Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7016/2021 12.11.2021 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2(050)-2150/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 84,676 ABŞ dolları və 33,788 manat pulun alınıb ona verilməsi, 84,676 ABŞ dolları pulun cavabdehdən alınar kən həmin günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanması, əldən çıxmış fayda kimi 5000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2150/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pulun geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Masallı Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəl ir ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Masallı Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayət İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən imzalansa da kassasiya şikayətinə həmin vəkilin iddiaçının hüquqlarının Azərbaycan Respublikası Ali Məhkəməsində müdafiə etməsi üçün səlahiyyət verən vəkil orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 407.3-cü maddələr ində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Maddə 408.1.1. və 408.1.3. kassasiya şikayəti imzalanmamışsa və kassasiya şikayətinə vəkilin orderi əlavə edilmə mişsə geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1.3, 407.3, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Masallı Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(050)-2150/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Masallı Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7016/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7016/2021
12.11.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver