Məhkəmə qərarları › İş №2(102)-6794/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6794/2021

29.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6794/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: avtomobilin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4816/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 29 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: “KİA OPTİMA” markalı minik avtomobili 02 may 2019-cu il tarixli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olmaqla onun tərəfindən avtomobilə dair Cavabdeh1, X1 və X2 adlarına etibarnamələr verilmişdir. 05 iyul 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 adına verdiyi etibarnaməni notariat kontoruna ərizə verməklə ləğv etdirmişdir. İddiaçı avtomobili satmaq üçün Cavabdeh1 verdiyi üçün onların arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bundan əvvəl onun mülkiyyətində “HYUNDAİ AZERA” markalı avtomobilin olmasını və həmin avtomobili 32.000 manata satması üçün “057 CARS” avtosalonunun direktoru Cavabdeh1 verməsini, sonucunun həmin avtomobili satsa da ona cəmi 11.000 manat məbləğində pul verməsini, avtomobilin qalan dəyərini ödəyə bilmədiyi üçün ona “KİA OPTİMA” markalı mübahisəli avtomobili verməsini və həmin avtomobilin də onun tərəfindən Cavabdeh1 təklifi ilə ona verməsini, lakin sonuncunun həmin avtomobili Cavabdeh2, onun da həmin avtomobili X1, sonuncunun isə avtomobili X2, onun da avtomobili Cavabdeh3 etibarnaməli idarəçiliyinə verməsini əsas göstərməklə avtomobilin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq ona qaytarılmasını, bu mümkün olmadıqda avtomobilin dəyəri olaraq cavabdehlərdən onun xeyrinə 23.000 manatın, hüquqi yardıma görə ödədiyi 200 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1990/2020 saylı, 18 noyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim: A.N.Novruzova) iddia qismən təmin edilərək Cavabdeh1 avtomobilin alınaraq iddiaçıya verilməsi, bu mümkün olmadıqda avtomobilin dəyərini təşkil edən 21.500 manatın cavabdehdən onun xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işdə cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarılmaqla iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbu l edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4816/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsi iddianın Cavabdeh1 dair hissədə qismən təmin edilməsi və Cavabdeh3 aid rədd edilməsinə dair hissədə ləğv edilməsi, iddianın həmin hissələrdə qismən təmin edilərək avtomobilin Cavabdeh3 alınaraq İddiaçı qaytarılması, bu mümkün olmadıqda avtomobilin dəyəri olaraq 21.500 manatın tutulması, Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayə tinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək qismən ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraa tı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-c i maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra h esab edir ki, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisəli avtomobil İddiaçı mülkiyyətində olduğundan məhkəmə hesab edir ki, o, həmin avtomobilin, ondan qeyri-qanuni istifadə edən Cavabdeh3 tələb etməkdə haqlı olmuşdur. Mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, avtomobilin 11 noyabr 2020-ci il tarixə olan bazar dəyəri 21.500 manat təşkil edir. Göstərilən vəziyyətdə iddianın Cavabdeh3 münasibətdə qismən təmin olunması qanuni və əsaslı olduğundan, kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblə rinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İddianın digər cavabdehlərə münasibətdə rədd edilməsi iş materiallarında və müəyyən olunmuş sübutlara uyğun olduğundan, kollegiya qətnaməni həmin hissədə də qanuni və əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4816/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar