Məhkəmə qərarları › İş №2(102)-6860/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6860/2019

21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6860/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə. İddiaçı ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018 -ci il tarixli qətnaməsi ilə (hakim: X.B.Məhərrəmova; 2(004)-308/2018) iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununcаvаbdеh Cavabdeh1 və Cavabdeh2 qаrşı «borcun tutlması, tutmanın mənzillərə yönəldilməsi, həmin ünvanlarda yaşayan şəxslərin mənzillərdən istifadə hüququna xitam verilərək, mənzillərin açıq hərrac yolu ilə satılması, hərracda satılcıqdan sonra 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi» tələbinə dаir iddiası qismən təmin edilmiş, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 25 noyabr 2013-cü il tarixli, ****** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 74572,57 manat, faiz borcu qismində 13.008,53 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 87.611,10 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, ********************************* nömrəli mənzillərinə yönəldilsməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, *************************************** nömrəli mənzillərinin ümumilikdə ilkin satış qiyməti 450.000 manat məbləğində müəyyən edilməklə həmin mənzillər açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına Cavabdeh1 25 noyabr 2013-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitindən qalan məbləğin Cavabdeh2 verilsməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, ******************************nömrəli mənzilləri satıldıqdan sonra 1 (bir) ay müddəti ndə həmin mənzillərin boşaldılsıması və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov; 2(103)-7000/2018), İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın mənzillərə yönəldilməsi, həmin ünvan larda yaşayan şəxslərin mənzillərdən istifadə hüququna xitam verilərək, mənzillərin açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25.11.2013-cü il tarixli, ******** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 7 % olmaqla 60 ay müddətinə ödəmək şərti ilə 200.000 manat məbləğində kredit götürmüşdür. Cavabdehlə bank arasında bağlanmış 13.10.2011 -ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri ***************************** saylı mənzili və Bakı ş əhəri ****************************** saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizi vaxtında ödəməmişdir. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Nəticədə Cavabdeh1 banka ödənilməmiş 74572.57 manat əsas borcu və 13008.53 manat faiz borcu qalmışdır. Ona görə də 25.11,2013-cü il tarixli, 244/13 saylı kredit müqaviləsi üzrə 200.000 manat məbləğdə kredit borcundan banka ödənilməmiş 74572.57 manat əsas borcun, 13008.53 manat faiz borcunun, ümumilikdə 87581.10 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 Abbas qızına mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, ***************************** nömrəli mənzilinə və Bakı şəhəri, ******************************* ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək, mənzillərin açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondukassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əmlakın ilkin qiymət hissəsində ləğv edilməsini, kassasiya şikayətinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin tərəfindən “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişipoteka predmeti olan mənzillərə yüksək qiymət qoyulması və hər mənzilə ayrıca qiymət qoyulmasına əhəmiyyət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikаyətin təmin еdilməsi barədə qərar çıxarılmasını хаhiş еtdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiy asının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymət ləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 25 noyabr 2013-cü il tarixli *********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 60 ay müddətin ə, illik 7% məbləğində borc faizləri ödəməsi şərt ilə 200.000 manat məbləğində kredit götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 29.03.2017-ci il tarixə banka olan borcu əsas borc qismir də 74.572,57 manat, faiz borcu qismində 13.008,53 manat, cəmi 87.581,10 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 25 loyabr 2013-cü il tarixli,************ saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcun hesab anmış faizlərlə birlikdə 05 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması üzrə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. 25 noyabr 2013-cü il tarixli, ******* saylı sonrakı ipoteka müqaviləsindən görünür kı 25 noyabr 2013-cü il tarixli, ******** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətindən götürdüyü 200 000 manat məbləğində kredit öhdəliklərinin icrasının təminatı qismində. Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan, Bakı şəhəri, *********************** nömrəli və ***** nömrəli mənzillərini ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışların surətindən görünü ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonı,********************** nömrəli və **** nömrəli mənzillərin 25 noyabr 2013-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəl dilməsi barədə 08 iyun 2017-ci il tarixli 10/H4635a nömrəli bildirişdən və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə 21 iyun 2017-ci il tarixli ******** nömrəli ərizəsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, *********************** nömrəli və ***** nömrəli mənzillərinə yönəldilməsi barədə Cavabdeh2 bildiriş verilmişdir və həmin bildirişin qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə daxil olaraq qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetin in ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1 -ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, 19.09.2018-ci il tarixdə isə “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən “Cavabdeh2 məxsus Bakı şəhəri, ************************* nömrəli və ***** nömrəli mənzillərin hazırki real bazar qiyməti barədə ekspert rəyinin təqdim edilməsi üçün qarşı tərəflə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq Abbas adlı şəxs mənzili göstərməkdən qəti imtina etmiş və son vaxtlar hətta telefon zənglərinə belə cavab verməmişdir. Əmlaklara baxış keçirməyə şərait yaradılmadığına görə qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmuşdur. Bundan başqa Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəmə kollegoyasəna təqdim edilmiş arayışda müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, **************** və ***** saylı mənzillər əsaslı təmir edilməklə birləşdirilmiş və həmin mənzillərin cəmi bir giriş qapısı mövcuddur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq tərəflərin təqdim etdikləri sübutları tədqiq edərək hesab etmişdir ki, həmin mənzillərin ayrı-ayrılıqda qiymətləndirilməklə hərraca çıxarılması mümkünsüzdür. Mənzillərin qiymətinin daha aşağı olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı bu halla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu dəlili hər hansı formada əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübut larla əsaslandırır. - 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını r əhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-4 19-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar