Məhkəmə qərarları › İş №2(102)-6939/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6939/2019

15.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6939/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 vəkili X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X7 iştirakı ilə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məh kəməsi mülki kollegiyasının 2(103)-6717/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-101/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər “X19” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı sahiblik, istifadə və sərancam hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, “xxxx” MMC-yə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfındən verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış, onun verilməsinə əsas olmuş sənədlər - X4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilmiş, X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər “X19” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı qeyri-yaşayış sahəsinə dair qeydlərin ləğvi və verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, “Cavabdeh2» MMC-nin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 27 may 2015-ci il tarixli RX s eriyalı, ******* saylı çıxarış, onun verilməsinə əsas olmuş sənədlər - X10 məxsus olan ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanın, 1ci blok, 8-9 sütunlararası (A-D) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilmiş, X6 ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanın, 1-ci blok, 8-9 sütunlararası (A-D) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 “X19” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı qeyri-yaşayış sahəsinə dair qeydlərin ləğvi və verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, “xxxx” MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış, onun verilməsinə əsas olmuş sənədlər - X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilmiş, X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları qalan hissələrdə təmin edilməmiş, iddiaçı “xxxx” MMC-nin cavabdeh X10 qarşı tikilinin qeyri-qanuni sahiblikdən və iddiaçı “xxxx” MMC-nin cavabdeh X4 qarşı tikilinin qeyri-qanuni sahib likdən götürülməsi tələbinə dair dair iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə qarşı qeyri yaşayış sahəsinə sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə Dövlət Reyestri Xidməti tərəfındən verilmiş 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilməsi, ona satılmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 110 kvadrat metr olan qeyriyaşayış sahəsinin həmin çıxarışa aid olan sahədən xaric edilməklə, "xxxx" MMC-yə yeni çıxarış verilməsi, onun ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 110 kvadrat metr olan qeyriyaşayış sahəsinə sahiblik, istifadə və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” MMC İddiaçı qarşı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X19" ASC ilə İddiaçı arasında bağl anmış 11.01.2010-cu il tarixli, 00014-saylı ünvan 2 da yerləşən, ümumi sahəsi 110 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin və İddiaçı verilmiş 4250 nömrəli, 11,01.2010-cu il tarixli maliyyə arayışının etibarsız hesab olunması və ilkin iddianın tam olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması və çıxarışın ləğv edilməsi tələbinə dair ilkin, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiaları izrə işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər “X19” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı sahiblik, istifadə və sərancam hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-yə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfındən verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr ola n qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi, onun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri-yaşayış sahəsinə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri yaşayış sahəsini hər 1 kvadrat metrinə 544 ABŞ dolları ödəməklə 15 aprel 2006-cı tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı vardır. Müqavilə bağlanan tarixdən qeyri-yaşayış sahəsi faktiki olaraq onun sahiblik və istifadəsindədir. Sonradan məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsi 27 may 2015-ci il tarixli RX seriyalı, ***** ** saylı çıxarış əsasən ona məlum olmayan əsaslarla "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Bu günə qədər "xxxx" MMC-nin hər hansı nümayəndəsi mübahisələndirilən qeyri-yaşayış sahəsinə gəlməmiş, orada olmamış və ona qarşı hər hansı tələb irəli sürməmişdir. Hesab edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri-yaşayış sahəsi ona məxsus olduğundan "xxxx" MMC-yə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfındən verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməli, onun ünvan, X.Məmmədov içəsi 2944A ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquq ları tanınmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər “X19” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı qeyri-yaşayış sahəsinə dair qeydlərin ləğvi və verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanın, 1-ci blok, 8-9 sütunlararası (A-D) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin BƏİ tərəfındən “Cavabdeh2» MMC-nin hüquqlarına dair reyestrdə aparılmış qeydlərin ləğv edilməsi, “Cavabdeh2» MMC-nin adına verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı ç ıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanın, 1-ci blok, 8-9 sütunlararası (A-D) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2-nin adına DƏDKX-nin BƏİ tərəfındən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.05.2015-ci il tarixli Çıxarış verilmiş və bu çıxarışda ona məxsus sahə Cavabdeh2-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hazırda sahibliyində, istifadəsində və sərəncamında olan mübahisəli sahəyə dair «xxxx» ASC ilə X12 arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 00022 saylı 06.07.2011-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilənin dəyəri olan 60759,72 manat məbləğində vəsait Kamran Əsədova tərəfındən bu şirkətə ödənilərək ona, bu qeyri-yaşayış sahəsinə dair heç bir borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. X12 adı çəkilən sahəni təmir edərək orada sahibkarlıq fəaliyyətıni həyata keçirirdi. X17 həmin sahəni satışa çıxarmışdır. Bu məqsədlə X12 və Haşım Babayev sahəyə dair öz aralarında qiyməti 200000 manata razılaşdırmış və yeni muqavilənin bağlanması üçün «xxxx» ASC-yə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra onunla «xxxx» ASC arasında 09.07.2014-cü il tarixli 00024 saylı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və şirkət tərəfindən eyni tarixli 9203 saylı Maliyyə arayışı verilərək, bu qeyri-yaşayış sahəsinə dair onun heç bir borcunun olmaması göstə rilmişdir. Haşım Babayev adı çəkilən sahəni əldə etdikdən sonra, yəni 2014-cü ilin iyul ayından bu sahədə dair müxtəlif fəailiyyət növləri ilə məşğul olmuş və hal-hazırda da sahə Haşım Babayevin sahibliyində, sərəncamında və istifadəsindədir. Göründüyü kimi, mübahisəli sahə Haşım Babayevin adında, sahibliyində, istifadə və sərəncamında olduğu halda, bu sahəylə bağlı hər-hansı şəxsin adına çıxarış verilə bilməzdi. Məhz bu səbəbdən də, ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanın, 1-ci blok, 8-9 sütunlararası (A-D) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair “Cavabdeh2» MMC-nin hüquqları barədə reyestrdə aparılmış qeydlər ləğv edilməklə, verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış və onun verilməsinə əsas olmuş sənədlər etibarsı z hesab olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 “X19” ASCyə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə qarşı qeyri-yaşayış sahəsinə dair qeydlərin ləğvi və verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi onun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110,5 kvadrat metr olan qey riyaşayış sahəsinə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli 5-ci binanın 10-11 sütün arası, 110,5 kvadrat metr olan qeyri-yaşayış sahəsini hər 1 kvadrat metrinə 570 ABŞ dolları, ümumi dəyəri 62985 ABŞ dolları ödəməklə 16 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı vardır. Müqavilə bağlanan tarixdən qeyri-yaşayış sahəsi faktiki olaraq sahibliyində və istifadəsindədir. Sonradan məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsi 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış əsasən məlum olmayan əsaslarla “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. Bu günə qədər “xxxx” MMC-nin hər hansı nümayəndəsi mübahisələndirilən qeyri-yaşayış sahəsinə gəlməmiş, orada olmamış və ona qarşı hər hansı tələb irəli sürməmişdir. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kvadrat metr olan qeyri-yaşayış sahəsi ona məxsus olduğundan “xxxx” MMC-yə DƏDRX tərəfindən verilmiş 27 may 2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış ona məxsus olan sahəsi 110,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməli, onun həmin qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqları tanınmalıdır. İddiaçı “xxxx” MMC cavabdeh X10 qarşı tikilinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək ünvan 5 ünvanında yerləşən qeyr i-yaşayış sahəsinin cavabdeh X2 qeyri qanuni sahibliyindən götürülərək iddiaçı “xxxx” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-yə törəmə təşkilatı olduğu “xxxx” ASC-nin təsisçilərinin qərarına uyğun olaraq keçmişdir. Belə ki, həmin əmlak müvafiq qaydada dəyərləndirilərək “xxxx” MMC-nin nizamnamə kapitalına pul formasında daxil edilmişdir. Bütün bunların nəticəsi olaraq “xxxx” MMC-nə həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda “xxxx” MMC adı çəkilən əmlak üzərində mülkiyyət hüququ qanunla tanınır. Həmin əmlak “xxxx” MMC-nə keçdikdən sonra həmin əraziyə gedilərkən, qeyd edilən qeyri-yaşayış sahəsinin X13 tərəfind ən zəbt edildiyi müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən X10 müraciət zamanı onlara qeyd edilən yaşayış sahəsinə dair «xxxx» ASC ilə aralarında alqı-satqı müqaviləsinin olduğu bildirilmişdir. Qeyd edirlər ki, mübahisəli qeyriyaşayış sahəsi “xxxx” MMC-nin mülkiyyəti olduğundan həmin sahəyə dair alqı-satqı müqaviləsi mülkiyyət hüquqlarını pozulmasına və qeyri-yaşayış sahəsinə hüquqların əldə edilməsinə səbəb ola bilməz və bu hərəkətlər qeyri-yaşayış sahəsinin zəbt edilməsi kimi qiymətləndirilməli, sahə qeyri-qanuni sahiblikdən götürülərək mülkiyyətçinin sərəncamına verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 06.07.2018-ci il tarixli, 2(011)-5750/2018 nömrəli qərardadı ilə “xxxx” MMC cavabdeh X10 qarşı tikilinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair iddia ərizəsi üzrə 2(011)-5750/2018 saylı mülki işlə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin icraatında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı sahiblik, istifadə və sərancam hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(005)101/2018 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır. İddiaçı “xxxx” MMC cavabdeh X4 qarşı tikilinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh X2 qeyri qanuni sahibliyindən götürülərək iddiaçı “xxxx” MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” MMC-yə törəmə təşkilatı olduğu “xxxx” ASC-nin təsisçilərinin qərarına uyğun olaraq keçmişdir. Belə ki, həmin əmlak müvafiq qaydada dəyərləndirilərək “xxxx” MMC-nin nizamnamə kapitalına pul formasında daxil edilmişdir. Bütün bunların nəticəsi olaraq “xxxx” MMC-nə həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda “xxxx” MMC adı çəkilən əmlak üzərində mülkiyyət hüququ qanunla tanınır. Həmin əmlak “xxxx” MMC-nə keçdikdən sonra həmin əraziyə gedilərkən, qeyd edilən qeyri-yaşayış sahəsinin X11 tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən X4 müraciət zamanı onlara qeyd edilən yaşayış sahəsinə dair «xxxx» Fərdi Firması ilə aralarında alqı-satqı müqaviləsinin olduğu bildirilmişdir. Qeyd edirlər ki, mübahisəli qeyriyaşayış sahəsi “xxxx” MMC-nin mülkiyyəti olduğundan həmin sahəyə dair alqı-satqı müqaviləsi mülkiyyət hüquqlarını pozulmasına və qeyri-yaşayış sahəsinə hüquqların əldə edilməsinə səbəb ola bilməz və bu hərəkətlər qeyri-yaşayış sahəsinin zəbt edilməsi kimi qiymətləndirilməli və sahə qeyri-qanuni sahiblikdən götürülərək mülkiyyətçinin sərəncamına verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(011)-5749/2018 nömrəli qərardadı ilə “xxxx” MMC cavabdeh X10 qarşı tikilinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin Bakı şəhəri Nərimanov ray on məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə qarşı sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması və çıxarışın ləğv edilməsi tələbinə dair ilk, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız sayılması tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər “X19” ASC-yə, “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə qarşı sahiblik, istifadə və sərancam hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə 2(005)101/2018 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İdarə məhkəmə tərəfindən müvafiq müki iş üzrə tərəf qismində cəlb edilməmiş və idar ənin hüquq və mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Mübahisəli əmlakla bağlı qeydiyyat düzgün aparılmışdır və qanunvericiliyin tələbləri pozulmamışdır. Tərəflərin izahatları: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X14 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 vəkili X15 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 vəkili X9 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06-05301-083004 olan Texniki pasportun surətindən görə ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” ASC-yə məxsusdur. Müvafiq pasport 05 fevral 2015-ci il tarixə olan vəziyyətə əsasən tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 19.05.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-5, qapı-3,4,7,10, birinci mərtəbə, 354,2 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 19.05.2015-ci il tarixli Çıxarışın surət inə əsasən ünvan, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-5, qapı-1, birinci mərtəbə, 1004,9 kvadrat metr sahəsi olan qeyriyaşayış sahəsi Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06-05301-083008 olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2-nə məxsusdur. Müvafiq pasport 29.03.2015-ci il tarixə olan vəziyyətə əsasən tərtib edilmişdir. Cavabdeh2-nin direktorunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı 26.05.2015-ci il tarixli 109 nömrəli məktubun surətindən görünür ki, “xxxx” ASC-nin (Akkord) 13 fevral 2015-ci il tarixli təsis protokoluna əsasən 4 mart 2015-c i il tarixdə Cavabdeh2 təsis edilmiş və nizamnamə kapitalı Akkorda məxsus bir sıra əmlaklar hesabına formalaşmışdır. Bunlardan biri ünvan, 2944 A məhəllə, Xudu Məmmədov küçəsi A 5də yerləşən 1004,9 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsidir. Akkord adından “Cavabdeh2" MMC adına yuxarıda sözügedən qeyri-yaşayış sahəsi rəsmiləşdirilərkən səhvən 1004,9 kvadrat metr sahə, 354,2 kvadrat metr kimi rəsmiləşdirilərək buna dair 19.05.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, 06.02.2015-ci il tarixdə 11/1176 inventar nömrəsi ilə Akkord adına təqdim edilmiş 1004,9 kvadrat metr qeyri-yaşayış sahəsinin təsis sənədlərinə uyğun olaraq Cavabdeh2 adına rəsmiləşdirərək çıxarış verilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. 15 ap rel 2006-cı tarixli alqı-satqı müqaviləsindən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri yaşayış sahəsini hər 1 kvadrat metrinə 544 ABŞ dolları ödəməklə 15 aprel 2006-cı tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. X2 adına verilmiş maliyyə arayışından görünür ki, o qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödəmişdir. X13 ilə «xxxx» ASC arasında, ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanm, 1-ci blok, 8-9 sütunlararası (A-D) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 000024 saylı 09.07.2014-cü il tarixli müqavilə bağlanmışdır. X6 adına verilmiş 09.07.2014-cü il tarixli 9203 saylı maliyyə arayışından görünür ki, o qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödəmişdir. X8 ilə «xxx x» ASC arasında, ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanm, 1-ci blok, 10-12-ci sütunlararası ümumi sahəsi 110,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı- satqısına dair 16.06.2016-cı il tarixli müqavilə bağlanmışdır. X6 adına verilmiş eyni tarixli maliyyə arayışından görünür ki, o qeyd olunan qeyriyaşayış sahəsinin dəyərinin tam ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallaırna əsasən müəyyən etmişdir ki, X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kvadrat metr olan qeyri yaşayış sahəsini hər 1 kvadrat metrinə 544 ABŞ dolları ödəməklə 15 aprel 2006-cı tarixli alqı-satqı müqaviləsinə, X13 ünvan ərazisində, məhəllədə, ndə inşa edilmiş 5 saylı binanın, 1-ci blok, 8-9 sütunlararası (AD) ümumi sahəsi 126,0 kvadrat metr olan qeyri-yaşayış sahəsini 09.07.2014-cü il tarixli 00024 saylı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqaviləsinə, X8 isə ünvan 1 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli 5-ci binanın 10-11 sütün arası, 110,5 kvadrat metr olan qeyriyaşayış sahəsini 16 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edib mübahisəli sahələrdə məhz sadalanan sənədlər əsasında ora sahiblik və istifadə hüququnu həyata keçirsələr də, bu hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyəti məktubla iddiaçılara müraciət edərək Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944-A ünvanında yerləşən 5 saylı binanın 1004,9 kvadrat metr ərazini təşkil edən qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüququna dair çıxarışla onlara məxsus olmasını bildirdikdən və qeyd olunan sahə ilə bağlı onlarla id diaçı arasında icarə müqaviləsi bağlanmasını təklif etdikdən sonra 3-cü şəxs olan iddiaçılar pulunu ödəyərək aldıqları qeyriyaşayış sahələrinə Cavabdeh2-nin mülkiyyət hüququnun qeydə alınması ilə onların hüquqlarının pozulmasını bilmiş və hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələblərinin əsası kimi xüsusən cavabdehə verilmiş 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın qanunsuz olmasını irəli sürmüşlər. Cavabdeh "Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə iddialara etirazının əsasını isə mübahisəli ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilməsi təşkil edir. Həmçinin cavabdeh tərəf etirazın əsası kimi iddiaçıların məhkəməyə təqdim etdikləri alqı-satqı müqavilələri və maliyyə arayışlarının mənşəyinin bəlli olmamasını, həmin əqdlərin daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qanunvericiliyin tələbinə uyğun olmayan formada tərtib və təsdiq edilmədiyi üçün qanunsuz olmasını, iddiaçılar tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ilk növbədə həmin əqdlərin notariat qaydada təsdiq edilməsinin zəruri şərt olmasını da göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şə rtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər qarşılıqlı iddia üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Çünki, əlavə olaraq ilkin iddia üzrə irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya ə həmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələ r bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münas ibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh “X19” MMC mübahisəli əmlakı müvafiq qaydada dəyərləndirilərək “xxxx” MMC-nin nizamnamə kapitalına pul formasında daxil etmiş və bunun nəticəsi olaraq Cavabdeh2-yə mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin “X19” MMC-nin nümayəndəsi iddiaçıların “qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilə»lərinin qanuniliyini inkar etməyərək onu mübahisələndirməsə də, həmçinin mübahisələndirilən qeyriyaşayış sahələrinin iddiaçıları satılmasını qanuni saysa da, bu sahələrin “Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada dəyərləndirilərək, həmin MMC-nin nizamnamə kapi talına pul formasında daxil edilməsinin, nəticədə isə mülkiyyətinə verilməsinin səbəblərini dolğun və ətraflı izah edə bilməmişdir. “xxxx” MMC-yə verilmiş çıxarışa əsas olmuş texniki pasportda qeyri-yaşayış sahəsinin sütunlar arası bölgülərində qeyd olunan hissələrin ayrıayrılıqda iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin adlarının qeyd edilməsinə baxmayaraq, onların adlarının hansı qaydada texniki pasporta düşmələrini də cavabdeh tərəf izah edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş müvafiq sənədlərin surətlərində “X19” MMC-nin həmin sah ənin Cavabdeh2-nin adına rəsmiləşdirilməsi barədə müraciət etməsi barədə sənəd yoxdur. Təqdim edilmiş Cavabdeh2nin 26.05.2015-ci il tarixli 109 saylı məktubundan görünür ki, MMC Akkord adından Cavabdeh2-nin adına ünvan, A5-də yerləşən qeyri-yaşayış sahəsi rəsmiləşdirilərkən səhvən 1004,9 kvadrat metr sahə 354,2 kvadrat metr kimi rəsmiləşdirilməsi göstərərək 06.02.2015-ci il tarixdə 11/1176 inventar nömrəsi ilə Akkord adına təqdim edilmiş 1004,9 kvadrat metr qeyriyaşayış sahəsinin təsis sənədlərinə uyğun olaraq Cavabdeh2-nin adına rəsmiləşdirilərək çıxarış verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən daha sonra görünür ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə aid olması göstərilmişdir. Lakin sonradan verilmiş 06.05.15 il tarixli 11/1558 inventar nömrəs i olan texniki pasporta əsasən mübahisəli sahə də daxil olmaqla ünvan 10 ünvanında yerləşən digər qeyri-yaşayış sahəsi “Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olması göstərilmiş, bu əsasla həmin MMCyə 19.05.2015-ci il tarixdə verilmiş ******* saylı seriya RX “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı” dəyişdirilərək 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış» verilmişdir. Apellyasiya məhkəməsi bu məsələ ilə bağlı göstərmişdir ki, iş üzrə mübahisəli ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Cavabdeh2-yə törəmə təşkilat kimi “xxxx” ASC-nin təsisçilərinin qərarına uyğun olaraq keçərkən sonuncu təşkilat həmin ünvandakı iddiaçıların mübahisələ ndirdikləri qeyri-yaşayış sahəsinin onların adına olan qeyri-yaşayış haqqında müqavilələr və müvafiq maliyyə arayışı əsasında sahibliyində və istifadəsində olmasını yaxşı bildiyi halda, həmin sahənin də sözügedən MMC-nin nizamanmə kapitalına pul formasında daxil etmişdir ki, bu da qanunsuzdur. Bu faktın mövcudluğu, yəni, iddiaçıların sahibliyində olan mübahisələndirilən qeyri-yaşayış sahələrin Cavabdeh2-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi olması məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Cavabdeh2-nin adı çəkilən əmlak üzərində iddiaçı şəxslərin məhkəməyə təqdim etdikləri alqı-satqı müqavilələri və maliyyə arayışlarının mənşəyinin bəlli olmamasına dair etirazların dəlilini əsassız saymış və hesab etmişdir ki, bu sahələrin xxxx" ASC "X5" tərəfindən özgənink iləşdirilməsinə dair sənədlər qanunvericiliyin tələbinə uyğun formada tərtib və təsdiq edilmişdir. Apellyasiya məhkəməsi iddiaçılar tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ilk növbədə həmin əqdin notariat qaydada təsdiq edilməsi şərt olmasına dair etirazın dəlili ilə bağlı qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan,, 2944 a məhəllədə inşa edilən 5 saylı binanın dövlət komissiyası tərəfindən istismara qəbul üçün müvafiq aktı yoxdur. İddiaçıların izahatlarından görünür ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi məəhz bu səbəbdən onların müqavilə əsasında aldıqları sahələri özəlləşdirmək üçün sənədlərini qəbul etmirdi. Həmçinin, iddiaçılar ilə müqavilələr bağlanarkən mübahisəli qeyri-yaşayış sahəsi üzərində “xxxx” ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsi daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqini nəzərdə tutur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin isə notariat qaydasında təsdiqlənməsinə Mülki Məcəllənin 146.3-cü maddəsinin tələbinə müvafiq olaraq yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçılarla bağlanmış müqavilələr Mülki Məcəllənin 146.3-cü maddəsinin tələbinə uyğun şəkildə bağlanmışdır və notariat qaydasında təsdiqlə nməməsi əsası ilə etibarsız hesab edilməsinə dair etirazın dəlillər əsassızdır. Məhkəmə daha sonra mübahisəli qeyri-yaşayış sahələrinin alışına dair ödənişlərin olmasını təsdiq edən kassa-mədaxil qəbzlərinin mövcud olmamasına dair cavabdehin etirazının dəlillərini də əsassız sayaraq hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin alışına dair iddiaçıların adına verilmiş maliyyə arayışı ciddi hesabat sənədi olduğu üçün maliyyə sənədi kimi qiymətləndirilir və həmin maliyyə arayışlarını pul ödənişinin təsdiqi barədə mötəbər sübut sayılır, əhəmiyyətsiz sayılmasına heç bir əsas yorxdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahələri haqqında müqavilələr imzalanmış, həmin müqavilələrə əsasən iddiasıla rın əldə etdikləri qeyri-yaşayış sahəsinin dəyəri onlar tərəfindən ödənilmiş, bu barədə onlara müvafiq maliyyə arayışları da verilmişdir. Həmin vaxtdan bu günə kimi qeyd olunan qeyri-yaşayış sahələri iddiaçıların sahibliyində və istifadəsindədir, bu sahələrə onların real gbzlənilən mülkiyyət hüququ vardır. Cavabdeh2 iddiaçıların qanuni əsaslarla əldə etdikləri qeyri-yaşayış sahələrinə öz adına qanunsuz yolla əldə etdiyi çıxarışı əsas götürərək iddiaçılara həmin sahəyə dair MMC ilə kirayə müqavilələri bağlamağı təklif etməsi, müqavilə imzalamadıqları təqdirdə guya qanunsuz fəaliyyət göstərmələrinə dair müvafiq dövlət qurumlarına məlumat veriləcəyi ilə təhdid etməsi iddiaçıların qanuni mənafelərinə müdaxilədir, onların qanuni əsaslarla əldə etdikdəlri mübahisəli sahənin faktiki sahibi kimi, eləcə də, həmin sahəyə dair gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mükiyyətçi olmasa da, bu məcəllə və ya müqavailədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin göstərdiyi kimi daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərin dəqiqliyi və düzgünlüyünə idarə məsuliyyət daşıyır. Hazırkı iddia tələbində müstəqil olaraq aparılmış qeydiyyat mübahisələndirilmir. İddia tələbində əmlakın əldə edilmə əsası olan hüquqmüəyyənedici sənəd mübahisələndirilir. Həmin hüquqmüəyyənedici qismən əsassız hesa b edən birinci instansiya məhkəməsi haqlı olaraq törəmə tələb olaraq reyestr qeydinin həmin hissədə etibarsızılığı nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, nə qədər ki mübahisəli qeyri yaşayış sahələri iddiaçılara verilmiş, onlarla həmin sahələrə görə müqavilə bağlanmış və iddiaçılar tərəfindən həmin əmlaka dair ödənişlər edilmişdir, bu halda qeyri-yaşayış sahələri onların sahiblik və istifadələri olan əmlak hesab olunurdu. «xxxx» ASC isə ona aid olmayan mübahisəli qeyri-yaşayış sahələri üzərində sərəncam vermək hüququnu itirmişdir. Bununla yanaşı mübahisə predmeti olan qeyri yaşayış sahələrinin daxil olduğu vahid əmlakın reyestr qeydiyyatına alındıqdan sonra ipoteka ilə yüklü edilməsi bundan əvvəl əl də edilmiş sənədlərin mübahisələndirilməsinə mane olmur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Üçüncü şəxsin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlillərə hüquqi qiymət ver ildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kassasiya şikayətində əlavə olaraq göstərmişdir ki, Cavabdeh2-nin mülkiyyəti kimi dövlət qeydiyatına alınmış 1004,9 kvadrat metr qeyri yaşayış sahəsi barədə “xxxx” ASC-nin xeyrinə yüklülük qeydiyyata alınmış, həmin sahələr bankdan alınmış kreditə görə ipotekaya qoyulmuşdur. Lakin buna baxmayaraq “xxxx” ASC işə cəlb olunmamış və onun razılıq məktubu alınmamışdır. Həmin dəlillərə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də əsassızdır. İşdən görünür ki, apellyasiya məhkəməs inin 21 may 2019-cu il tarixli iclasın prtokol qərarı ilə “xxxx” ASC cavabdeh tərəfdən üçüncü şəxs kimi işə cəlb olunmuş, onun nümayəndəsi məhkəmə iclaslarında iştirak etmişdir. Nümayəndənin vəsatətinə əsasən 26 iyun 2019-cu il tarixli iclasın prtokol qərarı ilə xxxx BOKT “xxxx” QSC ilə əvəz edilmiş, BOKT “xxxx” QSC-nin nümayəndəsi də məhkəmə iclasında iştirak edərək izahat vermişdir. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6717/2019 nömrəli iş üzrə 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar