Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-714/2025 10.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyət “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARDADİ İş № 2(102)-714/2025 (Açar sözlər: kassasiya şikayəti ilə müraciət etmək hüququ, kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1 MMC, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması, açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2(106)-5029/2024 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyət “Bank Standart” Kommersiya Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrafilovna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 sayl ı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla, cəmi 3.050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10290,69 ABŞ dolları borcun müştərək qaydada cavabdehlər MMC-dən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutulmasına, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla, cəmi 1.285.990 manat borcun müştərək qaydada cavabdehlər MMC-dən və Cavabdeh2 tutulmasına, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat məbləğində müəyyən edilməklə, xx.xx.2012-ci il ta rixli 1xx/xx/2509/12 saylı və xx.xx.2012-ci il tarixli FG/001 saylı müqavilələr üzrə tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayon, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5750,27 kv.m ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, həmin əmlakın boşaldılmasına və onun açıq hərracdan satılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla, cəmi 3.050.344,77 manat borc, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müştərək qaydada MMC-dən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bankın xeyrinə tutulması, Bank ilə MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla, cəmi 1.285.990 manat borcun müştərək qaydada MMC-dən və Cavabdeh2 Bankın xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m ümümi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binasının boşaldılaraq ilkin satış qiyməti 5.700.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə əsasən 3.050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Bankın xeyrinə tutulması qət edilmişdir (hakim Səadət Səlimova).
2. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır (hakimlər Mədinə Bağırova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Saqi Məmmədov).
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2120/2016 nömrəli, 23 may 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ənvər Şadiyev (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Gündüz Quliyev).
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6371/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3996/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdeh Səbinə Hüseynova (Süleymanova) tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov).
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-933/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdeh (zamin) Hüseynova (Süleymanova) Səbinə Yaşar qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6371/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X13 və X1 ibarət tərkibdə).
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(102)-411/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, cavabdeh Hüseynova (S üleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir (hakimlər X13 (məruzəçi), X2 və X6).
7. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5029/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi qismən, yəni yoxlanılan hissədə cavabdeh Hüse ynova (Süleymanova) Səbinə Yaşar qızına münasibətdə (“Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müştərək qaydada Cavabdeh4 iddiaçının xeyrinə tutulması”) ləğv olunaraq, iddia tələbləri cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə təmin edilməmişdir (hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə).
8. Apelyasiya şikayətinin təmin edilməyən hissəsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apelyasiya şikayətinin digər dəlilləri ( borc məbləğinin şişirdilməsi, ipoteka predmetinin qiymətləndirilməsi və s.) iş üzrə digər cavabdehlərin şikayəti əsasında əvvəlki məhkəmə icraatları zamanı araşdırıldığından və onlara hüquqi qiymət verildiyindən, həmin dəlillər yeni apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh4 apelyasiya şikayətində göstərdiyi digər dəlillər üzrə əvvəlki şikayətin qeyri-mümkün sayılması barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2022-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli qərardadı mövcuddur. Bu səbəbd ən, həmin dəlillər yeni apelyasiya baxışının predmeti ola bilməz və yenidən yoxlanıla bilməz.
9. Cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5029/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
12. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. İş materialları ilə müəyyən edilir ki, cavabdehin hazırkı şikayətinin dəlilləri ilə eynilik təşkil edən digər şikayəti iş üzrə əvvəlki məhkəmə baxışı gedişində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamış, həmin qərardaddan vermi ş olduğu kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd edilən qərarlardan görünür ki, şikayətin qeyri-mümkün hesab edilməsinə səbəb həmin şikayətdə göstərilən dəlillərin iş üzrə digər cavabdehlər tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri əsasında həm apelyasiya, həm də kassasiya instansiya məhkəmələri tərəfindən yoxlanılması olmuşdur.
14. Bundan başqa qeyd edilməlidir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4461/2015 nömrəli 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Səbinə Hüseynovanın (Süleymanova) vermiş olduğu əvvəlki kassasiya şikayəti əsasında yoxlanılmış və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(102)-411/2024 nömrəli qərarı ilə yalnız Səbinə Hüs eynovaya (Süleymanova) münasibətdə ləğv edilərək təkrar apelyasiya baxışına göndərilmiş, kassasiya şikayətinin hazırkı şikayətlə eynilik təşkil edən digər dəlilləri isə (kredit müqaviləsinin etibarsız olması, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və s.) yuxarıda qeyd edilən əsaslara görə yoxlanılmamışdır.
15. Beləliklə, müəyyən edilir ki, cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı hazırkı məhkəmə aktının həm özünün, həm də iş üzrə digər cavabdehin kassasiya şikayətləri əsasında artıq yoxlanılmış hissələrini yenidən mübahisələndirmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələ lərinə dair” 04/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məh kəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5029/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birli kdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.