Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6993/2021 01.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əmək hüquqlarının pozulması nəticəsində vurulmiş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı qa rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş maddi zərərə görə 50.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)1901/2021 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) ilkin və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(103)-6537/2021 nömrəli qətnaməsi ilə (hakimlər E.Kazımov, A.İsgəndərov, İ.Kərimli) apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)1901/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmışdır. İddiaçı və Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayətləri vermişdir. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 407-ci maddəsi kassasiya şikayətinin formasını, məzmununu və əlavə edilən sənədləri müəyyən edir. Həmin Məcəllənin 407.1.5 maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstə rilməlidir. Lakin, İddiaçı kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş, yalnız qanunvericiliyin normaları sadalanmışdır. MPM-nin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki işin İddiaçı kassasiya şikayətinin geri qaytarıl ması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alındığından, Cavabdeh MMC-nin kassasiya şikayətinə baxılması iddiaçının kassasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1.5, 408.1.5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6537/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6993/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6993/2021
01.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver