Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6892/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cuiltarixli 2(103)5771/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.Şükürova) 06.02.2019-cu il tarixli 2(009)-165/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabd eh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 19.525,56 ABŞ dolları əsas, 9.211,72 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29.237,28 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin, 28 saylı mənzilinin ilkin satış qiyməti 310.000 manat məbləğində müəyyən edilməklə tut manın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 28 saylı mənzili satıldıqdan sonra 1 ay müddətində Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 08.05. 2019-cuiltarixli 2(103)-5771/2019 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli 2(009)-165/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cuil tarixli 2(103)-5771/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul, ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 08.06.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2015-ci il tarixli, 241015/B-1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 19.626 ABŞ dollar əsas, 16.873 ABŞ dolları faiz və 5.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41.499 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı" ASC-yə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2015-ci il tarixli, 241015/İK-1 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində1028 nömrəli reyestr kitabının 92540 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evdə yerləşən, 50.4 kv.m ümumi, 31.4 kv.m yaşayış, 19 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılaraq əldə ol unan vəsait hesabına borcun ödənilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Qasımov Mətləb Məhəmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərilən dəlillərə əhəmiyyət verməmiş, nəzərə alınmamış ödənişlərə görə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, nəticədə kredit ödənişlərinin böyük hissəsi qanunsuz olaraq borca və dəbbə puluna silinmiş, ödənişlərin bir hissəsi isə ümumiyyətlə nəzərə alınmamışdır. Bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmələr nəzərə almamışdır ki, məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı təşkilat cavabdehə xəbərdarlıq etmişdir ya yox. Həmçinin bank əməkdaşları cavabdehə müəyyən güzəştlər ediləcəyini bildirmiş, cavabdeh həmin güzəştlərin edilməsini gözləyərək ödəniş etməmişdir. Belə olan halda isə ümumiyyətlə faiz məbləği əsas məbləğin üzərinə hesablanmalı deyildir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cuiltarixli, 2(103)-5771/2019 nömrəliqətnaməsinin ləğv edilərək mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin səlahiyyətli nümayəndə si, Cavabdeh1, vəkili Qasımov Mətləb Məhəmməd oğlu, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirməmiş və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, iddiaçı borcu ödəməmişdir. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 dekabr 2018-ci il tarixli, 20884 saylı rəyində Cavabdeh1 İddiaçı ASC-yə 29.12.2017-ci il tarixə 19.525,56 ABŞ dolları əsas və 9.211,72 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə MM-nin 462.1, 467-ci maddələrinə istinad edərək, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla, cavabdehdən 500 ABŞ dolları cərimə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası qe yd etmişdir ki, apellyator iş üzrə borcun düzgün müəyyən olunmamasını, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etmədiyindən, onun bu dəlili əsaslı hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilm əsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün olaraq apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh iş üzrə borcun düzgün müəyyən olunmamasını, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Nəticə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə olan halda kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilmə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(103)-5771/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6892/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6892/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver