Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7250/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, vəkili X1, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2058/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Mercedes-Benz E350 markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə keçirilməsinə dair, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli, qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş əqdin, müqavilənin etibarsız hesab edilməsinə, birgə nikah dövründə əldə edilmiş həmin avtomobilin Cavabdeh1 ilə onun arasında bölüşdürülməsi üçün hazırki bazar dəyərinin müəyyən edilərək həmin məbləğin ikidə bir hissəsinin iş üzrə Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 29 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilmiş “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə İddiaçı payı üçdə iki hissədə müəyyən edilməklə, İddiaçı çatası payın dəyəri 18000 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov - sədrlik edən və məruzəçi, İ.Quliyev və M.Əsədli) 09 iyul 2019-cu il tarixli 2(107)-2058/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti isə təmin edilməyərək iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 mart 2019-c u il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan və iddiaçının məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin 15 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri 27000 manat müəyyən edilmişdir. Hər iki məhkəmə də həmin rəyə istinad edərək qətnamələr qəbul etmişlər. Əslində həmin avtomobilin dəyəri olduqca aşağıdır, yəni hazırkı bazar dəyəri 20000 manatdan da azdır. Avtomobil real olaraq mövcud olduğu halda, qiymətləndirmə avtomobilə baxış keçirilmədən fərziyyə əsasında qoyulmuşdur. İstər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələrində İddiaçı nümayəndəsi və vəkili X3 olmuşdur. Hətta iddia ərizəsini, bütün vəsatətləri də o, imzalamış, məhkəmə iclaslarında şəxsən özü iştirak etmişdir. Məhkəmənin istinad etdiyi mütəxəssis rəyini verən “xxxx” MMC-nin təsisçisi və İdarəedici Partnyoru da məhz həmin şəxs, yəni X3 olmuşdur. Bu faktdır və “xxxx” MMC-nin rəsmi internet səhifəsindən çıxarılaraq kassasıya şikayətinə əlavə edilmiş çıxarış ilə də sübut olunur. Göründüyü kimi, 111 özünün təsisçisi və İdarəedici Partnyoru olduğu bir qiymətləndirici təşkilatdan özünün və hüquqlarını müdafiə etdiyi şəxsin maraq larına uyqun olaraq əsassız bir rəy almışdır. Bu isə birbaşa cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir ki, hər iki məhkəmə də bunu nəzərə almamışdır. Bu səbəbdən yenidən tərəfsiz bir qiymətləndirici orqan tərəfindən avtomobilə real olaraq baxış keçirilməli və obyektiv, həqiqətə uyğun olan bir rəy verilməlidir. İddiaçı hesab edir ki, birgə nikahlarından olan azyaşlı uşaqları İpək Süleymanzadə onun himayəsində qaldığı üçün onun payı 2/3 hissədə müəyyən olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş İpək Süleymanzadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh1 qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamə icraya yönəldilmiş və Cavabdeh1 tərəfindən də vaxtlı-vaxtında artıqlaması ilə icra olunur. Yəni uşağın tələbatları atası tərəfindən artıqlaması ilə ödənilir. Həmin avtomobilin bölünməsi heç bir halda uşağın mənafeyinə toxunmur. Belə ki, avtomobil ev, mənzil və ya hər hansısa bir yaşayış sahəsi deyil ki, onun bölünməsi zamanı uşağın mənafeyi nəzərə alınsın. Mübahisələndirilən “Mercedes-Benz E350” markalı 90- VJ-071 dövlət qeydiyyat nömrə nişanlı avtomobil sırf Cavabdeh1 gəliri və vəsaiti hesabına alınmış, iddiaçı üzrsüz səbəbdən işləməyərək heç bir gəlir əldə etməmiş, bununla da o, avtomobilin alınması üçün Cavabdeh1 heç bir maddi yardım göstərməmişdir. Belə olan halda məhz 2/3 hissə iddiaçıya deyil, Cavabdeh1 düşməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasını iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı nümayəndəsi XXX və vəkili XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(004)-6581/2018 saylı qətnaməsi ilə tərəflər arasında 07 mart 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, 19 oktyabr 2015-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh1 19 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. İşin materiallarından daha sonra görünür ki, tərəflərin nikah dövründə əldə edilmiş Mercedes-Ben z E350 markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 01 fevral 2018-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, 09 oktyabr 2018-ci il tarixdə isə hesabarayış əsasında Cavabdeh2 adına sənədləşdirilmişdir. “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hal-hazırda vətəndaş Cavabdeh2 mülkiyyətindədir. İddiaçının tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun xəbəri və razılığı olmadan keçmiş qayınatası Cavabdeh2 mülkiyyətinə keçirilmiş, keçmiş əri Cavabdeh1 həmin avtomobili Cavabdeh2 adına keçirməklə, avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlakların siyahısından çıxarmaq məqsədi güdmüşdür. Cavabdeh isə iddiaya etirazının əsası kimi Merced es-Benz E350 markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qiymətləndirilməsi və əldə edilən qiymətin bərabər bölünməsinə istinad etmişdir. İşin materiallarından görünür ki, iddiaçının təqdim etdiyi “xxxx MMC”-nin 15 mart 2019-cu il tarixli rəyinə əsasən Mercedes-Benz E350” markalı, qara metalik rəngli, Ban WDB2110561B374384 buraxılış ili 2008-ci il olan **-VJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin müqayisəli yanaşma ilə 14 mart 2019-cu il tarixinə dəyəri 27000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 5, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 35, 36.1, 36.3, 36.4, 37.2,Mülki Məcəlləsinin 225.1, 225.2, 337.2 337.4, 337.5, 340.1, 340.2-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiy i nəticələrin əsaslandırılmasından görünür ki, birgə nikah dövründə əldə edilmiş avtomobil satılarkən tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşadıqlarından iddiaçının avtomobilin satılmasına razılıq verməsi imkan xaricində olmuşdur. Yəni avtomobilin satılması iddiaçının razılığı olmadan həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçının təqdim etdiyi mütəxəssis rəyi (xxxx MMC-nin 15 mart 2019-cu il tarixli rəyi) əsas götürülməklə “Mercedes-Benz E350” markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri 27000 manat müəyyən edilməli, tərəflər arasında əmlakların bölünməsində tərəflərin paylarının nə qədər olması barədə razılıq olmadığından, əmlaklarda paylar müəyyən ed ilərkən, məhkəmə tərəfindən diqqətəlayiq olan azyaşlı uşağın mənafeyi də nəzərə alınmalıdır. Uşaq məhkəmə qətnaməsi ilə ananın himayəsində saxlanıldığından əmlaklarda İddiaçı payı üçdə iki hissədə müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsaslandırılması kimi həmçinin avtomaşının qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsinə və bununla bağlı verilmiş rəyin obyektivliyini şübhə altına alan həmin rəyi təkzib edən hər hansı bir sübutun cavabdeh tərəfindən təqdim edilməməsinə də istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, işin materiallarınd an görünür ki, cavabdeh apellyasiya şikayətində Mercedes-Benz E350 markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qiymətləndirilməsi üçün texniki ekspertiza təyin edilməsinin zəruri olmasını qeyd etmiş, başqa sözlə, cavabdeh sözügedən avtomaşının 14 mart 2019-cu il tarixinə dəyərinin 27000 manat təşkil etməsi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin avtomaşının qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsi və bununla bağlı verilmiş rəyin obyektivliyini şübhə altına alan, həmin rəyi təkzib edən heç bir sübut təqdim edilməməsinə istinad etməklə göstərilən rəyi mötəbər sübut növü kimi qiymətləndirilməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert və qiymətləndiricinin (mütəxəssisin) rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Qeyd edilən rəyin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İşin materiallarından görünür ki, “Mercedes-Benz E350” markalı, qara metalik rəngli, Ban WDB2110561B374384 buraxılış ili 2008-ci il olan **-VJ-* ** qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmədən müqayisəli yanaşma yolu ilə 14 mart 2019-cu il tarixinə dəyəri 27000 manat təşkil etməsinə dair xxxx MMC-i 15 mart 2019-cu il tarixli rəy vermiş və bu rəyi məhkəmələrə iddiaçı tərəf təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, avtomaşın mövcud olduğu halda onun qiymətləndirilməsi müqayisəli yanaşma yolu ilə yanaşı, həmçinin texniki ekspertiza yolu ilə baxış keçirilməklə həyata keçirilməsi daha məqsədəuyğun və ədalətli olmasına apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmiş və şikayətin bu dəlilinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə eks pertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı kassasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, kassasiya şikayətinə əlavə edilmiş xxxx MMC-nin təsisçisi və idarəedici Partnyorunun İddiaçı nümayəndəsi və vəkili X1 olması faktı işin diqqətəlayiq halıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili X1 özünün təsisçisi və idarəedici Partnyoru olduğu xxxx MMC-i tərəfindən verilən rəy obyektiv həqiqəti əks etdirən rəy kimi qiymətləndirilə bilməz. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu barədə məlumat olmasa da, faktiki olaraq bu halın mövcudluğu qəbul edilən qətnamənin dəyişdirilmədən saxl anılmasını mümkünsüz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili X1 özünün təsisçisi və idarəedici Partnyoru olduğu xxxx MMC-i tərəfindən hazırki iş üzrə mübahisə predmeti ilə bağlı rəyi məhkəməyə təqdim etməsi cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı) Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. (X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.12.2005-ci il tarixli qərarı) Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqi l məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27.12.2002-ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir. (MPM-nin 9.1, 14.1, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, məhkəmə tərəflərin birgə nikahdan anadan olmuş uşağının məhkəmə qətnaməsi ilə ananın himayəsində saxlanılmasını nəzərə alaraq mübahisəli əmlakda İddiaçı payı üçdə iki hissədə müəyyən edilməli olmasına dair nəticəsini də kifayət qədər əsaslandırmamış, bunu uşağın hansı əsasla mənafeyinin tələb etdiyini göstərməmişdir. Halbuki Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sər f etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublik asının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki ha lları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, ape llyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kolle giyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)2058/2019 sa ylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7250/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7250/2019
25.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver