Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-714/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin elektron qaydada verilməməsi əsası ilə qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11.2021-ci il tarixli, 2(103)11680/2021 saylı qəra rdadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-ya Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 36A nömrəli binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş və üzərində qarajı olan daimi istifadəsinə verilmiş torpaq sahəsini qanunsuz olaraq zəbt etməsinin qadağan olunması, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması, icarə müqaviləsi və ayrıc aktı onun istifadəsində olan torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməklə, torpaq sahəsi arasındakı ara divarın cavabdehin öz hesabına tikilməklə onun həmin torpaq sahəsindən istifadəsi zamanı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Daha sonra İddiaçı 16.03.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli sərəncamın 1-ci bəndinin Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin sərəncamın 4-cü bəndinin “Sifarişçi (Cavabdeh1) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlamalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra H akimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015-ci il tarixli 1069 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktının Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış və Bakı şə hər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilib 26.01.2017 il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin laiyhə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli 18.07.2017 il tarixli tikinti icazəsinin və xüsusi nişanın ləğv edilməsi, Cavabdeh1MTK-nın qeyd olunan ünvanlarda inşa etdiyi yüksəkmərtəbəli binaların tikintisinin özbaşına tikinti hesab edilməsi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1-nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin cavabdeh “Zirvə-14“ MTK-nın vəsaiti hesabına sökülməsi, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 3n çoxmənzilli ya şayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud olan ara divarı olan hasarın əvvəlki yerdə Cavabdeh1-nın vəsaiti hesabına bərpa edilməsi vəzifəsinin Cavabdeh1-nın üzərinə qoyulması və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra - 17.08.2021-ci il tarixdə İddiaçı cavabdehlərin və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 tərəfindən qəsdən sökülmüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsindən onun istifadə hüququnun bərpası, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti aparılması üçün ərazi əsaslandırılmasının razılaşdırılmasının ləğv edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014-cü il tarixli, 642 nömrəli sərəncamın 1 bəndinin Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin sərəncamın 4-cü bəndinin “Sifarişçi ( Cavabdeh1) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlamalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015 il tarixli, 1069 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktının Əliəşrəf Ə lizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin və 15/109 nömrəli 02.06.2015-ci il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilib 26.01.2017-ci il tarixdə 18/04-25 qeydiyyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin layihə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli 18.07.2017 il tarixli tikinti icazənin və xüsusi niş anının ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1-nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin Cavabdeh1-nın vəsaiti hesabına sökülməsi və ərazidən daşınıb çıxarılması, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 3n çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud ortaq divar olan daş hasarın əvvəlki yerdə cavabdeh "xxxx" MTK-nın vəsaiti hesabına bərpa edilməsi vəzifəsinin Cavabdeh1-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yol verdikləri yuxarıda qeyd olunmuş qanun pozuntuları nəticəsində ona və ailə üzvlərinə vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat pulun cavabdehlərdən müştərək qaydada və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(005)938/2021 saylı qətnaməsi ilə (hakim A.Novruzova) İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinə qarşı “torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin qadağan edilməsi, boşaldılması, icarə müqaviləsi və ayrıc aktının etibarsız hesab edilməsi, qanunsuz tikilinin cav abdehin hesabına sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərslma və Arxitektura Komitəsinə qarşı “istifadə hüququnun bərpası, icarə müqaviləsinin və ayrıc aktının etibarsızlığı, cavabdehin hesabına torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, daş hasarın bərpa edilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Həmin qətnamədən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 18.11.2021-ci il tarixli, 2(103)11680/2021 saylı qərardadı ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 938/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin həmin maddəsinə görə, “Elektron məh kəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və apellyasiya şikayətinin mülki işlə birlikdə icraata qəbul edilib, baxılıb araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsinin 10-1.3-cü maddəsinə istinad edərkən həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərini iş üzrə araşdırmamışdır. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı 01 oktyabr 2021-ci il tarixdə Azərpoçt vasitəsi ilə çatdırılıb. Bu hal apellyasiya şikayətində, həmşinin iş materiallarında olan xəbərnamədə qeyd edilib. Belə olan halda tərəfə Azərpoçt vasitəsi ilə çatdırılmış qətnamə üzrə apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməsinin tələb edilməsi düzgün deyil. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, həmçinin apellyatorun apellyasiya icraatı araşdırması zamanı iştirakının təmin edilməməsi qanunvericiliyin müvafiq tələ blərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
12. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
13. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
14. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
16. İşdən görünür ki, apellyasiya şikayəti 01 noyabr 2021-ci ildə verilmişdir.
17. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1dən qüvvəyə minmişdir.
18. Mülki Prosessual Məcəllənin 2021-ci il oktyabrın 1-dən tətbiq edilən 10-1.3-cü maddəsinə görə də... “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cü mlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
19. İddiaçı apellyasiya şikayətini 01 noyabr 2021-ci ildə verdiyi üçün apellyasiya məhkəməsinin gəldiyi nəticə MPM-in 10-1.3-cü maddəsinin tələbləri baxımından düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının qətnamədən apellyasiya şikayətini MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun yenidən verməsi istisna edilmir.
21. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiy a instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11.2021-ci il tarixli, 2(103)11680/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.