Məhkəmə qərarları › İş №2(102)-7194/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7194/2019

29.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7194/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6888/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərə k Cavabdeh 05.01.2011-ci il tarixdə bağlanmış 813 nömrəli kredit müqaviləsinə əsasən, 4324,9 ABŞ dolları borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması; tutulan məbləğin Cavabdeh mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı,“VAZ-21074 minik” markalı (buraxılış ili 2010, ban-XTA210740B3037056, rəngi boz metal) avtomobilə yönəldilməsi; həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “xxxx” QSC-nə olan borcun ödənilməsi; satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsən ov) 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05.01.2011-ci il tarixli, 813 saylı Kredit müqaviləsi üzrə əsas borc 3886 ABŞ dolları, faiz borcu üzrə 3604,09 ABŞ dolları olmaqla cəmi 7490,09 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074 minik” markalı (buraxılış ili 2010, ban- XTA210740B3037056, rəngi -boz metal) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması və satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarıma tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx” QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandıırlmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış. Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx” QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə “xxxx” QSC arasında S-AVK-1532 saylı, 01.12.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “xxxx” QSC tərəfind ən borclu şəxs Cavabdeha dair sənədlər təhviltəslim aktına əsasən İddiaçı MMC həyata keçirilmiş. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı M MC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialı ilə Cavabdeh arasında 05.01,2011-ci il tarixdə bağlanmış 813 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit hesabı açılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yeri nə yetirərək pulu cavabdehə vermiş, lakin cavabdeh öhdəliklərinə əməl etməyərək götürdüyü krediti vaxtında qatarmamış və iddiaçıya borcu yaranmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialı maliyyə arayışına əsasən cavabdehin banka 3886 ABŞ dolları əsas borcu, 3604,09 ABŞ dolları faiz borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Cavabdeh tərəf iddianın təmin edilən hissədə mübahisələndirməmişdir. İddiaçı MMC iddia tələbinin rədd edilən hissədə apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin banka olan borcuna münasibətdə mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı dü zgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27.11.2018-ci il tarixli 22302 nömrəli ekspert rəyində “xxxx” ASC ilə borcalan Cavabdeh 05.01.2011-ci il tarixdə bağlanmış 813 nömrəli kredit müqaviləsi üzrə cavabdehin Banka yaranmış borcu hesablanmışdır. Belə olan halda, ekspert rəyini mötəbər sübut kimi qəbul edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.11,2018-ci il tarixli 22302 saylı rəyi ilə müəyyən edilmiş əsas borc üzrə 5449,89 və faiz borcu üzrə 875,01 ABŞ dollarının cəmindən 05.01.2013-cü il tarixdən sonra ödənilmiş 2000 ABŞ dolları hesablanmamışdır. Bu səbəbdən 6324,9 ABŞ dollarından 2000 ABŞ dolları çıxılmaqla borc məbləği 4324,9 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilərin ə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçı tərəf şikayətində irəli sürdüyü dəlillərlə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6888/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar