Məhkəmə qərarları › İş №2(102)-722/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-722/2022

31.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-722/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2454/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ilə X4 2004-cü ildə el adəti üzrə toy etməklə ailə qurub evlənmişlər. Nikahlarını 13 iyul 2005-ci ildə Masallı rayon Təklə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. “VAZ - 21074 minik” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 2005-ci il buraxılışlı, parlaq ağ rəngli avtomobil 04 yanvar 2018-ci ildən Cavabdeh mülkiyyətindədir, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas alğı-satqı müqaviləsidir. Masallı Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(050)-2036/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, qızıl-zinət və cehiz əşyalarının alınması, birgə nikahları dövr ündə əldə etdikləri əmlaklarda payı müəyyən olunaraq ona çatan hissəsinin və ya dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini birgə nikah dövründə alınmış “VAZ 21074” minik markalı, **-ZJ-*** qeydiyyat nişanlı avtomobilə münasibətdə dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, həmin avtomobildə ½ hissədə payının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdeh 03 iyul 2019-cu ildə sərxoş halda əlində bıçaqla onun üzərində gələrək onu öldürəcəyi ilə hədələyib evdən qovmuşdur. Ona görə də o, qorxusundan özünə məxsus cehiz, mal-qara və qızıl-zinət əşyalarını belə götürməyə imkan tapa bilməmişdir. Cavabdehə dəfərlərlə müraciət etmiş və cavabdeh cehi zlərinin bir hissəsini ona geri qaytarmışdır. Lakin cavabdeh iddiasında qeyd edilən cehiz əşyalarını və birlikdə əldə etdikləri əmlakları verməkdən əsassız imtina etmişdir. Belə ki, həmin əmlaklar demək olar ki, onun əməyinin nəticəsində əldə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ilə ər-arvad olaraq yaşadıqları dövrdə tikdikləri tikililərin və aldıqları əmlakların siyahısı aşağıdakı kimidir; 2 ədəd 6 metrlik xalça və ya dəyəri 300 manat, 2 ədəd 4 metrlik xalça və ya dəyəri 200 manat, 1 ədəd (2,50x3,50 metrlik) xalça və ya dəyəri 100 manat, 1 ədəd (2x3 metrlik) xalça və ya dəyəri 50 manat, 25 metr linenium yer klyonkası və ya dəyəri 50 manat, 1 ədəd 10 metr daroşka və ya dəyəri 300 manat, 1 ədəd paltaryuyan maşın və ya dəyəri 120 manat, 1 ədəd neh rə (paltaryuyan) və ya dəyəri 250 manat, 1 ədəd ariston hamam suqızdırıcısı və ya dəyəri 150 manat, 1 ədəd krosnı antena və ya dəyəri 200 manat, 1 ədəd nootbuk kompyuter və ya dəyəri 800 manat, zabor zifir dəmir, varata və ya dəyəri 800 manat, naves 8 mert uzunu 4 metr eni tikintisi üçün xərclənmiş vəsait 1000 manat, hamamın tikintisi üçün xərclənmiş vəsait 300 manat, 12 mertlik tövlənin tikintisi üçün xərclənmiş vəsait 2500 manat, quyunun qazılması üçün xərclənmiş vəsait 150 manat, 6 ədəd aynəbənd (pulu qardaşı vermişdir), 1 ədəd qaz peçkası və ya dəyəri 40 manat, ev təmiri üçün xərclənmiş vəsait 500 manat, varatanın qoyulması üçün xərclənmiş vəsait 200 manat, 1 ədəd tək nəfərlik taxt və ya dəyəri 200 manat, 1 ədəd şirə çəkən maşın və ya dəyəri 160 manat, 1 ədəd ət çəkən maşın və ya dəyər i 50 manat, 4 ədəd tefal qazan və ya dəyəri 40 manat olmaqla, cəmi 8460 manat. Cavabdehlə birgə nikahda yaşadıqları dövrdə aldıqları, saxladıqları heyvanların və quşların siyahısı: qara inək balası ilə birlikdə və ya dəyəri 1600 manat, sarı inək balası ilə birlikdə və ya dəyəri 2000 manat, tövlədə bağlı olan çəkisi 180 kiloluq bir ədəd cöngə və ya dəyəri 1800 manat, qara düyə və ya dəyəri 1000 manat, 19 ədəd ördək və ya dəyəri 95 manat, 27 ədəd qaz və ya dəyəri 270 manat olmaqla, cəmi 6765 manat. Həddiyyə 1 ədəd soyuducu və ya dəyəri 700 manat, qızıllar 1 ədəd qızıl nişan üzüyü qaşlı və ya dəyəri 200 manat, 1 ədəd qırmızı qaşlı üzük və ya dəyəri 250 manat, iddiaçının satdığı - atasının verdiyi 1 ədəd qızıl 30 qramlıq sep və ya dəyəri 2000 manat olmaqla, cəmi 3150 manat, cehizləri və xal çaları 1 ədəd termos və ya dəyəri 40 manat, çuqun qəfədan və ya dəyəri 40 manat, 3 ədəd lampa və ya dəyəri 25 manat, 1 ədəd mis kəfkir və ya dəyəri 30 manat, video və ya dəyəri 500 manat, 1 ədəd çılçıraq və ya dəyəri 70 manat, qəfədan və ya dəyəri 40 manat, 1 ədəd stolüstü xalça böyük və ya dəyəri 100 manat, 2 ədəd balaca stolüstü və ya dəyəri 70 manat, divan kreslo xalçası və ya dəyəri 150 manat, 1 ədəd taxtüstü xalça və ya dəyəri 150 manat, 10 metr ağ güllü parça və ya dəyəri 30 manat, 4 metr ağ zərli parça və ya dəyəri 20 manat, 4 metr qırmızı xara və ya dəyəri 20 manat, 6 ədəd prostina və ya dəyəri 36 manat, 6 ədəd süfrə skater və ya dəyəri 50 manat, 16 metr süfrə və ya dəyəri 50 manat, 3 ədəd pastel dəsti və ya dəyəri 60 manat, 1 ədəd anqolka yaylıq və ya dəyəri 5 manat, 1 ədəd yapon yaylıq və ya dəyəri 5 manat olmaqla, cəmi 1575 manat, avtomobil 6000 manat. Masallı Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli iddianın təmin tədbirinin görülməsinə dair qərardadının icrası ilə əlaqədar Masallı rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 23 oktyabr 2019-cu il tarixli aktda qeyd olunmuşdur ki, tələbkar X2 məxsus əmlakların olduğu Masallı rayon Mollahəsənli kəndində yerləşən evə baxış keçirilmiş və evdə olan Samsung markalı televizor, 1 ədəd jurnalni miz, 3 ədəd dəmir çarpayı, 1 ədəd taxta çarpayı, 3 ədəd döşək, 7 ədəd balış, divar saatı, stolüstü saat, 1 ədəd düzəlmə peç, 1 ədəd krosno aparatı və tarelkası (super max), 1 ədəd video player, 1 ədəd köhnə soyuducu, 1 ədəd qaz piltəsi, 1 ədəd stol köhnə, 8 ədəd stul köhnə, 6 ədəd yorğan, 9 ə dəd nimdar, 2 ədəd çexol (köhnə vəziyyətdə), 2 ədəd prastina (köhnə vəziyyətdə), 1 ədəd lüstür, 1 ədəd sandıq, 1 ədəd çamadan, 2 ədəd paltaryuyan maşın (Rus istehsalı ağ və göy), 1 ədəd stolüstü vintilyator, 1 ədəd vintilyator (ayaqlı), 2 ədəd köhnə boş çamadan, 1 ədəd tikiş maşını, 4 ədəd böyük boşqab, 3 ədəd kasa, 10 ədəd balaca tarelka, 1 ədəd bulud, 1 ədəd çörək qabı, 1 ədəd çəngəl, 1 ədəd çömçə, 7 ədəd balaca qaşıq, 8 ədəd böyük qaşıq, 3 ədəd stəkan, 1 ədəd qaz balonu, 1 ədəd xalça, 1 ədəd divar xalçası (yerə sərilmiş), 1 ədəd köhnə dəmir əl-üz yuyan, 1 ədəd sarı inək, 1 ədəd su qızdırıcı qazla (hamamda quraşdırılmışdır) adda əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuş, saxlanılması üçün Cavabdeh təhvil verilmişdir. Əmlak üzrinə həbs qoyulma zamanı cavabdeh bildirmişdir ki, siyahı ya alınana əmlaklar ona məxsusdur, lakin iş məhkəmə baxışında olduğu üçün siyahıya almaya heç bir etirazı yoxdur. Həmçinin siyahıya alınma zamanı evin pəncərələri, navest, zabor, şifer, dəmir (iddia ərizəsində göstərilmiş) siyahıya alınaraq üzərinə həbs qoyularaq saxlanılması üçün Cavabdeh təhvil verilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, özünə məxsus cehiz əşyalarının müəyyən hissəsini cavabdehə məxsus evdən götürərək özü ilə aparmış olsa da, digər cehiz əmlaklarını cavabdeh ona verməmişdir. Götürmuş olduğu əmlakları icra nümayəndəliyinin və bələdiyyənin əməkdaşlarının iştirakı ilə siyahı tərtib olunmaqla götürmüşdür. Cavabdehin bacıları ona məxsus qalan əmlakları evdən götürərək aparmışlar. İddia ərizəsində video aparat qeyd olunmuşdur ki, hazırda ona dair tələbi yoxdur. Cehiz gətirmiş olduğu lüstür (çıl-çıraq) həmin evin ikinci mərtəbəsində yerləşən otaqdan hazırda asılı vəziyyətdədir. İcra məmuru tərəfindən siyahıya alınaraq üzərinə həbs qoyulmuş əmlaklardan yalnız prostinalar və lustr ona məxsus olandır. Digər əşyalar ona məxsus deyildir. Belə ki, ona məxsus olan və götürə bilmədiyi əmlaklar cavabdehin bacıları tərəfindən evdən gizlin götürülmüşdür. Həmçinin həmin siyahıya alınan əmlaklardan soyuducu onun atası tərəfindən ona hədiyyə olunmuş olsa da, cavabdeh bunu etiraf etmir, soyuducunun birgə nikah dövründə onun tərəfindən alındığını iddia edir. Ona məxsus qızıl nişan üzüyü cavabdehlə birlikdə yaşayarkən Möhübbət elektrik xəttinə kənar xətt ilə qoşulduğu üçün onlara yazılmış cərimənin ödənilməsi üçün satılmış və cərimə ödənilmişdir. Atasının onun hədiyyə etmiş olduğu 30 qram çəkidə, 2000 manat dəyərində olan qızıl sepi birgə nikah dövründə satmışlar və əldə olunan pul vəsaitini tövlənin inşa edilməsinə sərf etmişlər. Qırmızı qaşlı qızıl üzüyü isə o, özü satmış və həmin vəsait hesabına müalicə olunmuşdur. O, 2019-cu ilin iyul ayında cavabdehə məxsus evdən çıxmışdır. Həmin evdən çıxarkən iddia ərizəsində qeyd etdiyi iri-buynuzlu heyvanlar, həmçinin qaz və ördəklər də evdə olmuşdur. Sonradan cavabdeh həmin heyvanları sataraq pullarını mənimsəmişdir. Cavabdehin hazırda evində olan 2 ədəd paltaryuyan maşın onların birgə nikahı dövründə əldə olunmuşdur. Həmçinin 1 ədəd su qızdırıcı pitminutka 100 manata (iddia ərizəsində “Ariston” suqızdırıcı kimi qeyd olunmuşdur), 100 manata gidrafon və 200 manata krosno antena almışlar. Nikah dövründə həyət darvazasının alınmasına 300 manat, evin giriş dəmir qapısının alınması üçün 200 manat, hamamın inşa olunmasına 250 manat, tövlənin inşa edilməsinə 2500 manat pul xərcləmişlər. O, cavabdehin evinə gedərkən həyətlərində quyu olmuşdur. Lakin həmin quyu yararsız olduğundan yenidən qazılmış və qazıntıya 150 manat pul xərclənmişdir. O, həmin evə köçərkən aşağı mərtəbənin aynəbəndi olmuş olsa da, lakin yuxarı mərtəbənin aynəbəndi olmadığı üçün, qardaşı tərəfindən yuxar mərtəbəyə aynabənd tikilmişdir. Həmçinin tək nəfərlik taxtın alınması üçün cavabdehə 60 manat, qaz peçinin alınması üçün isə birgə nikah dövründə 40 manat məbləğində pul xərclənmişdir. Birgə nikah dövründə cavabdeh “VAZ 21074” markalı avtomobil almışdır ki, hazırda da onun istifadəsindədir. Həmin avtomobilin yarı payı onundur. Odur ki, ona məxsus cehiz əşyaların və ya onların dəyərinin cavabdehdən alınıb ona verilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakların isə dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində cavabdeh iddianın əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etmiş və izahatında göstərmişdir ki, hazırda idarə etdiyi və ona məxsus “VAZ-21074” minik markalı avtomobil iddiaçı ilə birlikdə yaşadıqları nikah dövründə alınmış olsa da, bölünə bilməz. Belə ki, iddiaçı ilə 15 il birlikdə yaşamışlar və həmin dövrdə onun bir neçə ədəd avtomobili olmuşdur. İlk olaraq onun “Moskviç” markalı a vtomobili olmuşdur. Həmin avtomobillərin hər birini alarkən ondan öncəki avtomobili satmış və yenisini almışdır. Bu onu deməyə əsas verir ki, həmin əmlak ilk əmlakın satışından əldə olunub. Həmin avtomobil də iddiaçı ilə nikahdan əvvəl onda olmuşdur. Həmçinin iddiaçı özünə məxsus cehiz əşyalarının hər birini icra nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə siyahıya alaraq aparmışdır. Hazırda o, yenidən ailə həyatı qurmuşdur. İddiaçının qeyd etdiyi video maqintafon hazırda evdədir. Lakin iddiaçı hazırda həmin əmlaka dair mübahisə etmir. İddiaçının ərizəsində sadalamış olduğu xalçalardan ümumiyyətlə xəbərdar deyildir. Qeyd olunan xalçalar evdə olmamışdır. Soyuducunu isə iddiaçının atası deyil, evli olduqları zaman o özü almışdır. Hazırda həmin “Çinar” markalı soyuducu ona məxsus evdə istifa də olunmaqdadır və onu iddiaçıya vermək fikrində deyildir. Ərizədə qeyd olunan 2 ədəd paltaryuyan maşınların hər ikisi evdədir və həmin əşyalar da birgə nikah dövründə alınmışdır. Qeyd olunan paltaryuyanları da iddiaçıya vermək fikrində deyildir. İddiaçının qeyd etdiyi qara inəyi balası ilə birlikdə 1600 manata Masallı rayonu Tatyan kənd sakininə satmış və satışdan əldə olunmuş pulu saxlamaq üçün iddiaçıya vermişdir. Sarı inəyin balası olmamış, onu 1050 manata satmışdır. Əvəzində isə başqa inək almışdır. İnək hazırda onun həyətindədir. Cöngəni 1800 manata, qara düyəni isə Masallı rayonu Xoşçobanlı kənd sakininə 1000 manat pula satmış və həmin pul vəsaitlərini də iddiaçıya vermişdir. Belə ki, həmin heyvanları iddiaçı evdən getməzdən qısa müddət öncə satdığından, pulları da ona vermişdir. Hə mçinin onların təsərrüfatında ördək və qaz heyvanları olmamışdır. İddiaçının istədiyi notebookdan xəbərdar deyildir və hazırda harada olmasını bilmir. Həmçinin həmin notebook iddiaçı üçün deyil, onların saxladığı uşaq üçün alınaraq ona hədiyyə olunmuşdur. Bundan başqa iddiaçı ərizəsində həddindən artıq şişirdilmiş rəqəmlər qeyd etmişdir. Belə ki, hamamın tikilməsi üçün cəmi 140 manat pul xərclənmişdir. Tövləyə isə sadəcə şifer almış, digər materialları isə köhnə evlərindən çıxmış materiallardan əldə olunmuşdur. Darvaza (vorota) üçün 300 manat, evə dəmir giriş qapısı üçün isə (vorota) bacısı oğlu vasitəsi ilə 200 manat xərclənmişdir. Tək nəfərlik taxtı isə 40 manata almışdır. Evin təmirinə isə ümumiyyətlə hər hansı məbləğidə pul xərclənməmişdir. Belə ki, ev köhnə olmaqla əhəmiyyətsiz dərə cədə az təmir olunmuşdur ki, ona da hər hansı məbləğ demək olar xərclənməmişdir. Məhkəmədə tətqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2020-ci il tarixli, 9/2746 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “VAZ-21074” markalı, mühərrikin həcmi 1568 kub/sm olan 2005-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hazırki orta bazar qiyməti təxminən 5500 (beş min beş yüz) manat müəyyən olunur. Həmçinin iddia ərizəsində qeyd edilən, tədqiqata təqdim olunmayan malların istifadədə olması nəzərə alınmaqla nəzəri qaydada orta bazar qiyməti paltaryuyan maşin 1 ədədinin qiyməti 80 manat, 2 ədədinin qiyməti 160 manat, krosno antena (aparatı ilə birgə) 1 ədədinin qiyməti 60 manat, qaz peçi 1 ədədinin qiyməti 40 ma nat, tək nəfərlik taxt 1 ədədinin qiyməti 110 manat, soyuducu 1 ədədinin 1 qiyməti 90 manat, 1 baş sarı inəyin nəzəri qaydada hazırki bazar qiyməti 1800 manat müəyyən olunur. Məhkəmədə tətqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/2688 saylı ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmenti olan və hazırda cavabdehin istifadəsində olan həyətində inşa edilmiş zifir dəmirdən olan hasarın tikintisinə 543 manat, darvazanın tikintisinə 300 manat, 8 metr uzunluğu, 4 metr eni olan navestin tikintisinə 447 manat, hamamın tikintisinə 1200,2 manat, tövlənin tikintisinə çəkilmiş xərcləri 2944 manat olmaqla, ümumilikdə hazırki orta bazar qiymətinə uyğun olaraq təqribi qiyməti 5434,2 manat müəyyən edilmişdir. Masallı Rayon M əhkəməsinin (hakim Ayaz Səlimov) 23 aprel 2021-ci il tarixli 2(050)19/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh mülkiyyətində olan “VAZ - 21074 minik” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə iddiaçı X1, ½ hissədə Cavabdeh payları müəyyən olunmuş, Cavabdeh iddiaçı X2 məxsus 1 ədəd çıl-çıraq (lyustr) və ya dəyəri 70 manat və 2 ədəd prostina və ya dəyəri 12 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X2 verilməsi, Cavabdeh 1 baş balası ilə birlikdə qara inəyin satışında əldə olunmuş vəsaitin yarısı olan 800 manat, sarı inəyin satışından əldə olunmuş vəsaitin yarısı olan 525 manat, 1 baş cöngənin satışından əldə olunmuş vəsaitin yarısı olan 900 manat, 1 baş qara düyənin satışından əldə olunmuş vəsaitin yarısı olan 500 manat, 2 ədəd istifadə olunmuş paltaryuyan maşının dəyərinin yarısı olan 80 manat, istifadə olunmuş krosna antenanın (aparatı ilə birlikdə) dəyərinin yarısı olan 30 manat, istifadə olunmuş su qızdırıcının (pitiminutkanın) dəyərinin yarısı olan 50 manat, istifadə olunmuş qaz peçinin dəyərinin yarısı olan 20 manat, istifadə olunmuş tək nəfərlik taxtın dəyərinin yarısı olan 20 manat, istifadə olunmuş Çinar markalı soyuducunun dəyərinin yarısı olan 45 manat, dəmir darvazanın dəyərinin yarısı olan 150 manat, evin dəmir giriş qapısının dəyərinin yarısı olan 100 manat, zifir hasarın dəyərinin yarısı olan 250 manat, navesin dəyərinin yarısı olan 223 manat, hamamın tikintisinin dəyərinin yarısı olan 125 manat, tövlənin tikintisinin dəyərinin yarısı olan 1250 manat olmaqla, ümumilikdə 5068 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus əşyalardan yalnız 1 ədəd çıl-çıraqın və 2 ədəd prostinanın hazırda cavabdehə məxsus evdə olması müəyyən olunduğundan, iddiaçı isə qalan digər əşyaların mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim etmədiyindən iddia həmin hissdə qismən təmin edilməli, cavabdehdən 1 ədəd çıl-çıraq və ya dəyəri 70 manat və 2 ədəd prostina və ya dəyəri 12 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən qızıl-zinət əşyalarının alınması tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus 1 ədəd qızıl nişan üzüyü tərəflərin birgə yaşadığı dövrdə onların elektrik borcuna görə yaranmış borclarının ödənilməsi üçün satılmış və həmin borcun ödənilməsinə sərf olunmuş, digər qızmızı qaş üzük isə iddiaçının özü tərəfindən satılaraq onun müalicəsində sərf olunmuşdur. Həmçinin iddiaçıya atası tərəfindən verilmiş 30 qram çəkidə olan qızıl boyunbağı isə satılmış və əldə olunan vəsait tərəflərin birgə nikahı zamanı tikilmiş tövlənin inşa edilməsinə xərclənmişdir. Qeyd olunan xüsusatları iddiaçı məhkəmə iclasında öz izahatı ilə təsdiq etmişdir. Odur ki, məhkəmə iddianının qızıl-ziynət əşyalarının tələbi hissəsinin əsassız olması qənaətinə gəlir. Məhkəmə iddiaçının tərəflərin ər-arvad olduqları dövrdə aldıqları və saxladıqları heyvan quşlarının dəyərinin cavabdehdən alınması tələbinə münasibətdə qeyd etm işdir ki, tərəflərin birgə nikah dövründə təsərrüfatlarında bir baş balası ilə birlikdə qara inək, bir baş sarı inək, bir baş cöngə və bir baş qara düyələrinin olması işin mübahisəsiz hallarındandır. Həmçinin cavabdeh balası ilə birlikdə qara inəyi 1600 manata, 180 kiloqram çəkidə olan cöngəni 1800 manata və qara düyəni isə 1000 manata satmasını etiraf etmişdir. Ekspertiza rəyi ilə isə sarı inəyin hazırki bazar qiymətinin 1800 manat olması müəyyən olunmuşdur. (Lakin ekspertlər tərəfindən həmin inəyə baxış keçirilmədən rəyə nəzəri qaydada bazar qiyməti yazılmışdır) Cavabdeh sarı inəyi satdıqdan sonra əvəzinə başqa bir inək aldığını, digər 3 baş heyvanın satışından əldə olunmuş pul vəsaitini isə iddiaçıya verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə olan halda heyvanların satışından əldə olunmuş pul vəsaitlərinin cavabdeh tərəfindən iddiaçıya veridliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd olunan xüsusatları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdeh həmin heyvanların satışından əldə olunmuş vəsaitlərin iddiaçıya aid hissəsini özündə saxlamaqla iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin birgə təsərrüfatında ördək və qaz quşlarının olması müəyyən olunmamışdır. Beləliklə qeyd edilən hissədə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1 baş balası ilə birlikdə qara inəyin satışında əldə olunmuş vəsaitin yarısı olan 800 manat, sarı inəyin satışından əldə olunmuş vəsaitin yar ısı olan 525 manat, 1 baş cöngənin satışından əldə olunmuş vəsaftin yarısı olan 900 manat, 1 baş qara düyənin satışından əldə olunmuş vəsaitin yarısı olan 500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının tərəflərin ər-arvad olaraq birgə yaşadıqları dövrdə aldıqları əşyaların dəyərinin cavabdehdən alımnası tələbinə münasibətdə qeyd etmişdir ki, iddia həmin əşyalara münasibətdə qismən təmin olunmalı, cavabdehdən hazırda onun istifadəsində olan 2 ədəd istifadə olunmuş paltaryuyan maşının dəyərinin yarısı olan 80 manat, istifadə olunmuş krosno antenanın (aparatı ilə birlikdə) dəyərinin yarısı olan 30 manat, istifadə olunmuş su qızdırıcının (pitiminutkanın) dəyərinin yarısı olan 50 manat, istifadə olunmuş qaz peçinin dəyərinin yarısı olan 20 manat, istifadə o lunmuş tək nəfərlik taxtın dəyərinin yarısı olan 20 manat və istifadə olunmuş Çinar markalı soyuducunun dəyərinin yarısı olan 45 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tərəflərin ər-arvad olaraq birgə yaşadıqları dövrdə inşa etdikləri tikililərin dəyərinin cavabdehdən alınması tələbinə münasibətdə qeyd etişdir ki, tərəflərin hər ikisinin izahatları ilə müəyyən olunmuşdur ki, həyətin dəmir darvazasının alınması üçün 300 manat və evin dəmir giriş qapisinin alınması üçün 200 manat məbləğində vəsait xərclənmişdir. Həmçinin təqdim olunmuş ekspert rəyində də, dəmir darvazanın material ilə birlikdə quraşdırılmasının dəyəri 300 manat məbləğində dəyərləndirilmişdir. Ekspert rəyində zifir dəmir zaborun tikintisinin dəyərinin 543 manat olması qeyd olunmuş olsa da, iddi açı həmin məbləği daha az, yəni 500 manat məbləğində qiymətləndirmişdir. İddia ərizəsində Navesin tikintisinin dəyəri 1000 manat məbləğində qiymətləndirilmiş olsa da, ekspert rəyi ilə onun dəyərinin 447 manat məbləğində olması müəyyən olunmuşdur. Bundan başqa ekspert rəyi ilə hamamın tikintisinin dəyərinin 1200,2 manat məbləğində olması müəyyən olunsa da, iddia ərizəsində iddiaçı 250 manat məbləğində qiymətləndirmişdir. Həmçinin ekspert rəyi ilə tövlənin tikintisinin dəyəri 2944 manat məbləğində müəyyən olunsa da, iddia ərizəsində iddiaçı bu işin dəyərini 2500 manat məbləğində dəyərləndirmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, əsassız varlanmaya dair müddəalar iddianın hazırki hissəsinə münasibətdə də tətbiq olunmalı və cavabdehdən dəmir darvazanın dəyərinin yarısı olan 150 manat, evin dəmir giriş qapısının dəyərinin yarısı olan 100 manat, zifir hasarın İəyərinin yarısı olan 250 manat (iddia ərizəsində göstərilmiş dəyərə uyğun), navesin dəyərinin yarısı olan 223 manat (ekspert rəyinə əsasən müəyyən olunmuş dəyərə uyğun), hamamın ikintisinin dəyərinin yarısı olan 125 manat (iddia ərizəsində göstərilmiş dəyərə uyğun), tövlənin tikintisinin dəyərinin yarısı olan 1250 manat (iddia ərizəsində göstərilmiş dəyərə uyğun) alınaraq idiaçıya verilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və İsmayıl Əhmədov) 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instan siya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər ona münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsində iştirak edərkən verdiyi izahatında, həm də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə birgə nikahları dövründə əldə edərək saxladıqları mal-qaranı münasibətləri pozulmamışdan az öncə sataraq, pullarını iddiaçının özünə vermişdir. Bu zaman cavabdeh saxladıqları mal-qaranın hamısının hansı zərurətdən satılmasına, ümumiyyətlə iddiaçı ilə münasibətləri pozulmamışdan az əvvəl satılmasına və satışından əldə olunan pul vəsaitinin iddiaç ıya verilməsinə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Əgər həqiqətdə bu belə olsaydı, onda gərək cavabdeh də birgə nikahları dövründə əldə edərək saxladıqları mal-qaranın satışından əldə olunan pul vəsaitində payının müəyyən olunmasına dair qarşılıqlı iddia verəydi. Bundan başqa tərəflərin birgə nikahları dövründə cavabdehin adına alınan "VAZ2107" markalı avtomobilə münasibətdə cavabdehin arqumentləri həmin avtomobilin birgə nikahları dövründə əldə edilən əmlak kimi qiymətləndirilməsinin düzgün olmamasından ibarət olmuş, cavabdeh bildirmişdir ki, evliliklərinə qədər onun “Moskviç” markalı avtomobili olmuş, iddiaçı ilə evli olduqları 15 il ərzində bir-neçə avtomobil alıb satmış, hər dəfə köhnəni satıb, yenisini almışdır. Cavabdeh qeyd olunan arqumentlərini isbat edə biləcək sübut lar verməmiş, avtomobillə bağlı işdə olan yeganə sübut isə avtomobilin alğı-satqı yolu ilə iddiaçının adına rəsmiləşdirilməsi barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsidir hansı ki, tərəflərin birgə nikahları dövründə 04 yanvar 2018-ci ildə verilmişdir. Cavabdehin apelyasiya şikayətinin digər hissələr də olan dəlilləri ilə bağlı da, iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlard an istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edi lməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh in apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülk iyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki,onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir,həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Maddə 668.1.3. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2454/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar