Məhkəmə qərarları › İş №2(102)-6825/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6825/2021

27.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6825/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2003/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətna məsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Emil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı qızı Cavabdeh1 ilə nikahlarını 26 iyun 2018-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə, el adəti ilə toy edib evlənmişlər və iddiaçı ünvan 1 ünvana gəlin köçmüşdür. Bir müddət orada yaşayaraq birgə təsərrüfat aparmışlar. Rəsmi nikahlarından uşaqları olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı cavabdehlər Cavabdeh1 və qaynanası Cavabdeh2 qarşı qanunsuz sahibliyində və istifadəsində olan cehiz əmlakının, qızıl-zinət əşyalarının və ya onların pul ilə bazar qiymətinə uyğun olara q dəyərinin ödənilməsi, 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi müraciət edərək qanunsuz sahibliklərində olan: Cehiz əşyaları: qonaq otağı mebeli 1 dəst 3000 manat dəyərində (8 ədəd stul, 1 ədəd stol, 1 ədəd jurnalni dəri stol, 1 ədəd güzgülü kamod, 1 ədəd divan, 2 ədəd künc mebeli), yataq otağı mebeli 1 dəst 2000 manat (1 ədəd taxt döşək (matras) ilə, 2 ədəd tunba, 1 ədəd güzgülü trümo, 1 ədəd trümonun masası, 1 ədəd 6 qapılı qardirob (şifoner)), mətbəx masası 1 ədəd, 4 stul ilə 300 manat, xalça 8 ədəd 2450 manat (1 ədəd İran xalçası 300 manat, 2 ədədinin hər biri 200 manat olmaqla, cəmi 400 manat, 1 ədəd 170 manat, 2 ədəd mətbəx üçün hər biri 100 manat olmaqla, cəmi 200 manat, 2 ədəd dəhliz xalçası, hər biri 100 manat olmaqla cəmi 200 manat), çilçıraq 2 ədəd hər bi ri 130 manat olmaqla cəmi 260 manat, pərdə 500 manat (2 ədəd tül, 3 ədəd üstlük, 1 ədəd günlük), jalyüz pərdə 1 ədəd 90 manat, taxt döşəyi 120 manat, taxt yorğanı 1 ədəd 100 manat, yastıq 6 ədəd (hər birinin qiyməti 45 manat olmaqla) cəmi 270 manat, adyal 2 ədəd (biri iri qutuda 150 manat, biri isə 100 manat olmaqla cəmi 250 manat, pakrıval dəsti 1 ədəd 150 manat, sintifon yorğan 2 ədəd (biri iri çantada 200 manat, biri balaca çantada 50 manat olmaqla cəmi 250 manat, yay yorğanı 2 ədəd (hər biri 30 manat olmaqla) cəmi 60 manat, nazik divan üstü xalça 1 ədəd 50 manat, gecə lampası 1 ədəd 20 manat, stol üçün süfrə 2 ədəd hər biri 40 manat olmaqla 80 manat, çay dəsmalı salfeti ilə 40 manat, əl-üz dəsmalı 10 ədəd hər biri 8 manat olmaqla 80 manat, hamam dəsmalı 4 ədəd hər biri 20 manat olmaqla 360 manat, çexol yataq dəsti (prostin) 4 ədəd (hər biri 90 manat olmaqla) cəmi 360 manat, dəsmal qutuda 2 ədəd hər biri 30 manat olmaqla cəmi 60 manat, nahar, çay servisi 700 manat, ləpəqabı 2 ədəd hər biri 25 manat olmaqla 50 manat, xrustal meyvəqabı 1 ədəd 100 manat, qaşlı şərab qabı dəsti 1 ədəd 70 manat, rumka 6 ədəd 50 manat, xrustal güldan 2 ədəd hər biri 80 manat olmaqla 160 manat, xrustal konfet qabı 1 ədəd 40 manat, xrustal külqabı 2 ədəd hər biri 25 manat olmaqla 50 manat, xrustal mürəbbə qabı 2 ədəd hər biri 15 manat olmaqla cəmi 30 manat, şirniyat qabı bir ədəd 30 manat, balaca şirniyyat qabı 4 ədəd hər biri 9 manat olmaqla cəmi 36 manat, konyak dəsti 2 ədəd hər biri 25 manat olmaqla cəmi 50 manat, çay termosu 1 ədəd 10 manat, lampa 1 ədəd 20 manat, bıçaq dəsti qutuda 1 ədəd 1 0 manat, bıçaq qaşıq dəsti 1 ədəd 120 manat, dəst (bıçaq, qaşıq, çəngəl və s.) 1 ədəd 150 manat, çaydan 1 ədəd çayniki ilə birlikdə 30 manat, çaydan (tefal elektrik) 1 dəst dəm çayniki ilə birlikdə 35 manat, mətbəx naboru 1 ədəd 30 manat, mətbəx naboru tefal 1 ədəd 35 manat, masa üstü bıçaq naboru 1 ədəd 50 manat, meyvə bıçaqları 10 manat, padnos 3 ədəd hər biri 15 manat olmaqla cəmi 45 manat, çörək qabı 1 ədəd 15 manat, aşsüzən 3 ədəd hər biri 10 manat olmaqla cəmi 30 manat, işlətmək üçün boşqab dəsti qara rəngli 50 manat, xrustal stəkan 12 ədədi 70 manat, nəlbəki 12 ədədi 40 manat, su bakalı qrafinlə birlikdə 20 manat, duzqabı 6 ədəd 5 manat, sürtkəc 1 ədəd 5 manat, tərəvəz doğrayan taxta 4 ədəd hər biri 5 manat olmaqla cəmi 20 manat, oxlov xəmir açan 1 ədəd 5 manat, vanna kauçuk 1 ədə d 8 manat, vedrə kauçuk 1 ədəd 5 manat, çuqun vedrə 1 ədəd 10 manat, zibil vedrəsi 1 ədəd 8 manat, paltar yığmağa setkalı vedrə 8 manat, qabyığmaq üçün qurğu 1 ədəd 10 manat, su çaşkası 1 ədəd 5 manat, tərəvəz setkası 1 ədəd 15 manat, paltaryuyan maşın 1 ədəd 700 manat, qaz peçi stolüstü 1 ədəd 150 manat, soyuducu 2 qapılı “Hitachi” markalı 1500 manat, televizor “LG” markalı (asılqanı ilə) 500 manat, elektrik sobası (duxovka) 1 ədəd 100 manat, kondisioner “Gree” markalı 800 manat, çörək bişirən “Simvo” markalı 1 ədəd 150 manat, tozsovuran 1 ədəd 100 manat, radiator 1 ədəd 100 manat, vafli bişirən qab 1 ədəd 40 manat, blinçik bişirən qab 1 ədəd 40 manat, mikser 1 ədəd 30 manat, sok çəkən 1 ədəd 70 manat, ətçəkən maşın 1 ədəd 100 manat, kofe üyüdən 1 ədəd 20 manat, qranid tava dəsti 1 ədəd 1 00 manat, tefal qazan dəsti “Tac” markalı 1 ədəd 200 manat, qranid qazan dəsti 200 manat, çuqun qazan dəsti 50 manat, süpürgə qabı ilə 1 ədəd 10 manat, şipilka qabı ilə 5 manat, iynə sap naboru 5 manat, ədava qabları (qaroşkalı 10 manat, plastmas 15 manat) cəmi 25 manat, ütü 1 ədəd 45 manat, ütü stolu 1 ədəd 50 manat, salfetka qabı 1 ədəd 5 manat, çaşka nəlbəki dəsti 3 ədəd hər biri 40 manat olmaqla cəmi 120 manat, limon suyu sıxan qab 2 ədəd 5 manat, aş dəmi qapaq dəsmallı dəsti 1 ədəd 10 manat, maskura 6 ədəd 10 manat, salat qabı 6 ədəd 10 manat, balon bankalar 20 ədəd 20 manat, mürəbbə qabı razetka 12 ədəd 50 manat, cəmi 18300 manat; Geyim əşyaları - qış kurtkası 1 ədəd 70 manat, palto 1 ədəd 100 manat, yun jaket 2 ədəd 50 manat, ayaqqabı 6 dəst 150 manat, sport ayaqqabı 2 dəst 80 manat, qış ev geyimləri 150 manat, yay ev geyimləri 3 dəst 60 manat, yay ev geyimləri 10 dəst 200 manat, köynək 10 ədəd 200 manat, yun platya paltarlar 80 manat, kostyum (yupka, köynək) 2 dəst 200 manat, toy ziyafət geyimləri 6 dəst 400 manat, yupka 1 ədəd 45 manat, şalvar (yay, qış) 5 dəst 100 manat, papaq 1 ədəd 40 manat, şarf 2 ədəd 40 manat, nazik şarf 50 manat, saç feni (vafli) 40 manat, əl çantası 5 ədəd 100 manat, kosmetika (ətirlərlə birlikdə) 250 manat, tərlik (damaşniklər) 20 manat, cəmi 2425 manat; Qızıl-zinət əşyaları-rus istehsalı 583 əyarlı təxmini çəkisi 4 qram olmaqla 350 manatlıq 1 ədəd mirvari qaşlı üzük (Cavabdeh1 dayısı Tofiq və Larisa tərəfindən toydan sonra ona ayaq açdıda verilmişdir), türk istehsalı 585 əyarlı, 1 cüt sırğa təxmini çəkisi 3 qram olmaqla, 290 manat (qaynan ası Mahirə tərəfindən ad gününə hədiyyə edilmişdir), türk istehsalı 585 əyarlı üzük, çəkisi 1,9 qram olmaqla 180 manat (Cavid tərəfindən hədiyyə edilmişdir), türk istehsalı 585 əyarlı 1 ədəd sep və ortasında 1 ədəd ürək formalı kulon, çəkisi 3 qram olmaqla cəmi 290 manat, türk istehsalı 585 əyarlı 1 ədəd üzük 2,3 qram olmaqla 220 manat (Cavidin xalası Solmaz tərəfindən hədiyyə edilib), cəmi 1330 manat dəyərində olan əşyalarının özləri, olmadıqda onların pul ilə dəyərinin ödənilməsi, 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların ailə nikah münasibətləri pozulmuş, ona nişan və toy mərasimində cavabdehlər və digər şəxslər tərəfindən hədiyyə edilən qızıl-zinət əşyaları, gəlin köçərkən anası tərəfindən hədiyy ə edilən cehiz əşyaları Cavabdeh1 faktiki yaşadığı ünvan 1-da qalmışdır. Onlar bir müddət mehriban yaşamışlar. 27 və 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının işğalı altında olan torpaqları işğaldan azad etməyə başladığı vaxtlarda Şirvan şəhər Xəstəxanasında növbəsiz iş rejiminə cəlb edilmişdir. Həmin vaxtlar yaralı əsgərdən götürülən analizin cavabı həkimi qane etmədiyi üçün əri Cavabdeh1 həmin analizin yenidən götürülməsini istəmişdir. Bundan bərk əsəbləşən Cavabdeh1 ona iradında bildirmişdir ki, “növbəsiz iş rejimi olar? sən orada işləmə, təcili surətdə işdən çıx”. O, isə cavabında bildirmişdir ki, belə bir vaxtda işdən çıxa bilməz, yaralı əsgərlərə reanimasiya şöbəsində köməklik edir. Cavabdeh1 bunu anası Cavabdeh2 bildirdikd ən sonra anası Şəhla onun iş yerinə gələrək hər şeyi öz gözləri ilə görmüşdür ki, Şirvan şəhər Xəstəxanasında çoxlu sayda yaralı əsgərlər var və Cavabdeh1 ona qarşı olan iradını Cavidin anası Mahirə artıq anasına bildirmişdir. Cavabdeh1 buna görə onunla mübahisə etmiş və onlar birlikdə yaşadıqları Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 12, mənzil 28 getmişlər. Evdə aralarında mübahisə düşmüşdür, həmin vaxt anası Şəhla istifadəsində olan mobil telefona zəng etmiş, o, isə anasının zənginə cavab verə bilməmişdir. Anası Şəhla çox narahat olduğu üçün onların yaşadıqları mənzilə gəlmişdir. Cavabdeh1 qapını açanda anası Şəhlanı görmüş, anasına çox sərt cavab verərək, nə üçün gəldiyini soruşmuşdur. Anası isə aralarında olan mübahisəni gördüyü üçün onu oradan aparmaq istədiyini bildirmişdir. Həmin va xt Cavidin anasına qarşı sərt cavablar verdiyini görmüş və Cavidə öz iradını bildirmişdir. Cavid isə onun saçından tutaraq itələmiş, döyməyə başlamışdır. Oradan getmək üçün internet paylayıcısı olan “Wifi” aparatını yerə vurmuşdur. Həmin vaxt Cavidin başı ona qarışdığı üçün anası ilə tələsik oranı tərk etmişdir. Həmin gündən hal-hazırkı günə kimi valideynlərinə məxsus Şirvan şəhəri, Xəqani küçəsi ev 2, mənzil 48-də yaşayır. Əşyaları isə cavabdehlərdə qalmışdır. Yaşadığı mənzilin açarları yalnız Cavabdeh1 olmuşdur, bu səbəbdən də oradan əşyalarını götürə bilməmişdir. İşdə olan Şirvan Ticarət Mərkəzinin qızıl satışı sektorunda qızıl zinət əşyalarının satışı ilə məşğul olan, fərdi sahibkar və qızıl-zinət əşyalarının qiymətləndiricisi X6 tərəfindən verilən qiymətləndirmə aktına əsasən İddiaçı qızının dediklərinə əsasən ona bağışlanılan qızıl-zinət əşyalarının qiyməti: rus istehsalı 583 əyarlı təxmini çəkisi 4 qram olmaqla 350 manatlıq 1 ədəd mirvari qaşlı üzük (Cavabdeh1 dayısı Tofiq və Larisa tərəfindən toydan sonra ona ayaq açdıda verilmişdir), türk istehsalı 585 əyarlı, 1 cüt sırğa təxmini çəkisi 3 qram olmaqla, 290 manatlıq (qaynanası Mahirə tərəfindən ad gününə hədiyyə edilmişdir), türk istehsalı 585 əyarlı üzük, çəkisi 1,9 qram olmaqla 180 manatlıq (Cavid tərəfindən həddiyə edilmişdir), türk istehsalı 585 əyarlı 1 ədəd sep və ortasında 1 ədəd ürək formalı kulon çəkisi 3 qram olmaqla cəmi 290 manat, türk istehsalı 585 əyarlı 1 ədəd üzük 2,3 qram olmaqla 220 manat dəyərində (Cavidin xalası Solmaz tərəfindən həddiyyə edilib), cəmi 1330 təşkil edir. Şirvan şəhər Məhkəməsinin (sədrlik edən Ziya Əliyev) 2(032)-121/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı cehiz əşyalarını cavabdehin yaşadığı evə aparmış və hal hazırda həmin evdə qalmışdır. Məhkəmə iclasında cavabdeh tərəf həm etiraz ərizəsində, həm də verdiyi izahatında 1 ədəd qaz peçi və 1 ədəd kondisioner istisna olmaqla iddia ərizəsində sadalanan əşyaların iddiaçıya məxsus olmasını və mənzildə yerləşməsini etiraf etmişdir. Cavabdeh tərəf qaz peçinin və kondisionerin cehiz əmlaka aid olmaması, Cavabdeh1 tərəfindən alınmasını sübuta yetirə bilməmişdir və ona görə də məhkəmə həmin əşyaların “cehiz əmlak” kimi qəbul etmişdir. Bununla bağlı məhkəmə iddiaçı tərəfindən şahid qismində din dirilmiş İddiaçı qızının anası X3 və dayısı X4 ifadələrində göstərmişlər ki, qaz peçi və kondisioner cehiz olaraq Aynura hədiyyə edilmişdir. X1 İddiaçı qızının izahatına uyğun ifadələr verərək qeyd etmişdir ki, tarixi dəqiq xatırlamadığı 27 və ya 28 sentyabr 2020-ci il tarixdə qızı Aynurla Cavid arasında evdə mübahisə yaranmışdır, bu məqsədlə onların yaşadıqları mənzilə gəlmişdir və qızı Aynur evdən çıxaraq ata evinə qayıtmış və özü ilə heç bir əşya götürməmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək göstərmişdir ki, həmin şəxslərin iddiaçının qohumları olmasına baxmayaraq vermiş olduqları bu ifadələr işin hallarına uyğun gəlir və buna görə də onların bu ifadələrini qəbul etməməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə bu hissədə sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, idd iaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin qaytarılması tələbinə qiymət verərək qeyd etmişdir ki, həmin idda tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir; bu maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə, maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur:1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, MPM-nin qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin tələblə bağlı iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi miqdarda və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların olmadığını sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərə fi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus qızılzinət əşyaları iddiaçı evdən çıxarkən özündə olmamış, mənzilin açarlarından istifadə etmədiyindən sonradan gəlib aparmağa imkanı olmamış və belə olan vəziyyətdə isə qızılzinət əşyaların cavabdehlərdə olduğu hesab edilməlidir. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin qızıl zinət əşyaları, “GREE” markalı kondisioner və stolüstü qaz peçinin onlardan alınıb iddiaçıya verilməsi hissəsinin təmin edilmədən rədd edilməsi, qətnamənin qalan cehiz əmlakının iddiaçıya qaytarılması hissəsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə qızıl zinə t əşyalarını iddiaçı özü ilə aparmış, “GREE” markalı kondisioner və qaz sobası iddiaçının mülkiyyətində olmamışdır. Kondisioner Cavabdeh1 tərəfindən alınmış, cehiz yığılan mənzil tərkibində mübahisəli qaz peçinin də olduğu mətbəx mebeli ilə birlikdə alınmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Samir Mayılov - sədrlik edən və məruzəçi, İlham Əsədov, Nüsrət Mirzəyev) 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlər iddiaçının iddia edilən sayda, çeşiddə, çəkidə və dəyərdə qızıl zinət əşyalarına malik olması halını mü bahisələndirməmişlər, apellyasiya şikayətini həmin əşyaların iddia edilən sayda, çeşiddə, çəkidə və dəyərdə olmaması ilə deyil, həmin əşyaların iddiaçının özü tərəfindən aparılması ilə əsaslandırmışlar. Lakin həmin halın, eləcə də “GREE” markalı kondisionerin Cavabdeh1 tərəfindən alınması, cehiz yığılan mənzilin, tərkibində mübahisəli qaz peçinin də olduğu mətbəx mebeli ilə birlikdə alınması barədə sübut təqdim etməmişlər. İş üzrə sübutlarla, qaytarılması tələb olunan qızıl zinət əşyalarının iddiaçının özü tərəfindən aparılması, eləcə də “GREE” markalı kondisionerin Cavabdeh1 tərəfindən alınması, cehiz yığılan mənzilin, tərkibində mübahisəli qaz peçinin də olduğu mətbəx mebeli ilə birlikdə alınması halları təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsində dinlənilmiş şahid ifadələri ilə “GREE” markalı kondisionerin və qaz sobasının iddiaçıya məxsus olması təsdiq edilmişdir. Cavabdehlər digər əmlakların özlərində qalması halını mübahisələndirməmiş, digər əmlaklara dair hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin sübut təqdim edə bilmədiyini nəzərə alaraq, digər əmlakları ilə yanaşı ona məxsus qızıl zinət əşyalarının da cavabdehlərdə qaldığına, eləcə də “GREE” markalı kondisionerin və qaz sobasının ona məxsus olduğuna dair iddiaçının şahid ifadələri ilə tamamlanan dəlillərini işin hallarına uyğun saymışdır. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini x ahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazır kı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Repsublikasının Mülki Məcəlləsi: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəz ərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2003/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar