Məhkəmə qərarları › İş №2(102)-6841/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6841/2021

26.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6841/2021 26.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstituna qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək haqqının beş misli qədər müavinətin və mənəvi ziyanın tutulması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı, nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi X4 və cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6329/2021 saylı iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 110 nömrəli, 14 avqust 2009-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 14 avqust 2009-cu il tarixdə Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01 oktyabr 2020-ci il tarix ədək uzadılmışdır.

2. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun 01 oktyabr 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndi əsasında 01 oktyabr 2020-ci il tarixdə xitam verilməsi qərara alınmışdır.

3. İnstitut tərəfindən 18 noyabr 2020-ci il tarixli əmr əsasında institut üzrə icra olunmuş əmək müqaviləsinə xitam verilməsi haqqında 01 oktyabr 2020-ci il tarixli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsas götürülmüş “AR ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı” sözləri “AR ƏM-nin 75.2 d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar” sözləri ilə əvəz edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh ARDNŞ-nin Cavabde hna qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, pandemiya dövründə evdə yıxılaraq ayağından və gözündən ağır zədə aldığı üçun müalicə almışdır. Bununla əlaqədar olaraq xəstəlik vərəqəsi bacısı tərəfindən iş yerinə təqdim edilmişdir. Belə ki, əmək qabiliyyəti və özü tam sağlam olduğu üçün 01 oktyabr 2020-ci il tarixində işə çıxmışdır. İş yerində olduğuna baxmayaraq qanunsuz və əsassız olaraq 01 oktyabr 2020- ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmr ilə Azərbaycan Respublikasının 75.2a maddəsinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən çıxarılmağına xitam verilmişdir. Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 75.2a maddəsi, yəni tərəflərin qarşılıqlı razılığı əsasında olması qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş həmin əmri tam qanunsuz və əsassız hesab edir. Belə ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Əmrdən məlum olur ki, guya onunla olan əmək müqaviləsinə işəgötürənlə qarşılıqlı razılaşma əsasında xitam verilmişdir. Əslində belə olmamış, işəgötürən tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinə əməl edilməmiş, işdən azad olunmağı barədə ərizə yazmağa məcbur edilmişdir. Bildirir ki, 29 ilə yaxındır cavabdeh olan təşkilatda nöqsansız işləmiş, bu müddətdə heç bir intizam tənbehi almamışdır. Cavabdeh direktoru Fəxrəddin İsmayılov tərəfindən 19 may 2020-ci il tarixli bildiriş ona göndərilmişdir. Həmin bildirişdə göstərilir ki, “Sizin qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatmağınızla əlaqədar olaraq sizin, öz təşəbbüsünüz ilə əmək müqavilənizə xitam verilməsi üçün müraciət müddətiniz 30 may 2020-ci il tarixində bitir”. Bildirir ki, işdən çıxmağı barədə onun razılığı olmamışdır, nə də bununla bağlı işdən çıxmaq haqqında ərizə verməmişdir. Üzürlü səbəbdən 14.04.2020-ci tarixindən 30.09.2020-ci il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar olaraq əmək fəaliyyətini davam etdirə bilməmişdir. O, 01 oktyabr 2020-ci il tarixindən əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı onun razılıq ərizəsi olmadan, onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 75.2a maddəsinə əsasən xitam verilməsi barədə Baş mühəndis-direktorun birinci mü avini Fazil Həsənovun 01 oktyabr 2020-ci il tarixli, SƏCAR**********00070020B00194 nömrəli əmrini qanunsuz hesab edilərək ləğv edilməsi və onun işə bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən etibarən işə bərpa edilməsi tarixədək ona ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq Cavabdeh tərəfindən ödənilməsi, ona vurulmuş mənəvi ziyana, şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinəti (pul vəsaitinin) ödənilməsini, mənəvi sarsıntıya görə əlavə 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsini xahiş edir. Bununla bağlı, bildirir ki, kadırlar şöbəsinin müdiri Murad müəllim onu iş otağına çağıraraq, işdən çıxmağı barədə məcburi ərizə yazmağını tələb etmişdir. Bildirmişdir ki, istəyirsən ölkənin prezidenti İlham Əliyevə, Vitseprezidentə de, məktub yaz mənası yoxdur, yuxarının əmridir. Ona yersiz və əsassız iradlar tutmağa başlayaraq ondan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizə yazmağı tələb etmişdir. Bu işlə bağlı hüquqşünası və onun laboratoriya müdirini dəvət edərək, ona öz xoşu ilə işdən çıxmağı barədə ərizə yazmağını, əmək kitabçanı qol çəkib, götürməyini tələb etmişdir. Əks halda ona müavinət və əmək haqqı verilməyəcəkdir. Murad müəllimin bu qanunsuz tələbi onun tərəfindən rədd edildikdən sonra ona qarşı qərəzli davranış göstərməklə yanaşı, əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyini bildirmişdir. Kadrların rəisi ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verməklə yanaşı, ona qarşı qərəzli münasibət göstərmişdir. Baş mühəndis direktorun 1-ci müavinin imzası il ə məktub göndərərək, əmək kitabçasını götürməyi bildirmişdir. O işdən çıxmağı barədə ərizə yazmamış, ona öz etirazını bildirmişdir. Göstərilənlərə əsasən Cavabdeh 01 oktyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, Cavabdeh Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçisi vəzifəsinə bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ödənilməsi, ona vurulmuş mənəvi ziyana və şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinətin (pul vəsaitinin) ödənilməsi, mənəvi sarsıntıya görə əlavə 50000 (əlli min) manat pul vəsaitinin ödənilməs i barədə qətnamə çıxarılması xahiş edilmişdir.

6. Məhkəmə iclasında cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz olaraq izahatında göstərmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, SOCAR-ın Cavabdeh ilə bu iş üzrə İddiaçı arasında 14 avqust 2009-cu il tarixində 110 nömrəli əmək müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bu əmək müqaviləsinə edilmiş 18 yanvar 2019-cu il tarixli 05 saylı əlavə imzalanmışdır və iddiaçı imzası ilə bu əlavəni təsdiq etmişdir. Həmin 5 saylı Əlavə ilə 14 avqust 2009-cu il tarixli 110 nömrəli əmək müqaviləsinin 9.5-ci bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar təsdiq olunmuşdur. Əlavədə qeyd olunmuşdur ki, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin aşağıda sadalanan bəndlər ində nəzərdə tutulan hallarda xitam verilə bilər: a) Tərəflərin qarşılıqlı razılığı; d) İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xitam verilə bilər. SOCARın “Neftqazelmitədqiqatlayihə” institutunun 01 oktyabr 2020-ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsi ilə xitam verilmişdir. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun 18 noyabr 2020-ci il tarixli SOCAR **********00070020B00209 nömrəli əmri ilə 01 oktyabr 2020-ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmrə dəyişiklik edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2d maddəsi ilə əvəz edilmişdir. Müvafiq dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalında əksini tapmışdır. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 dekabr 1993-cü il tarixli 5 saylı Qərarının 31-ci bəndində qeyd olunmuşdur ki, əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdiriyyətin əsası olsa da, o, əmrdə işdən çıxarma səbəbini düzgün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir, onda məhkəmə, işdən çıxarmaya əsas vermiş faktik halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. 01 oktyabr 2020-ci il tarixində İddiaçı qanunvericilikdə əmək müqaviləsinə xitam verilərkən rəsmiləşdirilmiş sənədlərin işçilərə təqdim olunması haqqında institut tərəfindən tərtib edilmiş reyesterdə əmək kitabçası və əmrin surətini almaqdan imtina edərək imza etməmişdir. Həmin tarixdə işçiyə ödənilməli olan son haqqhesab İddiaçı hesabına köçürülmüşdür. 02 oktyabr 2020-ci il tarixində əmək kitabçası və əmrin surətinin poçt vasitəsi ilə ünvanına göndərilməsinə münasibət bildirilməsi haqqında ünvanına məktub göndərilmişdir. Məktuba cavab verilməmişdir, həmçinin tərəfindən hesabına ödənilmiş son haqq-hesab geri qaytarılmamışdır. İqtisadiyyat və uçot departamenti tərəfindən təqdim edilmiş sənədlərdə bu əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndi ilə müəyyən edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gündür. İddiaçı 01.10.2020-ci il tarixində son haqq-hesabı aldığı üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. İddiçı bu müddət ərzində pensiya da almışdır. Qeyd olunanlara əsasən iddiaçının cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı iddiası üzrə iddia müddəti tətbiq edilərək iddianı n rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi (hakim T.B.Axundov) ilə iddia təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 5 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad etmişdir.

10. Qətnamədən narazı qalan iddiaçı tərəf ap ellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(004)-2585/2021 saylı qətnaməsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə uyğun olmadığına istinad edərək, ləğv edilməsini, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6329/2021 saylı mülki iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsi (hakimlər İ.S.Şirinov (sədrlik edən və məru zəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2585/2021 saylı 20 aprel 2021-ci il tarixli qətnaməsinin iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, ƏM-in 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Müəyyən edilmişdir ki, cavabdehin 01 oktyabr 2020-ci il tarixli əmr inə müvafiq olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, iddiaçı bundan həmin vaxtdan xəbərdar olsa da, məhkəməyə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə, 18.03.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia müddətinin buraxılmasının səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə bağlı olduğunu bildirsə də, bu hal müddətin ötürülməsinin üzrlü səbəbi sayıla bilməz, həmçinin həmin müddət əhəmiyətli dərəcədə çoxdur.

13. İddiaçı (şikayəti tərtib edən Vəkil) kassasiya şikayəti verərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6329/2021 saylı 7 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh 01 oktyabr 2020-ci il tarixli SOCAR*** *******00070020B00194 nömrəli əmrin ləvğ edilməsi, Cavabdeh Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçisi vəzifəsinə bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ödənilməsi, vurulmuş mənəvi ziyana və şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinətin (pul vəsaitinin) ödənilməsi, mənəvi sarsıntıya görə əlavə 50000 (əlli min) manat pul vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəl illəri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya dövründə evdə yıxılaraq ayağından və gözündən ağır zədə aldığı üçün müalicə almış, bununla əlaqədar olaraq xəstəlik vərəqəsi bacısı tərəfindən iş yerinə təqdim edilmişdir. Əmək qabiliyyəti bərpa olduğundan və tam sağlam olduğundan 1 oktyabr 2020-ci il tarixində işə çıxmışdır. İş yerində olduğuna baxmayaraq 1 oktyabr 2020-ci il tarixli SOCAR**********00070020B00194 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən çıxarılmış, əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən verilmiş həmin əmri tam qanunsuz və əsassız hesab edirlər. Belə ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd ed irlər ki, işdən çıxma barədə razılıq olmamış, nə də bununla bağlı işdən çıxmaq haqqında ərizə verməmiş, xəbərdarlıq edilmədən, işəgötürən tərəfindən əmək müqaviləsinə əsasən 1 (bir) ay müddətini gözləmədən qanunsuz olaraq işinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmədən öncə Cavabdeh direktoru tərəfindən işçiyə ödənilməmiş əmək haqqının məbləği üzrə son haqqhesab aparılması və həmin gün üçün işəgötürən tərəfindən ona nə qədər məbləğdə pul ödənilməli olduğu müəyyən edilməlidir. Belə ki, həmin son haqq-hesab imzalanmamış, akt isə cavabdeh tərəfindən verilməmiş, əmək haqqının 5 misli isə ona ödənməmişdir. Qətnamədə göstərilən son haqq-hesab vərəqəsi həqiqəti əks etdirmir. Hesab edirlər ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş düzgün araşdırılmamı ş, 2160.87 manat ödənilmiş, qalan pullar ödənilməmişdir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətlərinə görə səkkiz aydan artıq müddətdə əmək haqqından məhrum olduğuna istinad edərək, cavabdehin hərəkətlərinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə mənəvi sarsıntı keçirdiyini vurğulayaraq mənəvi sarsıntıya görə 50000 manat pul vəsatinin tutulmasını xahiş etmişdir.

15. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlili onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göstərilən maddənin 4-cü hissəsinə 2002-ci il 23 aprel tarixdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun XX maddəsinin 2-ci hissəsi ilə ikinci cümlə əlavə edilmişdir. Bu əlavəyə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

16. Hesab edirlər ki, İddiaçı iddiası ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(004)-2585/2021 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6329/2021 saylı qətnamələri Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə uyğun olmadığı üçün ləğv edilməlidir.

17. İddiaçı məhkəməyə kassasiya şikayətinə əlavə göndərərək, qeyd etmişdir ki, bu günə kimi əmək kitabçasını imza edib götürməmişdir. İddiaçı qeyd edir ki, əmək kitabçasında faktiki olaraq Əmək Məcəlləsinin 75.2-ci maddəsinin a bəndinin və ya sonradan cavabdehin yalandan qeyd etdiyi d bəndinin göstərilməsi ilə bağlı olduğunu bilmir. Bundan başqa, kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, işdə olan 1 okt yabr 2020-ci il tarixli əmrin surətindən görünür ki, işçinin işdən azad olunmasına dair əmri baş mühəndis-direktorun birinci müavini Fazil Həsənov tərəfindən imzalanmışdır. O, bu əmri imzalamaq üçün ona direktor və rəhbərlik tərəfindən etibarnamə verilmişdirmi, sənədlərin içərisində bu barədə etibarnamə yoxdur, əgər var idisə əmrdə göstərilməli idi. Eyni zamanda, həmin etibarnamənin qüvvədə olduğu müddət göstərilməmişdir. Mübahisələndirilən əmr isə 1 oktyabr 2020-ci il tarixdə verilmiş və həmin əmrin verilməsinə aid iş materiallarında və əmrin verilməsi zamanı səlahiyyətləri etibarnamənin mövcudluğunu müəyyən edən sənəd yoxdur. Hesab edirlər ki, belə olan halda apellyasiya instansiyası məhkəməsi faktiki ilkin olaraq əmri imzalayan şəxsin bunları həyata keçirməsi zamanı səlahiyyətinin olub- olmamasını yoxlamalı və bundan sonra işin digər hallarının araşdırılmasını davam etdirməli idi.

18. Cavabdeh SOCAR Cavabdeh tərəfindən məhkəməyə kassasiya şikayətinə etiraz göndərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 1 oktyabr 2020-ci il tarixdə ödənilməli olan son haqq-hesab İddiaçı hesabına köçürülmüşdür. 2 oktyabr 2020-ci il tarixində əmək kitabçası və əmrin surətinin poçt vasitəsilə ünvanına göndərilməsinə münasibət bildirilməsi haqqında iddiaçının ünvanına məktub göndərilmişdir, lakin məktuba cavab verilməmişdir. Həmçinin iddiaçı tərəfindən hesabına ödənilmiş son haqq-hesab geri qaytarılmamışdır. İqtisadiyyat və uçot departamenti tərəfindən təqdim edilmiş sənədlərdə bu əksini tapır. Bundan başqa, iddiaçı 01.10.2020-ci il tarixində son haqq-hesabı aldığı üçün bu tələblə məhkəm əyə müraciət etmə müddəti də qeyd edilən tarixdən bir ay ərzində hesablanmalıdır. Ancaq iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət üçün iddia müddətini 5 ay müddətdən çox olaraq ötürmüşdür və iddia müddətinin ötürülməsinin üzürlü olmasını heç bir hal ilə sübut etməmişdir. Həmçinin, hesab edirlər ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinə etirazda iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iş tirak edən kassatorun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassator İddiaçı və onun nümayəndəsi X5 vəkilin çıxışı ilə razı olduqlarını qeyd edərək və iddia tələbinin və kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Arif Qurbanov və cavabdehin vəkili Günel İsmayılbəyli iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını qeyd edərək, kassasiya şikayətinə etirazda qeyd edilənlərə əsasən Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

21. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

22. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə q əsdən pozulduğu gündür.

23. Maddə 296.4 Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.”İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1 Məhkəmənin qə tnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

31. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir (§28).

33. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§29).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§28). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. İddiaçı kassasiya şikayəti verərək iş üzr ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini istədiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.08.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01.10.2020-ci il tarixədək uzadılmışdır. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, 01.10.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqav iləsinə AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndi əsasında 01.10.2020-ci il tarixdə xitam verilmişdir. Daha sonra 18.11.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrə əsasən, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında 01.10.2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş AR ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri AR ƏM-nin 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmişdir.

37. Apellyasiya kolle giyası iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 5 aydan artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, yəni iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bəndində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edildiyindən, iddianın mənəvi ziyanın tutulması hissəsi də rədd edilmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası iddia tələbinin əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsinin rədd edilməsi barədə aşağı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mə hkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbi üzrə müavinətin və mənəvi zərərə görə pulun ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən, qətnamə həmin hissədə ləğv edilməli, həmin his sədə iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir.

40. Aylıq əmək haqqının beş mislində müavinətin və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiaçının iddia tələblərinin Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq edilməklə rədd edilməsi qanuni olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyrimaddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia mü ddəti şamil edilmir.

41. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etsə də, müavinətin və mənəvi ziyanın tutulması tələblərinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini düzgün müəyyən etməmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətb iq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 43. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.

45. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin”məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə görə məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblər baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mə nəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi normada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia müddətləri ilə bağlı Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edərkən, həmin məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edilə bildiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirməmiş, şikayətin dəlilinin məhkəmə tərəfindən nə üçün təmin edilmədiyini əsaslandırmamışdır. Halbuki, “Məhkəmə qətnaməsi haqqınd a” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndində qeyd edilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmin qərarın birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və””kommersiya mübahisələrindən”irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

48. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilmə li, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yekun qərarın qəbul edilməsi üçün müavinətin və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi üzrə halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, müavinət və mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissə də yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməli, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyən normalara istinad edərək hazırki mübahisəni həll etməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişl ər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

51. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§31).

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§30).

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6329/2021 saylı iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsi müavinətin və mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar