Məhkəmə qərarları › İş №2(102)-6772/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6772/2019

23.10.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq p
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6772/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı aqızının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli, 2(107)1811/2019 nömrəli qətnaməsindən İddiaçı aqızının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hаkim Elçin Mehdiyev) 14 mart 2019-cu il tarixli, 2(075)82/2019 saylı qətnaməsi ilə İ ddiaçı aqızının Cavabdeh qarşı Cavabdeh tikinti norma və qaydalarına zidd olaraq mülkiyyətində olan Şəki şəhəri, X2 küçəsi 12 ünvanında yerləşən evə bitişik tikdirdiyi tualet və hamamın onun hesabına sökülməsi, həmin tikililər tikməklə təbii yağış suyu və məişət suyunu mətbəxt divarlarının üstünə axıtmaqla uçmuş mətbəxt divarlarının onun hesabına bərpa edilməsi və vurulmuş 500 manat ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı aqızının dövlət büdcəsinə ödədiyi 20 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi, İddiaçı aqızından ekspertiza xərci ilə bağlı ödənilməli olan 100 manat alınıb Dovlət büdcəsinə-Az.MEM, VÖİN**********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************,SWİFTBİK CTREAZ 22, AZ34CTRE *** ***************** hesaba köçürülməsi qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) 07.06.2019-cu il tarixli, 2(107)-1811/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı aqızı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı aqızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında pasport qeydiyyatında olan Cavabdeh tikinti norma və qaydalarına zidd olaraq mülkiyyətində olan Şəki şəhəri, X2 küçəsi 12 ünvanında yerləşən evə bitişik tikdiyi tualet və hamamın onun hesabına s ökülməsi, həmin tikililər tikməklə təbii yağış suyu və məişət suyunu mətbəxt divarlarının üstünə axıtmaqla uçmuş mətbəxt divarlarının onun hesabına bərpa edilməsi və vurulmuş 500 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, ƏMDK Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 avqust 2016-cı il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən Şəki şəhəri X2 küçəsində yerləşən 12 saylı ev İddiaçı aqızının xüsusi mülkiyyətindədir. Həmin evlə qonşuluqda Cavabdeh məxsus ev yerləşir. Hazırda cavabdeh həmin evə yaşlı anasını qoyaraq Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayır. Cavabdeh tikinti norma və qaydalarına zidd İddiaçı aqızının evinin mətbəxinə bitişik tualet və hamam tikməklə daim təbi yağış suyu və məişət suyunu iddiaçının mətbəxt divarlarının üstünə axıtmaqla ona ziyan vurulur. İddiaçı aqızı bununla əlaqədar 2015-ci ildə Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Buna baxmayaraq Cavabdeh yağış və məişət suyunu iddiaçının mətbəxt divarının üstünə axıtmaqda davam edir. İddiaçının evinin mətbəxt divarları yayı-qışı, bütün fəsillərdə nəmişlik və suyun içərisində olur. Bu isə 2016-cı ildə İddiaçı aqızının evinin mətbəxinin uçmasına səbəb olmuşdur. İddiaçı aqızı əvvəllər Cavabdeh həmin tualet və hamamı qanunsuz tikdiyini bildirərək, yağış suyunun qarşının alınmasını dəfələrlə xahiş etsə də, Cavabdeh dəmir çəkdiyini, nəmişlik olmayacağını bildirərək, mətbəxt divarının nəmlənərək həmin suyun iddiaçının mətbəxt divarlar ın üstünə axmasının qarşısını almamış və nəticədə iddiaçının evinin mətbəxt divarları ucmuşdur. İddiaçı həmin ili artıq geriyə Naxçıvana qayıtmaq ücün bilet aldığından bu məsələ ilə bağlı məhkəmədə vaxtında iddia qaldıra bilməmişdir. İddiaçı ilə cavabdeh arasında daha əvvəllər də torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş, lakin, cavabdeh tələbinin əsassız olduğunu məhkəmə gedişində başa düşərək iddia ərizəsini geri götürmüşdür. İddiaçı isə hazırki iddiasında haqlıdır. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı aqızı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, tualet hamam mətbəxt divarına ara məsafəsi saxlamadan bitişik tikilib, kanalizasiya suyu mətbəxt divarın dibinə axıdılır. Bundan başqa, təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı aqızının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Şəki Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 08 yanvar 2007-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şəki şəhəri, X2 küçəsində mülkiyyətində olan 0,026 hektar torpaq sahəsində yerləşən 1-(B), 2-(A) mərtəbəli, 3 otaqlı, 49,5 kvadrat metr yaşayış, 15,9 kvadrat metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 23 avqust 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X2 küçəsi ev 1 2 ünvanında 0,0274 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 83,6 kvadrat metr fərdi yaşayış evi İddiaçı aqızının mülkiyyətındədir. Məhkəmə tikinti texniki ekspertizasının 28 yanvar 2019-cu il tarixli, 27059 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şəki şəhəri, X2 küçəsi, ev 12 ünvanında yerləşən İddiaçı aqızına məxsus «B» literli mətbəx tikilisinə bitişik vəziyyətdə, Cavabdeh tərəfindən, mübahisəli hamam-ayaqyolu tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04,09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğular da yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədlə ri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət edilmədən inşa olunduğu müəyyən edilir. Mübahisəli hamam-ayaqyolu tikilisinin saxlanılmasının İddiaçı aqızının öz hüquqlarını həyata keçirməsinə maneəçilik törədib-törətməməsinin müəyyən edilməsi məsələsi hüquqi xarakter daşıdığından və ekspertin həll etdiyi məsələlər dairəsində olmadığından, həmin sual üzrə tədqiqat aparılmadı. Göstərilən fakt son nəticədə məhkəmə tərəfindən həll oluna bilər. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Şəki şəhəri, Mir Bəşir Qasımov küçəsi, ev 12 ünvanında yerləşən İddiaçı aqızına məxsus «B» literli mətbəx tikilisinə bitişik vəziyyətdə, Cavabdeh oğlu tərəfindən inşa olunmuş mübahisəli hamam-ayaqyolu tikilisindən axan suların (yağış və ya məişət, çirkab suları) İddiaçı aqızına məxsus əmlakın (“B” literli mətbəx) zədələnməsi ilə nəticələnə bilməməsi müəyyən edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri, X2 küçəsi, ev 12 ünvanında yerləşən İddiaçı aqızına məxsus «B» literli mətbəx tikilisinə bitişik vəziyyətdə Cavabdeh tərəfindən, mübahisəli hamam-ayaqyolu tikilisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04,09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğular da yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət edilmədən inşa olunsa da, cavab deh tərəfindən İddiaçı aqızına məxsus mətbəx tikilisinə bitişik vəziyyətdə inşa olunmuş mübahisəli hamam-ayaqyolu tikilisindən axan sular (yağış və ya məişət, çirkab suları) İddiaçı aqızına məxsus əmlakın, yəni mətbəxin zədələnməsi ilə nəticələnə bilməz. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin faktiki halları baxımından cavabdehin iddia predmeti olan hamam və tualetin şəhərsalma qaydalarına riayət etmədən və müvafiq icra hakimiyyətinin razılığı olmadan tikilməsinə baxmayaraq həmin tikililər cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir iddiaçının hüquqlarını həyata keçirmək üçün heç bir maneəçilik yaratmır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən m üqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Zərərin tutulması tələbinə gəldikdə isə apellyasiya instansiyası aşağıdakı maddi hüquq normaları baxımından işin faktiki hallarına qiymət verərək, iddiaçının tikilisində olan zədələrin cavabdehin təqsirli hərəkətlərinin səbəbindən yaranmadığından düzgün olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasə n zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan ) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətn amə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyyən edilməmiş, habelə iddiaçı tərəf hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şə kildə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayəti əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı aqızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli, 2(107)-1811/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar