Məhkəmə qərarları › İş №2(102)-7122/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7122/2019

26.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7122/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı MMC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)8373/2019 saylı qətnaməsindən İddiaçı MMC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(007)2030/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Sadıqov) İddia çı MMC Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh 07 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 5.783 manat, faiz borcuna görə 2.922,89 manat olmaqla, cəmi 8.705,89 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş ** LX *** dövlət qeydiyyat nişanlı, “GEELY MK minik” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və əldə edilən vəsaitdən artıq qalan məbləğin Cavabdeh ödənilməsi qət edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)8373/ 2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, “xxxx” ASC dövlətə məxsus səhmlərin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx ” ASC ilə “xxxx” QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC problemli aktivlərini tələb etmək hüququ “xxxx” QSC keçib. Eləcə də “xxxx” QSC ilə İddiaçı MMC arasında 16 sentyabr 2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən problemli aktivlər üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Qeyd olunan xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə “xxxx” QSC arasında 13 dekabr 2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilib. Daha sonra “xxxx” QSC tərəfindən borclu Cavabdeh aid sənədlər təhvil-təslim aktına əsasən “xxxx” QSC verilib. “xxxx” ASC Nizami filialı ilə Cavabdeh arasında 07 iyul 2011-ci il tarixli kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 18 faiz ödəmək şərti ilə 60 ay müddətinə 7.990 manat kredit verilib. 08 iyul 2011-ci il tarixli “kassa məxaric orderin”ə əsasən Cavabdeh ayrılmış kredit vəsaitindən istifadə olunub. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ** LX *** dövlət qeydiyyat nişanlı, “GELLY MKminik” markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilib. Həmin ipoteka müqaviləsi qeydiyyata alınaraq bu barədə müvafiq şəhadətnamə verilib. Dəfələrlə kredit məbləği Cavabdeh geri tələb edilsə də, sonuncu öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi xahış olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı MMC vəkili XXX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə icla sına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı MMC vəkili XXXin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,07 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 7.990 manat kredit verilib. Bankın 10 may 2018-ci il tarixli maliyyə arayışına görə, sözügedən kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 5783 manat əsas, 3657,86 manat faiz borcu vardır. Eləcə də işə əlavə edilmiş 24 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 07 iyul 2011-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə 07 iyul 2016-cı il tarixə cavabdehin banka ödən ilməmiş 6.496,43 manat əsas, 2.922,89 manat faiz olmaqla, cəmi 9.419,32 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iddianı qismən təmin etməklə və cavabdehdən faiz borcu üzrə iddiaçı təşkilatın xeyrinə 2.922,89 manat pulun tutulması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayəti nin dəlillərini araşdıraraq qeyd etmişdir ki, sözügedən 24 sentyabr 2018-ci il tarixli ekspert rəyində “xxxx” ASC ilə cavabdeh arasında 07 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka yaranmış borcu hesablanmış, faiz borcunun məbləği iddiaçının tələb etdiyi məbləğdən əhəmiyyətlə dərəcədə az olması ilə fərqlənmişdir. Belə olan halda, ekspert rəyini mötəbər sübut kimi qəbul edilərək cavabdehin banka olan faiz borcu ekspert rəyi ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsində cavabdehin əsas borc üzrə 5783 manat, faiz borcu üzrə 3657,86 manat olmaqla, cəmi 9440,86 manat kredit borcunun tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ** LX *** dövlət qeydiyya t nişanlı, “GELLY MK minik” markalı avtomobilə yönəldərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçı təşkilatın hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, tutmanın cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklara yönəldilərək həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçı təşkilatın hesabına ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbini mübahisələndirilən hissədə konret olaraq- faiz borcu üzrə 3.657,86 manat olmaqla şəklində qeyd etmiş, həmin faiz borcunun hansı hissələrdən ibarət olmasına dair hər hansı qeyd və ya ərizə təqdim etməmişdir. Apellyasiy a instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ümumilikdə apellyasiya şikayətnin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apellyatorun şikayətində irəli sürdüyü dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə yuxarıda qeyd olunan arqumentlərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim edilməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəy yən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MMC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)-8373/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar