Məhkəmə qərarları › İş №2(102)-6929/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6929/2021

15.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6929/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlakda payın müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6551/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Hazırkı iş üzrə Cavabdeh 28 sentyabr 2010-cu il tarixdə İddiaçı oğlu X4 ilə rəsmi nikaha girmiş, həmin nikahdan 02 avqust 2011-ci il tarixdə bir uşaqları olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2013-cü il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaq anası N qızının yanında saxlanılmaqla uşağa görə X1 N qızının xeyrinə aliment tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC tərəfindən inşa edilmiş N saylı evin üç otaqdan ibarət 112,32 kv.metr sahəsi olan 164 saylı (əvvəlki 138) mənzilinə N qızı və X2 hər birinin ½ hissədə payları müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2016-cı il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. 07 fevral 2017-ci il tarixdə X4 vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum oğlu Nun cavabdehlə nikahı pozulduqdan sonra onunla yaşamasını və ona məxsus əmlakın da onlarda olmasını, oğlunun ölümündən sonra mirası faktiki qəbul etməsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən onun və nəvəsi X3 miras qoyanın birinci növbə vərəsələri olmasını əsas göstərməklə miras əmlaka olan mənzildən onun payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh oğlu X3 qanuni nümayəndəsi kimi qarşılıqlı iddia verərək oğlunun atas ı Ndan miras qalmış mənzilin ½ hissəsində pay hüququnun olmasını əsas göstərməklə oğlunun miras əmlakın ½ hissəsinə pay hüququnun müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: K.F.Əmirxanova) iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilərək N saylı binanın 164 saylı üç otaqlı mənzilinə İddiaçı ¼ hissədə və X3 ¼ hissədə payları müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək oğlu Mirəhəd Əhədovun mərhumun yeganə vərəsəsi olduğu üçün atasından miras qalmış qalan ¼ hissəyə də oğlunun pay hüququnun müəyyən edilməli olmasını əsas göstərməklə Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixl i qətnaməsinin ilk iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6551/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şik ayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yalnız ilkin iddia tələbinin təmin olunmasına dair hissədə baxıldığından və kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşin müəyyən olunmuş hallarından görünür ki, ilkin iddia tələbi üzrə İddiaçı mərhum Natiq Əhədovun anası olmaqla onun mirası qəbul etmiş birinci növbə vərəsəsidr. Belə olduqda, İddiaçı oğlundan miras qalmış əmlaka pay hüququnun müəyyən olunması qanunun yuxarıda göstərilən normalarının tələblərinə uyğun olduğundan, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işin müəyyən olunmuş hallarına və sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6551/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar