Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-709/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamənin qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(104)-1226/2020 nömrəli qətnaməsindən i şdə iştirak etməyə cəlb edilməmiş, qətnamə maraqlarına toxunan Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı1 və Cavabdeh1 18 sentyabr 1994-cü il tarixdə nikaha daxil olmuş, nikahları 08 yanvar 2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.
2. Birgə nikah dövründə Cavabdeh1 adına 30 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 70, 5 saylı mənzil əldə olunmuşdur.
3. Qeyd olunan mənzil 29 aprel 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Maraqlı şəxs1 satılmış və sonuncunun mülkiyyət hüququ daşımaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan, birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, bina 70, 5 saylı mənzilin tərəflərin arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 18 sentyabr 1994-cü il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsini cavabdehin adına almışlar. İddiaçı cavabdehlə həmin evdə birlikdə yaşamış, aralarında olan narazılığa əsasən nikahları məhkəmə qaydasında 08 yanvar 2018-ci il tarixdə pozulmuşdur. Nikahları ləğv edil dikdən sonra, ev bütünlükdə cavabdehin adında qalmışdır. İddiaçı birgə nikah dövründə aldıqları ümumi əmlak payının müəyyən edilməsini tələb etmək məcburiyyətində qalmışdır.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(044)1135/2019 nömrəli qətnaməsi ilə (hakim K.Z.Hüseynov) iddia təmin edilmiş, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, bina 70, 5 saylı mənzilin ½ hissəsi üzərində Cavabdeh1, ½ hissəsi üzərində İddiaçı1 paylarının müəyyən edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.4-cü, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(044)-1135/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(104)-1626/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(044)-1135/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. İşdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə maraqlarına toxunan Maraqlı şəxs1 Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə uyğun Azərbaycan Respublikası Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(104)-1226/2020 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2(102)-4240/2023 nömrəli qərardadı ilə (hakim Z.B.Babayevin məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və A.Q.Hüseynovdan ibarət tərkibdə) Maraqlı şəxs1 tərəfindən verilmiş ərizə təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(104)-1226/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs1 kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 225.1, 225.4-cü, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3, 218.1, 372.6, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən mübahisəli mənzil cavabdeh tərəfindən üçüncü şəxsə satılmış, sonuncunun mülkiyyətinə keçməklə, istifadəsində olmuşdur. Məhkəmələr isə onu cəlb etməmiş və işin bu halına hüquqi qiymət verməmişlər.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Kassasiya şikayəti ilə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinin pozulması əsası ilə verildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, həmin qətnamə və ya qərardad şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquqlarının pozulması ilə qəbu l edilməsi Ali Məhkəmənin Mülki kollegiyasının 17 noyabr 2023-cü il tarixli qərardadı ilə müəyyən edildiyindən, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Həmin qərardad belə əsaslandırılmışdır ki, məhkəmə müdafiəsi hüququ hər bir şəxsin ayrılmaz hüququ olmaqla, bu hüququn həyata keçirilməsinə qanunverici tərəfindən müəyyən ağlabatan prosessual məhdudiyyətlər qoyulmuşdur. Belə məhdudlaşdırılma hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu mə hdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).
21. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyest rindən Çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 70 saylı binada yerləşən 51,5 kv.m. sahəsi olan 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə 19 aprel 2019-cu il tarixdə Maraqlı şəxs1 adına ********** nömrə ilə qeydə alınmışdır.
22. Məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə bağlı cavabdehlə və ərizəçi arasında alqı-satqı müqavilə bağlandığından, həmçinin mübahisəli mənzil hazırda ərizəçinin mülkiyyətində olduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1226/2020 nömrəli, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi iddiaçı və cavabdehin paylarının müəyyən edilməsi hissəsində Maraqlı şəxs1 hüquqlarına toxunur.
23. Beləliklə, mübahisələndirilən qətnamə ilə Maraqlı şəxs1 qanunla qorunan hüquqlarının pozulması müəyyən olunduğundan, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmaqla, cavabdehin apellyasiya şikayətinə tərəflərin və üçüncü şəxsin iştirakı ilə yenidən baxılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Maraqlı şəxs1 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(104)-1226/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.