Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-70/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və əşya tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və əşya” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-950/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-cı il tarixli 684 saylı sərəncamına əsasən X10 tərəfindən ünvan 1 ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili "A”-da 21.3 kv.m. bir yaşayış otağı və 400.0 kv.m. torps sahəsinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir. Artıq qalan 203.0 kv.m. torpaq sahəsi yerli Sovetin torpaq fondunda saxlanılmışdır. X7 xx.xx.1992-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. Bundan başqa ünvanı Bayan küçəsi, 172 olan fərdi yaşayiş evində layihə sənədləri olmadan inşa edilmiş 64.2 kv.m. yaşayış sahəsi, 29.4 kv.m. qeyri-yaşayiş sahəsi, 84.3 kv.m. mansard, 80.6 kv. m. zirzəmi, 67.4 kv.m. çardaq tikililəri X2 adına qeydiyyata alınmış və əlavə zəbt olunmuş 891.0 kvm torpaq sahəsi X12ytarılmışdır. X7 bu əmlaka xx.xx.2005-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 3. 30.06.2005-ci il tarixli 4Ə-2-216 saylı alqı-satqı müqaviləsinə əsasən X10 mülkün tikili “A”-da 17.1 kv.m. bir yaşayış otağından ibarət olan hissəsini X3, tikili “B”-də 64.2 kv.m. üç yaşayış otaqları, 104.2 kv.m. köməkçi sahə, 9.5 kv.m. açıq eyvan, 78.4 kv.m. y/zirzəmi, 67.4 kv.m. çardaq tikililərindən ibarət olan hissəsini İddiaçı satmışdır.
4. X3 Bayan küçəsi, 172 saylı fərdi yaşayış evinə (tikili “A”-da 17.1 kv.m. bir yaşayış otağı, faktiki istifadəsində olan torpaq sahəsi 657.0 kv.m.) xx.xx.2005-ci il tarixli 5844 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
5. İddiaçı Bayan k üçəsi, 172A saylı fərdi yaşayış evinə (tikili “A"-da 64.2 kv.m. üç yaşayış otaqları, 104.2 kv.m. köməkçi sahə, 9.5 kv.m. açıq eyvan, 78.4 kv.m. y/zirzəmi, 67.4 kv.m. çardaq, faktiki istifadəsində olan torpaq sahəsi 619.0 kv.m.) xx.xx.2005-ci il tarixli 21788 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
6. Daha sonra İddiaçı Bayan küçəsi, 172A saylı ünvanda 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 7. “Nikoil” İKB-nın Gəncə filialı ilə Babayev Eldar Rəşid oğlu arasında 26 noyabr 2007-ci il tarixli 872(1) saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X21 Rəşid oğluna 156 ay müddətinə 68 000 ABŞ dolları məbləğində kredit vermişdirş.
8. Kreditin təminatı kimi xx.xx.2007-ci il tarixli 4Ə-5-634 saylı alqı- satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bayan küçəsi, ev 172A İddiaçı tərəfindən Babayev Eldar Rəşid oğluna satılmış və "xxxx" İKB-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Babayev Eldar Rəşid xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir.
9. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi 26 noyabr 2007ci il tarixli 872(1) saylı Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Babayev Eldar Rəşid oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 172A nömrəli fərdi yaşayış evi İddiaçı alınaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
10. Babayev Eldar Rəşid oğlu kredit və kredit üzrə faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında icra etmədiyindən iddiaçı “Nikoil” İKB ipoteka predimet inə tutmanın yönəldilməsi üçün Gəncə şəhər 4 saylı Dövlət Notariat kontoruna müraciət etmişdir. 11. 13 iyun 2012-ci il tarixdə Gəncə şəhər 4 saylı Dövlət Notariat Kontorunun Dövlət Notarusu tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 172A nömrəli fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsi təmin edilmiş və Babayev Eldar Rəşid oğlunun mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evi Gəncə şəhəri 4 saylı Notariat Kontorunun 13 iyun 2012-ci il tarixli reyestrlə 7E-12-8646 reyestr nömrəli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi”nə əsasən Gəncə şəhəri Bayan küçəsində 3 otaqlı, ümumi sahəsi 168,4 kv. metr yaşayış, 104,2 kv. metr köməkçi sahədən ibarət olan 172 A nömrəli fərdi yaşayış evinə dair Nikoyl İKB-nin xeyrinə icra qeydi təmin edilmişdir.
12. Hərrac Təşkilatının hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli 77/02 nömrəli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən Bayan küçəsi, 172A saylı fərdi yaşayış evi "xxxx" İKB ASC-nin mülkiyyətinə keçmişdir və bankın adına xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
13. Babayev Eldar Rəşid oğlu həmin evdəki əşyaları boşaltmadığından iddiaçı “Nikoil” İKB məhkəməyə müraciət etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli qətnaməsindən görünür ki, Babayev Eldar Rəşid oğluna məxsus olan əşyaların Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir; 14. xx.xx.2017-c i il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmurunun və Nikoil Bank ASC-nin nümayəndəsinin imzaladığı aktla aktda qeyd olunan əşyalar Nikoil Bank ASC-nin nümayəndəsi X9 təhvil verilmişdir. 15. 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd döşək, 2 ədəd stol, 1 ədəd kravat, 1 ədəd tumbuçka, 2 ədəd peç, 10 ədəd stul, 1 ədəd nərd, 1 ədəd peç, 1 ədəd soyuducu, 8 ədəd karobka təyinatı üzrə təhvil verilməsi barədə “166” yük taksisi xidmətinin xx.xx.2017-ci il tarixli yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhvil-təslim aktı tərtib edilmişdir.
16. Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarı ilə Babayev Eldar Rəşid oğluna məxsus olan əşyalar Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evindən çıxarılaraq Nikoil Bank ASC-yə təhvil verildiyindən xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 17. 20.05.2020-ci il tarixli 4Ə 215 saylı alqı-satqı müqaviləsinə əsasən Bayan küçəsi, 172A saylı fərdi yaşayış evi Cavabdeh1 ASC (keçmiş "xxxx" İKB ASC) tərəfindən Cavabdeh2 satılmışdır. Alıcıya Bayan küçəsi, 172A saylı fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 18. 01.12.2020-ci il tarixli 4Ə-2098 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bayan küçəsi, 172A saylı fərdi yaşayış evi Cavabdeh3 bağışlanmış və ona xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı X4 cavabdehlər Cavabdeh1 ASC-y ə, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və əşya” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehləri onun istifadəsində olan 0.419 ha torpaq sahəsindən çıxarılması və iddia ərizəsində qeyd edilən əşyaların və ya onların dəyərlərinin cavabdehlərdən müştərək qaydada alınıb ona təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Bayan küçəsi ev 172A saylı fərdi yaşayış evinə ona (tik “A”-da 64.2 kv.m. üç yaşayış otağı, 104.2 kv.m. köməkçi sahə, 9.5 kv.m. açıq eyvan, 78.4 kv.m. y/zirzəmi, 67.4 kv.m. çardaq, faktiki istifadəsində olan torpaq sahəsi 619.0 kv.m.) xx.xx.2005-ci il tarixli 21788 saylı qeydiyyət vəsiqəsi verilmişdi. Bundan sonra o, DƏDRX-ya müraciət edərək evin bir hissəsin ə çıxarış alıb, evin həmin hissəsini satmaq isəmişdir. Onun ərizəsi əsasında Bayan küçəsi ev 172A saylı yaşayış ünvanına 0,02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2006ci il tarixli ********** saylı çıxarış verilmiş və o, evin və torpaq sahəsinin həmin hissəsini 2007-ci ildə Babayev Eldar Rəşid oğluna satmışdır. Sonuncu isə həmin evi ipotekaya qoymuş sonradan ev bankın mülkiyətinə keçmiş və bank evi hazırki cavabdehlərə satmışdır. Yalnız evi satarkən həmin evə bitişik olan və alqı-satqı müqaviləsinin predmeti olmayan 0,419 ha olan torpaq sahəsi və onun üzərində tikilmiş bir otaq və iki əl damı onun istifadəsində qalmışdır. Həmin torpaq sahəsi 1985-ci ildən onun istifadəsində olub və 2005-ci ildə həmin torpaq sahəsinə dair ona qeydiyyat vəsiqəsi verilmişdir. Baxmayaraq ki, adı çəkilən torpaq sahəsi və onun üzərində olan bir otaq və iki əl damı heç vaxt nə cavabdehlərin nə də ki, onlardan əvvəlki mülkiyətiçilərin mülkiyətində olmamış, cavabdehlər evə köçərkən həmin torpaq sahəsini və tikililəri zəbt etmişlər. Onlardan həmin torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar bundan imtina edir və deyirlər ki, guya onların həmin torpaq sahəsinə dair də sənədləri var. Həmin torpaq sahəsində olan tikililərdə əşyaları vardır. Həmin əşyalar aşağıdakılardır: 32mm-lik armatur 22 ədəd biri 3 metrə qiyməti -330 manat, 12mm-lik armatur 248 metrə qiyməti -500 manat, dirəkdə 1 ədəd peyk anteni -100 manat, Taxta dirəklər (6x15) 22 ədəd -330 manat, taxta 3,8 kub(5lik) -900 manat, kapron bocka 220 litrlik 4 ədəd cəmi- 200 manat, alüminium kanistr 38 litrlik 1 ədəd- 60 mana t, Su nasosu “AQİDEL”-100 manat, Su nasosu “MALYUTKA”-60 manat, 1 ədəd taxta kravat -250 manat, 1 ədəd döşək, yastıq-50 manat, 1 ədəd yorğan 30 manat, 1 ədəd divan -350 manat, Peç (ceyran) -50 manat, Stul 4 ədəd -120 manat, 1 ədəd stol -100 manat, Samovar(rus istehsalı)-120 manat, su çəni 8.5 tonluq-1250 manat, su cəni (paslanmayan dəmirdən) 2,5 tonluq-800 manat, mişar daşı (bakı) 900 ədəd-700 manat, kərpiç 850 ədəd-160 manat, Dəmir truba 100-lük 124 metrə-1200 manat, dəmir truba 50-lik 60 metrə-300 manat dəyərində. Həmçinin cavabdehlər onun uzaq məsafədən həmin torpaq sahəsinə çəkdirdiyi su xəttini də mənimsəyib, ondan istifadə edirlər. Həmin əşyalar da cavabdehlərdən alınıb ona verilməlidir.
21. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-3 421/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Hünmətov Zaur) iddia tələbi təmin edilməmişdir.
22. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2005ci il tarixli 21788 nömrəli qeydiyyat vəsiqəsinin əvəzində Bayan küçəsi, 172A saylı ünvanda 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin Çıxarış isə iddiaçı tərəfindən mübahisələndirilməyərək hazırda qüvvədədir.
23. Məhkəmə idiaçının Arzunun istifadəsində olan daşınmaz əmlakın ümumi sahəsinin 168,4 kv. metr, torpaq sahəsinin 0,02 ha olması, qalan torpaq sahəsinin isə Arzunun qeyri-rəsmi istifadə etməsi, həmin torpaq sahəsinin qanuni istifadəçisinin onun özü olmasına dair dəlilləri bağlı onu qeyd edir ki, Arzu t ərəfindən hər hansı torpaq sahəsi zəbt edildiyi halda belə, iddiaçının nümayəndəsi qeyd edilən torpaq sahəsinə dair hər hansı hüquqlarını təsdiq edən sənəd təqdim edə bilməmişdir. Evin ətrafında yerləşən və iddiaçının hər hansı hüquqları olmayabn torpaq sahəsindən Arzunun çıxarılması ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həmin torpaq sahəsini sadəcə uzun illərdir istifadə etməsi ilə bağlı dəlilləri əsasında tələb təmin edilə bilməz. Belə ki, iddiaçı özünün qanuni istifadəsində olmayan torpaq sahəsindın başqalarının çıxarılması kimi müvafiq subyektiv hüquqa malik deyildir.
24. Məhkəmə əşyaların, həmin əşyalar mövcud olmadığı halda isə onların dəyərinin cavabdehlərdən alınması ilə bağlı onu qeyd edir ki, əvvəla iddiaçı həmin əmlakların ona məxsus olmasını sübu t edə biməmişdir. Belə ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi”nə əsasən Daşınmaz Əmlakın 3 saylı Ərazi İdarəsi RX seriyalı ******* nömrəli çıxarışı ilə Gəncə şəhəri Bayan küçəsində yerləşən 0.02 torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı, ümumi sahəsi 168.4 kv. metr, 64.2 kv.metr yaşayış, 104.2 kv.metr köməkçi sahədən ibarət olan 172A nömrəli fərdi yaşayış evinin mülkiyyət hüququ “Nikoil Bank” İKB-yə verilmişdir. Babayev Eldar Rəşid oğlu həmin evdəki əşyaları boşaltmadığından iddiaçı “Nikoil” İKB məhkəməyə müraciət etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə cababdeh Babayev Eldar Rəşid oğluna məxsus olan əşyaların həmin evdən çıxarılaraq yaşayış evinin boşaldılması qət edilmişdir. Göründüyü kimi iş materialları il ə həmin əşyaların hazırki iş üzrə iddiaçıya məxsus olması müəyyən edilmir. Həmin evdə Babayev Eldar Rəşid oğlundan başqa hazırki iş üzrə iddiaçının da əşyalarının olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alsa ki, iddiaçının tələb etdiyi əşyalar onun özünə məxsusdur, o zaman bu halda da iddia tələbi əsaslı deyildir. Belə ki, işin hallarından, o cümlədən Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Qərarından görünür ki, Babayev Eldar Rəşid oğluna məxsus olan əşyalar Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evindən çıxarılaraq Nikoil Bank ASC-yə təhvil verilmiş, bununla bağlı müvafiq akt imzalanaraq həmin əşyalar “166” yük daşıma xidmətinə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd döşək, 2 ədəd stol, 1 ədəd kravat, 1 ədəd tumbuçka, 2 ədəd peç, 10 ədəd stul, 1 ədəd nərd, 1 ədəd peç, 1 ədəd soyuducu, 8 ədəd karobka yük daşınma xidmətinə təhvil verilmiş, iddiaçı həmin əşyaların özünə məxsus olmadığını mübahisələndirməmişdir. Qalan əşyalarla bağlı isə məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi yüş daşıyan təyinatı üzrə yükü çatdırmaqla yük göndərən qarşısında olan öhdəliklərə xitam verilmişdir. Yuük daşıma barədə təhvil-təslim aktından görünür ki, göndərilmiş yüklər təyinatı üzrə təhvil verilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 238.1, 238.3, 856.1, 859.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonra - MPM) 106.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
28. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə hasara alınmış, iddiaçının əşyalarının olduğunu iddia etdiyi torpaq sahəsinə yerində baxış keçirmiş, baxış zamanı həmin ərazidə iddiaçıya məxsus olan hər hansı bir əşyanın olması müşahidə edilməmişdir.
29. Bundan əlavə, iddiaçının nümayəndəsi iddia etmişdir ki, həmin mübahisəli 419 kvadratmetr torpaq sahəsi barəsində onun oğlunun adına qanuni əsaslarla verilmiş hüquqmüəyyənedici sənədlər mövcud olmuşdur və məhz həmin sənədlərə əsasən mübahisəli əmlak barəsində 17 iyul 2005-ci il tarixli 21788 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu ilə müraciət edilmiş və həmin İdarənin məhkəməyə göndərdiyi sənədlər sırasında ünvan 4 ünvanında yerləşən 419 kvadratmetr torpaq sahəsinin İddiaçı mülkiyyətinə və yaxud istifadəsinə verildiyini təsdiq edə bilən heç bir sənəd aşkarlanmamışdır.
30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-950/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X14 (sədrlik edən və məruzəçi), X11 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(044)-3421/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi barəsi ndə qanunun tələb etdiyi qaydada qeydə alınmış hər hansı bir hüququ mövcud deyildir. Bundan başqa Babayev Eldar Rəşid oğluna məxsus olan əşyalar Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 172 A nömrəli fərdi yaşayış evindən çıxarılaraq Nikoil Bank ASC-yə təhvil verilmiş, bununla bağlı müvafiq akt imzalanaraq həmin əşyalar sahibinə çatdırılması üçün “166” yük daşıma xidmətinə təhvil verilmişdir. Cavabdehlərin isə iddiaçının iddia etdiyi əşyalarla bağlı öz üzərlərinə hər hansı bir öhdəlik götürmələri, həmin əşyalara görə hər hansı bir məsuliyyətlərinin olması və həmin əşyaların hazırki iş üzrə cavabdehlərdə olması iş materialları ilə müəyyən edilmir.
32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.2, 152.1, 152.11, 157.2-ci, MPM-in 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və təkrar araşdırılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “166” yük taksisi xidmətinin xx.xx.2017-ci il tarixli yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhviltəslim aktına istinad etsə də həmin aktda iddiaçının adı və soyadının qarşısındakı imza iddiaçıya məxsus deyildir. Bundan başqa xx.xx.2017-ci il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmurunun və Nikoil Bank ASC-nin nümayəndəsinin imzaladığı aktdan görünür ki, aktda qeyd olunan əşyalar Nikoil Bank ASC-nin nümayəndəsi X9 təhvil verilmişdir. Həmçinin Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(044)-203/2021 saylı qərarından görünür ki, həmin iş üzrə izahat verən Cavabdeh3 qeyd etmişdi ki, ev alınanda həmin evdə müxtəlif əşyalar olmuşdur. O, həmin əşyaların Mübarizə və oğluna aid olmasını bilsədə, həmin əşyaları Mübarizə ona görə qaytarmamışdır ki, gələcəkdə bankın bununla bağlı olan tələbi olmasın. Hazırda isə o həmin əşyları Mübarizə qaytarmağa hazırdır. Bununla yanaşı bu məsələ ilə bağlı dəfələrlə polislərdə mübahisədə iştirak etmiş, həmin evə gəlmiş və onlar da əşyaların cavabdehlərdə olmasını təstiq etmişlər. Eyni zamanda tərəflər arasında 2021-ci ilin yanvar ayında və 2021-ci ilin son aylarında X6 məxsus və ünvan 5 ünvanında yerləşən evdə saxlanılan əşyalar tələbi ilə keçirilən məhkəmə prossesləri zam anı yaranmış mübahisə ilə bağlı Polis polkovnik-leytenantı Məzahir Alıyevin və Polis mayoru Xalik Məmmədovun rəbərlik eldiyi qrup ünvan 5 ünvanında olmuşdu. Bu səbəbdən də həmin müraciətlər ilə bağlı aparılmış araşdırmanın nəticəsi və verilmiş izahatların sürətlərinin göndərilməsi xahiş edilsə də, həmin sorğuya bu günədək cavab verilməmişdir. Bu baxımdan da məhkəməyə vəsatətlər verərək iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsi şahidlərin dindirilməsi təmin edilməklə, Polis şöbəsinə yuxarıda qeyd edilmiş mövzü ilə bağlı sorğu verilməsi, bankın işçisi X8 məhkəməyə dəvət edilib dindirilməsi barədə qərar qəbul edilməsi xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir.
35. Həmçinin qeyd edilmişdir ki, məhkəməyə verilmiş vəsatətin məqsədi ilk növbədə iddiaçıya xx.xx.2005-ci il tarixli qe ydiyyat vəsiqəsinin verilməsi üçün əsas olan səndələrin əldə edilməsi olmuşdu. Lakin məhkəmənin vəsatətinə cavab olaraq DƏDRX-dən həmin qeydiyyat vəsiqəsinin surəti və X10 ilə iddiaçı arasında bağlanan müqavilənin surəti göndərilmişdi. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçıya təqdim edilən aryışda iddiaçıya aid torpaq sahəsi 619 kv.m göstərilsə də, məhkəməyə göndərilən sənədlərdə həmin torpaq sahəsi barədə heç bir məlumat yoxdur. Bundan başqa həmin arayışda qeyd edilir ki, Sadıqlı Eldəmirə xx.xx.2005-ci il tarixli 21788 saylı qeydiyyat vəsiqəsi əvəzinə Bayan küçəsi, 172 a saylı ünvanda 0,02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi 2005-ci il tarixli qeydiyyat vəsiqəsində iddiaçının torpaq s ahəsi 0,069 ha qeyd edilsə də, sonrakı 2007-ci il tarixli çıxarışda torpaq sahəsi 0, 02 ha qeyd edilmişdir. Bu səbəbdən də iddiaçı bununla bağlı arxiv sənədlərinin tələb edilməsini xahiş etmişdir. Buna görə biz təkrarən məhkəməyə vəsatət verərək xx.xx.2005-ci il tarixli 21788 saylı qeydiyyat vəsiqəsi ilə birlikdə, həmçinin qeydiyyat vəsiqəsinə əlavə olunan sənədləri, o cümlədən texniki pasport, torpağa aid sənədələr, həmçinin xx.xx.2007-ci il tarixli çıxarış verilməsi üçün əsas olan sənədlərin surətini və həmin 0,0419 ha torpaq sahəsinin bugünki hüquqi vəziyyəti ilə bağlı məlumatların alınması üçün Azərbaycan Resbulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu verilmə sini xahiş etsək də, məhkəmə bu vəsatəti təmin etməmişdir. Göründüyü kimi məhkəmə toplanması və qiymətləndirilməsi baxımından tam araşdırma aparmamış və ən azından işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sa hib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-m ötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-950/2022 nömrəli mülki iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.