Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6889/2021 04.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: 1-ci iş üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “istifadə və sahiblik hüququnun tanınması və hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına, 2-ci iş üzrə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25.02.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-444/2020 nömrəli 02.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması barədə” ilk id diasına, üçüncü şəxs X1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır; X1 apellyasiya şikayəti qismən təmin olunaraq, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ləğv olunub, həmin iddianın rədd edilməsi qət edi lmişdir. İddiaçı X2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti 04.10.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmçinin iddiaçının 04.10.2021-ci il tarixə qədər kassasiya şikayətinin rabitə orqanına verilməsi haqqında heç bir sənəd yoxdur. Lakin kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses işti rakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, MPM-nin 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10 -1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual ə saslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 404-1.1, 4041.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-444/2020 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6889/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6889/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver