Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6811/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı “İddiaçıBOKT” ASC-nin vəkili X1 və cavabdeh Cavabdeh2 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli, 2(103)4997/2019 nömrəli qətnaməsindən Cavabdeh2 qızının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.M.Əhmədova) 31 yanvar 2019cu il tar ixli, 2(007)-51/2019 saylı qətnaməsi ilə iddia iddianın qismən təmin edilməsi, iddiaçı ilə Cavabdeh1 arasında 2016-cı il 10 mart tarixli 056/16/PB/YF №-li kredit (borc) müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 31560 ABŞ dolları əsas borc, 11209,32 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 43069,32 ABŞ dolları məbləğində borcun (qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə), həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti - Cavabdeh2 məxsus olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçi Cavabdeh2 qaytarılması, ipoteka predmeti mənzilin ilkin satış qiymətinin 78000 manat müəyyən edilməsi, ekspertiza xərci 150 manat məbləğində pulun Cavabdeh1 Dövlət büdcəsinin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışınski) 30.04.2019-cu il tarixli, 2(103)-4997/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 30.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı «İddiaçı BOKT» ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 2016-cı il 10 mart tarixli 056/16/PB/YF №-li kredit müqaviləsi üzrə 31560 ABŞ dolları əsas, 15560,20 ABŞ dolları hesablanmış faiz, 18241,68 ABŞ dolları dəbbə pulunun, cəmi 65361,88 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, ipoteka predmetinin 35000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m sahədən ibarət 2 otaqlı, 53 №-li mənzilə yönəldilməsi, mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, həmin mənzildən orada yaşayan Cavabdeh1 və Cavabdeh2 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı «İddiaçı BOKT» ASC MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin «həcmini artırılması barədə 31 yanvar 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 2016-cı il 10 mart tarixli 056/16/PB/YF №-li kredit müqaviləsi üzrə 31560 ABŞ dollarr əsas, 34569,24 ABŞ dolları hesablanmış faiz, 47781,84 ABŞ dolları dəbbə pulunun, cəmi 113911,08 ABŞ dolları, hüquqi yardıma görə 500 manat, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağla nmış 2016-cı il 10 mart tarixli 056/16/PB/YF №-li kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçıBOKT” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki «İddiaçıbank» ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) «Yasamal» filıalından 2016cı il 10 mart tarixli 056/16/PB/YF №-li kredit müqaviləsinə əsasən illik faizlə 72 ay müddətinə evin təmiri məqsədilə 31560 ABŞ dolları borc almışdır. Bu borcların təminatı olaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində rrləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 50.5 m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li -ənzil 2011-ci il 11 yanvar tarixli 3'9/11/ÇF/PB №-li ipoteka (girov) müqaviləsinə 116-cı il 10 mart tarixli 06 №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, kredit ödənişlərini həyata keçirməmişdir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirməmişlər. İddia ərizəsinə əlavə edilən müstəqil ekspert rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hazırki bazar qiyməti 35000 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin o lunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçıBokt” ASC-nin vəkili X2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,2016-cı il 10 mart tarixli 056/16/PB/YF Nr (borc) kredit müqaviləsin ə əsasən bank 72 ay müddətinə illik faiz dərəcəsi 18% olmaqla 31 560 ABŞ dolları məbləğində Cavabdeh1 kredit vermişdir. Məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 31560.00 ABŞ dolları keçirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31,08.2016-cı il tarixli 2-1(81)3618/2016cı il tarixli qərarına əsasən “İddiaçıbank” ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank olmayan Kredit Təşkilatına çevirilmişdir. 26 aprel 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 2016-cı il 10 mart tarixli 056/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 26 aprel 2017-ci il tarixə, 31560,00 manat əsas, 15560,20 manat faiz və 18241,68 manat dəbbə pulu, cəmi 65361,88 manat borcu vardır. İddiaçı BOKT ASC-nin 30 yanvar 2019-cu il tarixli arayışından görünü r ki Cavabdeh1 10 mart tarixli 056/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 31560,00 manat əsas, 34569,24 manat faiz və 47781,84 manat dəbbə pulu, cəmi 113911,08 manat borcu vardır. Borcalan həmin kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh2 ilə bağlanmış 2011-ci il 11 yanvar tarixli 39/11/ÇF/PB №-li ipoteka (girov) müqaviləsi və 2016-cı il 10 mart tarixli 06 №-li əlavədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li mənzil “İddiaçıbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. DƏDRX Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami ray onu, Qara Qarayev prospektində yerləşən ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li mənzil «İddiaçıbank» ASC qarşısında ipoteka ilə yüklənmişdir və bu ipoteka dövlət qeydiyyatına alınmışdır. “İddiaçıbank" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 18 iyun 2016cı il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcu təcili ödəməsi və əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bildirişin cavabdehlərin qapısının daimi bağlı olması ilə bağlı çatdırılmasının mümükün olmaması barədə poçt xidmətinin nümayəndəsi tərəfindən 31.06.2016-cı il tarixli akt tərtib edilmişdir. “İddiaçıbank” ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 30 iyun 2-016-cı il tarixli ərizədən görünür ki, cəmiyyətin xeyrinə ipoteka ilə yüklü olan Cavabdeh2 mülkiyyətində olan Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li mənzilə «ipoteka predmetinə tutmanın yönəldilməsi h aqqında bildiriş» qeydə alınmışdır. «xxxx» MMC tərəfindən verilən hesabatdan görünür ki, Cavabdeh2 məxsus ipoteka edilən-Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 50.5 kv.m, yaşayış sahəsi 29 kv.m və 21.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 53 №-li mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 78.000,00 manat təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1 -ci maddəsinə əsasən, girov və ipoteka hüququ rov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda rclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, abelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının əhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) ftəblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin -dilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas hdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın ələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas bhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəl ik üzrə aizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın poteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Göründüyü kimi, apellyasiya instanisyası məhkəməsi borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi hissədə düzgün nəticə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq ekspertiza və qiymətləndirmə təyin etməklə kredit münqaviləsi üzrə borcun məbləğini və ipoteka qoyulmuş əmlakın ilkin satış dəyərini də müə yyən etmişdir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə əsaslı və qanunidir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar sasən bağladıql arı kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər ə nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan aizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək mkanlarindan məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 /ə 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 vəkillə müqavilə bağlamaq niyyətinin olması əsası ilə məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciətini nəzərə alınmamasında hər hansı prosessual pozuntuya yol verilməmişdir. Belə ki, işdən göründüyü kimi cavabdeh həmin iclasın keçirilməsi barədə bildirişi 18 aprel 2019-cu il tarixində almışdır və vəkillə müqavilə bağlaması üçün kiofayət qədər vaxtı olmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli, 2(103)-4997/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6811/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6811/2019
28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver