Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-723/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-723/2025 Kateqoriya (açar sözlər): hərracın nəticələrinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbin ə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2024-cü il tarixli 2(107)-1096/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir Şəhər Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli, e-2(051)1477/2023 saylı qətnaməsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2011-ci il tarixli **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X1, cavabdehlər İddiaçı1, İddiaçı2 və X2 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.metr, ümumi 47,69 kv.metr yaşayış, 20.61 kv.metr yardımçı sahədən ibarət, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvanda yerləşən 3 otaqlı mənzilin (bund an sonra mübahisəli mənzil) hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 45970 manat məbləğdə müəyyən edilməsi və satış pulunun paylı mülkiyyətçilər olan X4, İddiaçı1, İddiaçı2 və X6 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir.
2. Cavabdeh1 sifarişi əsasında mübahisəli mənzil hərraca çıxarılmışdır.
3. Cavabdeh2 MMC tərəfindən 15 fevral 2024-cü il tarixdə hərrac keçirilmiş və Cavabdeh3 hərracın qalibi elan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 15 fevral 2024-cü il tarixli 19 nömrəli protokolun ləğv olunması v ə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçılar iddia tələbinin həcmini artıraraq Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********3205101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, 15 fevral 2024-cü il tarixdə keçirilmiş hərracın qalibi Cavabdeh3 mübahisəli mənzili 45970 manata almışdır. Bu barədə "xxxx" MMC tərəfindən hərracın yekunlarına dair 19 nömrəli protokol tərtib olunmuş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Lakin qeyd olunan protokol və müqavilə ilə qəti olaraq razı deyillər. Belə ki, keçirilmiş hərrac barədə onlara heç bir məlumat verilməmişdir. İddiaçılar keçirilmiş hərrac barədə xəbərsiz olmuşlar. Halbuki mübahisəli mənzilin mülkiyyətçisi kimi qeyd olunan mənzil ilk növbədə onlara təklif olunmalı idi. Hərrac təşkilatı qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, onlara hərracın keçirdiyi yer və vaxt barədə heç bir məlumat vermədən mənzili hərraca çıxarmışdır. Bu isə onların qanunla qorunan hüquqlarını kobud şəkildə pozmu şdur. 7. "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlanaraq qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 286434/2023-3-14 nömrəli sifariş məktubu əmlakın açıq hərracda satılmasının təmin edilməsi üçün Cavabdeh2 MMC-yə göndərmişdir. Əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərək qanuni qüvvəsini almış qətnamədə öz əksini tapmışdır. İlkin satış qiyməti 45970 manat məbləğində müəyyən edilmişdir. İlkin hərracın keçirilmə tarixi xx.xx.2024-cü il olaraq göstərilməklə, xx.xx.2024-cü il tarixdə açıq hərracın keçirilməsinə dair 10 saylı bildiriş Cavabdeh2 MMC tərəfindən poçt vasitəsilə iddiaçıların qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçıların özünün iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin “525-ci” qəzetinin xx.xx.2024-cü il tarixli, 7 (6295) nömrəli buraxılışında qeyd edilmişdir. Cavabdeh2 MMC-nin təşkil etdiyi hərrac xx.xx.2024-cü il tarixdə baş tutmuşdur. Əmlak Cavabdeh3 tərəfindən alınmış və hərracın yekunlarına barədə eyni tarixli, 19 nömrəli protokolla rəsmiləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, bütün bildirişlər vaxtında borcluya çatdırılmış, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və həqiqətə uyğun deyildir.
8. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzili hərrac nəticəsində əldə etmiş və onunla alqı-satqı müqaviləsi bağl anmışdır. Həmin müqaviləyə əsasən o, sözügedən mənzil üçün 45970 manat ödəniş etmişdir. Ona görə də, iddiaçılar tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş edir.
9. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçılar guya mənzilin satışından xəbərləri olmadığını və mənzili özləri almaq istədiklərini bildirmişlər. Lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etmiş və kompensasiya verilməsi ilə bağlı məhkəmə iclasında razılığa gəlməmişlər. İddiaçıların onlara məlumat verilməsi ilə əlaqədar bildirdikləri yalan olmaqla bərabər onlara məlumat verilməsinə də ehtiyac yoxdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu o deməkdir ki, borcluya məlumat verilməməsi hərracın nəticələrinə heç bir təsir etmir. Bundan əlavə, hərracın nəticələri barədə iddiaçılar məlumatlı olmuş və bunu istisna edən iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası qanunvericiliyində hərracın nəticələrinin ləğvi üçün borcluya məlumat verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Əksinə, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarında buna ehtiyac olmaması qeyd edilm işdir. Ona görə də, iddiaçılar tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş etmişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(051)-920/2024 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsinə dair iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildirişdən görünür ki, mübahisəli mənzilin açıq hərracının keçirilməsi xx.xx.2024cü il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti məhkəmə qətnaməsi ilə 45.970 manat müəyyən edilmişdir. Xəbərnamədən görünür ki, Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildiriş iddiaçıların yaşayış yeri olan mübahisəli mənzilin yerl əşdiri ünvanına göndərilmiş, bildiriş ünvana çatdırılmışdır və xx.xx.2024-cü il tarixdə iddiaçılar X6, X4, İddiaçı1 və İddiaçı2 tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh2 MMC tərəfindən keçirilən hərracla bağlı “525-ci” qəzetin xx.xx.2024-cü il tarixli, 7 (6295) nömrəli tirajında elan verilmişdir. Hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək paylı mülkiyyətçilərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, bildirişlər ünvana çatdırılmışdır. Həmin xəbərnamədə X6, X4, İddiaçı1 və İddiaçı2 qeyd edilərək imza çəkilmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubların mülkiyyətçi tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş v ə çatdırılmışdır.
12. Eyni zamanda, qeyd olunan hərracın keçirilməsi ilə bağlı məhkəmə işi gedərkən və qətnamə qəbul olunarkən iddiaçılar məhkəmə proseslərində iştirak etmişlər. Onlara hazırkı hərrac qiymətindən dəfələrlə az məbləğ iddiaçıya kompensasiya ödənilməklə həmin mənzildən hüquqlarına xitam verilməsi təklif olunmuşdur. Hazırkı iş üzrə iddiaçılar bununla razılaşmamışlar. Digər tərəfdən qeyd olunan qətnamədən şikayət verməmişlər. Bununla yanaşı qeyd olunan mübahisə yekunlaşmamışdan öncə bir neçə məhkəmə mübahisəsi olmuş, hazırkı iş üzrə iddiaçılar həmin məhkəmə işlərində iştirak etmişlər. Beləliklə paylı mülkiyyətçi olan iddiaçıların hərracla bağlı onlara bildiriş göndərilməsindən də əlavə məlumatları olmuşdur.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 414, 415, 416, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq rədd etmişdir. Belə ki, məhkəmə iclası zamanı Cavabdeh3 iddiaçıların anaları X4 və qardaşı X6 ilə sözügedən mənzilə görə münaqişəli ailə olduqlarını, aralarında mənzil üstündə dəfələrlə mübahisələri olduğunu bildiyini qeyd etmişdir. Eyni zamanda c avabdeh iddiaçıların anası ilə yaxşı münasibətinin olduğunu, onlara məxsus mənzilin hərracda satılması barədə məlumatları ondan aldığını bildirmişdir. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları, yəni cavabdehin iddiaçıların anası ilə əlbir olduğunu nəzərə almamış və cavabdehin vicdanlı alıcı statusunda olmadığına heç bir hüquqi mövqe bildirməmişdir. Bundan başqa, işə baxan Mingəçevir Şəhər Məhkəməsi prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Belə ki, məhkəmə iclası zamanı qardaşı İddiaçı2 hərracın keçirilməsi ilə bağlı onlara, yəni iddiaçılara ünvanlanmış bildirişlərin onlar tərəfindən qəbul olunmadığını bildirmişdir. Belə ki, İddiaçı2 daimi olaraq ünvan 2 ünvanında yaşayır. Mübahisəli mənzil isə ünvan 3dur. İddiaçı2 mübahisəli mənzilində yaşamadığı halda, onun bild irişlərin qəbulunu təsdiq edən xəbərnamələrə imza etməsi mümkün deyildir. İddiaçı2 imzası saxtalaşdırılmışdır və o, heç bir xəbərnaməyə imza etməmişdir.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun hərrac barədə məlumatı olmamışdır. Hal-hazırda mübahisəli evdə o və ailəsi yaşayır.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 da apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, Cavabdeh3 doğrudan da evi satmaq istədiyini onlara bildirmişdir. Lakin sonuncuya inanmadığı üçün onun təklifini qəbul etməmişdir.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və nümayəndəsi (vəkili) Vəkil1 bildirmişdir ki, hərracdan az müddət sonra o, iddiaçılardan Şöhrətə evi hərracda aldığı qiymə tə onlara verə biləcəyini demişdir. Şöhrət isə onu 2 ay gözlətsə də, daha sonra təklifini qəbul etməmiş və ona qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxan hakim analıq məzuniyyətinə getdiyi üçün məhkəmə baxış iclasını qısa vaxta təyin etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1096/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Əyyub Kərimov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Zülfüqar Sadiqov) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(051)-920/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunmuşdur.
20. Məhkəmə kollegiyası birinc i instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq apellyasiya şikayətinin iddiaçı tərəfə hərracın keçirilməsinə dair bildirişin göndərilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzilin açıq hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş və bu barədə Cavabdeh2 MMC iddiaçılara xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildiriş ünvanlanmış, əmlakın satış qiyməti məhkəmə qətnaməsi ilə 45970 manat müəyyən edilmiş, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə göndərilmiş bildirişin X6, X4, İddiaçı1 və İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanması barədə xəbərnamə geri qaytarılmışdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı2 imzasının saxtalaşdırı lması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək paylı mülkiyyətçilərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, bildirişlər ünvana çatdırılmışdır. Həmin xəbərnamədə X6, X4, İddiaçı1 və İddiaçı2 qeyd edilərək imza çəkilmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubların mülkiyyətçi tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş və çatdırılmışdır.
22. Həmçinin iş materiallarından müəyyən edilir ki, Cavabdeh2 MMC tərəfindən keçirilən hərracla bağlı “525-ci” qəzetin xx.xx.2024-cü il tarixli, 7 (6295) nömrəli tirajında elan verilmişdir. Bundan başqa, İddiaçı2 ünvan 4 ünvanında yerləş ən 41 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə kollegiyası həmin halla bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə digər İddiaçı1 Şöhrətin qardaşıdırlar və iddia tələbindən də görünür ki, Şöhrət və Fəxri eyni mövqedən çıxış edir.
23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, qanunverici təsdiqetmə üsulu ilə bildirişin göndərilməsini tələb edir – hazırkı iş üzrə də müəyyən olunan odur ki, hərracı keçirən təşkilat tərəfindən məhz təsdiqetmə üsulu ilə bildiriş göndərilmişdir. Belə olan halda isə iş üzrə hansısa ekspertizanın keçirilməsi məqsədəmüvafiq hesab edilə bilməzdi. Göründüyü kimi, qanunvericilikdə göstərilən qaydada göndərilən bildirişin çatdırılmalı olması barədə qanunda göstəriş yoxdur və bu hal hərracın etibarsız sayılmasına əsas yaradan hal kimi nəzərdə tutulmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, hərrac barədə qəzetdə də elan yerləşdirilmiş və hərrac keçirildikdən qısa zaman sonra, təxminən 15 gün sonra iddiaçılar hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddia qaldırmışlar. Belə olan halda, hərracın keçirilməsindən iddiaçının xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərraca çıxarılmış mənzilin birinci iddiaçılara təklif edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, qanunvericilikdə hərraca çıxarılan əmlakın tərəflərdən hansınasa təklif edilməsi nəzərdə tutulmamışdır. Hərrac açıq formada keçirilir və istənilən şəxs, həmçinin iş üzrə tərəflər həmin hərracda iştirak edə bilərlər. Hərracın qalibi isə ən yüksək qiyməti təklif etmiş şəxs olur.
25. Məhkəmə kollegiyası evin hərracda aşağı qiymətə satılması ilə bağlı qeyd etmişdir ki, evin ilkin satış qiyməti Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 45970 manat olaraq müəyyən edilmiş və həmin iş üzrə tərəflər qətnaməni, eyni zamanda da ilkin satış qiymətini mübahisələndirməmişlər. Belə olan halda isə iddiaçıların qeyd etdikləri əsaslı hesab edilə bilməz.
26. Məhkəmə kollegiyası bir halı da xüsusilə qeyd etmişdir ki, Mingəçevi r Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-998/2023 nömrəli qətnaməsi ilə, iddiaçı X1 cavabdehlər İddiaçı2 və digərlərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən də müəyyən edilir ki, cavabdehlər hər hansı pulun ödənilməsinə razılıq verməmişlər. Belə olan halda isə cavabdehlərin əmlakı hərracdan almaq istəmələri anlaşılan hal deyildir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərracın qalibi olan Cavabdeh3 tərəflər arasında olan mübahisədən məlumatlı olması, tərəfləri tanıması və məzili əldə edərkən vicdanlı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh3 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hərracdan az müddət sonra o, iddiaçılardan Şöhrətə evi hərracda aldığı qiymətə onlara verə biləcəyini bildirmişdir. Şöhrət isə onu 2 ay gözlətsə də, təklifini qəbul etməmiş və ona qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 isə bildirmişdir ki, Cavabdeh3 doğrudan da evi satmaq istədiyini onlara bildirmişdir. Lakin o, Cavabdeh3 inanmadığı üçün onun təklifini qəbul etməmişdir. Göründüyü kimi, Cavabdeh3 hətta mənzili iş üzrə iddiaçılara qaytarmaq istəsə də, onlar buna razı olmamışlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh3 vicdanlı alıcı hesab olunmalıdır.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hərrac açıq şəkildə keçirilir və istənilən şəxs həmin hərracda iştirak edə bilər. Belə olan halda, Cava bdeh3 tərəfləri tanıması halı onun açıq şəkildə keçirilən hərracda iştirakına maneə sayıla bilməz. Xüsusilə qeyd edilməlidir ki, mənzil hərraca çıxarılmış qiymətə satılmışdır. Yəni aşağı məbləğə yox, məhz həraca çıxarılmış qiymətə satılmışdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin çəkişmə prinsipi pozulmaqla qəbul edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarından iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etmələri müəyyən edilir. İşdən eyni zamanda müəyyən edilir ki, sonuncu qətnamə qəbul edilən zaman da, iddiaçı tərəf məhkəmə iclasında iştirak etmişdir. Belə olan halda hər hansı pozuntu aşkar edilməmişdir.
30. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, işə baxan hakim analıq məzuniyyətinə getdiyi üçün məhkəmə baxışını yaxın müddətə təyin etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil.
31. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddianın digər hissəsi – bütün hüquqi nəticələrin və çıxarışın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Çünki çıxarış və digər hüquqi nəticələr törəmə hüquq münasibəti olub, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən asılı olmuşdur (törəmişdir). Buna görə də, hərrac qanuni olduğundan, törəmə hüquq münasibəti olan çıxarış da qanuni olmuşdur.
32. Məhkəmə kollegiya hesab etmişdir ki, apel lyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1 - 414.5, 4151 - 415.7, 416.1, 416.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1 və 62.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.5, 42.1 - 42.8, 43.1 – 43.9, 44-cü maddələrinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarı 9.22-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Res publikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman, onlara ünvanlanmış bildirşlərin kim tərəfindən qəbul edilməsi barədə Yevlax Ra yon Poçt İdarəsinə sorğu göndərilmiş, lakin həmin sorğuya cavab alınmamışdır. Bu barədə Şəki Apellyasiya Məhkəməsinə də qeyd olunan sorğuya cavab alınmalı olduğunu bildirsələr də, apellyasiya instansiyası məhkəməsi həmin sorğuya cavab almadan işi yekunlaşdırmışdır. Buradan da açıq-aşkar görünür ki, işə baxan Şəki Apellyasiya Məhkəməsi onlara qarşı qərəzli mövqe tutmuşdur. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmağa davam edərək 13 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasını 12 iyun 2024-cü il tarixdə keçirtmiş və iş üzrə məhkəmə baxışını 1 gün sonraya, yəni 13 iyun 2024-cü il tarixə təyin etmişdir. Onlar 13 iyun 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən zaman, işə baxan hakim iş üzrə məhkəmə baxışı keçirildi yini bildirmişdir. Onlar buna etiraz etdikdə isə məhkəmə 12 iyun 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasının keçirildiyini və 13 iyun 2024-cü il tarixə məhkəmə baxışının təyin olunduğunu qeyd etmişdir. İşə baxan hakimin işdə maraqlı olma ehtimalı olduğu üçün ona etiraz verilmişdir. Lakin etiraz işə baxan hakim tərəfindən baxılmamış saxlanılmışdır. Apellyasiya şikayəti üzrə işə yenidən baxan Şəki Apellyasiya Məhkəməsi isə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına heç bir qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 173-cü maddəsinin tələbinə görə, bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 iş günü qalmış xəbərdar edilməlidirlər. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq 13 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası zamanı, 12 iyun 2024-cü il tarixdə iş üzrə məhkəmə hazırlıq iclasının keçirildiyini və 13 iyun 2024-cü il tarixə məhkəmə baxışının təyin olundunu bildirmişdir. Bu isə çox kobud pozuntudur. X10 Məhkəməsi bu hallara öz hüquqi mövqeyini bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh X3 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
37. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
38. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
39. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
40. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmi ş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
41. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
42. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
43. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
44. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məh z hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
45. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
46. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaq dan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
47. Maddə 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
48. Maddə 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.
49. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibar sız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
50. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
51. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarı
52. Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərin in, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassaisya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.
65. Belə ki, məhkəmə qətnaməsi əsasında ¼ payla bir neçə şəxsə, o cümlədən iddialara məxsus olan mübahisəli mənzil xx.xx.2024-cü ildə hərraca çıxarılmış və Cavabdeh3 tərəfindən 49970 manata alınmışdır.
66. İddiaçılar hərracın onlara bildirilmədiyini və hüquqlarının pozulduğunu əsas gətirərək protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, lakin aşağı instansiya məhkəmələri tərəfindən iddia təmin edilməmişdir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatçısı tərəfindən hərracla bağlı qəzetdə elan dərc edilməklə yanaşı, sifarişli poçtla bildirişlər qanunvericiliyin tələb etdiyi qaydada göndərilmiş və ünvana çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci və İpoteka haqqında Qanunun 42.1-ci maddələ ri poçt bildirişlərinin fiziki olaraq şəxsə təqdim edilməsini şərt kimi irəli sürmür və ünvana çatdırılmış məktubları yetərli sayır.
68. Həmçinin məhkəmə iclaslarının prosessual pozuntu ilə keçirilməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçılar məhkəmə iclasında iştirak etmişlər və çıxış edərək arqumentlərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 173-cü madddəsinə əsasən iclasa vaxtında çağırış mühümdür, lakin faktiki iştirakla bu çağırışın məqsədi təmin olunmuş sayılır. Məhkəmə baxışı zamanı müdafiə hüququndan istifadə edilmişdir, bu da pozuntunun nəticəyə təsir etmədiyini göstərir. Qanunverici isə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pozuntunu ləğv əsası kimi nəzərdə tutur. Məhkəmə iclaslarının tarixi barədə texniki xarakterli pozuntular olsa da, iddiaçıların hüquqları əhəmiyyətli şəkildə pozulmamış, onların iştirakı ilə ədalətli məhkəmə baxışı təmin edilmişdir.
69. Məhkəmə kollegiyası hakimə qarşı verilən etiraza baxılmamasına dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 23-cü maddəsinə əsasən hakimə qarşı etiraz əsaslandırılmadıqda baxılmamış saxlanıla bilər. İddiaçıların hakimə etirazı müvafiq sübutlarla əsaslandırılmamış, həmçinin apellyasiya və kassasiya mərhələsində də bu dəlil ayrıca hüquqi nəticəyə gətirib çıxarmamışdır.
70. Məhkəmə kollegiyası əmlakın əvvəlcə iddiaçılara təklif edilməli olduğuna və alıcının vicdanlı olmadığına dair şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əmlakın satışı qanunvericiliyin tələblərinə uyğun olaraq açı q şəkildə keçirilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmiş və iştirak hüququ istənilən şəxsə, o cümlədən iddiaçılara açıq olmuşdur. Cavabdeh3 hərracda qanuni iştirak etmiş və hərracdan sonra həmin mənzili iddiaçılara geri satmağı təklif etmişdir. Bununla da, alıcının əmlakı əldə etməsində sui-istifadə, aldatma və ya digər şəxslərin hüquqlarını bilərək pozmaq niyyəti aşkar edilməmişdir.
71. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə tərəfindən mövqe bildirilməməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların irəli sürdüyü hər bir dəlilə cavab vermiş, o cümlədən imzanın etibarlılığı, bildirişin göndərilmə qaydası, hərracın qanuniliyi və alıcının vicdanlılığı barədə müfəssəl izah vermişdir, kas sasiya instansiyası da bu əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin predmeti olan bütün hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli hüquqi qiymət verildiyindən şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2024-cü il tarixli 2(107)-1096/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.