Məhkəmə qərarları › İş №2(102)-6778/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6778/2021

25.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6778/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma və bülletendə olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1071/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 25 dekabr 2019-cu il tarixli, 103/1 saylı “iş yerinin və əmək haqqının saxlanılması və seçkiyə cəlb olunması barədə” əmrlə İddiaçı və 16 nəfər digər məktəb direktorları 87 saylı X1 Məntəqə seçki komissiyasının sədri təyin edildikləri üçün 25.12.2019-cu il tarixdən 13.02.2020-ci il tarixədək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iş yeri və əmək haqqı saxlanılmaqla məktəb direktoru vəzifəsindən azad edilmişlər. Azərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K-150 saylı əmri ilə çalışmanın yaş həddinə çatmış Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 03 fevral 2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh1 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmrindən görünür ki, çalışmanın yaş həddinə çatmış Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə 14.02.2020-ci il tarixdən (seçki məntəqəsinin sədri və sonradan 14.02.2020-ci il tarixə kimi xəstəliklə əlaqədar bülletendə olduğu üçün) Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. BAKU SİTY Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı 14.02.2020-ci il tarixdə hospitalın stasi onar şöbəsinə “kəskin beyin qan dövranı pozğunluğu, hipertonik kriz işemik insult, hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə daxil olmaqla 13.03.2020-ci il tarixdə evə yazılmışdır. Ş.T.Quliyev adına “Ağsu rayon Mərkəzi Xəstəxanası “X5” tərəfindən 05.03.2020-ci il tarixdə Cavabdeh1 müdirinin sorğusuna əsasən verilən 300 saylı məktubla Gəgəli kənd orta məktəbinin direktoru İddiaçı 10.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixə kimi RMXda “Hipertoniya xəstəliyi İİ st” diaqnozla ambulator müalicədə olması qeyd edilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətlərindən görünür ki, İddiaçı 10 fevral 2020-ci il tarixdən 06 iyun 2020-ci il tarixə kimi müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxa bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məh kəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı - Cavabdeh1 14.02.2020-ci il tarixli 16/1 saylı əmrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.01.2020-ci il tarixli k-150 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma və bülletendə olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1979-cu ildən müəllim vəzifəsində işləmişdir. 2012-ci tədris ilindən 2020-ci il fevral ayının 14-nə kimi Ağsu rayonu, S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. Rəhbərliyi dövründə bütün tədris illərində müxtəlif ali məktəblərə yüksək ballarla məzunları qəbul olunmuşdur. Təkcə 2018-2019-cu tədris ilində Xİ sinifi bitirən 10 nəfər məzun müxtəlif ali məktəblərə, 5 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Hətta rayon üzrə ən yüksək bal yığan 13 nəfər məzundan bir nəfər məktəblərinin məzunu olmuşdur. 2019-2020-ci tədris ilində rayon üzrə zona olimpiada turuna vəsiqə qazanan cəmi 17 şagirddən iki nəfəri də məktəblərinin şagirdi olmuşdur. Həm bir müəllim kimi, həm də bir məktəb direktoru vəzifəsində çalışarkən rəhbərlik tərəfindən heç bir cəza və tənbeh almamışdır. Əksinə Cavabdeh1 tərəfindən Dövlət təhsil siyasətinin həyata keçirilməsində fərqlənməyə görə “Fəxri fərmanla” təltif olunmuşdur. Hətta 2018-2019-cu tədris ilində nailiyyətləri nəzərə alınaraq Cavabdeh1 tərəfindən Təhsil Nazirliyinə ona "Tərəqqi medalı” verilməsi üçün təqdimat göndərilmişdi r. Amma medal ona deyil, başqa şəxsə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər idarəsi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. 25 dekabr 2019-cu il tarixdən 13 fevral 2020-ci il tarixə kimi 87 saylı X1 53 saylı məntəqə seçki komissiyasının sədri olduğu üçün Cavabdeh1 103/1 nömrəli 25.12.2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1ci maddəsinə uyğun olaraq iş yeri və əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edildiyi halda seçkidə olmağı nəzərə alınmadan 01.02.2020-ci il tarixdə Cavabdeh1 çalışmanın yaş həddinə çatmağı ilə əlaqədar təqdimat yazmış və onun 03.02.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 30.01.2020-ci il tarixdə K-150 nömrəli əmr verilib və icra edilməsi üçün Ağsu Təhsil Şöbəsinə göndərilmişdir (seçki ərəfəsində). Seçki günü, yəni 09 fevral 2020-ci il tarixdə səhhətində yaranan ciddi problemlə əlaqədar 10 fevral 2020-ci il tarixdə Ağsu rayon xəstəxanasına daxıl olmuş, xəstəliyi ciddi olduğu üçün isə 14.02.2020-ci il Ağsu rayon xəstəxanasının göndərişinə əsasən Bakı şəhərinə göndərilmiş və 14.02.2020-ci il tarixdə Baku CİTY hospitalda 13.03.2020-ci il tarixə kimi stasionar müalicə almışdır. Xəstə olmağı barədə Ağsu Təhsil şöbəsinin sabiq müdiri Səftər Əlabbasova və onun müavininə səxsən dəfələrlə zəng edərək xəbər vermişdir. Sonra müalicəni həkimlərin məsləhəti ilə ev şəraitində fasiləsiz 06.06.2020-ci il tarixə kimi davam etdirmişdir. Cavabdeh1 sabiq müdiri Səftər Əlabbasov isə Ağsu rayon xəstəxanasında n nə məqsədlərə belə bir arayış alır ki, o 10.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixə kimi ambulator müalicə almış və bunuda əsas götürərək 14.02.2020-ci il tarixdə stasionar şəraitdə müalicə aldığı zaman əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olaraq xitam vermişdir. Xəstəlik vərəqələrini Təhsil şöbəsinin mühasibatlığına təqdim etdiyi (hətta xəstəlik vərəqələrini həmkarlar təşkilatıda təsdiq etmişdir) halda onlar 10.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixə kimi olan xəstəlik vərəqəsini qəbul etdilər. 5 gün üçün əmək haqqınıda ödədilər. Soruşanda ki, bəs qalan xəstəlik vərəqələri əsasında niyə əmək haqqı ödəmirsiniz, ona bildirdilər ki, barəmdə verilmiş xitam ləğv edilməlidir. Bu barədə Təhsil Nazirliyinə yazılı məlumat vermiş, bunun araşdırılması il ə bağlı Təhsil Nazirliyi Ağsu Təhsil Şöbəsindən bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı məktub göndərmişdir (surətini də ona göndərmişdir). Bu məktuba cavab olaraq 07.05.2020-ci il tarixli Cavabdeh1 Təhsil Nazirliyinə göndərdiyi 116 saylı məktubunda onun barəsində yanlışlığa yol verilmişdir. Belə ki, 13.03.2020-ci il tarixə kimi “Baku CİTY” hospitalında stasionar müalicədə olduğu halda məktubda qeyd edilir guya 05.05.2020-ci il tarixdə stasionar müalicədə ola-ola Təhsil Şöbəsinə xəstəlik vərəqələrini şəxsən özü təqdim etmişdir. Halbuki, 05.05.2020-ci il tarixdə ambulator müalicədə olmuşdur. Bunlar ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdə öz əksini tapıb (Məktubu ərizəyə əlavə edir). Hətta xəstə olduğu müddətlər üçün əmək haqqı ödəmirlər. Bu barədə Təhsil Nazirliyinə dəfələrlə müraciə t etsədə, heç bir nəticə olmamışdır. Şeçkidə və xəstə olduğu halda işçinin əmək müqaviləsinə xitam verilməsi necə ola bilər, bu ona uzun müddət rəhbər işçi kimi aydın deyil. Vətəndaş hüquqlarının bərpa edilməsində ona köməklik edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(016)-50/2021) iddia təmin edilərək, Ağsu rayonu Gəgəli kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsinə 03 fevral 2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K-150 saylı əmrinin etibarsız hesab edilməsi, Cavabdeh1 çalışmanın yaş həddinə çatmış Ağsu rayonu Gəgəli kənd tam orta məktəbini n direktoru İddiaçı əmək müqaviləsinə 14.02.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə dair 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı Ağsu rayonu Gəgəli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, işdən çıxarıldığı və müalicə olunduğu günlərdən işə bərpa olunduğu günə qədər İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı eyni əsasla işdən çıxarılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K-150 saylı və Cavabdeh1 müdirinin 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmrləri vardır. Baxmayaraq ki, İddiaçı Cavabdeh1 müdirinin 25 dekabr 2019-cu il tarixli, 103/1 saylı əmri ilə 87 saylı X1 Məntəqə seçki komissiyasının sədri təyin edildiyi üçün 25.12.2019-cu il tarixdən 13.02.2020-ci il tarixədək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iş yeri və əmək haqqı saxlanılmaqla məktəb direktoru vəzifəsindən azad edilmişdir. Eyni zamanda Cavabdeh1 müdirinin işdən azad edilmə barədə verdiyi 14 fevral 2020-ci il tarixə kimi (10 fevral 2020-ci il tarixdən) “Ağsu rayon Mərkəzi Xəstəxanası “X5”ndə ambulator müalicədə olmuş, həmin tarixdə isə Bakı şəhər X4 stasionar müalicəyə göndərilmişdir. BAKU SİTY Hospital tərəfindən verilmiş epikrizlə İddiaçı 14.02.2020-ci il tarixdə hospitalın stasionar şöbəsinə “kəskin beyin qan dövranı pozğunluğu, hipertonik kriz işemik insult, h ipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə daxil olmaqla 13.03.2020-ci il tarixdə evə yazıldığı, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının 10 fevral 2020-ci il tarixdən 06 iyun 2020-ci il tarixə kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işə çıxa bilmədiyi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, məhkəmə AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, “əmək qabiliyyətini müvəqqəti itirən işçilərin və.s.” şəxslərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. “Təhsil haqqında” Azərbaycan Respubl ikası Qanunun 29.0.13-cü maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin rəhbərləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 mart tarixli 03 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci bəndinə əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Təhsil Nazirliyinin əsas funksiyalarından biridir. Təcrübədə həmin şəxslər barəsində olan əmrlər formal olaraq yerli Təhsil Şöbələri tərəfindən də təkrar olaraq verilir. Eyni zamanda bildiririk ki, Təhsil Şöbələrinin təhsil müəssisəsinin direktorlarının vəzifəyə təyin etmə və vəz ifədən azad etmə səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səlahiyyət bilavasitə təhsil nazirinin funksiyasına aid edilmişdir. Təhsil şöbəsinin əmrinin hüquqi nəticəsi olmadığından onun mübahisələndirilməsi əsassızdır. Təcrübədə həmin şəxslər barəsində olan əmrlər formal olaraq yerli Təhsil Şöbələri tərəfindən də təkrar olaraq verilir. Eyni zamanda bildirir ki, Təhsil Şöbələrinin təhsil müəssisəsinin direktorlarının vəzifəyə təyin etmə və vəzifədən azad etmə səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səlahiyyət bilavasitə təhsil nazirinin funksiyasına aid edilmişdir. Təhsil şöbəsinin əmrinin hüquqi nəticəsi olmadığından onun mübahisələndirilməsi əsassızdır. Ağsu Rayon Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə bu məsələyə ümumiyyətlə mü nasibət bildirməyib. Məhkəmə yalnız RTŞ-nin əmrinə hüquqi qiymət verməklə iddia tələbini təmin etmişdir. Beləliklə qeyd olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi hazırki mülki işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində pozuntu hallarına yol vermiş, eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallara hüquqi qiymət verməmişdir. Digər tərəfdən işə baxan məhkəmə TN-nin əmrini etibarsız hesab etmiş və iddia tələbini təmin etmişdir. Hesab edirik ki, məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsinin hüquqi əsası yoxdur. Təhsil Nazirliyinin mübahisələndirilən əmrinin hansı əsasla etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsində heç bir əsaslandırma mövcud deyildir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021 -ci il tarixli qətnaməsi ilə (hakim R.Rəfiyev (sədrlik edən və məruzəçi), hakimlər E.Hüseynov və V.Məlikov, iş № 2(107)-1071/2021) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə və 300-cü maddəsinin 1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində Təhsil Nazirliyi əmrini etibarsız hesab etdiyinə görə məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsinin hüquqi əsası olmaması ilə bağlı dəlilləri ilə razılaşmayaraq münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən mülki iş üzrə qətnamə qəbul etdikdən sonra Təhsil Nazirliyi tərəfindən qeyd olunan əmr etibarsız hesab edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə RTŞ-nin əmrinə düzgün hüquqi qiymət vermişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də g östərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli 2(107)-1071/2021 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şik ayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.08.2021-ci il tarixli kassasiya şikayətini təmin etməyərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1071/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Mə hkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəy yən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işç i kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 79-cu maddəsinin 1-ci bəndinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, e zamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək m üqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Seçki Məcəlləsi 22.5.-ci maddəsinə əsasən bu Məcəllənin 22.3 və 22.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, seçki komissiyasının üz vü onu təyin edən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə xitam verilə bilməz. 22.6.-cı maddəsinə əsasən bu Məcəllənin 22.3 və 22.4-cü maddələrində göstərilən hallarda seçki komissiyasının tərkibindən çıxmış həlledici səs hüquqlu üzvün yerinə, onu əvvəl təyin etmiş orqan tərəfindən bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 30 gün müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 10 gün müddətində yeni üzv təyin edilir. 22.7.-ci maddəsinə əsasən statusundan asılı olmayaraq seçki komissiyalarının üzvləri bu Məcəllənin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar. 22.8.-ci maddəsinə ə sasən seçki komissiyasının bu Məcəllənin 36.3-cü maddəsində göstərilən bələdiyyə vəzifələrində, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs hüquqlu üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlillər apellyasiya şikayətinin dəlillər ilə eyni olmuş və müvafiq olaraq hər bir dəlil apellyasiya instansiyası məh kəməsi tərəfindən düzgün olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1071/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar