Məhkəmə qərarları › İş №2(102)-720/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-720/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-720/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X5 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.A.Nuriyev) 2(007)- 91/2018 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, İddiaçı QSC ilə İmaməliyeva Asya Tatar qızı arasında Kredit xətti müqaviləsi üzrə bağlanmış 18 iyul 2014-cü il tarixli 02R000033690 saylı kredit razılaşması üzrə əsas borc üzrə – 68103,44 ABŞ dolları, faiz borcu üzrə – 13213,87 ABŞ dolları, cərimə üzrə borc – 1000,00 ABŞ dolları, cəmi 82317,31 (səksən iki min üç yüz on yeddi dollar 31 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, 30 manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının cavabdehlər İmaməliyeva Asya Tatar qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspert iza tədqiqatının dəyəri – 50 (əlli) manat İmaməliyeva Asya Tatar qızından, Hünbətova Məlahət Kərəm qızından və Cavabdeh2 müştərək qaydada alınıb dövlət büdcəsinə SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.A.Nuriyev) 2(007)- 91/2018 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə Cavabdeh6 oğlu öldüyündən, iş üzrə icr aata - tələbin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilinin açıq hərracdan satılması və cəmi 218833 (iki yüz on səkkiz min səkkiz yüz otuz üç) ABŞ dolları 21 sent məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İmaməliyeva Asya Tatar qızından, zamin Hünbətova Məlahət Kərəm qızından, mərhum İmaməliyev Kərəm Baxış oğlunun vərəsəsi, eləcə də zamin İmamalıyev Namiq Kərəm oğlundan ümumi qaydada tutulması; Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İmaməliyev Namiq Kərəm oğlunun həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.A.Nuriyev) 2(007)- 91/2018 nömrəli, 07 dekabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı QSC-nin nümayəndəsi Xr oğlunun Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli X №li qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməməsi, İddiaçı QSC-nin nümayəndəsi X oğlunun Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli X №li qərardadının ləğv edilməsi barədə şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 91/2018 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) x nömrəli, 11 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi və qərardadından verilmiş şikayətlərə irəli sürülmüş apellyasiya tələbləri bölünməz olduğundan qərardadın ləğv edilməsi barədə şikayətə ayrıca məhkəmə iclasında deyil digər apellyasiya tələbləri ilə birlikdə baxılması və araşdırılması qərara alınmışdır. Bakı Apellyasiya M əhkəməsi MK-nın (hakim X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) x nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, X saylı qətnaməsi və qərardadı ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada, mərhum Cavabdeh6 vərəsələri X qızı, Cavabdeh2 və Cavabdeh4 bərabər surətdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 68103,44 ABŞ dolları məbləğində əsas borc, 21086,70 ABŞ dolları məbləğində faiz borcu və 3000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 92.190,14 ABŞ Dolları məbləğində borc (ödəniş gününə u yğun məzənnə nəzərə alınmaqla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsum və 21 manat xidmət haqqı tutulması, tələb X nömrəli mənzilinə yönəldilməsi, mənzili açıq hərracdan satılması və cəmi 92.190,14 ABŞ Dolları məbləğində borc (ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat məbləğində müəyyən edi lməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, iddia tələbi Cavabdeh3 münasibətdə rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsinə çəkilmiş xərc 250 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdiriliməsi barədə ərizə ilə məhkə məyə müraciət edərək, cavabdehlər Cavabdeh1, zamin Cavabdeh3, mərhum Cavabdeh6 Baxış oğlunun vərəsəsi, eləcə də zamin Cavabdeh2 Kərəm oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 68103,44 ABŞ dolları məbləğində kredit borcu, 34742,07 ABŞ dolları məbləğində faiz borcu və 115987,7 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 218833,21 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 218833,21 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, i poteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Tatar qızından, zamin Hünbətova Məlahət Kərəm qızından, mərhum Cavabdeh6 oğlunun vərəsəsi, eləcə də zamin İmamalıyev Namiq Kərəm oğlundan ümumi qaydada tutulması; X mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh5 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, cavabdeh-zamin Cavabdeh3 aid hissədə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ver mir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2013-cü il tarixli X saylı kredit xətti müqaviləsi ilə cavabdehə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır.İddiaçı Q SC ilə Cavabdeh1 arasında Kredit xətti müqaviləsi üzrə bağlanmış 18 iyul 2014- cü il tarixli X saylı kredit razılaşması əsasında cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 101000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 İddiaçı QSC qarşısında zamin duraraq Cavabdeh1 15 mart 2013-cü il tarixli X5 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 16 iyul 2014-cü il tarixli X saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən mülkiyyətdə olan 22 saylı evin 2-ci mərtəbəsində 4-otaqlı, 56.92 m2 yaşayış, 18.4 kv.m y ardımçı, ümumi 75.32 kv.m sahədən ibarət 63 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdeh olmuş Cavabdeh6 19 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri olan Cavabdeh2, Cavabdeh5 və X4 23 yanvar 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 miras əmlakından bərabər payda irs almışlar. Miras əmlakı mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin B tikilisindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda is ə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, bunun nəticəsində bankın cavabdehlərdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Borclular müqavilə üzrə öhdəliyi yerinə yetirməmələrinə görə bank qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyətləri yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəz iyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İş materiallarından müəyyən edilir ki, kredit müqaviləsi üzrə borc məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü apellyasiya məhkəməsinin 02 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11494 saylı 10 iyul 2019cu il tarixli ekspert rəyindən görünür ki, 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin 18 iyul 2017-ci il tarixədək (müqavilə müddətinin sonunadək) olan əsas borcu 69364,14 ABŞ dolları, faiz borcu 21086,70 ABŞ dolları; 18 sentyabr 2018-ci il tarixə (birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən tarixə) olan əsas borcu 69364,14 ABŞ dolları, faiz borcu isə 35653,17 ABŞ dolları təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 68103,44 ABŞ dolları, faiz borcu isə 34742,08 ABŞ dolları təşkil etmişdir. Bank tərəfindən ödənilməsi tələb olunan əsas borcun az və faiz məbləğinin isə çox hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit borcu üzrə faiz borc məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, əsas borcu isə iddiaçı tərəfindən tələb olunan məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas borc məbləğinin ekspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində gös tərilən həddə qiymət verilməlidir. Buna görə də ekspertiza rəyi üzrə hesablanmış əsas borcu cavabdehlərdən tututlmamalıdır. Çünki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğinin cavabdehlərdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Göstərilən Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüqu q və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməli dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulmalıdır barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş 23 yanvar 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2, Cavabdeh5 və X4 mərhum X3 vərəsələridirlər və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin B tikilisindən bərabər hissələrdə irs almışlar. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi mərhum X3 vərəsələri Cavabdeh2, Cavabdeh5 və X4 miras əmlakını qəbul etməklə, eyni zamanda Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 22 saylı evin 63 saylı mənzilə də, vərəsəlik hüquqlarını əldə etmişlər. Belə olan halda onlar Cavabdeh6 bank qarşısında olan öhdəliklərinə öz paylarına uyğun olaraq məsuliyyət daşıyırlar. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorla rı qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilm ədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca i cra etmədikdə yönəldilə bilər. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqavilə si ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş X saylı mənzilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə ipoteka müqaviləsi bağlanan zaman mərhum Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 22 saylı evin 63 saylı mənzilin Banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş, evə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Qeyd olunan öhdəlikləri isə hazırda ipoteka predmetinə dair mülkiyyət hüquqları əldə etmiş, məhrumun vərəsələri Cavabdeh2, Cavabdeh5 və X4 icra etməlidir. Bundan əlavə, Bank ipote ka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş və bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmə diyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, Bank ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ona məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, əsas borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi ha qlı olaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlakXsaylı mənzilin 79.695 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Cavabdeh3 aid hissəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddə si və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddə sinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əl verişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin ar tırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarından aydın olur ki, Cavabdeh3 15 mart 2013-cü il tarixli kredit xətti müqaviləsi ilə tanış olsa da, 18 iyul 2014-cü il tarixli kredit razılaşmasına dair müəyyən edilmiş faizlər, kreditin müddəti və mə bləği ilə bağlı məlumatı olmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq zaminlik müqaviləsi kredit xətti müqaviləsi üzrə bağlanmış 18 iyul 2014-cü il tarixli kredit razılaşmasına münasibətdə etibarlı müqavilə olmamaqla Cavabdeh3 bu müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar