Məhkəmə qərarları › İş №2(102)-6764/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6764/2021

25.10.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6764/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlər Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2(004)6437/2021 saylı qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayət üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim G.T.Axundova) İddiaçı1 Cavabdeh1 və digərlərinə qarşı "xxxx" MMC və "xxxx" MMC aid bütün maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələrinin, kassa mədaxil və məxaric orderlərinin, əmək haqqı cədvəllərinin, bank əməliyyatlarının, maddi məsuliyyət müqavilələrinin, anbara mədaxil və məxaric ilə əlaqədar təhvil-təslim aktlarının, alqı-satqı müqavilələrinin, vergi bəyənnamələrinin təsdiq olunmuş surətlərinin verilməsi öhdəliyinin qoyulması” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə qərardaddan şikayət verib və şikayətini belə əsaslandırıb ki, hazırki iddianın predmeti əmək münasibətlərindən irəli gələn mübahisədir. Belə ki, cavabdehlər iddiaçı ilə əmək münasibətlərind ə olublar və onlar əmək qanunvericiliyinin tələblərini pozaraq sözügedən hüquqi şəxslərə aid sənədləri iddiaçıya təqdim etmirlər. Bundan başqa tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərdir. Bu səbəbdən də hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib və mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehlərə qarşı hazırki tələbləri "xxxx" MMC və "xxxx" MMC aid bütün maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələrinin, kassa mədaxil və məxaric orderlərinin, əmək haqqı cədvəllərinin, bank əməliyyatlarının, maddi məsuliyyət müqavilələrinin, anbara mədaxil və məxaric ilə əlaqədar təhvil-təslim aktlarının, alqı-satqı müqavilələrinin, vergi bəyənnamələrinin təsdiq olunmuş surətlərinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasından ibarətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Q ərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O, da nəzərə alınmalıdır ki, MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-nin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun ol araq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olm ası nəzərə alınmalıdır. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Eyni zamanda sözügedən Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi Bakı şəh əri Yasamal Rayon Məhkəməsi hazırki mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərərkən, iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələblərinin korporativ tələblərə aid olmasını nəzərə alıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, hazırki mülki işə məhkəmə aidiyyəti qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, özügedən Plenum Qərarında göstərilir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn t ələblərə) məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edilməsini yoxlayıb hesab edir ki, hazırki iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə düzgün verilməyib və işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə də iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1.6, 403-1.8.1, 403-1.10-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməsin, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2(004)-6437/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar