Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-686/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məzuniyyətdə olduğu müddət ərzində işçinin əmək müqaviləsinin ləğv olunması, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 7)-1035/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı), 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasına həkim “uroloq” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkimnefroloq vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı 1 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. 3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 7 sentyabr 2022-ci il tarixli məktubunda iddiaçının işin dən əlavə Hemodializ şöbəsində 0.5 ştat vahidi həkim nefroloq işləməsi məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir.
4. Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin (bundan sonra - cavabdeh və ya Xəstəxana) 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə iddiaçının əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 8 sentyabr 2022-ci il tarixdən kəsilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun işdən azad olunması barədə verdiyi 8 sentyabr 2022-ci il tarixli 1724 saylı əmrin və 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərci n cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehin 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 8 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin ştat vahidinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixli 143 saylı əmrlə Xəstəxanaya həkim uroloq vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. Həmin işdə də heç bir nöqsana yol verməmişdir. 1 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Lakin Xəstaxanada rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermişdir. O, məzuniyyətdə olduğu müddətdə 8 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrlə onun işinə xitam verilmişdir. O, aidiyyəti olaraq əmək müfəttişliyinə müraciət edərək pozuntular haqqında tədbirlər görülməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan əlavə, cav abdehin ona olan qərəzli mövqeyi bitməmiş, ona 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrlə onun barəsində heç bir hüquqi əsas olmadan şiddətli töhmət elan edilmişdir.
7. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsi üzrə 36 saat işi vardır. Əvəzçiliklə bağlı ona əlavə 0.5 ştat vahidi iş verilmişdir. Belə olan halda, onun həftəlik iş saatı 50 saatdan artıq olur. Sonradan həmin vəzifəyə başqa həkim təyin olunduğuna görə iddiaçı və ondan başqa 10 nəfər həkimə verilmiş 0.5 ştat vahidi iş ləğv edilmişdir. 8 sentyabr 2022-ci il tarixli 1624 saylı əmr iddiaçı əmək məzuniyyətində olarkən verilsə də, həmin əmrdə əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidinin kəsilməsinin onun məzuniyyət müddətindən sonra icra olunması qeyd edilmişdir. Bundan başqa, iddiaçının həyat yoldaşı “USM” həkimidir. İddiaçı buna səlahiyyəti olmadan həyat yoldaşının “USM” aparatından istifadə edərək xəstəni müayinə etmiş, xəstəyə müalicə yazaraq bunun müqabilində ondan 20 manat pul almışdır. Həmçinin xəstəyə cərrahiyyə əməliyyatı olmasının lazım olduğunu bildirmişdir. Daha sonra xəstə həkimin ondan pul alması barədə şikayət etmiş, sonra isə həmkarlar komitəsinin iclasında həmin halları inkar edərək, həkimin xəbəri olmadan onun cibinə pul qoyduğunu bildirmişdir.
8. Şəki Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli 2(075)-843/2023 nömrəli qətnaməsi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 8 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, onun həmin ştat vahidinə bərpa olunması, məcbu ri iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri verilərək iddiaçının xəstəxananın Hemodializ şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidinin kəsilməsinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 7 sentyabr 2022-ci il tarixli məktubu əsas olmuşdur. Yəni həmin əmrin verilməsi iddiaçının iddia tələbində, onun nümayəndəsinin isə məhkəmə iclasında qeyd etdikləri kimi xəstəxana rəhbərliyinin qərəzli mövqeyindən irəli gəlməmişdir. Başqa sözlə, mübahisəli əmrin verilməsi cavabdehdən d eyil, onun tabe olduğu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdən asılı olmuşdur. İddiaçının əvəzçiliklə işləməsi zamanı həftəlik iş saatı 40 saatdan artıq olduğundan qanunvericiliyin tələbinə görə işəgötürənin razılığı olmalıdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xəstəxananın Hemodializ şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidinin kəsilməsi barədə 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmr verilərkən o, növbəti əmək məzuniyyətində olsa da, həmin əmrin icra edilməsi iddiaçının işə qayıtdığı vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən həyata keçirilmişdir. Qeyd edilən hallar iddiaçının müraciəti əsasında X3 Xidmətinin Şəki regional ərazi şöbəsində də araşdırılmış və yekunda həmin əmrin verilməsində hər hansı qanun pozuntusu aşkarlanmamışdır.
11. Məhkəmə h esab etmişdir ki, iddia tələbi 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin ləğv edilməsi, iddiaçının həmin ştat vahidinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilə bilməz.
12. Məhkəmə iddia tələbinin 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrlərin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı xəstəni müayinə etdikdən sonra xəstə iddiaçıya 20 manat pul vermişdir. Daha sonra xəstə həkimin, yəni iddiaçının bu hərəkəti barədə xəstəxananın rəhbərliyinə şikayət ərizəsi yazaraq öz narazılığını bildirmişdir. Bütün bu hallar xəstəxana daxilində, həmçinin həmkarlar komitəsinin iclasında müzakirə edilmiş və yekunda cavabdehin 10 yanvar 2023cü il tarixli, 70 nömrəli əmri ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd edilən hallardan sonra iddiaçının və şikayətçi olan xəstənin Xəstəxananın direktoruna verdikləri izahatlarında yuxarıda qeyd edilən halların baş verməməsini bildirməklərinə məhkəmə şübhə ilə yanaşmış və hesab etmişdir ki, şikayətçi X1 28 dekabr 2022-ci il tarixdə şikayət ərizəsində qeyd etdiyi halları sonradan təkzib etməsinə baxmayaraq, iddiaçının ümumiyyətlə səlahiyyəti olmadan “USM” aparatından istifadə etməsi özü-özlüyündə pozuntudur. İddiaçı hüquqlarından sui-istifadə etməklə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri əsaslı olduğundan, həmin əmrin ləğv edilməsi hissəsində də iddia tələbi təmin e dilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 2, 3, 68, 70-ci maddələrinə, 89-cu maddəsinin 3-cü hissəsinə, 58-ci maddəsinin 1-ci hissəsinə, 58-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 58-ci maddəsinin 4-cü hissəsinə, 82, 79, 186-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4, 119.1-ci maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsin i xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qаydаlаrа əməl оlunmаdаn əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsinin xitam edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin də tələbinə əməl olunmamasına baxmayaraq məhkəmə bu hallara nəzər yetirməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətində olduğu halda işəgötürən qanunun qeyd olunan tələblərinə əhəmiyyət vermədən onun işinə xitam verilməsi barədə əmr vermişdir. Məhkəmə isə bu hala əhəmiyyət verməmiş, əksinə əmrdə göstərilən işdən azad müddətinin onun məzuniyyətdən qayıtdıqdan sonrakı dövrə aid olması ilə əsaslı hesab etmişdir. Halbuki, qanunvericilikdə belə əmrin hər hansı şərtlə verilməsinin mümkün edəcək norma nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən işçilərin kütləvi işdən kənarlaşdırılması halları geniş vüsət alıb və məhkəmələr də onların belə qanunsuz əmrlərini görməzdən gələrək heç bir qanun pozuntusuna yol vermədiyi qənaətinə gəlir. Bu da işəgötürənin məhkəmələrdə uğurlu nəticələr əldə etməsindən sonra daha da çox işçinin işdən çıxarılması kimi hallara yol verməsinə şərait yaradır. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar sübut baxımından mötəbər olmasa da məhkəmə həmin halları məqbul hesab etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. MPM-nin 218.1-ci maddəsinin tələblər i məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası işin hallarının tam və hərtərəfli araşdırılması idi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı məzuniyyətdə olduğu halda onun barəsində işdən azad edilmə əmri qəbul edilmişdir. Həmçinin onun barəsində verilən şiddətli töhmətlə də bağlı məhkəmə yalnız cavabdehin dəlillərini əsaslı hesab etmiş, guya onun qanunsuz olaraq “USM” aparatından istifadə etməyini pozuntu kimi qiymətlədirməsini və şiddətl i töhmət verməsini qanuni hesab etmişdir. Halbuki şiddətli töhmətin mahiyyəti X1 heç bir əsas olmadan onu yanlış anlayaraq etdiyi şikayət olmuşdur ki, həmin məsələ ilə bağlı Y.Əhmədov xəstəxananın rəhbəri Məcid Əliyevin qəbulunda olarkən bunları təsdiq etdiyini şikayətçi olmadığını qeyd etmiş və yazılı surətdə ərizə də təqdim etmişdir. Nədənsə onun şikayəti qeydə alınmış, şikayətinin olmaması barədə ərizəsi qeydə alınmamışdır.
16. Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1035/2023 saylı qərardadı ilə iddiaçının iddia tələbinin intizam tənbehinin verilməsi barədə 10 yanvar 2023-cü il tarixli, 70 saylı əmrinin ləğv edilməsi hissəsində iddiadan imtinası qəbul edilmiş, iddiaçının cavabdehə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının intizam tənbehinin verilməsi barədə 10 yanvar 2023-cü il tarixli, 70 saylı əmrin ləğv edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1035/2023 nömrəli mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi) Ələddin Məcidov və Mahir Əsədli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)-843/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddianın rədd edilmiş “işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının qismən təmin edilməsi, cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmrinin İddiaçı işdən azad olunması hissəsində ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi,iddia tələbinin işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmrin qalan hissəsinin ləğv edilməsi və hüquqi yardım göstərilməs i üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “işdən azad olunma barədə verilmiş 8 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
19. Kollegiya apellyasiya şikayətinin - əmək məzuniyyətində olduğu halda işəgötürənin onun işinə xitam verilməsi barədə əmr verməsinə məhkəmənin əhəmiyyət verməməsinə, qanunvericilikdə belə əmrin hər hansı şərtlə verilməsini mümkün edəcək normanın nəzərdə tutulmamasına, əmək müqaviləsinə xitam verilməsi zəruriliyinin əsaslandırılmamasına, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin də tələbinə əməl olunmamasına dair dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının işdən azad edilməsi barədə əmrinin iddiaçının növbəti əmək məzuniyyətində olduğu dövrdə verilməsini, əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə riayət edilməməsini nəzərə almamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Xəstəxanaya həkim uroloq vəzifəsinə işə qəbul edilmişdir. Dah a sonra əvəzçiliklə bağlı ona əlavə 0.5 ştat vahidi iş verilmiş və o 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. 1 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Eyni zamanda mülki iş materiallarından görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, iddiaçının işindən əlavə xəstəxananın Hemodializ şöbəsində 0.5 ştat vahidi həkim nefroloq işləməsi məqsədəuyğun hesab edilmədiyindən cavabdehin 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə iddiaçının əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 08 sentyabr 2022-ci il tarixdən kəsilmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahi sələndirilən əmrdə iddiaçının işdən azad edilməsinin əsası kimi Əmək Məcəlləsinin hər hansı bir normasına, hər hansı bir normada nəzərdə tutulmuş tələblərin pozulmasına deyil, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 7 sentyabr 2022-ci il tarixli məktubuna istinad edilmişdir ki, bununla da işəgötürən müəssisə tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.
21. Əmək Məcəlləsinin 58-ci maddəsinin 4-cü bəndinin tələbindən də göründüyü kimi əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından Əm ək Məcəlləsinin 58-ci maddəsinin 5 və 6-cı bəndlərində nəzərdə tutulmuş istisnaların iddiaçıya aid edilməli olması halları müəyyən edilməmişdir.
22. Kollegiya həmçinin qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, iddiaçı 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. İddiaçının həmin tarixlərdə əmək məzuniyyətində olmasına baxmayaraq, o, cavabdehin 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi işindən azad edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə görə, “məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində” işçi lərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
23. Göründüyü kimi iddiaçı 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmış və onun işə başlamalı olduğu tarixin xx.xx.2022ci il olması müəyyən edilir. İşdən azad edilmə barədə əmrin sonradan icra edilməsi qərarlaşdırılsa da Əmək Məcəlləsinin 79-cu maddəsi onun nə vaxt icra edilməsindən asılı olmayaraq, məzuniyyətdə olan şəxslə əmək münasibətlərinə xitam verilməsini istisna etmişdir. Həmçinin mübahisələndirilən əmr verilərkən iddiaçı ilə aralarında olan əmək münasibətlərinə xitam verilməsi zərurətinin nədən ibarət olmasına cavabdeh təşkilat tərəfindən aydınlıq gətirilməmiş, əmək münasibətlərinə xitam verilməsi üçün əsas olan Əmək Məcəlləsi nin hər hansı bir normasına istinad edilməmişdir.
24. Cavabdeh Əmək Məcəlləsinin bir sıra normalarının imperativ tələblərini pozmaqla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа, əmrin tərtib edilmə tələblərinə əməl etmədən həmin müqaviləyə xitam vermişdir.
25. İş materialından 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin yalnız iddiaçı barəsində deyil, iddiaçıdan əlavə olaraq daha 9 nəfər şəxsə də aid olması müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan, həmçinin məhkəmə iclasında verdiyi izahatından əmrin yalnız ona aid hissəsinin iddiaçının hüquqlarını pozması, digər 9 nəfərin adından çıxış etməsi üçün isə hər hansı bir səlahiyyətə malik olmaması məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 8 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin özünə aid hissəsi istisna olmaqla digərlərinə aid hissəsinin də ləğvini tələb etməkdə subyektiv hüququ olmamamışdır.
26. Məhkəmə kollegiyası iddiaçı tərəfindən vəkilə 250 manat vəsaitin ödənilməsinə dair hər hansı bir sənədin təqdim edilməməsini nəzərə alaraq iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 250 manat vəkil xərcinin tutulması hissəsində əsaslı hesab etməmişdir.
27. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi, 79-cu maddəsinin 1-ci hissəsi, 58-ci maddəsinin 1, 4, 5, 6-cı hissələri, 83-cü maddəsinin 1 və 2-ci hissələri, 84-cü maddəsinin 1, 2, 3-cü hissələri, 300-cü maddəsinin 1-ci hissəsinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə istinad etsə də, həmin maddəyə yalnız hərfi yanaşmış hazırkı mübahisənin düzgün həll edilməsi üçün hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırda mübahisələndirilən əmr iddiaçı məzuniyyətdə olan vaxt verilməsinə baxmayaraq onun icrası şəxsin məzuniyyətdən qayıtdığı dövr üçün nəzərdə tutulmuşdur. Qeyd edilən hallar iddiaçının müraciəti əsasında X3 Xidmətinin Şəki regional ərazi şöbəsində də araşdırılmış v ə yekunda həmin əmrin verilməsində hər hansı qanun pozuntusu aşkarlanmamışdır.
30. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsinin tələbinə görə məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hazırkı iş materiallarından göründüyü kimi iddiaçı 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə xəstəxanaya həkim uroloq vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. Yəni iddiaçı ilə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkimnefroloq vəzifəsinə təyin edilərkən h ər-hansı bir əmək müqaviləsi bağlanmamışdır Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan etdiyi halda məhkəmənin hazırkı işə həmin normanı tələb edərək iddianın qismən də olsa təmin edilməsi nəticəsinə gəlməsi ədalətli yanaşma deyil. Həmçinin işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)- 843/2023 nömrəli qətnaməsi həm 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1035/2023 nömrəli qərardadla, həm də 10 oktyabr 2023-cü il tarixli, 2(107)1035/2023 nömrəli qətnamə ilə ləğv edilmişdir ki, bunun özü də məhkəmə kolle giyasının iş üzrə hərtərəfli araşdırma aparmadığını sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
32. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin olmaması səbəbindən aralarındakı mübahisəyə Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilə bilməməsinə dair kassasiya şikayətininin dəlilinə işin hallarına istinad edilməklə etiraz olaraq qeyd edilmişdir ki, cavabdeh tərəf bilməlidir ki, belə bir müqavilənin bağlanmasına ehtiyac yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 1-ci dəfə 2002-ci ildə, 2-ci dəfə 2010-cu ildə təkrar əmək müqaviləsi bağlanmışdır ki, axırıncı müqavilə hal-hazırda da qüvvədədir. İddiaçı xx.xx.2021-ci il tarixli, 1764 saylı əmrlə, işə tam təhkim edilməklə, ancaq 0,5 ştat vahidi m əbləğdə əmək haqqı ödənilməklə, xəstəxananın ümumi işinə müsbət təsir göstərən, boş qalmış həkim işinə təhkim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir”. Həmçinin Əmək Məcəlləsinin 58.1-ci maddəsinin tələblərindən də göründüyü kimi artıq müqavilə bağlanmış işçi ilə təhkim olunmaqla əlavə işə görə daha bir müqavilənin bağlanılması tələb edilmir. Mübahisələndirilən əmr verilərkən iddiaçı ilə cavabdehin arasında olan əmək münasibətlərinə xitam verilməsi zərurətinin nədən ibarət olmasına, cavabdeh və yaxud TƏBİB tərəfindən aydınlıq gət irilməmiş, əmək münasibətlərinə xitam verilməsi üçün əsas olan Əmək Məcəlləsinin hansı normasına istinad edilməsi göstərilməmişdir. Belə ki, araşdırdıqda, mübahisələndirilən hazırkı iş üzrə istinad ediləcək belə bir norma yoxdur. Yəni cavabdehin əvvəlki rəhbərliyi, xəstəxananın ümumi işinin axsamaması naminə, vakant həkim vəzifəsinə yeni həkim təyin olunana qədər, işləyən həkimlərdən birini təhkim etmiş, yeni rəhbərlik isə həmin həkimi təhkimçilik işindən, özü də həkim məzuniyyətdə olduğu vaxt, əsassız olaraq azad etmişdir. İş üzrə cavabdeh və onun tabe olduğu üst qurum olan TƏBİB Əmək Məcəlləsinin bir sıra normalarının imperativ tələblərini pozmaqla, Əmək Məcəlləsi ilə müəyyənləşdirilmiş, əmək müqaviləsinin ləğv edilməsi qaydalarına, əmrin tərtib edilmə tələblərinə əməl etmədən həmin mü qaviləyə xitam vermişlər ki, iş üzrə apellyasiya instansiyası öz icraatında qeyd edilən bu qaydaların pozulması faktlarını düzgün olaraq təsbit etmişdir.
33. Hazırkı mübahisələndirilən məsələ, DƏMX-də araşdırılmış və əmək müqaviləsinin olmaması barəsində heç bir uyğunsuzluq aşkar edilməmişdir.
34. İddiaçı etirazında kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 58
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçil ik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.
5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
6. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.
36. Maddə 68
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
37. Maddə 79
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;;[145] məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
38. Maddə 83
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sə rəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
39. Maddə 84.
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatl ar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
40. Maddə 300,
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğin in işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
42. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli ol duğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətin ə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)- 843/2023 nömrəli qətnaməsi həm 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1035/2023 nömrəli qərardadla, həm də 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1035/2023 nömrəli qətnamə ilə ləğv edilmişdir ki, bunun özü də məhkəmə kollegiyasının iş üzrə hərtərəfli araşdırma aparmadığını sübut etdiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, Ş əki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1035/2023 saylı qərardadında iddiaçının iddiasının 2(107)1035/2023 nömrəli mülki iş üzrə iddia tələbinin 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi hissəsindən imtina etməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etməsi araşdırılaraq hüquqi qiymət verilməklə qərardad qəbul edilmiş və iddia tələbinin digər hissələri üzrə hər hansı araşdırma və hüquqi dəyərləndirmə aparılmamışdır. Qərardaddan şikayət verilməmişdir. Qərardadın nəticə hissəsində Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli e-2(075)-843/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə abzas olsa da, ondan sonrakı abzaslardan və ümumən qərardadın mətnindən məlum olur ki, qərardadla birinci instansiya məhkəməsinin qətnaməsi sadəcə iddia tələbindən imtina edilən hissədə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də məlum olur ki, həmin qətnamədə iddia tələbinin “işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsi üzrə qəbul edilmişdir.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı ilə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilərkən hər-hansı bir əmək müqaviləsi bağlanmadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, əvvəla cavabdeh birinci və apellyasiya məhkəmələrində belə dəlil irəli sürməmişdir. Digər tərəfdən işin mübahisəsiz halıdır ki, İddiaçı 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasına həkim “uroloq” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə hemodializ şöbəsinə, yəni başqa iş yerində deyil, işçinin əmək müqaviləsində nəzərdə tutulmuş iş yerində 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmiş və əvəzçilik qaydasında təyin edildiyi vəzifə üzrə də ona əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-3 və 2-3.5-cü maddələrinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandığı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir.Göstərilənlərə müvafiq olaraq da apellyasiya instansiyası məhkəmə si tərəfindən cavabdehin iddiaçı əmək məzuniyyətində olarkən onun əvəzçilik üzrə işinə xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbini pozması nəticəsinə gələrkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Apellyasiya instansiyasıə məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisələndirilən əmr verilərkən iddiaçı ilə aralarında olan əmək münasibətlərinə xitam verilməsi zərurətinin nədən ibarət olmasına cavabdeh təşkilat tərəfindən aydınlıq gətirilməmiş, əmək münasibətlərinə xitam verilməsi üçün əsas olan Əmək Məcəlləsinin hər hansı bir normasına istinad edilməmişdir.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəli llərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(107)-1035/2023 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv