Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6970/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə(hakim: R.Y.Həsənov; 2(010)-202/2019)İddiaçı Cavabdeh1 və Ca vabdeh2 qarşı «əmlak tələbi barədə» iddiası bütövlükdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışınski; 2(103)-3611/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbi barədə» iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən Bakı şəhəri, ***************************************** yerləşən dəyəri 26000 manat olan əmlaklarının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,12.09.2012 -ci ildə o, Cavabdeh1 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. O, cavabdeh qaynanası Cavabdeh2 məxsus ünvan 1-də yerləşən 123 saylı mənzilə aşağıda qeyd edəcəyi əşyalarla birlikdə gəlin gəlmişdir. Cavabdeh1la birgə nikahdan 12.09.2015-ci il təvəllüdlü E6 adlı oğlu olmuşdur. Nikahın ilk dövrləri münasibəti yaxşı olsa da sonradan bu münasibətlər pisləşmişdir. Suraxanı rayon məhkəməsinin 07.03.2017-ci il tarixli 2(010)-348/2017 saylı qətnaməsi ilə aralarındakı nikah ləğv edilmişdir. Yaşadığı və əmlakın olduğu mənzilin sahibi Cavabdeh2 onun xəbəri olmadan əmlakın çıxarılması barədə iddia verərək cəmi bir neçə əşyanın çıxasrılması barədə iddia vermiş və Suraxanı rayon məhkəməsinin 14.09.2017-ci il tarixli 2(010)-8430/2017 saylı qətnaməsinə əsasən qonaq mebel dəsti, yataq mebel dəsti, lədə d künc divanı, 1 ədəd stol (6 ədəd stulu ilə birlikdə), 4 ədəd xalça (1 ədəd böyük, 3 ədəd kiçik), 3 dəst yorğan döşək dəsti, 1 ədəd “Regal” markalı paltaryuyan maşını, 1 ədəd “Electrolux” markalı tozsoranı, 1 ədəd televizor (82 diaqonallı, LG markalı), 2 ədəd karniz, 1 ədəd çilçıraq, 1 ədəd divar saatı, qabqacaq dəstinin mənzildən çıxarılması qət edilmişdir. O, bu qətnamə çıxarılarkən məhkəmədə iştirak edə bilməmiş, qarşılıqlı əmlak tələbi barədə iddianı verə bilməmişdir. Buna görə də hal hazırda ona məxsus aşağıda qeyd edəcəyi bütün əmlakının ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, cavabdeh qaynanası Cavabdeh2 məxsus Bakı şəhəri, ***************************************** saylı mənzilə - Elektrik çayniki- dəmir rəngdə -çaydan şüşə dəmlik-38m; Ütü77 m.; Tos ter- 45 m; Bilender qablı (bicaqla krt m qatan ağızlığla) 38 m; Mikser qablı - nabor — 12C m; Ət çəkən - 135 m; Şirə çəkən- 50 m; Saat - ağ yumruyumru qaşları olan günəş- 38 m; Televizor-LG-59 - 650 m; Paltaryuyan- Regal 750m; Tozsoran king- 175 m; Künc divanı 1200 m; Kuxna saatı dördbucaq na çiçəyi rəngdə- 12 m; Vaz yekə ağ rəngdə bəzoy gülər rəngbərəng – 78m; Şam qabı - altı boşqabı dördbucaq qara yumru- 3 ədəd, şamdanları- 14 m; Şamdan kök rəngdə şiişədən- 11 m; Duz istiot çay-dəsti ağ -18 m; Çörək qabı- saxlama siyirməli ağ rəngdə - 38 m; Çörək qabı- süfrə üçün - 2 ədəd torlu - 10 m; Gül balaca altı ağ saxsıdar -stol bəzəyi- 15 m; Şüşə qab dıxovka üçün qapaqlı – 12m; Su qabı - 4 m; Çırpan - 1 m; Langet döyən - 5 m; taxta qaşıq 6 ədədli +2 ədəd başqa formada 10 m; ərişdə bəsən - 3 m; İk i tərəfli qaşıq-3 m tava üçün olanı- 3 m; qab servis (18 dənə boşqab) (12 ədəd çaşqa), qazan, Bulud 2 ədəd biri yekə2 ədəd yumuru qabı- 12 ədəd kasa yağ tökən - 