Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-709/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh: Cavabdeh1 MMC Cavabdeh: Cavabdeh2 İddia tələbi: “borcun ipoteka predmetinə yönəldilməsi” Açar sözlər: “borcun ipoteka predmetinə yönəldilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili İsmayılov Ruslan İsmayıl oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5854/2020 nömr əli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 16% hesablanmaqla 1.500.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.4 ha torpaq sahəsi (87.500 manat məbləğində qiymətləndirilmişdir), Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.3031 ha torpaq sahəsi (81.450 manat məbləğində qiymətləndirilmişdir), Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 3.7005 ha torpaq sahəsi (231.300 manat məbləğində qiymətləndirilmişdir), ünvan 1i ünvanında yerləşən 7.954 ha torpaq sahəsini (541.700 manat məbləğində qiymətləndirilmişdir) bank qarşısında ipoteka ilə yüklü edərək, İddiaçı ASC-nin tələb hüququna təminat vermişdir. Cavabdeh1 MMC, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı «borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1337/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 MMC-dən tutulmuş 650018,85 (altı yüz əlli min on səkkiz manat, səksən beş qəpik) manat əsas, 225590,06 (iki yüz iyirmi beş min beş yüz doxsan manat altı qəpik) manat faiz borcunun, cəmi 875608,91 (səkkiz yüz yetmiş beş min altı yüz səkkiz manat, doxsan bir qəpik) manat kredit borcunun, 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat rüsum məbləğinin Cavabdeh1 MMC ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 96411 №li “Kredit müqaviləsi”nin təminatı q ismində banka ipotekaya qoyulmuş, digər Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX ******* № li çıxarışına əsasən mülkiyyət hüququ üzrə məxsus olan, Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.4 ha torpaq sahəsinə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX ******* N- li Çıxarışına əsasən mülkiyyət hüququ üzrə məxsus olan Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.3031 ha torpaq sahəsinə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX ******* №-li çıxarışına əsasən mülkiyyət hüququ üz rə məxsus olan, Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 3.7005 ha torpaq sahəsinə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, RX ******* N- li Çıxarışına əsasən mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən 7.954 ha torpaq sahəsinə yönəldilərək, qeyd edilən həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması, əmlakın satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmidikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)365/2020 saylı qətnaməsi ilə (hakim S.Ş.Talıbov) iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1337/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 MMC-dən tutulmuş 650.018,85 manat əsas, 225.590,06 manat faiz borcu, cəmi 875.608,91 manat kredit borcu, 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun Cavabdeh1 MMC ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 96411 №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, digər Cavabdeh2 məxsus olan, Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşə n 1.4 ha torpaq sahəsinə, ilkin satış qiyməti 87.500 manat; Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 1.3031 ha torpaq sahəsinə, ilkin satış qiyməti 81.450 manat; Oğuz rayonu, Fil-Fili kəndi ünvanında yerləşən 3.7005 ha torpaq sahəsinə, ilkin satış qiyməti 231.000 manat və ünvan 1i ünvanında yerləşən 7.954 ha torpaq sahəsinə, ilkin satış qiyməti 541.700 manat müəyyən edilməklə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra bir ay müddətinə boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması, ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5854/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) Cavabdeh1 MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-365/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 MMC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməməsinə dai r yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili İsmayılov Ruslan İsmayıl oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Ca vabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, f aizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymət ini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən g eci bir ay ərzində tərk etməlidirlər. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli q ətnaməsi ilə, İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 MMC-dən 650.018,85 manat əsas, 225.590,06 manat faiz, cəmi 875608,91 manat kredit borcu, 30 manat dövlət rüsumu, 90 manat bildirişin qeydə alınması rüsumunun tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın ilk növbədə ipoteka predmeti olan X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 31 ünvanında yerləşən, 1 mərtəbəli qeyri yaşayış binasına (9 saylı mağaza) ilkin satış qiyməti 70.000 manat; ünvan 4 ünvanında yerləşən, 1 mərtəbəli qeyri-yaşayış binasına (10 saylı mağaza) ilkin satış qiyməti 35.000 manat; X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 88 nömrəli evin, 44 nömrəli mənzilinə ilkin satış qiyməti 111.500 manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hə rracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilmiş borcun Cavabdeh2 məxsus ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q ərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5854/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-709/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-709/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver