Məhkəmə qərarları › İş №2(102)-72/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-72/2025

10.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-72/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X2 X5 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi); əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi); Mülki hüquqda müddətlər; İddia müddəti; İddia müddətinin axımının dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Azəriqaz" X3 X5 İdarəsinə q arşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1195/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə əmrin surətinə görə, İddiaçı xx.xx.2019-cu ildən Şəmkir X5ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və əmrin verilməsi üçün əsas xx.xx.2019- cu il tarixli 1 il müddətinə bağlanmış müddətli əmək müqaviləsi olmuşdur. 2. xx.xx.2023-cü il t arixli 14-2-2-13/3-1K-852023 nömrəli əmrin surətinə görə, Cavabdeh İB-nin Şəmkir X5ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 14 nömrəli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. 3. 047452 nömrəli vəsiqənin surətinə görə, iddiaçı İİ dərəcəli əlildir. 4. xx.xx.2023-cü il tarixli, 14-2-2-132-490/2023 nömərli məktubuna görə, cavabdeh İB tərəfindən iddiaçıya məxsus əmək kitabçasının əslinin götürülməsi üçün Şəmkir RQİİnin İnsan resursları şöbəsinə yaxınl aşması təklif edilmişdir. 5. 29.12.2023-cü il tarixli arayışdan müəyyən edilib ki, iddiaçı işlədiyi dövrdə son 1 illik aylıq əmək haqqısı cədvəldə qeyd edildiyi kimi, cəmi 636.84 manat hesablanmışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin 06 iyul 2023-cü il tarixli 3-17-5/2-124576/2023 nömrəli məktubu ilə müəyyən olunub ki, iddiaçı cavabdeh İB tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu əsas göstərməklə 05 iyul 2023-cü il tarixdə həmin orqana müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunma sı, qətnamə icra olunan vaxta kimi məcburi iş buraxma müddəti üçün əməkhaqqının verilməsi, 51 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2016-ci ilin fevral ayından xx.xx.2019-cu il tarixə kimi cavabdeh təşkilatda müvəqqəti nəzarətçi-çilingər vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdən 2023-cü ilin iyun ayına kimi idarədə daimi olaraq nəzarətçi çilingər vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 2023-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Dəfələrlə cavabdehə mürac iət etməyinə, vəkil sorğusu təqdim etməyinə, mediasiyaya müraciət etməyinə baxmayaraq, işdən çıxmağı haqqında, işə qəbul haqqında, orta aylıq əməkhaqqı barədə və xasiyyətnamə ala bilməmişdir. Buna görə də iddia ərizəsində barəsində verilən əmrə istinad edə bilməmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən hesab edir ki, qaydalar pozulmuşdur. Əvvala ona görə ki, o, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişdirsə, bəs nə üçün onun izahatı alınmayıb? Onun vəzifəsindən azad olunmağı işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunmayıb? Onların bu barədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib? Eyni zamanda işdən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır.

9. İddiaçı id dianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, 2019-cu ildən cavabdeh İB-də işləyir, 2-ci qrup əlildir, əvvəlki illlərdə töhmət alsa da 500-ə yaxın abonentlə həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. 25 iyun 2023-cü ildə onu çağırmışlar və demişlər ki, işdən azad edilirsən, lakin o buna inanmadığından ona təqdim edilmiş əmri və əmək kitabçasını götürməmişdir.İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

10. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə da iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdeh təşkilata tərəfindən sorğu verilmişdir, lakin əmri gec almışlar. Bundan başqa, 27 iyul 2023-cü ildə mediasiyayya müraciət edilsə də həmin ilin oktyabr ayında məhkəməyə müraciə t edilmiş, lakin iddia ərizəsi geri qaytarılmışdır. Ona görə də yenidən noyabrda müraciət edilmişdir.

11. Cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, iddiaçı işlədiyi müddətdə peşə öhdəliklərinin icrasında çoxsaylı nöqsanlara yol verdiyindən dəfələrlə idarə rəhbərliyinin qərarı ilə barəsində intizam icraatı açılaraq intizam məsuliyyətinə cəlb edilmiş və intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Belə ki, İddiaçı işlədiyi müddətdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq əmrlərlə 8, o cümlədən 3 töhmət, 3 sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməklə, 2 (iki) aylıq əmək haqqının ¼ miqdarında cərimə edilməklə intizam məsuliyyətinə cəlb edilmişdir. Lakin, görülmüş islahedici tədbirlərə, edilmiş xəbərdarlıqlara, tətbiq olunmuş intizam tənbehi tədbirlərinə baxmayaraq İddiaç ı əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini icra etməməyə davam etmişdir. Bilərəkdən etinasızlığa və vəzifə səhlənkarlığına yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndini (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək), “b” bəndini (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “t” bəndini (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) dəfələrlə pozmuşdur. İddiaçı barədə toplanmış materiallar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini şərtləndirməsinə baxmayaraq, araşdırmalar zamanı əlavə edilmiş fakt təsdiqləylci sənədlərlə və səhv etirafedici iz ahatlarla onun səmimi etirafı, əmək fəaliyyəti, sosial vəziyyəti, yol verilmiş nöqsanın xarakteri nəzərə alınaraq rəhbərlik tərəfindən əksəriyyət işlərdə ona güzəşt olunması qərara alınmışdır. Buna baxmayaraq, İddiaçı yenə də hərəkətsizlik göstərərək çoxlu sayda təkrarlanan nöqsanlara yol verdiyinə, eləcə də bunları davam etdirdiyinə görə Şəmkir RQİİ tərəfindən müddəti bitmiş əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-73-cü maddələrinin tələblərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixdə 14-2-2-13/3-1K-85/2023 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş (əmək müqaviləsi müddətinin qurtarması ilə əlaqədar) və iddiaçı işlədiyi peşədən azad edilmişdir. Bundan başqa, İddiaçı əmək hüquqlarının mübahisələndirməsi hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixli 14-2-2- 13/3-1 K-85/2023 nömrəli əmrlə işdən azad olunmuş İddiaçı həmin tarixdə əmrlə tanış olmuş, lakin müvafiq qaydada imza qeydi etməkdən və əmək kitabçasının əslini qəbul etməkdən imtina etmişdir. Bu barədə müvafiq qaydada sənədləşmə aparılaraq xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə rəsmi qaydada məktub da göndərilmişdir ki, əmək kitabçasının əslini təhvil götürsün. Eyni zamanda, İddiaçı xx.xx.2023-cü il tarixdə bu barədə teleqramında, eləcə də yazdığı şikayət ərizəsində işdən azad olunduğunu, əmrin tarixini və.s məlumatları bildirmiş, hətta bu barədə rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə ətraflı izahat da vermişdir. Odur ki, iş üzrə toplanmış r əsmi məlumatlandırma sənədləşmələri, eləcə də İddiaçı özünün etirafedici sənədləşmələri fonunda onun həm işdən azad olunma əmrindən, həm də iş üzrə bütün sənədləşmələrdən tam məlumatlı olduğu müəyyən olunur. Belə olan halda iddia tələbinin qaldırılması mümkünlüyü araşdırılaraq müvafiq hüquqi qiymət verilməli, bundan sonra mahiyyəti üzrə araşdırma aparılmalıdır.

12. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-420/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddiaçının cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi proqul müddətində əmək haqqı” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2019c u il tarixində müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Şəmkir X5ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti 1 (bir) il müəyyən edilmişdir. Şəmkir X5ı İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2- 13/3-1K852023 əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya əmək kitabçasının götürülməsi barədə cavabdeh tərəfindən məktublar göndərilmiş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə mediasiyaya, xx.xx.2023-cü ildə isə işə bərpa tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmi şdir.

14. Məhkəmə ilkin olaraq hazırki mübahisənin həlli ilə bağlı onu qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixində 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmış, həmin müddət başa çatdıqdan sonra da iddiaçı qeyd edilən müəssisədə öz fəaliyyətini davam etdirmiş, cavabdeh də buna etiraz etməmişdir. Bununla da, tərəflər arasında olan əmək münasibətləri əvvəl müəyyən olunmuş müddətə, yəni bir il uzadılmışdır. Göründüyü kimi tərəflər arasında münasibətlər xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək, yəni 4 il müddətinə bu qaydada davam etmişdir. Əmək Məcəlləsinin tələblərinə görə isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Buna görə də məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçının əmək mü qaviləsi müddətli əmək müqaviləsi hesab edilir. Buna görə də cavabdehin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə istinad edərək, yəni 1 illik əmək müqaviləsinin müddətinin bitdiyinə görə iddiaçının işdən azad edilməsi barədə əmri əsaslı olmuşdur.

15. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddia həmçinin iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində işdən azad edilmişdir. İddiaçının öz izahatından da göründüyü kimi, həmin gün ona işdən azad edilməsi bildirilmiş və ona əmrin surəti və əmək kitabçasının verilməsi təklif edilmiş, lakin o buna inanmadığından əmri və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Ona rəsmi qaydada işdən azad edilm əsi barədə əmrin dəqiq nə vaxt verilməsi müəyyən edilməsə də, məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçı məhkəmədən əvvəl mediasiya sessiyasında iştirak etmişdir. “Mediasiya haqqında” AR Qanunun 21.5-ci maddəsinə əsaəsn mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Mülki işdən isə görünür ki, mediasiyanın tətbiqi barədətəklif xx.xx.2023-cü il tarixində göndərilmişdir.

16. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arası nda mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mülki işdən isə görünür ki, ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixində, saat 12:00-13:00-da Bakı 8 saylı Mediasiya Təşkilatında keçirilmişdir. İddiaçı iddia ərizəsi isə xx.xx.2023-cü ildə onun tərəfindən imzalanmış və həmin tarixdə məhkəməyə daxil olmuşdur. Hər nə qədər mediasiya prosesinin tətbiqi iddia müddətinin dayandırılmasına səbəb olsa da, iddiaçı İMS-nin keçirilməsi barədə arayışın tərtibindən, yəni xx.xx.2023-cü ildən çox sonra xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür.

17. Bundan başqa, məhkəmə iddianın məcburi proqul müddətində əmək haqqı ödənilməsi hissəsinə də qiymət verərək hesab edir ki, iddia işə bərpa his səsində təmin edilmədiyindən bu hissədə də təmin edilə bilməz.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə, 43-cü maddəsinin 3-cü hissəsinə, 45-ci maddəsinin 1, 3, 4, 5-ci hissələrinə, 47-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 296-cı maddəsinin 2 və 3-cü hissələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5 və 35.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia təl əbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun işdən azad olunmağı həmkarlar təşkilatında müzakirə olunmamışdır. Hansı səbəbdən bu məsələ barədə həmkarlar təşkilatının fikri öyrənilməyib? Məhkəmə qətnamədə göstərib ki, o, qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin gəldiyi bu qənaətlə razı deyil. Çünki, işə bərpa olunmağı ilə bağlı Əmək Müfəttişliyinə, Cavabdehnə və müxtəlif inzibati orqanlara, o cümlədən mediasiya şurasına müraciət etmiş dir və bu səbəbdən iddia verilməsi üçün müddəti ötürməmişdir. Bu barədə müvafiq sübutları məhkəməyə təqdim etsə də, qətnamədə həmin sübutlara qiymət verilməmişdir.

21. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ikinci qrup əlildir. Hazırkı tələb üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı işdən azad olunduqdan sonra Cavabdehnə, X4 Xidmətinə, o cümlədən mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr hələ sə onun özünə rəsmi qaydada verilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur, lakin bu barədə əmr ona verilməmişdir. İddiaçı 27 iyul 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir və mediasiya prosesi 07 sentyabr 2023-cü il tarixdə bitmişdir. Hazırkı iddia ərizəsi 20 noyabr 2023-cü il tarixdə məhkəməyə verilmişdir. 04 sentyabr 2023-cü il tarixdə bu iddia ilə məhkəməyə müraciət edilsə də, məhkəmə iddia ərizəsini geri qaytarmışdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx.xx.2024-cü il tarixi 2(104)-1195/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)420/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı Şəmkir X5ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti 1 (bir) il müəyyən edilmişdir. Şəmkir X5ı İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2- 13/3-1K-852023 əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin qəbul edilməsi barədə İddiaçı məlumatı olmuşdur. Hətta, əmək kitabçasının götürülməsi barədə cavabdeh təşkilat tərəfindən iddiaçıya məktub göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş və mediasiya prosesi 07 sentyabr 2023-cü il tarixdə yekunlaşmışdır. İddiaçı 20 noyabr 2023-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi də iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, iddiaçı müvafiq əmrlə tanış edilmiş, bundan sonra A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinə, 27 iyul 2023-cü il tarixdə Mediasiya Təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir.

25. İşdən aydın olunur ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında bildirmişdir ki, 25 iyun 2023-cü il tarixdə cavabdeh tərəf onu çağırmış və işdən azad edilməsini bildirərək, əmrin surətini və əmək kitabçasının verilməsini təklif etmişdir, lakin o, buna inanmadığından əmri və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir (bax səhifə 55 məhkəmə iclas protokolu).

26. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 06 iyul 2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, sonuncu 05 iyul 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu əsas göstərməklə həmin orqana müraciət etmişdir.

27. İşin göstərilən halları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı 05 iyul 2023-cü il tarixdə artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur ki, bununla da Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətinin axımı başlanmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki. İddiaçı 27 iyul 2023-cü il tarixdə, yəni iddia müddətinin axımının 22-ci günündə Mediasiya Təşkilatına müraciət etmiş və beləliklə iddia müddətinin axımı dayanmışdır. Mediasiya prosesi 07 sentyabr 2023-cü il tarixdə başa çatmışdır ki, bununla da qalıq (8 gün) iddia müddə tinin axımı davam etməyə başlamış və 16 sentyabr 2023-cü il tarixdə iddia müddəti bitmişdir.

29. Buna baxmayaraq İddiaçı isə 06 oktyabr 2023-cü il tarixdə, yəni iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra cavabdeh təşkilata qarşı işə bərpa tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 oktyabr 2023-cü il tarixli 2(076)-3248/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra da iddiaçı 20 noyabr 2023-cü il tarixdə yenidən hazırkı tələblə ilə məhkəməyə müraciət etmişdir.

30. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəf də iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

32. İddiaçının apellyasiya şikayətində göstərdiyi “işə bərpa olunmağı ilə bağlı Əmək Müfəttişliyinə, Cavabdehnə və müxtəlif inzibati orqanlara, o cümlədən mediasiya şurasına müraciət etmişdir və bu səbəbdən iddia verilməsi üçün müddəti ötürməmişdir” barədə dəlilini də kollegiya əsassız saymışdır.

33. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə görə, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir.

34. Əmək Məcəlləsinin 294.1-ci maddəsinə görə isə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar is tisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

35. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 36.

66. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə əmək mübühisələrinə məhz mediasiya prosesi şamil olunur. Mediasiya prosesinin nəticəsi müsbət olmadıqda isə, mübahisəyə Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən baxılır. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfin göstərilən dəlilini əsassız s ayır.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 83, 84-cü maddələrinə, 296-cı maddəsinin 2, 3, 7ci hissələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5, 35.1 və 35.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 377.1, 379.1.6 və 379.4-1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 82.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

38. İddiaçı (onun vəkili Nümayəndə) apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1195/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd etməklə onun cavabdeh təşkilatda uzun müddət işləməyini, ikinci qrup əlil olmağını, işin faktiki hallarını, kollektivdəki nüfuzunu nəzərə almamaqla maddi hüquq normalarını kobudluqla pozmuşdur.

40. Cavabdeh iddia edir ki, o, peşə öhdəliklərinin icrasında çoxsaylı nöqsanlara yol verdiyimdən ona qarşı intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Əgər nöqsanlara yol vermişdisə də, niyə izahatı alınmamışdır?

41. Cavabdeh tərəfindən işdən azad olunmağını qanunsuz hesab edir. Vəzifədən azad olunmağı niyə həmkarlar təşkilatında müzakirə olunmayıb? Niyə həmkarlar təşkilatının bu ba rədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib?

42. Məhkəmə öz qətnaməsində göstərir ki, məhkəməyə müraciət edərkən 2 gün gecikməyə yol vermişəm. Əslində işə bərpa olunmağım üçün tədbirlər görmüşdür. X6 Prezident Mehriban xanım Əliyevaya, Sokarın Baş idarəsinə, X1, Əmək Müfəttişliyinə və mediasiyaya müraciət etmişdir. İşə bərpa olunmağına cəhdlər göstərmişdir. Gəncə Mediasiya onu Bakı Mediasiya təşkilatına göndərmiş və bir az da zamanı burada itmişdir. Hesab edir ki, məhkəmə bu halları nəzərə almalı idi.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsinin mənasına görə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə biləməz. İş materiallarından da aydın göründüyü kimi məhkəmə qeyd olunan hallara əhəmiyyət verməmişdir.

44. Məhkəmə qətnaməsindən də aydın olduğu kimi cavabdeh məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

45. İşçinin işdən azad olunmağı işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunmalıdır. Onların bu barədə fikirləri soruşulmalı və rəsmi olaraq münasibətləri öyrənilməlidir. Daha sonra isə işçiyə rəsmi xəbərdarlıq edilməlidir. İşçi qanun pozuntusu törətmişdirsə, onun bu barədə izahatı alınmalıdır. Göründüyü kimi cavabdeh tərəf bunların heç birini etmədən onu qərəzli şəkildə işdən azad etmişdir.

46. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinin 1 və 3-cü hissələrinə, 186-cı maddəsinin 1 və 3-cü hissələrinə, 187-ci maddəsinin 1 və 2-ci hissələrinə, 1 89-cu maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 24.1, 77.1, 78.1, 88, 216.2, 217.3, 217.4, 385.1.2, 418.1 418.2 və 418.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

47. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

48. Maddə 68.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: … b) əmək müqaviləsinin müddətinin qurtarması;

49. Maddə 73.

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərd ən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

50. Maddə 83. 1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Əmək müqaviləsinə xita m verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

51. Maddə 84(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya): 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsini n) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2.Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3.Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstəril ən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

52. Maddə 296.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “M ediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

53. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

54. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

55. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

56. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

57. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

58. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

59. Maddə 377.1: İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

60. Maddə 3 79.1.6: Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.

61. Maddə 379.4-1: Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

62. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarıdüzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Məhkəmə iddia tələbini rədd etməklə onun cavabdeh təşkilatda uzun müddət işləməyini, ikinci qrup əlil olmağını, işin faktiki hallarını, kollektivdəki nüfuzunu nəzərə almamaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsinin tələbinin nəzərə alınmaması, işçinin işdən azad olunmağının işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunmalı old uğu, onların bu barədə fikirləri soruşulmalı və rəsmi olaraq münasibətləri öyrənilməli olduğu, daha sonra isə işçiyə rəsmi xəbərdarlıq edilməli olduğu, işçi qanun pozuntusu törətmişdirsə, onun bu barədə izahatının alınmalı olduğu barədə dəlilləri ilə razılaşmır və bildirir ki, əvvəla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsi intizam tənbehinin verilməsi şərtlərini tənzimləyir ki, hər hansı intizam tənbehinin verilməsi hazırkı iş üzrə mübahisə predmetinə aid deyil.Digər tərəfdən işin mübahisəsiz halıdır ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.Göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən dəlildə digər göstərilənlərə r iayət edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmur.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli 2(104)-1195/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar