Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6955/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X6 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2(103)1972/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.X.Əkbərov, iş № 2(003)-3194/2018) İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin qaytarılması tələbinə dair idd iası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı ev 1961-ci ildə tərtib olunmuş texniki pasporta və ev dəftərinə görə 1952-ci ildə inşa edilmiş tikili olmaqla torpaq sahəsi 1085,7 kv.metrdir və evin sahibi X1r. Ev və torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin ünvanda yerləşən evlərin birində cavabdeh, digərində tərəflərin qardaşı X3 ailəsi ilə birlikdə yaşayırlar. İddiaçının sökülməsini iddia etdiyi tikili qardaşı X2 məxsus evin yaxınlığında yerləşir, Ağakişi A ğakişiyev həmin köhnə evdə yaşayır. Cavabdeh tərəfindən tikilən ev isə onun faktiki istifadəsində olan yardımçı tikililərin yerində yerləşir. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ünvanda yerləşən evin bütünlüklə atası tərəfindən onun adına rəsmiləşdirilməklə eyni zamanda həmin torpaq sahəsindən ona pay ayrılmasını, qardaşı Cavabdeh isə həmin pay torpağında ondan xəbərsiz tikili inşa etdirməsini iddia etməklə tikilinin sökülməsi və torpaq sahəsinin onun sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və qətna mənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı ma ddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən tikinti işi aparılmış torpağın onun sahibliyində olmasını iddia etmiş və bununla əlaqədar tikilinin sökülməsi və torpaq sahəsinin onun sahibliyinə qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında n irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. İddiaçı mübahisəli torpaq sahəsinin sahiblik hüququ əsasında ona məxsus olmasını iddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. İşdə həmin torpaq sahəsinin iddiaçının atasından ona miras qalması və həmin torpaq sahəsinin onun faktiki sahibliyində olması barədə sübutlar yoxdur. İddiaçı göstərilən ünvanda qeydiyyatda olsa da, müəyyən olunmuşdur ki, o, həmin ünvanda deyil, başqa yerdə yaşayır. Mübahisəli torpaq sahəsində tikinti işinin aparılması onun həmin sahəyə olan hər hansı hüququnu pozmadığından, məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Re spublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmaqla qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6955/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6955/2019
13.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver