Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6971/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-xx/19) iddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kred it borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 28849,25 ABŞ dolları məbləğində əsas borcun, 7336,03 ABŞ dolları məbləğində faiz borcunun, 250 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 36435,28 ABŞ dolları məbləğində borcun (ödəniş gününə manat olan məzənnə ilə) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ev1, həmin mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində olmaqla açıq hərracdan satılması və əldə edilən vəsaitdən 36435,28 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması, ekspertiza tədqiqatını n dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov-sədrlik edən və məruzəçi, Z.Əliyev və F.Talışinski, iş № 2(103)-xx/19) Cavabdeh1 tərəfindənverilmişapellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin xx xx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv olunmasını və yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC Cavabdeh1 və Cav abdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 29149,25 ABŞ dolları əsas borcun, 7336,03 ABŞ dolları faiz borcunun və 250 ABŞ dolları dəbbə pulunun, ümumilikdə 36735,28 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ev1, onun açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracadan satılması nəticəsində əldə olunan vəsait hesabına borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tə ləblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili İ.Mustafayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil İ.Mustafayevin izahat ını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehdən kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və bu zaman aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərarasındamüvafiqkredit v ə ipoteka müqavilələri bağlanmış, Cavabdeh1 36 ay müddətinə illik 23 faiz dərəcəsi olmaqla 60000 ABŞ dolları məbləğində kredit verilmişir. Lakin, öhdəlik cavabdeh tərəfindən lazımınca icra olunmamışdır. Cavabdehapellyasiyaşikayəti verərək şikayətində kreditborcunumübahisələndirmiş, lakinbirinci instansiya məhkəməsinin qətnaməsinin həminhissədəəsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasınıəsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və həmin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.01.2019-cu il tarixli 18457 saylı rəyinə əsasə n cavabdehin01.03.2018-ci il tarixə banka olan əsas borcunun 29149,25 ABŞ dolları, faiz borcunun isə 8248,56 ABŞ dolları məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi kredit borcunun məbləğini ekspertiza təyin etməklə dəqiqləşdirmiş, cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Cavabdeh həmçinin apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını da mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəliliilədə razılaşmayaraq, qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haq qında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «xxxx» MMC-nin xx xx 2018-ciiltarixlimütəxəssisrəyinə əsasən ipotekaqoyulmuşBakı şəhəri, ev1 bazar dəyəri85000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasında qanunvericiliyin tələblərinə riayət etmiş, qiymətləndiricinin rəyini almış, nəticədə ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq 85000 manat həddində müəyyən etmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ipoteka predime tinin dəyərinin daha artıq olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiyaşikayətinin digər dəliliilədərazılaşmayaraq, qeyd etmişdir ki, ölkədədevalivasiyanınbaşverməsicavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xx 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürm əklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Həmçinin kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 29149,25 ABŞ dolları təşkil etdiyindən, o Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə də düşmür. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə əsaslı və qanunidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin i ş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan fakt lar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6971/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6971/2019
15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver