Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7248/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-7248/21 (Açar sözlər: kassasiya şikayətinin qeyr-mümkün sayılması) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4029/2018 nömrəli, 11 oktyabr 2021-ci i l tarixli qərardadından Cavabdeh3 kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsi və 27 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qərardadı (yanlışlığın düzəldilməsi) ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 258.744,96 manat əsas borc, 58.158,58 manat faiz faiz borcu, 70.000 manat cərimə, cəmi 386.903,54 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 m anat dövlət rüsumu və 80 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh4 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin cavabdehlərin iddiaçı "xxxx" ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən xüsusi mü lkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 540.000 (beş yüz qırx min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən edilməsi, əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 145 (yüz qırx beş) manatın tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın cərimə borcu tələbinin qalan 85.529,72 manat hissəsinin rədd edilməsi qət edilmişdir. (hakim Mahir Niftəliyev) b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
2. Cavabdeh (z amin) Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(104)-4029/2018 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsi cərimə borcunun tutulması ilə bağlı hissədə dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50.000 manat məbləğində cərimə borcunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 258.744,96 manat əsas borc, 58.1 58,58 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borcunun 258.744,96 manat, faiz borcunun 58.158,58 manat, cərimə borcunun 50.000 manat olmaqla, cəmi borcunun 366.903,54 (üç yüz altmış altı min doqquz yüz üç manat əlli dörd qəpik) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(104)-4029/2018 saylı qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermişdir. Kassasiya şikyəti apellyasiya instansiyasına 05 oktyabr 2021-ci ildə daxil olmuşdur.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4029/2018 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 06 dekabr 2018-ci il tarixli qətnamədən verdiyi kassasiya şikayət i geri qaytarılmışdır.
6. Apellyasiya məhkəməsi ona istinad edib ki, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsindən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti vermiş və həmin qətnamə mübahisələndirilən cərimə borcu hissəsində dəyişdirilmişdir. Lakin Cavabdeh3 apellyasiya şikayəti verməmişdir ki, bu da onun əslində cərimə borcu hissəsi ilə razılaşdığını göstərir.
7. Apellyasiya məhkəməsi hesab edib ki, Cavabdeh3 Ağdam rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermədiyindən Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən onun apellyasiya məhkəməsinin hazırki qətnaməsindən kassasiya şikayəti vermək hüququ yaranmır. Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh3 (vəkil X7 oğlu) kassasiya şikayəti verə rək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi yanlış olaraq hesab etmişdir ki, Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə əslində cərimə borcu ilə razılaşıb. Belə ki, Ağdam rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 təqdim edilməmişdir; - birinci instansiya məhkəməsinin bildirişlərinin və qətnaməsinin Cavabdeh3 təqdim edilməsi barədə sübut yoxdur. Belə olan halda, Cavabdeh3 həmin qətnamə ilə razılaşması fikri də əsasızdır; - kassasiya şikayətinin qaytarılması Cavabdeh3 məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il 04/2020№-li Qərardadı Bənd
48. Bununla bağlı il k növbədə qeyd edilməlidir ki, bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. Bu, proses iştirakçılarının öz hüquqlarının müdafiəsinə imkan verməklə yanaşı, istinad edilən kolliziyaların yaranmasının da qarşısını almış olacaqdır. Avropa Məhkəməsi öz presedent hüququnda dəfəl ərlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Odur ki, məhkəmə qərarlarının apelyasiya və kassasiya instansiyalarında şikayətin dəlilindən asılı olmayaraq, bu kobud prosessual pozuntunun olmasını yoxlayaraq, qətnaməni bu əsasla ləğv etməsi gələcəkdə bu Qərardadın qəbul edilməsi əsasını təşkil edən halların mövcudluğunun da qarşısını almış olacaqdır. Kassasiya baxışının hədləri
11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
12. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qayd asında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Ağdam rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməməsinə istinad etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il 04/2020№-li Qərardadında əks edilmiş göstərişlərə əməl etməmiş, kassatorun məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına prosessual qaydalara əməl edilibedilməməsinə aydınlıq gətirməmişdir.
15. Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qeyd edilən Qərardadında qeyd edilib ki, kassasiya şikayətlərinin mümkünlüyü məsələsi müəyyən edilərkən bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. (bənd 48)
16. Cavabdeh A.X2 Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(104)-4029/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayətində nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrində iştirakının təmin edilmədiyini göstərmişdir.
17. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayətini qaytararkən onun bu dəlilinə qiymət verməmiş, həmin dəlili Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qeyd edilən Qərardadında əks edilən hüquqi mövqeyi kontekstində araşdırmamışdır. Buna görə də məhkəmə kollegiyası barəsində şikayət verilən qərardadın MPM-in 403.1-ci maddəsinin tələbləri baxımından qanuniliyinə və əsaslılığına qiymət verə bilmir.
18. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il 04/2020№-li Qərardadında şərh edilən göstərişlər üzrə yoxlanılması uçun apellyasiya instansiyasına qaytarılmalı, işə yenidən b axacaq məhkəmə hazırki qərardadın ləğv edilmə əsasları kimi göstərilən pozuntuları aradan qaldırmalı, eləcə də MPM-in 409-cu maddəsinə uyğun olaraq kassasiya şikayətinin uyğunluğu ilə bağlı digər məsələlərə də qiymət verməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
19. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4029/2018 nömrəli, 11 oktyabr 2021-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İş Cavabdeh3 kassasiya şikayətinin yoxlanılması məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.