri 9 manat), uqolnik 32x45 6 ədəd (dəyəri 1,80 manat), uqolnik 32x90 6 ədəd (dəyəri 2,80 manat), uqolnik mm çöl 1 ədəd (dəyəri 3 manat), uqolnik 50-lik 200 ədəd (dəyəri 390 manat), üst qapama 25 sm (konyok) 100 ədəd (dəyəri 135 manat), üst qapama 8 ədəd (dəyəri 22,40 manat), vintel (böyük) 2 ədəd (dəyəri 54 manat), vintel f20 1 ədəd (dəyəri 5 manat), vintel f25 3 ədəd (dəyəri 29,40 manat), vintel f32 13 ədəd (dəyəri 43 manat), vetravik 64 ədəd (dəyəri 140 manat), elektrik vilkası 5 ədəd (dəyəri 4 manat), vintil (kiçik) 2 ədəd (dəyəri 7,60 manat), elektrik açarı 3 ədəd (dəyəri 2,80 manat), xamut 30 ədəd (dəyəri 6 manat), zajim 10 ədəd (dəyəri 100 manat), qapı zamoku 7 ədəd (dəyəri 229 manat), zaz emlennik 1x35 100 ədəd (dəyəri 350 manat), zəncir 136 metr (dəyəri 174 manat) və istehsal olunmuş 4600 kv.metr polisterolbeton inşaat materialı 1 kv.m x 12 manat (dəyəri 55,429 manat) (bundan sonra mətndə-əmlaklar) qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC 2009-cu ildən etibarən cavabdeh və onun həyat yoldaşı Hikmət Xəlilovun sifarişləri əsasında onların ailəsinə, dostlarına və yaxın insanlarına məxsus olan, Bakı və Abşeron rayonu ərazisində yerləşən müxtəlif yaşayış və qeyri-yaşayış sahələrini inşa və ya təmir edib təhvil vermişdir. Cavabdehin MMC-yə növbəti və şifahi sifarişi onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikililərin tikilməsi olmuşdur. Qeyd olunan tikililərin tikilməsi və avadanlıqların quraşdırılması xərcləri isə MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Görülmüş işlərlə bağlı yaranmış 1.251.000 manat borc cavabdehin həyat yoldaşından tələb olunduqda, o borcu ödəməkdən yayınmaq üçün MMC-yə və onun təsisçilərinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(009)2607/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki,, qanunvericiliyin tələbinə əsasən iddia tələbinin əsassız varlanma çərçi vəsində haqlı sayılması üçün cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması zəruridir. Lakin əmlakların bir hissəsi ilə bağlı daha əvvəl qəbul olunmuş məhkəmə qətnamələri olduğundan, hazırkı tələbin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdı. Mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia tələbi əsassızdır.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Bir inci iş üzrə apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, işin hallarını və iş materiallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, əvvəlki məhkəmə qətnamələrində müəyyən olunmuşdur ki, həmin inşaat işlərinin aparılmasına və avadanlıqların alınmasına cavabdeh tərəfindən iddiaçılara cəmi 500.000 manat verilmiş və həmin məbləğ məhkəmə qərarının icrası qaydasında cavabdehə qaytarılmışdır. Cavabdeh isə qeyd olunan əmlakların öz mülkiyyətində olmasını mübahisələndirməmişdir. Bu isə o deməkdir ki, sözügedən tikililərdə istifadə olunmuş mat eriallar və avadanlıqlar iddiaçılara məxsusdur və məhkəmə bununla bağlı əraziyə yerli baxış keçirərək bu faktı təsdiq edə bilərdi. Bundan əlavə, apellyasiya şikayətinə əlavə olunmuş 12 noyabr 2016-cı il tarixli və 28 avqust 2017-ci il tarixli ekspert rəylərində cavabdehə məxsus əmlakların çox hissəsinin hazırki bazar dəyəri öz əksini tapmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1822/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və X.A.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsi barəsində məhkəmən in artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və X3 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Göründüyü kimi tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər malməmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materia llarının, eləcə də malməmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iddia predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə etmələri üçün məhz icra üzrə icraatın dayandırılmasına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan ə mlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh kollegiya iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli əmlakların iddiaçıya məxsus ərazidə olmasının aydınlaşdırılması məqsəliə yerli baxışın keçirilməli olmasını qeyd edir. Kollegiya cavabdeh in apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh mübahisəli əmlakların onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyinə görə, hətta həmin əmlakların iddiaçıya məxsus ərazidə olub-olmasına dair yerli baxışın keçirilməsi əhəmiyyətsizdir. Çünki, əmlakların cavabdehə məxsus yerdə olması özlüyündə o əmlakların "xxxx" MMC-nin sahibliyindən qanunsuz olaraq çıxarılması faktını sübut etmir. Digər tərəfdən, işdə olan "xxxx" MMC-nin 10 noyabr 2009-cu il tarixli nizamnaməsindən görünür ki, İddiaçı2 həmin cəmiyyətin təsisçilərindən biridir və iddiaçılar öz iddia tələblərində göstərilən əmlakın "xxxx" MMCyə məxsus olduğunu bildirirlər. Belə olan halda isə İddiaçı2 "xxxx" MMC-yə, "xxxx" MMC-nin isə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Habelə, mülki iş mate riallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsində məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının onun öhdəlikləri üzrə daşımadığından və cəmiyyətiin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıdığından İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və rəhbəri olsa da, cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımadığı, İddiaçı2 fiziki şəxs kimi Cavabdeh ilə şifahi podrat müqaviləsi bağlaması, Cavabdeh zərər vurması və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən fiziki şəxs kimi istifadə etməsi də öz təsdiqini tapmamışdır.
15. Məhkəmə mövqeyini əsaslandırarkən «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları Ü zrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 385.2, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir. Birinci iş üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı "xxxx" MMC (vəkil İddiaçı2) kassasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki koll egiyasının 2(102)-3949/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarix qərarı ilə (hakimlər – Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
19. Kollegiya onu da qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır, həmin fiziki şəxsin iddiaçı ilə şifahi podrat müqaviləsi bağlaması, ona zərər vurması və torpaq sahəsindən istifadə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Qeyd edilənlər nəzərə alınmaqla, iddiaçıların hər birinin hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməli, habelə bu qərarın 57-ci bəndində göstərilənlərə əməl olunmaqla mübahisənin həllinə dair əsaslandırılmış qətnamə qəbul edilməlidir. Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-365/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədovanın sədrliyi (məruzəsi) i lə, Cahangir Yusifovdan və Pərviz Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi, tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Abşeron rayonu Qobu qəsəbəsi 5, 973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyəri isə ümümilikdə 591.776,0 manat olduğu müəyyən olunur. Odur ki, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların və ya onların dəyəri olaraq ümümilikdə 591.776,0 manatın cavabdehdən alınması hissəsində iddia tələbi təmin olunmamalıdır. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nda da əmlakın ona məxsus olubolmaması halına aydınlıq gətirə bilməmişdir. Kollegiya onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır. Qeyd edilənlər nəzərə alınmaqla, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı2 hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı olduğu halda bunu etməmişdir.
22. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 135.4, 135.10, 157.2, 1 57.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin olunaraq, cavabdehdən 591.776,0 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsində inşa etdikləri tikintidə istifadə olunmuş tikinti materiallarının və həmin tikilidə olan avadanlıqların sökülməsində maraqlı deyil, iddiaçı həmin tikilinin inşasında istifadə olunmuş tikinti materiallarına və avadanlıqlara çəkdiyi xərcin cavabdeh tərəfindən ona qaytarılasını arzulayır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində olan cədvəllərdə 31 adda avadanlıq və 112 adda inşaat materialı siyahısında qeyd edilən digər əmlaklar öz əksini tapmışdır, rəyin tədqiqat hissəsində olan cədvəllərdə sadalanan material və avadanlıqların Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olduğu qeyd edilir və Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsində mövcud olan material və avadanlıqların dəyəri ümümilikdə 591.776 manat olduğu müəyyən olunur. Həmin ekspertiza rəyinin tədqiqat hissəsində cədvəllərdə adları və sair göstərilmiş əmlaklar, iddiaçıların iddia ərizəsi əsasında cavabdehdən tələb etdiyi əmlaklardır. İş materiallarında olan icra səndi ilə müəyyən olunur ki, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsi, tikililər və tikililərdə olan avadanlıqlarla birlikdə tələbkara, hazırkı iş üzrə cavabdehə təhvil verilmişdir. Həmin tikili və tikilidə olan avadanlıqlar cavabdehin təyin etdiyi mühafizəçilərin nəzarəti altındadır və iddiaçlar cavabdehin tapşırığı əsasında həmin əraziyə buraxlmır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 65-ci bəndinin sonuncu cümləsində göstərilir ki, “Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da əmlakın ona məxsus olubolm aması halına aydınlıq gətirə bilməmişdir.” Bu başqa cür ola bilməzdi, ona görə ki, həmin torpaq sahəsində tikinti işləri aparılarkən və tikinti başa çatdıqdan sonra (polistrebeton istehsal olunarkən) hazırkı iş üzrə Cavabdeh tərəfindən həmin iddia tələbində adları sadalanan əmlaklar alınmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, iş materialına əlavə olunmuş (cild 1, səh.66- 67), Cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinin rəisinə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, “sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır. Həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icra icraatı dayandırılm alıdır” (qətnamənin 57-ci bəndi). Öz təşəbüsü ilə ekspertiza keçirilməsi barədə qərar qəbul edən məhkəmə, ekspertiza rəyi verdikdən sonra həmin rəy ilə razılaşmır və ekspertiza rəyi ilə razılaşmamasının səbəbləri barədə qətnamədə əsaslandırma vermir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2(102)3817/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər – V.M.Məmmədov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və A.Ə.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, “Bundan başqa, idd iaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir.”
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həmin məhkəmənin öz qətnaməsində istinad etdiyi h alları ilə təkzib olunur.
28. Birincisi, cavabdehin mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsindəki tikilinin iddiaçılar tərəfindən inşa olunması, həmin ərazidən çıxarılanadək tikiliyə (oradakı avadanlıq və digər əşyalarla birlikdə) onların sahiblik etmələri, çıxarmadan sonra həmin əmlakdan məhrum olmaları qanuni qüvvəyə minmiş məhkəmə aktları, ekspertiza rəyi, cavabdehin ərizəsi və sonuncunun tərtibində iştirak etdiyi aktla təsdiq olunur.
29. İkincisi, Abşeron rayonu Qobu qəsəbəsi 5,973 ha torpaq sahəsi, tikili (tikilidə olan avadanlıqlarla birlikdə) tələbkara, hazırkı iş üzrə cavabdehə təhvil verilmişdir. Həmin tikili və tikilidə olan avadanlıqlar hazırda cavabdehin nəzarəti altındadır və iddiaçılar həmin əraziyə buraxılmır.
30. Üçüncüsü, Sumqayıt Apel lyasiya Məhkəməsinin 2(105)-329/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində "xxxx" MMC və V.Xələfov tərəfindən qanunsuz inşa edilmiş tikilinin həmin şəxslərin hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması hissəsi, məhz cavabdehin təşəbbüsü ilə (həmin hissədə icraatın dayandırılmasını ərizə ilə tələb etdiyi üçün) icra olunmamış qalmaqdadır.
31. Dördüncüsü, cavabdeh qeyd edilən xx.xx.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır, həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Başqa sözlə, ərizə ilə cavabdeh qəbul etmişdir ki: 1. tikilidə olan əmlaklar cavabdehə məxsusdur; 2. həmin əmlakların hesabına onun 500.000 manat alacağını da bağlamaq mümkündür, yəni əmlakların dəyəri 500.000 manatdan da çoxdur.
32. Beşincisi, xx.xx.2021-ci il tarixli aktla təsdiq olunur ki, cavabdeh xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 nömrəli icra sənədi üzrə ona ödənilməli olan 500.000 manat məbləğdə pul vəsaitini aldıqdan sonra həmin icra sənədi üzrə heç bir iddiası və tələbinin qalmadığını və gələcəkdə də olmayacağını bildirmiş, hətta icra icraatına xitam verilməsinə dair ərizə ilə icra şöbəsinə müraciət etməyi öz öhdəsinə götürmüşdür, onun bu bəyanatının hazırkı mübahisəli əmlaklarla da bilavasitə bağlı olduğu hər hansı sual doğurmur.
33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşd ırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir.
34. Halbuki, prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.
35. İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınl ıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
36. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 60, 125, 129-cu, Mülki Məcəlləsinin 5.3, 152.1, 157.2, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Mülki Prosessual Məcəllənin, 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 222.1, 407.2, 416.1, 416.2, 417.1, 418.1, 418.2, 418.3 və 418.6-ci maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsində icraat
37. İddiaçı "xxxx" MMC Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Sonradan iddiaçı ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün mat erial və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
40. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən əmlakların sahibi iddiaçıdır. Hazırkı halda bu əmlakların cavabdehə məxsus torpaq sahəsində qalması, onların çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilməməsi iddiaçıya indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı ona məxsus olan mübahisəli əmlakların alınmasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi prosesində təmin etməli, bu mümkün olmadıqda isə onların dəyərini bu əmlaklardan bəhrələnən şəxsdən tələ b etməlidir.
41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 1092.1, 1092.2-ci, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş iş üzrə apellyasiya instansiyası məhkəməsində birinci icraat
42. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 118/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış mövcud məhkəmə aktında qanunsuz tikililərin sökülməsi nəticəsində əldə olunmuş tikinti materiallarının borcluya təhvil verilməsi qeyd olunmadığı üçün hazırkı iş üzrə vindikasiya hüququnun borclu subyekti Cavabdeh əmlakın çıxarılmasına maneə yaradır. İstinad edilən mövcud məhkəmə aktı öz preyudisiallığı ilə bu maneələri istisna edərək "xxxx" MMC-nin mülkiyyət hüququnun təminatı özündə ehtiva etmmir. Məhz bu səbəbdən iddiaçı "xxxx" MMC vindikasiya iddiası ilə Cavabdeh qanunsuz sahibliyindən öz əmlakını tələb etmək üçün məhkəməyə müraciət etmişdir.
44. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-2060/2023 nömrəli qətnaməsi ilə (hakimlər – L.E.Rəhimova (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikililərin iddiaçının hesabına sökülməsi və cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz-özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların iddiaçının mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də hazırkı iddia tələbinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirmişdir və qeyd etmişdir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegi yası həmçinin qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Ona görə də birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
46. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 239.2-ci, MPM-in 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş iş üzrə kassasiya instansiyası məhkəməsindəki icraat
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasın ın 2(102)-1541/2024 nömrəli iş üzrə 4 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov ( məruzəçi), V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
48. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri “sözügedən tikililərin sökülüb ərazidən çıxarılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasından və sökülən bütün material və qurğuların ona təhvil verilməsindən” ibarətdir. Bu tələblər isə ümumiyyətlə əvvəlki məhkəmə baxışlarının predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini pozaraq, sözügedən tikililərin, material və qurğuların sökülüb ərazidən çıx arılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılıb-qaldırılmadığını araşdırmadan, cavabdehə məxsus torpaq sahəsində olan tikililərin, material və qurğuların ötən 4 il müddət ərzində iddiaçı tərəfindən sökülüb ərazidən çıxarılmamısının səbəblərini aydınlaşdırmadan, zərurət yarandığı halda qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2019-cu il tarixli qətnaməsi üzrə başlanmış icra işini tələb edib ona baxış keçirmədən, başqa sözlə tərəflər arasındakı hazırkı mübahisənin mahiyyətinə varmadan, hazırkı iddia tələbinin təmin olunmasının hüquqi müəyyənlik prinsipinin pozulmasına və mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin çıxarılmasına səbəb olacağına dair yanlış nəticəyə gəlmişdir. Birləşdirilmiş işlər üzr ə apellyasiya instansiyası məhkəməsində icraat
49. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1274/2024 saylı, 16 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi” iddia tələbi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-1274/2024 saylı mülki işin, İddiaçılar "xxxx" MMC və onun direktoru İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1406/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
50. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 2(103)-1406/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər – G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) 2(103)-1406/2024 və 2(105)-1274/2024 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)1406/2024 №-si altında birləşdirilməsi qərara alınmışdır.
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1406/2024 saylı, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2607/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 754213 manat dəyərində olan əmlakın qaytarılması barədə iddia tələbinin təmin edilməməsi, birləşdirilmiş iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiaçı tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması, sökülən bütün material və qurğuların verilməsi barədə iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apelyatora aid edilməsi qət edilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, mülki qanunvericiliyə əsasən torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
53. Kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdehin mülkiyyətində olan t orpaq sahəsində yerləşən tikililərin həmin ərazidən çıxarılmasını, bu mümkün olmadıqda tikinti materialı və qurğuların ona verilməsini tələb etsə də iddiaçı tərəf həmin tikililərin məhz onun vəsaiti hesabına tikilməsi, onun tərəfindən avadanlıqların və tikinti materiallarının alınmasına vəsait xərclənməsinə dair sübut təqdim etməmişdir. Halbuki, iddiaçı tərəf hüquqi şəxsdir və podratçı olaraq avadanlıqların və tikinti materiallarının onun vəsaiti hesabına alınmasına dair sübut təqdim etməli idi.
54. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 135.4, 135.10, 157.2, 157.6, 157.7, 752.1, 753.1, 754.1, 754.2 və 769-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri
56. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
57. Kassasiya şikayəti Azərbyacan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 157, MPM-in 106.3 və 420-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırkı işdə qeyri-müəyyənlik yaranıb. Belə ki, "xxxx" MMC özvəsaiti hesabına tikdiyi daşınmaz əmlak və avadanlıqların nə əvəzini ala bilir, nə də onları natura şəklində götürə bilmir. Belə qeyri-müəyyənlik əmlaka sahib olma imkanından məhrum edir ki, bu da mülkiyyət hüququna müdaxilədir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin həmin ərazidən çıxarılmasını, bu mümkün olmadıqda tikinti materialı və qurğuların ona verilməsini tələb etsə də iddiaçı tərəf həmin tikililərin məhz onun vəsaiti hesabına tikilməsi, onun tərəfindən avadanlıqların və tikinti materiallarının alınmasına vəsait xərclənməsinə dair sübut təqdim etməmişdir. Halbuki, iddiaçı tərəf hüquqi şəxsdir və podratçı olaraq avadanlıqların və tikinti materiallarının onun vəsaiti hesabına alınmasına dair sübut təqdim etməli idi. Baxmayaraq ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həmin məhkəmənin öz qətnaməsində istinad etdiyi halları ilə təkzib olunur, məhkəmə kollegiyası təkrar həmin mövqey dən çıxış edərək iddia tələbini təmin etməyərək hüquqi müəyyənlik prinsipini pozmuşdur. Belə ki, aşağı instansiya məhkəməsi yuxarı instansiya məhkəməsinin icrası məcburi olan göstərişlərinin icra etməyə borcludur. Bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində təsbit olunub. Kassasiya instansiyası məhkəməsi işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına göndərərkən, Qərarda bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı olduğuna dair icrası məcburi olan göstərişlər vermişdir.
58. Apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, t ərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir. Tikililərin və oradakı avadanlıqların "xxxx"MMC-yə məxsus olmasını qarşı tərəf etiraf etdiyi halda, məhkəmənin onlardan bu halı yenidən sübut etmələrini tələb etməsi məhkəmənin qərəzli olmasını sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin qanunsuz və əsasız olduğundan təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, q urğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
61. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
62. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
63. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəli rin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
64. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
65. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
66. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
67. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
68. M addə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
79. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
81. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onla rın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
84. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(103)-1406/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.