Məhkəmə qərarları › İş №2(102)-6797/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6797/2021

24.11.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6797/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə" dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli 2(106)-1924/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 175.464 ABŞ dollarının icra olunduğu günə Az ərbaycan manatına olan məzənnəsi ilə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2-(073)-33/2021 saylı qətnaməsi (hakim E.Əmirəliyev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 133200 (bir yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə), 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apell yasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman cavabdehin vəkili və nümayəndəsi YYY yazılı vəsatətlə müraciət edərək iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsini və işin aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, istər İddiaçı, istərsə də Cavabdeh verdikləri yazılı və şifahi izahatlarından müəyyən edilir ki, Azərbaycan Respublikasında yaşayan İddiaçı sahibkarlıq fəaliyyətində istifadə olunmaq məqsədi ilə 2013-cü ildən başlayaraq mütəmadi olaraq hissələrlə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərində Cavabdeh tərəfindən emal edilən taxt aların alınması barədə şifahi razılığa gəlmişlər. “İnternet Vergi İdarəsi” internet saytından görünür ki, hazırki iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir (VÖEN **********). Belə olan halda müəyyən edilir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin bir növü olan “Mal göndərmə barədə” şifahi formada müqavilə bağlanmışdır. (Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 24.2, 25.1, 25.2, 26.1, 26.2) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli 2(106)1924/2021 nömrəli qərardadı ilə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş “işin məhkəmə aidiyyətinin dəyişdirilməsi” barədə vəsatət təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verər ək Şirvan Apelyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbi barədə” iddiasına dair iş üzrə “işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə” vəsatətinin təmin edilməsini və işin mahiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər iddiaçı Q.Ədlilovun, istərsə də Cavabdeh verdikləri yazılı və şifahi izahatlarından müəyyən edilir ki, Azərbaycan Respublikasında yaşayan İddiaçı sahibkarlıq fəaliyyətində istifadə olunmaq məqsədi ilə 2013-cü ildən başlayaraq mütəmadi olaraq hissələrlə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərində Cavabdeh tərəfindən emal edilən taxtaların alınması barədə şifahi razılığa gəlmişlər. Lakin taxta məhsullarının alğı-satqısı tərəflər arasında fiziki şəxs kimi deyil, faktiki “satıcı” "xxxx" MMC (hüquqi şəxsin təsisçisi, hazırki iş üzrə Cavabdehdur, müqaviləni imzalayan X1 isə cavabdehin qohumumdur) və “alıcı" "xxxx" MMC (müqaviləni İddiaçı imzalamış) arasında həyata keçirilmişdir. Bu hal həm iddiaçının iddiasının əsası kimi təqdim edilmiş 08 yanvar 2014-cü il tarixli 3/1 №-li müqavilə, habelə hazırki kassasiya şikayətinə əlavə edilmiş deklarasiya və müqavilələr və digər sənədlərlə təsdiq edilir. Bunun əksini isə, yəni böyük həcmdə xarici ölkədən taxta məhsullarının Azərbaycan Respublikasına fiziki şəxs kimi iddiaçının adına göndərilməsini təsdiq edən hər hansı sənəd (ən azı gömrük deklarasiyası, malın təhvil alm ası) mövcud deyildir. “İnternet Vergi İdarəsi” internet saytından görünür ki, hazırki iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir (VÖEN **********). Belə olan halda müəyyən edilir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin bir növü olan “Mal göndərmə barədə” şifahi formada müqavilə bağlanmışdır. Mal göndərmə müqaviləsinin anlayışı MM-in 627-ci maddəsinin 1-ci bəndində verilmişdir. Həmin maddənin mənasına görə, Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən m əhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardad prossesual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. - 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. - 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiy yəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göründüyü kimi, mülki prossesual qanunvericilik məhkəmə aidiyyəti ilə bağlı məsələlərin işdə iştirak edən şəxs tərəfindən mübahisələndirilməsi barədə ərizənin işə mahiyyəti üzrə baxılmağa başlanana qədər verilməli olduğunu təsbit edir və bu halda, hakim aidiyyət haqqında qərardad qəbul edir və ondan şikayət verilməsi qaydası Mülki Prossesual Məcəlləsinin 32.5-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi hesab edir ki, artıq mahiyyəti üzrə işə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra yuxarı instansiya məhkəmələrində məhkəmə aidiyyəti ilə bağlı vəsatətin verilməsi, həmçinin bu vəsatətlə bağlı məhkəmə tərəfindən ayrıca qərardadın qəbul edilməsi həm Mülki Prossesual Məcəlləsinin 32-ci maddəsinin tələblərinə, həm də mövcud məhkəmə təcrübəsinə uyğun deyildir. Belə ki, işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra məhkəmə aidiyyətinin düzgün olmaması halı müəyyən edilərsə, tərəflər bu barədə dəlillərini verdikləri apellyasiya şikayətlərində göstərə bilərlər. Apellyasiya məhkəməsi isə apellyasiya şikayəti əsasında işə baxarkən Mülki Prossesual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlamalıdır. E yni qaydada, apellyasiya məhkəməsi qətnaməsindən verilən kassasiya şikayətində məhkəmə aidiyyətinin pozulması dəlil kimi göstərilə bilər və kassasiya instansiya məhkəməsi Mülki Prossesual Məcəlləsinin 416-cı maddənin tələbinə əsasən apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır və həmin Məcəllənin 418.4.9-cu maddəsinə əsasən işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması apellyasiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün prossesual əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(073)-33/2021 nömrəli qətnaməsi mövcuddur. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkə n məhkəmə aidiyyəti qaydalarının pozulubpozulmadığının müəyyən edilməsi həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinə baxılarkən həll edilməli məsələ olmaqla, bu məsələyə iş üzrə yekun məhkəmə aktında qiymət verilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aidiyyəti barədə 28.09.2021-ci il tarixli qərardadı yuxarıda qeyd edilən prossesual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, cavabdehin həmin qərardaddan verdiyi kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin məhkəmə aidiyyətinin pozulması barədə vəsatətinə iş üzrə yekun məhkəmə aktında qiymət verilməlidir. Cavabdehə izah edilir ki, məhkəmə aidiyyəti ilə bağlı dəlillərini apellyasiya və kassasiya şikayətlərində göstərmək hüququ vardır. Məhk əmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32 və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(106)-1924/2021 nömrəli qərardadı ləğv edilsin. Cavabdehin məhkəmə aidiyyətinin pozulması barədə vəsatətinə iş üzrə yekun məhkəmə aktında qiymət verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar