Məhkəmə qərarları › İş №2(102)-7164/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7164/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7164/2021 18.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5068/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-418/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbulundan apellyasiya instansiyası məhkəmə si tərəfindən prosessual müddətin ötürülməsi məsələsinə qiymət verilməməsi əsası ilə imtina olunmuş və mülki iş şikayətin mümkünlüyünün yenidən müzakirə edilməsi üçün həmin Məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-418/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən həmin Məhkəmənin 23 fevral 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Hazırda cavabdeh sonuncu qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.2.2-ci maddəsinə əsasən belə qərardaddan kassasiya şikayətinin verilməsinə yol verilmədiyindən şikayət qeyri-mümkün hesab edilməli və iş apellyasiya instans iyası məhkəməsinə qaytarılmalıdır. Həmin maddənin tələbinə görə, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallarda kassasiya şikayətinin qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilə bilməz. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402.2.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103 )-418/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar