Məhkəmə qərarları › İş №2(102)-7051/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7051/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7051/2021 29.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 67202,74 manat əsas, 1695,95 manat faiz olmaqla, cəmi 68898,69 manat borcun, bu iddianın qaldırıl ması üçün dövlət rüünvan 2u olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüünvan 2u və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvan: AZ 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsində yerləşən, 563, M4 saylı evin 2 saylı mənzili) yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh3 ilə Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatları nın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1123/2020 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh2 67202,74 (altmış yeddi min iki yüz iki manat yetmiş dörd qəpik) manat əsas borc, 1695,95 (min altı yüz doxsan beş manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 68898,69 (altmış səkkiz min səkki yüz doxsan səkkiz qəpik) manat borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüünvan 2u olmaqla, ümumilikdə 68958.69 (altmış səkkiz min doqquz yüz əlli səkkiz manat altmış doqquz qə pik) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8A saylı evin 8 saylı mənzilə (yeni qaydalarla: AZ: 5011, ünvan 2qayıt şəhəri, Çerkassi küçəsində yerləşən, 563 M4 saylı evin 2 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 (səksən min) manat məbləğində müəyyən edilməsi, həmin yaşayış sahəsi açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 68958.69 (altmış səkkiz min doqquz yüz əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi, borc məbləği tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdehlərin ən geci b ir ay ərzində evi tərk etmədikdə evin boşaldılaraq çıxarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(105)-2411/2021 nömrəli qətnaməsi ilə (hakimlər T.Quliyev, G.Tağızadə, L.Məmmədova) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(012)-1123/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişik lər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti 08.10.2021-ci il tarixdə rabitə orqanına verilmiş, 11.10.2021-ci il tarixdə şəhəri ünvan 2qayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin, kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edi lmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 408.1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.7, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh2 ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)-2411/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş ünvan 2qayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar