Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-721/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı ilk iddia, Cavabdeh1 və Cavabdeh4 İddiaçı, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə) qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-721/2023 (Açar sözlər: uydurma əqd; təmsilçilik) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və sair” tələblərinə dair ilk iddiası, Cavabdeh1 və Cavabdeh4 İddiaçı, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6592/2022 saylı, 14 oktyabr 2022ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsi ilə bağlıdır. Sahə 5 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşir.
2. Mübahisəli sahəni Cavabdeh1 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən satın almışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007ci il tarixdə Cavabdeh1 bu barədə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə verilmişdir. (cild 1, iş v. 86)
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Daşınmaz əmlakın AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini, etibarnaməyə əsasən Cavabdeh3 İddiaçı satmışdır.
5. Cavabdeh1 tərəfindən 25 il müddətinə Cavabdeh4 verilmiş xx.xx.2007-ci il tarixli etibarnaməyə əsasən, sonuncuya ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyriyaşayış sahəsinin alqı-satqısı üçün lazım olan arayışları almağı, sonra həmin qeyriyaşayış sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər hərəkətləri etməyi etibar etmişdir.
6. Cavabdeh1 tərəfindən 30 il müddətinə Cavabdeh3 verilmiş xx.xx.2015-ci il tarixli, ƏN №096547 nömrəli etibarnaməyə əsasən, sonuncuya harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və sair” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdə n aylıq 500 manat olmaqla, hal-hazırda cavabdehlərin əsassız əldə etdiyi 2.000 manat ödənilmiş icarə haqqı və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verildiyi vaxtadək hər ay 500 manat icarə haqqı, əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən keçmiş mülkiyyətçi həmin qeyri-yaşayış sahəsinin hal-hazırda icarədə olduğunu və aylıq 500 manat icarə haqqı ödənildiyini bildirmişdir. O, isə öz növbəsində, mübahisələndiri lən qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti olduğundan, icarəçilərin icarə haqqını ona ödəməklə qeyri-yaşayış sahəsindən istifadə etməyi planlaşdırmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra, qeyri-yaşayış sahəsinə gedərək, icarə haqqını tələb edən zaman, icarəçilər ona aylıq 500 manat icarə haqqını Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 və Cavabdeh2 ödədiklərini bildirmişlər.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4, İddiaçı, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi, Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66-05101-083008 olan, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi və ödə nilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. Qarşılıqlı iddia ərizəsini Cavabdeh1 onunla əsaslandırmışdır ki, İddiaçı adlı şəxsi tanımır, onunla arasında heç bir alqı-satqı müqaviləsi bağlanılmayıb, ona hər hansı əmlak satmamış və ondan pul almamışdır. Belə ki, o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satmış, elə həmin tarixdən də qeyri-yaşayış sahəsi Cavabdeh4 sərəncamına verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin üstündə yerləşən mənzili də qeyri-yaşayış sahəsi ilə birlikdə Cavabdeh4 satmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satarkən həmin əmlaka dair hüquqmüəyyənedici sənədini, yəni Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin əslini də ona vermişdir ki, gedib öz adına rəsmiləşdirsin. Cavabdeh4 xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin əmlakın onun adına keçirilməsini xahiş etdikdə, DƏDRXdən ona xx.xx.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Sonra ona məlum olmuşdur ki, həmin əmlak İddiaçı adına 50 saylı notariat ofisində qanunsuz olaraq özgəninkiləşdirilmişdir. 50 saylı notar iat ofisindən verilən məlumatda və notariat işinin materiallarında qeyd edilib ki, bu əməliyyatı 2015-ci ildə Cavabdeh1 Cavabdeh3 vermiş olduğu başqa bir etibarnamə əsasında Cavabdeh3 dələduzluq yolu ilə edib. Özgə əmlakını qanunsuz mənimsəyib. Həmin əmlakın sırf şəhadətnaməyə əsasən rekvizitləri göstərilməklə barəsində sərəncam vermək səlahiyyəti Cavabdeh4 olması göstərilib. Qeyd olunmalıdır ki, Cavabdeh3 özü hansısa qanunsuz yolla araşdırıb bilmişdir ki, Cavabdeh1 adına belə bir qeyri-yaşayış sahəsi vardır, ondan sonra 2021-ci ilin may ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yalandan məlumat verib ki, guya həmin qeyriyaşayış sahəsinin şəhadətnaməsini itirib. Ona yeni çıxarış verilib. Çıxarışı alandan sonra isə həmin əmlakı öz yaxın adamı (qardaşı arvadı) olan İddiaçı adına saxta alqı-satqı yolu ilə özgəninkiləşdirib. Guya 30.000 (otuz min) manata satıb. Hansı ki, o, nə həmin vaxt Azərbaycanda olmuş, nə ona hər hansı pul verilməmiş, nə də ki, adına hər hansı bank hesabı açılmamışdır. Əgər, o adam həqiqətən alıcı idisə almamışdan qabaq gəlib bir əmlaka baxmalı idi, görməli idi ki, həmin əmlaka kim sahiblik edir. Cavabdeh3 verilən etibarnamə Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması və ya hər hansı əməliyyatlar aparılması üçün verilməyib. O, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirib. Həmçinin, bu iş onun ilk əməli deyil, bundan qabaq da başqa adamların başına belə işlər gətiribdi. Onun Cavabdeh4 verdiyi etibarnamə 25 il müddətinə verilib, hal-hazırd a da qüvvədədir. Lakin ilkin iddiaçı qeyd edir ki, guya etibarnamə 2 il müddətinə verilmişdir. Elə buradan görünür ki, İddiaçı həmin əmlakı qanunsuz yolla alarkən hər şeydən məlumatlı olub. Onun adından formal olaraq etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda, adından etibarnamə ilə suiistifadə edən Cavabdeh3 və İddiaçı barəsində xüsusi qərardad qəbul edilməlidir.
11. Cavabdeh4 qarşılıqlı iddia ərizəsini Cavabdeh1 dəlillərini təkrarlamaqla əsaslandırmışdır.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-261/2022 saylı, 14 fevral 2022ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilkin iddia tələbinin qismən təmin edilməsi, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021- ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin qeyri-yaşayiş sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onlardan müştərək qaydada 2.000 manat vəsaitin tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx. 2015-ci il tarixli etibarnamə ilə 30 il müddətinə Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh3 etibarnamə əsasında Cavabdeh1 tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından digər cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və əmlak İddiaçı mülkiyyətinə keçmişdir. Hazırda ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh4, Cavabde h3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66-05101-083008 olan, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsini xahiş etsə də həmin müqavilənin və çıxarışın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, Cavabdeh1 tərəfindən Cavabdeh3 harada yerləşməsindən və nədə n ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və digər hərəkətləri etməyi etibar edilmiş və etibarnamənin müddəti xx.xx.2045-ci il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni xx.xx.2021-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, həmin etibarnamədə bütün əmlakları öz mülahizələrinə görə almaq, satmaq etibar edilmiş, Cavabdeh3 da Cavabdeh1 adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqısatqı müqaviləsi bağlamış, alqı -satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur.
14. Məhkəmə Cavabdeh1 Cavabdeh3 verdiyi etibarnaməni ləğv etdirməsi ilə bağlı qeyd etmişdir ki, etibarnamə ləğv edilsə də xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən etibarnamə qüvvədə olmuş və etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır.
15. Həmçinin məhkəmə “alqı-satqı müqaviləsinin və çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı onu da bildirmişdir ki, İddiaçı vicdanlı alıcıdır. Ona görə də onunla bağlanılmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış və qeydlər etibarsız hesab edilə bilməz. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud de yil, yuxarıda qeyd edildiyi kimi alıcı vicdanlı əldə edəndir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin oluna bilməz.
17. Məhkəmə qarşılıqlı iddia tələbində qeyd olunmuş “Cavabdeh3 2021-ci ilin aprel ayında müraciət edib həmin qeyri-yaşayış sahəsinin sənədlərinin texniki pasportunu və şəhadətnaməsini itirdiyini bildirmiş və ona çıxarış və texniki pasport vermişlər” dəlili ilə bağlı bildirmişdir ki, Cavabdeh3 bu hərəkətləri edərkən Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında etmiş, bu sənədləri etibarnamə təqdim edərək almışdır. Məhkəmə hesab etmişdir ki, bu hallar İddiaçı bağladığı alqı-satqı müqaviləsinin və onun adına olan çıxarışın ləğv edilməsi üçün əsas deyildir. Beləliklə, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cava bdeh4 İddiaçı qarşı “Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66-05101-083008 olan, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması” barədə qarşılıqlı iddia tələbi r ədd edilməlidir.
18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.8, 359.1, 362.1, 366.2-ci maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğu nun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarlarında təsbit olunmuş hüquqi mövqelərə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 birgə apellyasiya şikayəti vermiş, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış Reyestrdə 40-929 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********66-05101-083008 olan, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
20. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iş materialları ilə tam təsdiq olunur ki, Cavabdeh1 İddiaçı adlı şəxsi tanımır, onunla arasında heç bir alqı-satqı müqaviləsi bağlamayıb, ona hər hansə əmlak satmamış və ondan pul almamışdır. Belə ki, o, ünvan 6 ünvanında y erləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satmış, elə həmin tarixdən də qeyriyaşayış sahəsi Cavabdeh4 sərəncamına verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin üstündə yerləşən mənzili də qeyri-yaşayış sahəsi ilə birlikdə Cavabdeh4 satmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satarkən həmin əmlaka dair hüquqmüəyyənedici sənədini, yəni Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin əslini də ona vermişdir ki, gedib öz adına rəsmiləşdirsin. Lakin məhkəmə proses iştirakçılarının, tərəflərin, şahidlərin ifadələrini, işə əlavə edilmiş sübutları, sənədləri tam və hərtərəfli araşdırmadan iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən əsassız və qanunsuz qətnamə çıxarmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6592/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, İddiaçı ilk iddiası rədd edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh4 qarşılıqlı iddiası təmin olunmuş, ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinə dair satıcı Cavabdeh1 adından Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə notariat qaydasında təsdiq edilərək 4Ə- 929 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilmişdir. Həmçinin 30.000 (otuz min) manatın Cavabdeh3 alınaraq İddiaçı qaytarılmış, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 150 (yüz əlli) manatın İddiaçı və Cavabdeh3 müştərək qaydada alınaraq Cavabdeh1 və Cavabdeh4 verilməsi qət edilmişdir.
22. Apellyasiya məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, nümayəndəlik münasibəti həqiqi deyil. Bunu həmin münasibətin 2 subyekti – təmsil edilən və təmsilçi məhkəmədə təsdiq ediblər. Təmsil edilənin (Cavabdeh1) mövqeyi belədir ki, sahəni satmağı təmsilçiyə (Cavabdeh3) etibar etməyib və alqı-satqı müqaviləsində göstərilən pul (30.000 manat) təmsilçi tərəfindən ona verilməyib. Təmsilçinin (Cavabdeh3) mövqeyi belədir ki, o, alqı-satqı əməliyyatında təmsilçi olmayıb, sahəni özünə məxsus əmlak kimi üçüncü şəxsə (İddiaçı) satıb və alqı-satqı müqaviləsində göstərilən pulu (30.000 manatı) özünə götürüb. O, bunu birinci instansiya məhkəməsində verdiyi izahatda bildirib. Təmsilçi (Cavabdeh3) bu hərəkətini onunla əsaslandırır ki, sahəni daha əvvəl 20.000 manata Cavabdeh1 etibarnaməyə əsasən alıb, daha sonra isə özünə məxsus əmlak kimi satıb. Bu izahat həqiqi qəbul olunsa, deməli, Cavabdeh3 özü etiraf edir ki, o, alqı-satqı əməliyyatında həqiqi təmsilçi olmayıb, onun əsaslandığı xx.xx.2015-ci il tarixli etibarnamə isə alqı-satqı əqdini (sahənin Cavabdeh1 ilə Cavabdeh3 arasında 20.000 manata alqısatqısı barədə əqdi) pərdələdiyinə görə yalan əqddir. Lakin belə bir alqı-satqı əqdinin mövcud olduğunu Cavabdeh3 başqa heç kim təsdiq etmir. Ona görə də etibarnamə yalan əqd sayıla bilməz, əqdin yalan sayılması üçün 2 əqd müəyyən olunmalıdır: pərdələyən əqd və pərdələnən əqd. Buna baxmayaraq, təmsil edilən və təmsilçinin məhkəməyə verdiyi məlumatlar birlikdə qiymətləndirildikdə, belə qənaət formalaşır ki, təmsilçi (Cavabdeh3) təmsil edilən (Cavabdeh1) adından şəxsən özü barəsində əqd (xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi) bağlayıb. Yəni təmsilçi (Cavabdeh3) sahəni öz əmlakı kimi satıb və satışdan əldə edilən pulu özünə götürüb. Mülki Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırkı mübahisədə Mülki Məcəllədə müəyyənləşdirilmiş bu şərt pozulub. Mülki Məcəllənin 337.1ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu baxımdan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır.
23. Alqı-satqı müqaviləsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi uydurma əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi “niyyət” ifadəsindən istifadə olunub, yəni əqdin uydurma olub-olmadığı niyyətə əsasən təyin olunur. Alqı-satqı müqaviləsinin bağlandığı tarixə qədər satıcının nümayəndəsinin sahəni sat mağa, alıcının isə sahəni almağa yönələn hər hansı hərəkət etdiyi müəyyən olunmur. Yəni satıcının nümayəndəsi satış barədə elan verməyib və ya alıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib, alıcı isə qeyri-yaşayış sahəsi almaq üçün satıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib. Ümumiyyətlə, alıcının motivi və məqsədi bəlli deyil, yəni aydın deyil ki, alıcı sahəni hansı tələbatını ödəmək üçün alıb və oradan hansı məqsədlə istifadə etmək istəyib. Alıcı almaq istədiyi sahəyə baxış keçirməyib, satıcının nümayəndəsi isə satmaq istədiyi sahəni alıcıya göstərmək imkanına malik olmayıb, çünki giriş qapısının açarı onda olmayıb.
24. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra indiyə kimi sahə alıcıya təhvil verilməyib. Müqavilənin bağlanmasından 4 ay sonra alıcı sahənin ona verilməsi üçün məh kəməyə müraciət edib, məhkəmə icraatı 1 ildən çoxdur ki, davam edir, yəni 1 il 4 aydır ki, alıcı dəyərini ödədiyi sahəyə sahib çıxa bilmir. Əgər alqı-satqı həqiqi olsaydı alıcı müqavilənin ləğv edilməsini və ödədiyi pulun geri qaytarılmasını tələb edərdi. Çünki hazırkı iddianın verilməsi vaxt itkisinə və əlavə xərclərə (məhkəmə rüsumları, vəkil xərci və s.) səbəb olur.
25. Həmçinin nəzərə alınmalıdır ki, alıcı məhkəməyə iddia verərkən satıcının nümayəndəsini (Cavabdeh3) cavabdeh kimi göstərməyib. Halbuki, məhz satıcının nümayəndəsi satıcının adından alıcının qarşısında öhdəlik götürüb ki, xx.xx.2021-ci il tarixinədək sahəni alıcının faktiki sahibliyinə verəcək (müqavilənin 11-ci bəndi), alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlak verəcək (müqavilənin 8-ci bəndi), habelə təminat verib ki, əmlakla əlaqədar məhkəmə mübahisəsi yoxdur (müqavilənin 9-cu bəndi). O cümlədən alıcı sahənin qiymətini məhz satıcının nümayəndəsinə ödəyib. Əgər alqı-satqı müqaviləsi üzrə öhdəlik pozulubsa, belə halda alıcının qarşısında məsuliyyət daşıyan əsas şəxs satıcının nümayəndəsi (Cavabdeh3) olmalı idi. Bütün bunlar isə onu təsdiq edir ki, alı-satqı həqiqi deyil, müqavilə satıcının nümayəndəsi ilə alıcının arasında görünüş üçün bağlanıb.
26. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, alqı-satqı müqaviləsi uydurma əqddir. Ona görə də məhkəmə Mülki Məcəllənin 340.1 və 337.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalı və müqavilənin nəticəsində dövlət reyestrində alıcının mülkiyyəti hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməlidir.
27. İlk iddia xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanır, həmin müqavilə isə etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Ona görə də ilk iddia təmin edilə bilməz.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 337.5, 340.1, 359.3-ci maddələrinə, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şi kayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadəsində saxlamaqla, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını öz mülahizəsinə əsasən, cavabdehlərin mənafeyinə uyğun qaydada müdafiə edərək, məhkəmə iclasında tədqiq edilmədən, birinci və apellyasiya instansiya məhkəməsində cavabdehlər Cavabdeh4 və Cavab deh2 məhkəməyə ünvanladığı sualları təkrarlamaqla, qətnamənin əsası yalnız iddiaya münasibətdə cavablandırılmamış suallardan ibarət olmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi məhkəmə iclasında hər hansı sübutu tədqiq etməmiş, qətnamədə sadaladığı sualların cavablandırılmasına təşəbbüs belə göstərməmiş, niyyəti qətnamənin ləğv edilməsi olduğundan, iddiaçının məhkəməyə verdiyi iddia tələbinin niyə müqavilənin ləğvi deyil, qeyri-yaşayış sahəsinin boşaldılmalı olması, alqı-satqı müqaviləsi bağlandığı vaxt həmin qeyri- yaşayış sahəsinə baxış keçirməklə, dəfələrlə qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı cavabdehlərə müraciət etmişdir. Lakin iddiaçı məhkəməyə qeyriyaşayış sahəsinin boşaldılması ilə bağlı müraciət etdikdən sonra, Azərbaycan Respublikasının hüdudlarından kənarda olm aqla, həm Cavabdeh3, həm də Cavabdeh4 qeyri-yaşayış sahəsi ilə bağlı bütün səlahiyyətlərin verilməsini etibar edən Cavabdeh1 digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 ilə pis niyyətlə razılığa gəlmişlər. Onların hansı səbəbdən belə razılığa gəlmələri isə aydın deyil. Cavabdeh2 qanunsuz zəbt edilmiş iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam etmək niyyətində olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində Cavabdeh2 aldığını iddia etdiyi qeyri-yaşayış sahəsini 2007-ci ildən 2021-ci ilədək həmin qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmaması müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə iş üzrə heç bir araşdırma aparmamışdır. İlk iddia üzrə Cavabdeh1 hər iki ş əxsə eyni qeyri-yaşayış sahəsinə dair bütün səlahiyyətlərin ötürülməsini təsdiq edən etibarnaməni verməkdə hansı məqsəd güdməsi aydın deyil. Amma hər iki etibarnamə ilə tərəflərin niyyətinin qeyri-yaşayış sahəsinin sənədləşmə işlərinin aparılmalı olması təsdiq olunur. Buna baxmayaraq, Cavabdeh3 etibarnamənin qüvvədə olduğu müddətdə, qeyriyaşayış sahəsini ona etibar edilmiş etibarnamə əsasında özəlləşdirmiş, öz adından deyil, etibarnamə əsasında Cavabdeh1 adından çıxış edərək, alqı-satqı müqaviləsi bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində sual ünvanlayaraq, İddiaçı hansı səbəbə Cavabdeh3 cavabdeh qismində işə cəlb etmədiyi sualını ünvanlamış, məhkəmə iclasında bu sualı iddiaçının nümayəndəsi və vəkili olaraq ona ünvanlasaydı cavabını almış olardı. Cavabdeh3 alqı-satqı müqaviləsi bağlanarkən öz adından deyil, Cavabdeh1 adından çıxış etdiyindən, iddiaya cavab verməli olan şəxs olmamışdır. Apellyasiya instansiyası məhkəməsi guya Cavabdeh3 və Cavabdeh4 hər ikisinin qeyri-yaşayış sahəsini guya dəyərini ödəməklə alması qənaətinə gəlsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində qeyd olunan şəxslərin həmin qeyri-yaşayış sahəsini dəyərini ödəməklə alması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, cavabdehlər bu barədə istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 məhkəməyə dəvət etdiyi şahid ifadələri əsasında guya tərəflər arasında qeyri-rəsmi alqı-satqı olması qənaətinə gəlmişdir. Lakin məhkəmə iclasında Cavabdeh4 2007-ci ildən guya dəyərini ödəməklə al dığı qeyri-yaşayış sahəsini mülkiyyətinə keçirməməsini, Cavabdeh1 təmsil edən nümayəndəsinin məhkəmə iclaslarında yalnız Cavabdeh4 və Cavabdeh2 dediklərini təkrarlamaqla, X2 mövqeyini ümumiyyətlə məhkəməyə bildirməmiş, onun izahatı məhkəmə iclasında tədqiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı mövqeyi qanunsuz və əsassız olmuşdur. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış əqdi etibar olunanın mənafeyi üçün əqd bağlamamasına istinad etməklə etibarsız hesab etmişdir. Lakin, iş materiallarında alqı-satqı müqaviləsinin təmsil olunanın mənafeyi əleyhinə bağlanmasına dair sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasit əsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan etibardan sui-istifadə hallarından qorun sun. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malikdir və onun qanuni maraqları təmin edilməlidir. Etibarnamədə təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçinin hərəkətləri də etibar edənin istək və maraqlarının təmin olunmasına yönəlməlidir. Hazırkı işdə təmsilçi Cavabdeh3 etibarnamənin qüvvədə olduğu müddətdə qeyri-yaşayış sahəsini məhz təmsil etdiyi Cavabdeh1 mülkiyyətinə keçirmiş, bununla bağlı dövlət rüsumlarını belə özü ödəmişdir. Cavabdeh1 tərəfindən və digər cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi mübahisələndirilməmiş, qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirməmişdir. Beləliklə, cavabdeh şəxsən özü barəsində əqd bağlamamış, Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilmiş tələblərə riayət olunmuşdur. Bundan başqa, mül ki qanunvericilik tələb edir ki, etibarnamə verilmiş şəxs hərəkətləri şəxsən özü etməlidir. Yalnız iki istisna halda təmsilçi həmin hərəkətlərin icrasını başqa şəxsə tapşıra bilər. Birincisi, o buna vəkil edilməlidir, ikincisi etibarnaməni verənin mənafelərinin qorunması üçün şərait buna məcbur etməlidir. Hazırkı işdə Cavabdeh1 Cavabdeh3 verdiyi etibarnamədən görünür ki, notariat ofisi alqı-satqı müqaviləsi bağlanarkən etibarnamənin qüvvədə olub-olmamasını yoxlamış və etibarnamə yalnız birinci instansiya məhkəməsində Cavabdeh2 və Cavabdeh2 Kamil oğluna qarşı iddia qaldırıldıqdan sonra, onların təkidi ilə məhkəmə prosesi getdiyi zaman ləğv edilmişdir. Halbuki, X2 etibarnamə verildiyi zamandan həmin etibarnaməni ləğv etməyə kifayət qədər zamanı və imkanı olmuşdur. Cavabdeh1 etibarnaməni ləğv etməməsi halı elə özlüyündə təsdiq edir ki, Cavabdeh3 niyyəti onun məqsədi öz maraqlarını təmin etmək olmamışdır. Hazırkı işdə Mülki Məcəllənin 337.5. maddəsinin tətbiqi istisna olunur. Çünki sübuta yetirilmişdir ki, Cavabdeh1 ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında real alqı-satqı münasibətləri mövcud olmamış, satılan qeyri-yaşayış sahəsinə görə Cavabdeh1 qeyri-yaşayış sahəsinə görə pul alınmamış, mövcud olan etibarnamələrə alqı-satqı kimi qiymət verilməsi, apellyasiya instansiya tərəfindən yanlış olmuşdur. Lakin, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız əqd olması ilə bağlı işə baxan məhkəmənin qənaəti düzgün olmamış və formal əsaslara görə qətnamənin ləğv olunaraq yenidən iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi düzgün olmamışdır. A pellyasiya instansiya məhkəməsinin öz qərarında sadaladığı cavabdehlərin bildirdiyi hallar mübahisələndirilən alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə görünüş üçün bağlandığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsinə əsasən qanuni əsaslarla İddiaçı mülkiyyətinə keçmişdir. Belə olan halda isə sonuncunun öz mülkiyyəti üzərində sərbəst qaydada sərəncam vermək hüququ vardır. Qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbləri əsaslı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 14.2, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi qətnaməni ləğv edərək, ilk iddianın təmin edilməməsi qənaətinə gələrkən, mübahisənin faktiki hal larını, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almadan, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən etiraz verilmiş, etiraz qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Həmçinin etirazda qeyd olunmuşdur ki, bu əmlakı Cavabdeh3 X2 verdiyi etibarnamə əsasında dələduzluq yolu ilə əldə edib. Özgə əmlakını qanunsuz mənimsəyib. Hatəm Ramazanov da Cavabdeh3 adına olan həmin əmlakı barədə hər hansı sərəncamverici səlahiyyət verməyib. Cavabdeh4 veril miş etibarnamə sırf əmlakın şəhadətnaməyə əsasən rekvizitləri göstərilməklə barəsində sərəncam vermək səlahiyyəti onda olması göstərilib. Bütün göstərilənlər sübut edir ki, qarşılıqlı iddia əsaslıdır. Apellyasiya məhkəməsi qərar qəbul edərkən hər hansı maddi və prosessual pozuntuya yol verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin ş əxsə qarşı mübahisə edilir.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üç ün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
39. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Mə cəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1-ci ma ddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
55. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
56. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, nümayəndəlik münasibəti həqiqi olmamış, təmsil edilən Cavabdeh1 qeyri-yaşayış sahəsini alıcı İddiaçı 30.000 manata satmağı təmsil edən Cavabdeh3 etibar etməyib. Təmsil edən Cavabdeh3 alqı-satqı müqaviləsində göstərilən 30.000 manat pulu təmsil edilənə verməyib. Təmsilçi Cavabdeh3 məhkəmədə verdiyi izahatında mövqeyini belə əsaslandırmışdır ki, o, sahəni əvvəl 20.000 manata Cavabdeh1 etibarnaməyə əsasən almış, daha sonra isə özünə məxsus əmlak kimi satmışdır. O, a lqı-satqı əməliyyatında təmsilçi olmayıb, sahəni özünə məxsus əmlak kimi üçüncü şəxs İddiaçı satıb və alqı-satqı müqaviləsində göstərilən 30.000 manat pulu özünə götürüb. Bu izahata əsasən Cavabdeh3 özü etiraf etmişdir ki, o, alqı-satqı əməliyyatında həqiqi təmsilçi olmayıb, onun əsaslandığı xx.xx.2015-ci il tarixli etibarnamə isə alqı-satqı əqdini (sahənin Cavabdeh1 ilə Cavabdeh3 arasında 20.000 manata alqı-satqısı barədə əqdi) pərdələdiyinə görə yalan əqddir. Lakin belə bir alqı-satqı əqdinin mövcud olduğunu Cavabdeh3 başqa heç kim təsdiq etmir. Ona görə də etibarnamə yalan əqd sayıla bilməz, əqdin yalan sayılması üçün 2 əqd müəyyən olunmalıdır: pərdələyən əqd və pərdələnən əqd. Təmsil edilən və təmsilçinin məhkəməyə verdiyi məlumatlar birlikdə qiymətləndirildikdə, belə qənaət formalaşır ki, təmsilçi Cavabdeh3 təmsil edilən Cavabdeh1 adından şəxsən özü barəsində əqd, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Yəni təmsilçi Cavabdeh3 sahəni öz əmlakı kimi satıb və satışdan əldə edilən pulu özünə götürmüşdür. Mülki Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırkı mübahisədə Mülki Məcəllədə müəyyənləşdirilmiş həmin şərt pozulmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu baxımdan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi uydurma əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Görün düyü kimi “niyyət” ifadəsindən istifadə olunub, yəni əqdin uydurma olub-olmadığı niyyətə əsasən təyin olunur. Alqı-satqı müqaviləsinin bağlandığı tarixə qədər satıcının nümayəndəsinin sahəni satmağa, alıcının isə sahəni almağa yönələn hər hansı hərəkət etdiyi müəyyən olunmur. Yəni satıcının nümayəndəsi satış barədə elan verməyib və ya alıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib, alıcı isə qeyri-yaşayış sahəsi almaq üçün satıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib. Alıcı almaq istədiyi sahəyə baxış keçirməyib, satıcının nümayəndəsi isə satmaq istədiyi sahəni alıcıya göstərmək imkanına malik olmayıb, çünki giriş qapısının açarı onda olmayıb.
57. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra indiyə kimi sahə alıcıya təhvil verilməyib. Müqavilənin bağlanmasından 4 ay sonra alıcı sahəni n ona verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə icraatı 1 ildən çoxdur ki, davam edir, yəni 1 il 4 aydır ki, alıcı dəyərini ödədiyi sahəyə sahib çıxa bilmir. Əgər alqı-satqı həqiqi olsaydı alıcı müqavilənin ləğv edilməsini və ödədiyi pulun geri qaytarılmasını tələb edərdi. Çünki hazırkı iddianın verilməsi vaxt itkisinə və əlavə xərclərə (məhkəmə rüsumları, vəkil xərci və s.) səbəb olur.
58. Həmçinin apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, alıcı məhkəməyə iddia verərkən satıcının nümayəndəsini (Cavabdeh3) cavabdeh kimi göstərməyib. Halbuki, məhz satıcının nümayəndəsi satıcının adından alıcının qarşısında öhdəlik götürüb ki, xx.xx.2021-ci il tarixinədək sahəni alıcının faktiki sahibliyinə verəcək (müqavilənin 11-ci bəndi), alıcıya üçüncü şəxslərin hüquqlarından azad ə mlak verəcək (müqavilənin 8-ci bəndi), habelə təminat verib ki, əmlakla əlaqədar məhkəmə mübahisəsi yoxdur (müqavilənin 9-cu bəndi). O cümlədən alıcı sahənin qiymətini məhz satıcının nümayəndəsinə ödəyib. Əgər alqı-satqı müqaviləsi üzrə öhdəlik pozulubsa, belə halda alıcının qarşısında məsuliyyət daşıyan əsas şəxs satıcının nümayəndəsi Cavabdeh3 olmalı idi. Bütün bunlar isə onu təsdiq edir ki, alı-satqı həqiqi deyil, müqavilə satıcının nümayəndəsi ilə alıcının arasında görünüş üçün bağlanmışdır. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, alqı-satqı müqaviləsi uydurma əqddir. Ona görə də məhkəmə Mülki Məcəllənin 340.1 və 337.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalı və müqav ilənin nəticəsində dövlət reyestrində alıcının mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməlidir.
59. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində qeyd olunan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
60. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə əlavə kimi onu da qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı heç bir məhkəmə iclasında şəxsən iştirak etməməklə də adına rəsmiləşdirilmiş sahənin məhkəmə qay dasında ona qaytarılmasına şəxsi marağının olmamasını nümayiş etdirmişdir.
61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.
62. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsas ı mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağ lı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düz gün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hall ar işin materiallarına uyğun olsun.
66. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edi lməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6592/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.