2 ədəd -duz qabı- 6 ədəd -Quran-dua yazısı olan yumru boşqab, çaydan, pesok qabı- (sup boşqabı) hamısına ümumi 560 m, Suvener qaşdı, incili, rəngi gümüşü- 2 ədəd, gəmi formada - 1 ədəd yekə gəmi formada (meyvə qabı); Vaz-2 ədəd dəstinə - 750 m; Bakal Qrafinka-güllü bəzəyli qızılı şüşə qarışıq, bakalı - 6 ədəd, bagema xurustal qarışıq- 65 m; Listur Yataq otağı pultlu yumru - 45 m; Listur gümüşü rəngdə 6 ədəd lampalı qaşdı- 79 m, tava-yumru balaca yumurta üçün qapaqlı şüşədən 8 m; Veşilka-dəmir- 6 m; Şipilka 12 dənə- 8 m; Şipilka vedrə ilə biryerdə8 m; Çaşqa 2 ədəd- 1 ədədə- 14 m +14 m= 28 m; nəlbəki çaşqası dördbucaq olan seri bəzəy li (gümüşü), alt-üst -çaydan-aura- 50 m; kuruşka su tökən balaca- 1 m; meyvə vazıgəmi formalı ayağında quşlar -25 m; Uzunsov dördbucaq boşqab gümüşü- 5 m, qaşlı- 3 dənəli şirniyyat qabı uzunsov- 20 m; Sini -8 m ağ plasmas -dörbucaq, Sini - 2 ədəd dəmir dördbucaq - 12 m, sini yumuru dəmir yekə -10 m; Taxtadan ət doğrayan - 5 m; Meyvə doğrayan plasmas- 3 m; Döşəmə vedrəsi iki tərəfli paspasnan bir yerdə dəst rəngdə 20 m; Çamadan bıçaq dəsti - 50 m; Qaşıq- 12 ədəd qaşıq çay; 12 ədəd x/q. 12 ədəd bıcaq, 12 ədəd dəmirdən (gümüşün qızılı bəzəyli)- 30 m, Suviner qrafınka Bakal -3 ədəd, bagema qaşdı 65 m- ağ rəngdə, ağ rəngdə yumru-Aura- qənd, pesok qabı 2 ədəd, 9+9= 1 8 m. nəlbəki madonna - 12 ədəd -24 m, Xurustal stəkan sadə 12 ədədə - 65 m, Şirniyyat qabı uzunsov formada sadə- 2 ədəd - 6 m; Aya qlı sadə kvatrat şüşədən - 2 ədəd- 10 m; Ayaqlı sadə qənd qabı yumru qapaqlı -2 ədəd- 18 m, süpürgə plasmas zibil yığanla dəst qırmızı 5 m; Madonna ayaqlı balaca (orta boyutda) konfer qabı- 2 ədəd- 10 m; Setkalı paltar yığan vanna- 5 m; göy uzunsov vanna - 5 m; sadə şüşədən armudu qulplu stəkan - 6 əd8 m; Rumka ayaqlı qara baş hissəsi şüşədən sadə- 12 ədəd-12 m; bakal ayaqlı qara baş hissəsi şüşə sadə - 9+9=18 m; bakal ayaqlı qara uzunsov baş hissəsi şüşədən 12 ədəd18 m; tort qabı qızılı yumuru-6 ədəd boşqab-1 ədəd bulud, 1 ədəd şüşədən qaşığı - 12 m; tort qabı dördbucaq dəmir bəzəkli versace - 6 ədəd boşqab- 1 ədəd blud 1 ədəd qaşığı - 12 m; qabı- dörd bucaq ağ qırmızılı bəzəyi olan 6 ədəd boşqab 1 ədəd bulud - 1 ədəd qaşıqhədiyyə, qənd qabı isə 3 ayaqlı yumuru sadə şüşə -2 ədəd- 8 m; qap aqlı külqabı yumuru sadə şüşə- 2 ədəd- 5m; limon qoyan qab -sadə şüşə - 3 ədəd - 3 m; limon götürən şüşədən çiyələk bəzəyli 3 qaşıqı olan - 5 m; mürəbbə üçün sadə şüşədən ayaqı hündür 2 ədəd - 6m; səhər yeməyi üçün saxlama qabı altında sinili yaşıl 6 ədəd boşqabı dördbucaq qapaqlı, razetka sadə şüşə qırağı qızılı - 12 ədəd- 7 m; madonna razetka qara - 12 ədəd- 7 m; Tefal- tava-qırmızı yekə (şüşə qapaqll) -24 m; Tefal tava- qırmızı gülü orta boyl ı içi dərin - 24 m; Qazan şüşə qapaqlı çuqun (qara rəngi) yumru dərin orta boylu - 25 m; süfrə üçün duz, istiot, sallet altmca səbəti dəst ördəy fiqurlu - 8 m; Sini dəmirdən qızılı bəzəkləri- 3 c ənəli qutuda dəst quplu dördbucaq - 20 m; Beta tea çaydan dərnlik balaca ağ dəmlik ağ yekə rozvı güllü - 10 m; Tort qabı ayaqlı şəşədən sadə qapaqlı yum ru- 20 m; stəkan uzun qara güllü ayaqsız baкal - 12 ədədə -15m; qızılı rəngdə plasmas zərli yarpaq bəzəyli ayaqsız yumru - 5 m; Qızılı rəngdə plasmas vaqlı yumru plasmas - 5 m; yağ narşarab-şüşədən serviz-biri yekə-biri balca qulplu uzunsov sadə- 5m; Limon sıxan -1 m göy qapaqlı yumru sadə, yumurta qabı yaşıl rəngdə 4 ədəd- 4 m; Sürtgəc (tyorka) altında qab olan sürtgəclk dəyi şən rəngbərəng olan - 6 m; Plasmas dördbucaq iç-içə qapaqlı - 8 m; 3 dənəli, Plasmas yumru qapağı ağ balaca- 1 m; düşbərə kəsən plasmas - 2 m; yaşıl rəngdə, çaynik dəmlik balaca suvinir üçün - ağ seri gül gedir- 2m; dörd bucaq 3 dənəli narçiçəyi rəngdə böyükdən balacaya -5 m; plasmas ləyən mətbəx üçün, keks qabı tefal zoğalı rəngdə yumuru ortası dəliyi olan - 4 m; şüşə qab sadə yumru yekə kasalar alma bəzəyi qutuda - 2 ədəd- 7 m; Plasmas yaşıl yumru sadə 2 ədəd eyni boylu qab - 3 m; plasmas rozvı rəngdə gül formada balaca mini süzgəc - 3 m; plasmas dördbucaq (narçiçəyi rəngli) 2 ədəd- 3 m; gül formasında nar çiçəyi rəngində 1 ədəd- 2 m; çuqun yumru ağ plasmas qapaqlı (saxlama qabı) nabor 5 ədəd - 7 m; kartof kəsən kətə kəsməy üçün forma verən dalğalı bıçaq dəmir ağızlı - 2 m, ayaqlı baş hissəsi plasmas kariçni rəngə ağzıdəmir asqılı qazan üçün qaşıqlar-18m, dəmir çaynik yekə dəmirdən qulplu plasmas qırmızı rəngdə -dəmliyi ilə bir yerdə eyni formda oxşar-dəsti- 30 m; vaz meyvə üçün madonna qara yumru yekə ayaqlı yarpaq bəzəyli 2 ədəd - 16 m, vaz meyvə üçün şüşədən sadə ayağlı kvadrat bantikli bəzəy -2 ədəd- 10 m; Qazan dəmir dəst qutuda- 150 m; çuqun qazan dəsti krem rəngində çaynik, piti qazanı saxsi - 25 m; iki mərtəbəli gül formasında içi ağ qırağı gümüşü rəngdə çərəz qabı - 35 m; Aşsüzən quplu hündür dəmir 2 ədəd biri makaron süzən - 10 m, dəmir ləyən yumru 2 ədəd - 10 m; dəmir yekə ləyən qırağı pudra rəngli 10 m; Ağ plasmas ləyən yekə yumru - 2 m; Quran boşqab qızılı rəngdə pay, qrafınka basma süd rəngi qaşdı - 65 m; ələk qırağı dəmir- 2 m; güllər-uzun qırmızı, ağ. rozvı, nar çiçəyi hündür yerdən qoyulan vaz üçün - 8 m, balaca vazlar üçün-güllər, madonna ayaqlı balaca minikonfet üçün qutuda dəst 6m ortasında qızlar olan qara, 3 ədəd qızıl güllər rozvı bənövşəyi, sarı, 3 ədəd sarı qırmızı ağ 3 ədəd cəmi - 3 m, yeni il bəzəyləri - ağlar zınqırovlar, şariklər -12 ədəd, şariklər qırmızı qızılı - hədiyyə, sandığ şariklər - 9 ədəd qutuda 2 ədəd sarıklər yekə, iki zinqırovlu bəzəy yolka y umru yarpaqlargülü olanda var, zəncir musiqi notları, zinqırov göy ağlı, sandığı yekə qızılı rəngdə 150 m; mebel ümumi dəst – 700 m, məxbəx mebeli 1000 m; Toster- 45 m; Ütü- 77 m; çörək qabı saxlama siyirməli ağ- 98 m; Taxt yorğanı üzlər ümumi 100 m hamısı birlikdə 150 m; taxt döşəyi üzlər ümumi 115 m -yunu - 100= 215 m; 3 ədəd çıxol dəsti, taxt 50+45+20=115 m; setkadan vedrə kirli paltarları yığmaq üçün - 6 m, vanna göy balaca gəmi formada - 5 m, pərdə qonaq -yataq, arvadın otağı üçün karniz ümumi 700; karniz 30 m; Xalçaq yataq otağı- 2 ədəd- 200 m arvadın otağı - 100 m-qonaq otağına- 150 m, adyal merinos 55 m, qırmızı silikon (yorğan ) 35 m, yastıq uzunsov- 2 ədəd- 70 m; taxt yorğanı üzlər ümumi 100 m- yunu - 50 m= 150 m, tava tefal balaca - 6 m; yerdən qoyulan güldan yekə ağ rəngdə 78 m; güləri- 8 m; çərəz yığan 2 mərtəbə ağ gümüşü vila gül formada - 35 m, bakal ayağı qara 6 ədəd- 18 m, bakal ayağı qara uzunsov - 18 m. su qabı - 4 m, bakal suvinerayağın qırıblar biri 6 ədəd qrafınkası ilə- 65 m; döşəmə vedrəsi iki vedrəli göy rəngdə paspasla dəst 20 m; dəmir sini dördbucaq ağ rəngdə - 7m, adyal pələng fiqurlu 10 m; dəsmal 2 ədəd ağ rəngdə 15 m; şam stəkanda 10 m sındırıblar; listür qonaq otağı - 79 m; madonna ayağı balaca (qənd konfet qabı) - 6m; süfrə krem rəngdə - 6m; stul üzlüyü - 60 m; kruşka -1 m; pakrıval dəst pudra rəngdə - 260 m; yaşıl dəsmal məhraba yekə, 3 dər əli pakofka ağ kuxna dəsmalı - 7m; 6 dənəli pakofqa ağ kuxna dəsmalı -12m, 7 ədəd mətbəx üçün əl dəsmalı asılqanlı 11 m, süfrə krem rəngdə ucunda qotaz bəzək salfetqası ilə birlikdə, toxunma süfrə-kremə çalar - 50 m; dəsmal əl xalı -2 ədəd, dəsmal ağ -birsir gülləri olan risunka gedir - 2 ədəd, nar çiçəyi rəngdə dəsmal, prasdina ağ (gülü) tək 2 ədəd (pastel), taxta pasteli ağ (krem bəzəkli bisir gülər) 20 m, taxt pastel ağ bənövşəyi resumka - 50 m; taxt pasteli bənövşəyi güllər- 50 m; taxt pasteli ağlı göylü 45 m; taxt pasteli ürək bəzəkli- 20m; qazan qapağı üçün dəst 3 ədəd, döşlüyü, əlcək cibi -15 m, krem rəngdə bəzəkləri gül salfeti ilə dəst - 35 m; ağ süfrə salfet qaşı ilə dəst - 36 m, süfrə krem rəngdə gülü - 6 m, ürəkli silikon yastıq 160m dəsmal qutuda 2 ədəd 30m, şərflərim göy 20m, krem, güllü şifondan 28m, qırmızı yekə tüklü topa bəzəkli, kəmər karopkada, kapronlar, maykalar, corab-8 ədəd, lasini isti içi mexli -lasini kalkotka -corablar, zamoqlu kirli paltarlar yığmaq üçün torb a, güzgüm dördbucaq qaşlı dəmir ayaqlı şamdanları qolbağım bəzək əşyalarım saç üçün qaşlı borşkalar, maçalka dəsti, hamam göy rəngdə dəst karopka, yaşıl tək qab silən kuxna dəsmalı balaca, dördbucaq meyvə şəkili kuxna dəsmalı, yekə kvadrat ördəy bəzəyli - 2 ədədə kuxna dəsmalı, qara, qırmızı, seri bəzəyli 500 m; qara seri- 150 m, bənövşəyi rəngdə 2 ədəd eyni boyda formada, yeri bənövşəyi yerləri ağ - 200 m- 2 ədəd, seri yeri olan bəzəyi ağ. qara, qırmızı - 100 m; krem rəngdə bəzəyi tünd-açığa kuriçnivə çalar kaşmir- 500 m; pərdə yataq otağı - pudra rəngdə tərəfli eni - 300 m; 4 ədəd pərdə 2500 m; karniz-30 m; ümumi pərdə 700 m. yorğan -2 ədəd tək üzlük krem rəngdə- kəfrəm sırğalı üzü -ağ rəngdə bəzəyli - 100 m; Taxt yorğanı -krem rəngli üzü- ağ kəfrəm sırığlı üzü (ağ bəzəyli )- 100 m; döşə k taxta- krem rəngli gülləri olan üz- 100 m, döşəy tək- kəfrəmi sırığlı üzü- 15 m, 2m+2m=100m üzlüyü krem rəngi, yastıq kvadrat 2 ədəd tac- 35+35 m=70 m, yastıq dördbucaq 2 ədəd tac-35+35m- 70 m; kukla ayı-ağ rozvı paltarı lantikli- 45 m; pakrıval pudra rəngli 2 yekə yastıq - 1 ədəd balaca yastıq yorğan içləri oaln taxt - 260 m, merinos adyal qara yeri -qırmızı bəzəyi ürəylı - 55 m, qırmızı silikon yorğan - 35 m, adyal tiqrovı bəzəvli - 10 m; künc divarının pakrıvalı, stol üçün üzlük - 6 ədəd- 60 m, yun 298 m cəmi 26000 manat məbləğində. Həmin əmlaklar və hazırda adlarını xatırlamadığı bəzi əşyaları mənzildə olduğu halda bütün əmlakları cavabdehlər tərəfindən ona verilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaç ının iddia tələbini qəbul etməmiş və öz izahatında bildirmişdir ki, onun anası hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh2 vaxtilə İddiaçı qarşı “əşyaların mənzildən çıxarılması» tələbinə dair iddiası Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14.09.2017-ci il tarixli 2(010)-8430/2017 saylı qətnaməsinə əsasən təmin edilmiş və hazırki iş üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 123 saylı mənzildən İddiaçı məxsus olan cehiz əşyaları – qonaq mebel dəsti, yataq mebel dəsti; 1 ədəd künc divanı; 1 ədəd stol ( 6 ədəd stulu ilə birlikdə); 4 ədəd xalça (1 ədəd böyük, 3 ədəd kiçik); 3 ədəd yorğan döşək dəsti; 1 ədəd «Regal» markalı paltaryuyan maşını; 1 ədəd «Electrolux» markalı tozsoranı; 1 ədəd televizor (82 diaqonallı, LG markalı); 2 ədəd karniz, 1 ədəd çilçıraq; 1 ədəd divar saatı; q abqacaq dəsti çıxarılmışdır. Belə ki, iddiaçıya məxsus cehiz əşyaları 3 ay bundan öncə Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun iştirakı ilə aktlaşdırılmış, iddiaçıya həmin əşyaların gəlib aparılması dəfələrlə telefon vasitəsi ilə təklif edilmiş, lakin iddiaçı həmin əşyaları gəlib aparmadığından onlar məcbur olub həmin əşyaları Hövsan qəsəbəsi Uşaq xəstəxanasının arxa hissəsində yerləşən avtodayanacağın ərazisinə toplu şəkildə gətirib yığmışlar. Hazırda iddiaçı həmin tələb etdiyi əşyaları qeyd edilən yerdən gedib götürə bilər. Ona görə də hesab edir ki, ona qarşı qaldırılmış iddia əsassızdır. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2da iş üzrə cavabdeh Cavabdeh1 izahatına uyğun izahat verərək iddianı qəbul etməmişdir. Məhkəmə iş materiallarını araşdır ıb, iddiaçının və onun vəkilinin izahatlarını, həmçinin iş üzrə cavabdehlərin izahat və etirazlarını dinləyib hesab edir ki, hazırki halda iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin 14.09.2017-ci il tarixli 2(010)-8430/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əşyaların mənzildən çıxarılması» tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 123 saylı mənzildən cavabdeh İddiaçı məxsus olan cehiz əşyaları – qonaq mebel dəsti, yataq mebel dəsti; 1 ədəd künc divanı; 1 ədəd stol ( 6 ədəd stulu ilə birlikdə); 4 ədəd xalça (1 ədəd böyük, 3 ədəd kiçik); 3 ədəd yorğan döşək dəsti; 1 ədəd «Regal» markalı paltaryuyan maşını; 1 ədəd «Electrolux» mar kalı tozsoranı; 1 ədəd televizor (82 diaqonallı, LG markalı); 2 ədəd karniz, 1 ədəd çilçıraq; 1 ədəd divar saatı; qabqacaq dəsti çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin 2(010)-250/2018 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair» iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 12.09.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 12:00-dan 16:00-dək (hər görüş vaxtı dörd saatdan az olmamaş şərtilə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə tərəflərin iştirakı ilə 11 dekabr 2018-ci il tarixində keçirilmiş yerli baxışa dair tərtib edilmiş protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 10:15-də işə sədrlik edən hakimiin iştirakı ilə tərəflər cavabdehlərin bildirdikləri Bakı şəhəri, Hövsan qəsəbəsi Uşaq xəstəxanasının arxa hissəsində yerləşən avtodayanacağın ərazisinə daxil olaraq baxış keçirmişlər. Həmin əraziyə yerli baxış zaman qeyd edilən avtodayanacaqda iddiaçıya məxsus mübahisəli əşyaların cavabdehlər tərəfindən pərakəndə şəkildə yerləşdirildiyini müəyyən edilmiş və cavabdehlər iddiaçıya və sədrlik edənəhəmin vaxtı bildirmişlər ki, iddiaçıya məxsus cehiz əşyaları təxminən 3 ay bundan öncə Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun iştirakı ilə aktlaşdırılmış, iddiaçıya həmin əşyaların gəlib aparılması dəfələrlə telefon vasitəsi ilə təklif edilmiş, lakin iddiaçı həmin əşyaları gəlib aparmadığından onlar məcbur olub həmin əşyaları avtodayanacağa toplu şəkildə gətirib yığmışlar. Ona görə də hesab edirlər ki, onlara qarşı qaldırılmış iddia əsassızdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinin tələblərinin pozulmuş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İdd iaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı cavabdehlər X1 və Cavabdeh2 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki h allarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmasıədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə iləəlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2012-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahlarından 12 sentyabr 2015-ci il təvəllüdlü bir uşaqlarının olmuşdur. Nikah Suraxanı Rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi ilə pozularaq, iddiaçı ailə həyatı qurarkən ünvan 1 ünvanında yerləşən 123 saylı mənzilə gəlin köçərək yerləşdirilmiş cehiz əmlaklarını, Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus əşyaldarin (qonaq mebel dəsti, yataq mebel dəsti, 1 ədəd künc divanı, 1 ədəd stol - 6 ədəd stulu ilə birlikdə, 4 ədəd xalça - 1 ədəd böyük, 3 ədəd kiçik, 3 dəst yorğan döşək dəsti, 1 ədəd “Regal” markalı paltaryuyan maşını, 1 ədəd “Electrolux” markalı tozsoran, 1 ədəd televizor - 82 diaqonallı LG markalı, 2 ədəd karniz, 1 ədəd çilçıraq, 1 ədəd divar saatı, qabqacaq dəsti) qeyd edilən mənzildən çıxarılması qət edilmiş, əşyaların mənzildən məcburi qaydada çıxarılması, icra sənədinin Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunması, əşyaların mənzildən çıxarılaraq Bakı şəhəri, Hövsan qəsəbəsi Uşaq xəstəxanasının arxa hissəsində yerləşən avtodayanacağın ərazisinə yığılmışdır. İddaçıya məxsus əşyaların mənzildən çıxarılaraq yığıldığı əraziyə sədrlik edən hakimin və tərəflərin iştirakı ilə yerində müayinə (yerli baxış) keçirilmi ş və müəyyən olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qətnaməsində göstərilən əşyalarla yanaşı, həmçinin iddiaçının hazırki iddia ərizəsində göstərdiyi digər əşyalar da həmin əraziyə yığılmışdır. İşdə olan 11 dekabr 2018-ci il tarixdə keçirilmiş yerli baxışa (yerində müayinə) dair tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə saat 10:15-də işə sədrlik edən hakimin iştirakı ilə tərəflər Bakı şəhəri, ******** qəsəbəsi Uşaq xəstəxanasının arxa hissəsində yerləşən avtodayanacağın ərazisinə daxil olaraq baxış keçirmişlər. Həmin əraziyə yerli baxış zaman qeyd edilən avtodayanacaqda iddiaçıya məxsus mübahisəli əşyaların pərakəndə şəkildə yerləşdirildiyi müəyyən edilmişdir. Cavabdehlər iddiaçıya və sədrlik edənə bildirmişlər ki, iddiaçıya məxsus cehiz əşyal arı təxminən 3 ay bundan öncə Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru H6 iştirakı ilə aktlaşdırılmış, iddiaçıya həmin əşyaların gəlib aparılması dəfələrlə telefon vasitəsi ilə təklif edilmiş, lakin iddiaçı həmin əşyaları gəlib aparmadığından onlar məcbur olub həmin əşyaları avtodayanacağa toplu şəkildə gətirib yığmışlar. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbində göstərdiyi əşyalar ünvan 1 ünvanında yerləşən 123 saylı mənzildə deyildir. Bu səbəbdən də əşyaların oradan naturada alınaraq iddiaçıya verilməsi də mümkün deyildir. İddiaçının təqdim etdiyi 16 yanvar 2019-cu il tarixli aktdan görünür ki, o qeyd edilən əraziyə ( dayanacağa) yığılmış, iddia ərizəsində göstərdiyi əşyalarının bir hissəsini 16 yanvar 2019-cu il tarixdə götürmüş və bu barədə akt tərtib etmiş, qalan əşyalar isə yararsız və sınıq olduğu üçün götürülməmiş həmin ərazidə qalmışdır. Azərbaycan Respublikasının MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsi n sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər məcmu halda mövcud olmalıdır. İddiaçının tələb etdiyi əşyaların hazırki vaxtda cavabdehlərə məxsus mənzildə, onların faktiki sahibliyində olması müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçıya tələb etdiyi əşyalarını yığıldığı yerdən (ərazidən) naturada götürməkdə də hər hansı maneə yoxdur. İddiaçının özü də bu halı mübahisələndirmir və məhkəmə kollegiyasına təqdim etdiyi aktdan da görünür ki, iddiaçı artıq həmin əşyaların bir hissəsini götürmüşdür. İddiaçı əşyalarının qalan hissəsinin götürməməsinin səbəbi kimi onların yararsız hala salındığını, bununla da ona ziyan dəydiyini bildirmişdir. Halbuki, iddiaçı tələbinin əsası kimi qeyd edilən halları göstərməmiş, bununla bağlı zərər tələbi irəli sürməmişdir. İşə apellyasiya qaydasında baxan məh kəmənə kollegiyası düzgün olaraq onu da qeyd etmişdir ki, iddiaçının tələbi əşyalarının naturada cavabdehlərin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 123 saylı mənzildən ona qaytarılması ilə bağlıdır ki, hazırki vəziyyətdə də qeyd edilən mənzildə (yəni, cavabdehlərin qanunsuz sahibliyində) iddiaçıya məxsus əşya mövcud deyildir. Əşyalar müvafiq ərazidə naturada mövcud olmaqla, iddiaçının onları sərbəst (cavabdehlərin maneəsi olmadan) götürmək imkanı vardır. Buna baxmayaraq, iddiaçı ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı müvafiq tələb hüququnu (zərər və s.) özündə saxlayır. İddiaçının bu barədə müstəqil tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Çünki, apellyasiya icraatı zamanı yeni tələblərə baxılmır (MPM-in 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansi yası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır). Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il ta rixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və p rosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunmaması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Pros essual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2019-cu il tarixli
Məhkəmə qərarları › İş №2(102)-6970/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6970/2019
04.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver