Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-721/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət barədə mübahisə, şikayətin vəkil tərəfindən tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6847/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərardadından cavabd eh tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 6 fevral 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 85.000 manat məbləğində borc verməyi, sonuncu isə xx.xx.2022-cü il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürmüşdür. Birinci instansiyası məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85.000 manat (Mərkəzi Bankın həmin günkü məzənnəsinə əsasən 50000 (əlli min) USD) məbləğində borcun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdehin nümay əndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı ərizə təqdim edərək, hazırkı mübahisənin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6847/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.
5. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsi və iş materiallarının Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 6 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət onu verən şəxs (onu n qanuni nümayəndəsi və ya nümayəndəsi), yəni hazırkı iş üzrə iddiaçının qanuni nümayəndəsi və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı və vəkilin orderi iş materiallarına əlavə olunmalıdır. Bununla belə, iş materiallarından görünür ki, kassasiya şikayəti cavabdehin vəkili və nümayəndəsi kimi Vəkil2 tərəfindən imzalansa da, kassasiya şikayətinə Vəkil2 cavabdehi Ali Məhkəmədə təmsil etmə üçün verilmiş müvafiq vəkil orderi əlavə edilməmiş, işdə olan vəkil orderində vəkilin yalnız birinci instansiya məhkəməsində tapşırığı icra etmək səlahiyyəti qeyd edilmişdir.
8. Cavabdeh kassasiya şikayəti verərək, 6 dekabr 2023-cü il tarixli qərardadın ləğv edilməsi və 15 noyabr 2023-cü il tarixli qərardaddan verilmiş şikayətin kassasiya instansiyası tərəfindən icraata götürülməsi barədə qərar qə bul olunmasını xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə aidiyyətinə dair ərizənin rədd edilməsi barədə şikayəti verdikdə, iş materiallarında order mövcud olmuşdur. Cavabdeh 15 noyabr 2023-cü il tarixli qərardaddan kassasiya şikayəti deyil, şikayət vermiş və birinci instansiya məhkəməsinin hakimi bu şikayəti özü təmin edərək, qərardadı ləğv edə bilərdi. Onun həmin qərardadı ləğv etməməsi isə ehtimal olunan haldır və cavabdeh şikayətin ləğv olunub-olunmayacağını ehtimal edə bilməzdi. Yəni qərardaddan şikayət məhz birinci instansiya məhkəməsində olan icraat çərçivəsində verilmiş, iş materiallarında cavabdehin vəkilinin orderi mövcud olmuş və həmin şikayət geri qaytarıla bilməzdi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur (maddə 403-1.3). Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər (maddə 403-1.4). Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı, şikayətə vəkilin orderi əlavə olunmalıdır (maddə 407.3, 407.4).
11. Birinci instansiya məhkəm əsi şikayəti geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, kassasiya şikayətinə vəkilin cavabdehi Ali Məhkəmədə təmsil etmək üçün verilmiş müvafiq vəkil orderi əlavə edilməmiş, işdə olan vəkil orderində vəkilin yalnız birinci instansiya məhkəməsində tapşırığı icra etmək səlahiyyəti qeyd edilmişdir.
12. İlk növbədə nəzərə alınmalıdır ki, prosessual qanunvericilik məhkəmə aidiyyətinə dair qərardadın geri qaytarılması barədə qərardaddan kassasiya instansiya məhkəməsinə verilən şikayətin vəkil tərəfindən imzalanmasını və şikayətə orderinin əlavə olunmasını tələb edir. MPM-də belə orderin məhkəmə icraatının hansı mərhələsi üçün verilməsi barədə xüsusi qayda müəyyən edilməmişdir.
13. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə məhkəmə mübahisəsi birinci instansiya məhkəməsinin icraatındadır və həmin icraat yekunlaşmamışdır. Baxmayaraq ki, iş aidiyyət barədə məsələnin (bununla bağlı qərardadın geri qaytarılmasından verilən şikayətin) həll edilməsi üçün kassasiya instansiya məhkəməsinə göndərilmişdir, cavabdehin vəkili ona birinci instansiya məhkəməsində icraat çərçivəsində hüquqi yardım göstərir. Bu halda işdə iştirak edən şəxsin üzərinə ona hüquqi yardım göstərən vəkillə kassasiya instansiyası məhkəməsində hüquqi yardım göstərməklə bağlı yeni müqavilə bağlanması (kassasiya instansiya məhkəməsində hüquqi xidmət üçün ayrıca order alınması) öhdəliyinin qoyulması, mülki prosesdə vəkilin məcburi iştirakının təmin olunması ilə bağlı hüquq normalarının məqsədlərinə cavab vermir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində yuxarı instansiya məhkəməsində hüquq i yardım göstərən vəkillərin bununla bağlı xüsusi ixtisaslaşması qaydası da nəzərdə tutulmamışdır.
14. Məhkəmə tərkibi qeyd olunanlara belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələyə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
15. Qarışıq məhkəmə tərkibi yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 403-1ci maddəsini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6847/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iş 15 noyabr 2023-cü il tarixli qərardaddan verilmiş şikayətin mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.