Məhkəmə qərarları › İş №2(102)-6767/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6767/2021

22.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6767/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh X7 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1112/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2 və X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 və X1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətl əri üzrə işə 22 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 05 fevral 2016-cı il tarixdə İddiaçı1 X7 40.000 ABŞ dolları məbləğində borc vermiş, müqavilə notariatda təsdiq olunmuşdur. İ.A.Ağayev tərəfindən borcun qaytarılması təmin olunmadığından Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə İ.A.Ağayevdən İddiaçı1 xeyrinə 40.000 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmişdir. Həmin qətnamənin icrası zamanı İbrahim Ağayevə məxsus Abşeron rayonunun Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51.000 manat qiymətləndirilərək İddiaçı1 təklif edilmiş, həmin ev 31 may 2019-cu il tarixli Reyestrdən Çıxarışa əsasən hazırda İddiaçı1 mülki yyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyul ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Nin onun mülkiyyətinə keçmiş evi boşaltmaqdan boyun qaçırmasını əsas göstərməklə evin boşaldılaraq özünün həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra X4 cavabdehlər İddiaçı1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, maraqlı şəxslər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair təsisçisi olduğu "xxxx" MMC ilə 08 yanvar 2018-ci il tarixli icarə müqaviləsinin bağlanmaqla həmin əmlakın onun faktiki istifadəsində olmasını əsas göstərməklə belə vəziyyətd ə həmin evin borc əvəzi kimi İddiaçı1 verilməsinin qanunsuz olmasını əsas göstərməklə onun adına verilmiş 31 may 2019-cu il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsini və əmlaka dair reyestr qeydiyyatı məlumatlarının əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Cavabdeh1nə, İddiaçı1 və maraqlı şəxs X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İbrahim Ağayevlə 1987-ci ildə rəsmi nikaha daxil olmasını və nikahda olduqları müddətdə Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən evin alınıb İbrahim Ağayevin adına qeydiyyata alınmasına baxmayaraq, həmin evin atasından miras qalmış evin satışından əldə edilmiş vəsait hesabına alınmasını, İbrahim Ağayevlə n ikahları pozulsa da, onların birgə mülkiyyəti olan evin borc hesabına İddiaçı1 verilməsinin qanunsuz olmasını əsas göstərməklə cavabdeh İddiaçı1 adına verilmiş 31 may 2019-cu il tarixli Reyestrdən Çıxarışın etibarsız hesab olunması, evə dair reyestr məlumatlarının əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti olan evin keçmiş mülkiyyətçisi X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan evin keçmiş arvadı ilə birgə mülkiyyətlərinin olmasını, evin qanunun tələblərinə uyğun olmadan İddiaçı1 borc əvəzinə verilməsini əsas göstərməklə Reyestrdən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3477/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.T.Məmmədov) İddiaçı1 iddia tələbi təmi n edilmiş, İddiaçı2, X8 və X3 iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçılar X4, X8 və İddiaçı2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi İddiaçı1 iddia tələbinin rədd, onların iddia tələblərinin isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1112/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi qismən – Reyestrdən çıxarışın etibarsız hesab edilməsi və ləğv ed ilməsi, əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələblərinin rədd olunmasına dair hissədə ləğv edilərək həmin hissədə ayrıca qərardad çıxarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1112/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi qismən – Reyestrdən çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi, əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması tələbinin, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Reyestrdən Çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyy ətə qaytarılması tələbinin və X6 Reyestrdən Çıxarışın ləğv edilməsi tələbinin təmin edilməsinə dair hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilərək həmin tələblərlə inzibati məhkəməyə müraciət etmək hüquqları onlara izah edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçılar X8, X4 və İddiaçı2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Adları göstərilən iddiaçılar tərəfindən eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxış ına qaytarılması barədə kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5210/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərardadından verilmiş hər üç kassasiya şikayəti və eyni tarixli qətnamədən X4 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş, həmin kassasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1112/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və F.Ə.Məmmədov) Sumqayıt Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2, N və müstəqil tələblər irəli sürən üçüncü şəxs N tərəfindən verilmiş kassasiya şikayətləri və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar İddiaçı2 və Süleyman Allahquliyevin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 və X1 nümayəndəsi və vəkili Vəkil3 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021ci il tarixli qərardadınnın ləğv edilməsini və həmin məhkəmənin 14 aprel 2021-ci il tarixli qətnamə və qərardadlarından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməmiş hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında İddiaçı2 və Nin vəkili verdikləri kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh N vəkili verdikləri kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının l əğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinlə yib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərini geri qaytararkən iş üzrə müstəqil tələblər irəli sürən Nin adından verilmiş kassasiya şikayətini imzalayan Vəkil1 buna səlahiyyətinin olmasını təsdiq edən etibarnamənin işdə mövcud olmamasını və kassasiya şikayətinin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasını, İddiaçı2 və N tərəfindən kassasiya şikayətlərini Azərbaycan Respublikası MPM-nin 405.0.2-ci maddəsində müəyyən olunmuş 10 günlük müddətin ötürülməklə verilməsini əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinə gör ə kassatorlar 14 aprel 2021-ci il tarixli qətnamənin və qərardadın surətlərini 17 may 2021-ci il və 19 may 2021-ci il tarixlərdə imza etməklə qəbul etsələr də qərardaddan kassasiya şikayətlərini 02 iyul 2011-ci il tarixdə vermişlər. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi Vəkil1 kassasiya şikayətini imzalamaq səlahiyyətinə malik olmaması barədə nəticəyə gələrkən N tərəfindən ona verilmiş etibarnamənin müddətinin 01 iyul 2020-ci il tarixdə bitməsini əsas göstərmişdir. İşdən görünür ki, həqiqətən də iddiaçı N tərəfindən Vəkil1 01 iyul 2019-cu il tarixdə 1 il müddətinə etibarnamə verilmiş və etibarnamənin müddəti 01 iyul 2020-ci il tarixdə bitmişdir. (İ cild səh.74) Lakin Vəkil1 kassasiya instansiy ası məhkəməsinə təqdim etdiyi 25 oktyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, N məhkəmədə onu vəkil kimi təmsil edən Vəkil1 məhkəmə qərarlarından şikayət vermək səlahiyyətini və digər səlahiyyətləri 25 oktyabr 2022-ci il tarixə kimi etibar etmişdir. (İV cild, i/v 109) Vəkil1 görə həmin etibarnamə onun tərəfindən məhkəməyə təqdim olunmuş və bununla əlaqədar o, Nin nümayəndəsi kimi məhkəməyə buraxılmış, lakin məhkəmənin təqsiri üzündən həmin etibarnamə işə əlavə edilməmişdir. İşdən görünür ki, həqiqətən də hazırkı işə 14 aprel 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən və eləcə də iddiaçılar tərəfindən ləğv edilməsi tələb olunan qərardadın qəbul edildiyi 06 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında işə baxılarkən Vəkil1 iddiaçı Nin nümayəndəsi və vəkili kimi iştirak etmiş və bu zaman onun səlahiyyətini təsdiq edən etibarnaməsi mövcud olmaması müəyyən olunmamışdır. (İV cild i/v 44-54, 136-144) Göstərilən vəziyyətdə Vəkil1 iddiaçı Nin nümayəndəsi kimi kassasiya şikayətini imzalamaq səlahiyyətinə malik olmaması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi inandırıcı görünmədiyindən kollegiya hesab edir ki, həmin məsələ yenidən işə baxılarkən araşdırılmalı və qiymətləndirilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinə görə iş üzrə iddiaçılar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnamə və qərardadını 17 may və 19 may 2021-ci il tarixlərdə almalarına baxmayaraq həmin məhkəmə aktlarından kassasiya şikayətlərini qanunda müəyyən olunmuş müdd əti ötürməklə vermişlər. Azərbaycan Respublikası MPM-nin 405.0.2-ci maddəsinə görə qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddiaçılar İddiaçı2 və N keçmiş ər-arvad olmaqla onların arasında olan nikah pozulmuşdur. Mübahisələndirilən məhkəmə qərardadı isə iş materiallarından göründüyü kimi bir ünvana - ünvan 1 qərardad özünü “gəlin” kimi təqdim edən şəxsə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi onların şikayətlərini qaytararkən mübahisəli ünvanda iddiaçılardan hansının yaşaması, gəlinin şəxsiyyəti müəyyən olunmamış, belə bir şəxsin göstərilən ünvanda yaşayıb-yaşamaması dəqiqləşdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktlarının göstərilən şəkildə Ağayevlərə verilməsini q anunun tələblərinə uyğun hesab edərkən Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinin tələbini nəzərə almamışdır. Qanunun həmin normasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibi nə verməlidir. Belə olan halda, kollegiya hesab edir ki, məhkəmə aktı Nlərə rəsmi qaydada təqdim olunmadığından, Nlər tərəfindən kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. Kollegiya hesab edir ki, işə yenidən baxılarkən göstərilən hallar araşdırılmalı və nəticəsindən asılı olaraq prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1112/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar